Month: April 2020

  • Россия останавливает вывозные международные рейсы с 4 апреля

    Россия останавливает все пассажирское международное авиасообщение, включая вывозные рейсы для граждан РФ, с 4 апреля.

    Как передает Median.Az, об этом ТАСС сообщил источник в авиаотрасли.

    “Росавиация отозвала все разрешения на международные вылеты, в связи с этим вывозные рейсы с 00:00 часов 4 апреля будут приостановлены”, – сказал собеседник агентства.

  • Aprelin 4-dən Rusiya bütün beynəlxalq sərnişin uçuşlarını dayandırır

    Aprelin 4-dən etibarən Rusiya bütün beynəlxalq sərnişin uçuşlarını dayandırır.

    Bu barədə TASS məlumat yayıb.

    Bildirilib ki, Federal Hava Nəqliyyatı Agentliyi bütün beynəlxalq sərnişin uçuşları üçün icazələri ləğv edib.

    Beləliklə, aprelin 4-ü saat 00:00-dan etibarən bütün xarici uçuşlar dayandırılacaq.

    Məlumatda o da bildirilib ki, xaricdəki Rusiya vətəndaşlarının ölkəyə gətirilməsi də dayandırılır.

  • Boris Conson koronavirusdan hələlik sağalmadığını deyib, özünütəcrid davam edəcək

    Böyük Britaniyanın Baş Naziri Boris Consonun koronavirusla əlaqədar özünütəcridi davam edəcək.

    Median.Az-ın xəbərinə görə, bu barədə B. Conson “Twitter” hesabında yayımlanan videomüraciətində bildirib.

    ”Mən özümü daha yaxşı hiss edirəm və artıq 7 gün tamam olur ki, karantindəyəm. Lakin məndə hələ simptomlardan biri davam edir, hərarətim var. Buna görə də hökumətin məsləhətinə uyğun olaraq mən simptomlar tamamilə yoxa çıxanadək özünütəcridi davam etdirməliyəm. Lakin biz bu virusa qalib gəlmək üçün dayanmadan öz proqramımız üzərində işləyirik”, – deyə B. Conson vurğulayıb.

    Baş Nazir ölkə vətəndaşlarını martın 23-dən etibarən tətbiq olunan karantin rejiminə əməl etməyə və vacib olmadığı halda evdən çıxmamağa çağırıb.

    Onun sözlərinə görə, həftə sonlarında günəşli hava şəraiti ilə əlaqədar bir çox britaniyalı, xüsusən uşaqları olan valideynlər küçədə daha çox vaxt keçirməyə və hakimiyyətin tövsiyələrini pozmağa başlaya bilərlər: “Xahiş edirəm mövcud qaydalara əməl edin. Ölkə koronavirusun yayılmasının qarşını almaq üçün çox səy göstərir, böyük fədakarlıqlar edir və bu istiqamətdə əhəmiyyətli uğurlar qazanıb. Gəlin bu yolda davam edək”.

  • Koronavirus bu ölkəni də narahat etməyə başladı

    Koronavirus epidemiyasına saymazyana münasibəti ilə seçilən yeganə ölkə kimi gündəmə düşən Belarus da, deyəsən, yavaş-yavaş bu istiqamətdə fəaliyyət göstərməyə başlayır.

    Belə ki, kənd təsərrüfatı ilə bağlı tədbirlərin birində ölkə prezidenti koronavirusdan danışıb.

    Bu barədə “Sputnik” xəbər yayıb.

    Bildirilir ki, Aleksandr Lukaşenko təhsil naziri ilə müşavirədən sonra tətil müddətini bir həftə uzatmaq qərarına gəldiyini deyib.

    Bundan başqa, biznesə dəstək üçün təkliflər hazırlanmasını tapşırıb. Onun sözlərinə görə, “daxılı sındırmağın vaxtıdır”.

    Bununla belə, hələ ki, kütləvi tədbirlərin keçirilməsi qadağan edilməyib.

    Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusun qarşısını almaq üçün ölkə olaraq hər hansı tədbir görməyə ehtiyac olmadığını deyib.

    “Olur belə şeylər. Əsas olan təşvişə düşməməkdir!” – deyə, Lukaşenko bildirmişdi.

  • Brilliant Dadaşova: “Məni təhqir edən Xalq artistinin qızının dostu çıxdı” – VİDEO

    “Şortikimi geyindim, divanın kənarında oturub qəhvə içdim. Dostlarım da videoya çəkdi. “Tet-a-tet” adlı mahnımın klip çəkilişində fasilə idi, onda çəkilmişdi”.

    Qafqazinfo xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Show News” proqramına açıqlamasında bildirib.

