Month: April 2020

  • Bakıda yağışlı hava şəraiti qəzaya səbəb oldu

    Bakıda yol qəzası baş verib.

    “Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

    Belə ki, 90-RV-210 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 99-ZP-294 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobil toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

    Qəzanın yağışlı hava şəraiti ucbatından baş verdiyi bildirilir. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb edilib.

  • Polisə yaxınlaşıb pul istədi: Azərbaycanda gizli çəkilmiş VİDEO

    Gəncə şəhərində polislərlə sosial eksperiment keçirilib.

    Belə ki, bir gənc yollarda xidmət edən polis əməkdaşlarına yaxınlaşaraq pulunun olmadığını, övladlarının aclıqdan əziyyət çəkdiyini deyib. Polis əməkdaşları həmin şəxsə müəyyən miqdarda pul veriblər. Baş verənlər gizli kamera tərəfindən qeydə alınıb.

    Görüntülər bir “Youtube” səhifəsində paylaşılıb. Hazırda həmin video sosial şəbəkənin Azərbaycanda ən baxılanları arasındadır.

    Sözügedən videonu təqdim edirik.

  • Qanunsuz balıq ovu ilə məşğul olan Yevlax sakini saxlanılıb

    Polis qanunsuz balıq ovu ilə məşğul olan Yevlax sakinini saxlayıb

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Dəllər-Daşbulaq kəndi istiqamətində, Şəmkir Su anbarı ərazisində qeydə alınıb.

    Belə ki, ekoloji cinayətlərin qarşısının alınması məqsədilə su hövzəsində reyd həyata keçirən Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsi əməkdaşları tərəfindən qanunsuz balıq ovu ilə məşğul olan Yevlax rayon Xanabad kənd sakini 1963-cü il təvəllüdlü Məlikov Nofəl Qəşəm oğlu saxlanılıb.

    Yoxlama zamanı ondan “Proqres-2” model qayıq, qayığa təchiz edilmiş “Vixr-30” model mühərrik, çeşidli ov alətləri və anbardan qanunsuz yolla tutulmuş 42 ədəd müxtəlif növ balıqlar müəyyən olunaraq dəlil-sübut kimi götürülüb.

    Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsinin Təhqiqat qrupu araşdırma aparır.

  • ÜST: Dünyada koronavirusa yoluxanların sayı 2,5 milyonu ötdü

    Dünyada koronavirusdan ölənlərin sayı 175 min nəfəri ötüb.

    “Report”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.

    Təşkilat bildirib ki, dünyada COVID-19-a yoluxanların sayı 2 544 792 nəfər təşkil edir.

    Son məlumata görə, son bir gün ərzində 73 657 yoluxma və 6 689 ölüm hadisəsi qeydə alınıb.

    Koronavirusa yoluxma hallarının əksəriyyəti Avropa qitəsinin payına düşür. Köhnə qitədə COVD-19-a 1 251 458 yoluxma qeydə alınıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Число заразившихся коронавирусом в Турции превысило 100 тыс. человек

    “За последние сутки в Турции еще 115 человек стали жертвами пандемии коронавируса”.

    Как передает Median.Az, об этом заявил министр здравоохранения Турции Фахреттин Коджа.

    По его словам, общее число жертв коронавируса в стране достигло 2 491 человека.

    Министр добавил, что за прошедшие сутки было выявлено 3 116 случаев заражения, таким образом общее число заразившихся выросло до 101 790 человек.

    Ф.Коджа также заявил, что до сих пор в Турции от коронавируса излечился 18 491 человек.

    Напомним, что первый случай заражения коронавирусом был отмечен в декабре прошлого года в китайском городе Ухань. На данный момент вирус отмечен в 210 странах и регионах.

    11 февраля Всемирная организация здравоохранения (ВОЗ) назвала инфекцию COVID-19, 11 марта – объявила коронавирус пандемией.

  • Türkiyədə koronavirusa yoluxanların sayı 100 mini ötdü

    “Türkiyədə son sutkada daha 115 nəfər pandemiyanın qurbanı olub”.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

    Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 491 nəfərə çatıb.

    Nazir həmçinin daha 3 116 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 101 790-a yüksəldiyini bildirib.

    F.Koca Türkiyədə indiyədək 18 491 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 692 000-i ötüb. Bunların 738 419 nəfəri sağalıb, 188 058 nəfəri isə ölüb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Qusarda 18 yaşlı gənci it dişlədi

    Qusar rayonunda 18 yaşlı gənci it dişləyib.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Əniqoba kəndində baş verib.

    Belə ki, həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Tayson Aslanovun əlini it dişləyib.

    Xəstəyə Qusar Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, sarğı bağlanıb və vaksinasiya edilib.

  • Bakıda minik avtomobili ilə sərnişin avtobusu toqquşub, ölən var – FOTO

    Sabunçu rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

    “Mercedes” markalı avtomobil “Azvirit” şirkətinə məxsus “İkarus” markalı sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır

  • Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək

    Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.

    APA-nın məlumatına görə, bununla əlaqədar Vergi Məcəlləsinə yeni – XVIII fəsil (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) təklif edilir.

    Layihə Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 5.1-5.11-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb və pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutulur:

    Pandemiyanın bilavasitə təsir etdiyi aşağıdakı fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsini nəzərdə tutulur:

    – avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

    – yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;

    – turoperator və turagent fəaliyyəti;

    – sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının daşınması və (və ya) çatdırılması fəaliyyəti;

    – ictimai iaşə fəaliyyəti;

    – sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

    – idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

    – hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti;

    – əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri.

    Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.

    Göstərilənlərlə yanaşı pandemiyasının mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə aşağıdakı güzəştlərin verilməsi nəzərdə tutulur:

    – fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi.

    – 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son vergini ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması.

    – mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması;

    – ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixdən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması.

    Mikro sahibkarlıq subyektlərinə:

    – sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi;

    – 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlarının verilməsi və hesablanmış verginin büdəcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

    Bütün sahibkarlıq subyektlərini əhatə edən aşağıdakı vergi güzəştlərinin verilməsi nəzərdə tutulur:

    – epidemiyanın qarışının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması;

    – əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi.

  • В Японии зафиксирована рекордная смертность от коронавируса за сутки

    Число новых случаев смерти среди пациентов с коронавирусом в Японии увеличилось за последние сутки на 29 до 341, что стало рекордно высоким показателем.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом свидетельствуют опубликованные в четверг данные японского министерства здравоохранения, труда и благосостояния.

    Число новых случаев заражения коронавирусом за прошедшие сутки составило не менее 436, а общее количество заразившихся, включая пассажиров и экипаж круизного лайнера Diamond Princess, возросло до 13,1 тыс.