    Məşhur müğənni bir müddət əvvəl sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntüləri barədə danışıb:

    “Tənqid edənlərə baxsanız, hər şey aydın olar. Onları “qara siyahı”ya atmıram. Elə insan var ki, yalandan 10 saxta profil açır. Ya da rəfiqələrinin profilindən mənə şərh yazırlar. Nəsə yazırlarsa, demək səninlə məşğuldurlar. Xoşum gəlməyənə vaxt itirmərəm. Bunlar vaxt itirib rəy yazırlarsa, deməli, narahatdırlar.

    Özünə əziyyət verib yazır, şər, böhtan atır, təhqir edir, demək ki, qıcıqlanır, narahatdır. Onu “blok” etmək olmaz. Bir dəfə təhqir yazan izləyicini polisə şikayət etdim, tapdılar. Həmin uşaq bir Xalq artistinin qızının dostu çıxdı. Uşağın nənəsi zəng etdi, mənim də ürəyim dözmədi, söhbəti böyütmədim”.

  • İnsan orqanizmində koronavirusun yeni ocağı aşkarlandı

    COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 koronavirusu insan orqanizmində təkcə ağciyərlərdə çoxalmır, yuxarı tənəffüs yolları və bağırsaqlar da infeksiya mənbəyidir.

    Lenta.ru-nun məlumatına görə, alman və ingilis elm adamları uzun araşdırmalardan sonra belə qənaətə gəliblər.

    Mütəxəssislər COVID-19-la bağlı doqquz hadisənin ətraflı təhlilini aparıblar.

    Xəstəliyin simptomları aşkar edildiyi ilk həftə ərzində hər bir xəstənin badamcığından olan nümunələrdə virusun miqdarı yüksək olub.

    Bundan əlavə, COVID-19-a yoluxan xəstənin həm yuxarı tənəffüs yollarında, həm də ağciyərlərində SARS-CoV-2-nin fərqli ştammları aşkar edilib ki, bu da onların müstəqil inkişaf etdiklərini göstərir.

  • İki həftəlik körpədə koronavirus tapıldı

    İranın Yəzd əyalətində iki həftə əvvəl doğulan körpədə koronavirus aşkar edilib.

    İRNA-nın xəbərinə görə, Şəhid Saduki adına Tibb Elmləri Universitetinin prorektoru Mahmud Nuri Şadkam uşağın 800 qram çəkisi olduğunu bildirib.

    Uşağın anasında koronavirus olduğunu qeyd edən Şadkam bildirib ki, bunun körpəyə mənfi təsir göstərməyəcəyi düşünülürdü, amma testlərdən sonra körpənin koronavirusa tutulduğu məlum olub.

    Körpənin xəstəxanada nəzarət altında olduğu bildirilir.

  • Число выздоровевших от коронавируса в мире превысило 220 000

    Число инфицированных коронавирусом (COVID-19) в мире достигло 1 039 157.

    Как передает Median.Az, об этом свидетельствует статистика на сайте Worldometers.info.

    Больше всего заразившихся в США – 245 442 человека.

    Наибольшее число пациентов скончались от COVID-19 в Великобритании – 684.

    Число жертв коронавируса на сегодняшний день достигло 55 157, выздоровели 220 075 человек.

  • Koronavirusdan sağalanların sayı 220 min nəfəri keçdi – STATİSTİKA

    Bu saata qədər dünyada koronavirusa yoluxanların ümumi sayı 1 039 157 nəfərə çatıb.

    Ən çox yoluxma halı ABŞ-da qeydə alınıb – 245 442 nəfər.

    Bununla bağlı oxu.az Worldometers.info-nun təqdim etdiyi statistikaya əsasən xəbər yayıb.

    Bu gün ən çox ölüm halı Böyük Britaniyada qeydə alınıb – 684 nəfər.

    Dünyada bu saata qədər 55 157 insan COVID-19-un qurbanı olub.

    Dünyada koronavirusdan sağalanların ümumi sayı isə 220 075 nəfərdir.

  • Число инфицированных COVID-19 в России превысило 4 000

    По состоянию на утро третьего апреля, в России выявлен 601 новый случай COVID-19. Таким образом, всего инфицированы 4 149 человек.

    Как передает “Медуза”, об этом сообщает оперативный штаб по борьбе с вирусом.

    Больше всего новых заражений в Москве (+448 человек), Подмосковье (+34), Краснодарском крае (+17), Пензенской (+11) и Ленинградской (+10) областях и Ямало-Ненецком автономном округе (+10).

    За минувшие сутки от коронавирусной инфекции умерли еще четыре человека: двое в Коми и по одному в Москве и Пермском крае. В общей сложности с начала распространения вируса в России от болезни умерли 34 человека.

    Из больниц выписан 281 человек (+46 за сутки).