Month: April 2020

  • Министр внутренних дел уволил начальника отделения полиции

    В органах внутренних дел произошли кадровые изменения.

    Как передает Median.Az, приказ об этом подписал министр внутренних дел генерал-полковник Вилаят Эйвазов.

    Согласно приказу, начальник 32-го отделения полиции Сураханского районного управления полиции майор полиции Рашад Гулиев освобожден от занимаемой должности.//oxu.az

  • Daxili İşlər naziri rəisi işdən çıxardı

    Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

    Median.Az-ın məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi, polis mayoru Rəşad Quliyev işdən azad olunub.//oxu.az

  • Gürcüstanda karantin rejimini pozanlara qarşı cərimələr azaldıldı

    Gürcüstanda karantin rejimi və ya təcrid qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı tətbiq olunan cərimələrin məbləği azaldılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamenti İnzibati Xətalar Məcəlləsinə müvafiq düzəlişləri təsdiqləyib.

    Düzəlişlərə əsasən, qayda pozuntularına yol verən fiziki şəxslər 2 min lari (627 dollar), hüquqi şəxslər isə 10 min lari (3 135 dollar) məbləğində cərimə olunacaqlar.

    Qaydaların təkrar pozulmasına görə fiziki şəxslərə qarşı 6 il müddətində həbs cəzası, hüquqi şəxslərə qarşı isə cərimə ilə yanaşı. fəaliyyət hüququnun dayandırılması və ya ləğvi nəzərdə tutulub.

    Qanunvericiliyə dəyişikliklər mayın 2-də qüvvəyə minəcək.

    Qeyd edək ki, hazırda pozuntu hallarına yol verən fiziki şəxslərə 3 min lari (940 dollar), hüquqi şəxslərə isə 15 min lari (4 700 dollar) məbləğində cərimə yazılır.

  • COVID-19-la bağlı daha bir maarifləndirmə layihəsi başlayır

    BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Bakı Media Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində COVID-19 pandemiyası ilə bağlı maarifləndirmə layihəsinə başlayır.

    Median.Az xəbər verir ki, layihədə məqsəd dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq xüsusilə uşaqlara və onların valideynlərinə zəruri məlumatları sadə, maraqlı və hətta əyləncəli formada təqdim etməkdir.

    Layihə çərçivəsində COVID-19 virusu ilə bağlı bir çox istiqamət üzrə maarifləndirici məlumatlar UNICEF-in Azərbaycan nümayəndəliyinin rəsmi Instagram səhifəsində (https://www.instagram.com/unicef_azerbaijan/) yer alacaq. Səhifədə əhalinin evdə qalması zərurəti və virus simptomları, ev şəraitində uşaqların inkişafı ilə bağlı tövsiyələr, gigiyena qaydaları daxil olmaqla sağlam həyat tərzinin təbliği, yalnız etibarlı mənbələrdən məlumatların əldə edilməsi vacibliyi kimi zəruri materiallar təqdim olunacaq.

    Həm böyüklərə, həm də uşaqlara maraqlı olacaq layihə çərçivəsində maarifləndirici qrafik çarxlar, uşaqların iştirakı ilə təcrübə xarakterli videolar, sosial şəbəkələrdə interaktiv oyunlar izləyicilərə təqdim olunacaq. Bundan başqa, uşaqlar üçün məzmunlu nağıllar, karantin vaxtı lazım ola biləcək psixoloji dəstək, bir çox mütəxəssislər və tanınmış şəxslər tərəfindən verilən maraqlı və faydalı məsləhətlər də səhifədə yerləşdiriləcək. UNICEF Azerbaijan Instagram səhifəsində təqdim olunacaq foto, qrafika və video materiallar istənilən sosial və ənənəvi media nümayəndələri tərəfindən də istifadə oluna bilər.

    Qeyd edək ki, layihə çərçivəsində kreativ və istehsalat işlərini Bakı Media Mərkəzi həyata keçirəcək.//report.az

  • Qazaxda qətl hadisəsi ilə bağlı cinayət işi başlanıldı

    Qazax şəhərində 34 yaşlı kişini ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Hüseynovu qətlə yetirən şəxs, Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Əhmədov Əhməd Əbdürrəhman oğludur. O, könüllü olaraq polisə təslim olub.

    Qeyd edək ki, hadisə Qazax şəhər Səməd Vurğun küçəsində, Qazax şəhər İdman Sağlamlıq Kompleksinin yaxınlığında qeydə alınıb.

    Z.Hüseynov ürəyindən bir bıçaq zərbəsi alaraq qətlə yetirilib.

    Hadisəninin şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Belə ki, Ə.Əhmədov Z.Hüseynovun tanışınla münaqişəsi olub. Tərəfləri barışdırmaq və arada yaranmış münaqişəni sakitləşdirmək istəyib. Lakin görüş zamanı Z.Hüseynovla Ə.Əhmədov arasında da münaqişə yaranıb. Bu zaman sonuncu soyuq silahdan istifadə edərək qətli törədib.

    Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

  • Teymur Rəcəbov FIDE prezidentinin komandasında

    Şahmat üzrə Onlayn Millətlər Kubokunda iştirak edəcək dünya yığmasının heyəti açıqlanıb.

    “Report”un Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytına istinadən məlumatına görə, Teymur Rəcəbovun yer aldığı komandanın digər üzvləri də müəyyənləşib.

    FIDE prezidenti Arkadi Dvorkoviçin kapitan olduğu komandanın tərkibində azərbaycanlı şahmatçıdan başqa, iranlı Alireza Firuzca, misirli Bassem Amin və ukraynalı Mariya Muzıçuk da yer alıblar.

    Ehtiyat heyətə isə perulu Xorxe Kori və qazaxıstanlı Dinara Saduakasova daxil edilib.

    Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçiriləcək və 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ 5 – 9 mayda gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.

  • Moldova XİN başçısı Azərbaycana səfərə dəvət edildi

    Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Moldova Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea ilə telefon danışığı baş tutub.

    Median.Az xəbər verir ki, tərəflər Moldova və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hazırkı durumu, habelə əməkdaşlıq gündəliyində duran bir sıra aktual məsələləri müzakirə ediblər.

    Eyni zamanda tərəflər hazırkı mövcud vəziyyətə də toxunaraq hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıblar.

    Aparılan telefon danışığı zamanı Azərbaycan və Moldovanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.

    Sonda Nazir həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib və o, dəvəti məmnunluqla qəbul edib.//report.az

  • Azərbaycanda 350 min şəxsə birdəfəlik ödəniş edilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan daha 30 min nəfəri üçün birdəfəlik ödəmə (190 manat) vəsaitini aidiyyəti üzrə köçürüb.

    “Report” xəbər verir ki, birdəfəlik ödəmə köçürüldükdən sonra onların telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

    Həmin şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda, istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.

    Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. Artıq 350 min şəxs üçün birdəfəlik ödəniş edilib. Bunun üçün ümumilikdə 66,5 milyon manat vəsait ödənilib.

  • Azərbaycanda vəzifəli şəxs özünü güllələyib öldürdü

    Lerik sakini ov tüfəngi ilə özünü güllələyib.

    Hadisə bu gün günorta saatlarında baş verib.

    1977-ci il təvəllüdlü Qalib Quliyev yaşadığı evdən 50 metr aralıdakı həyətyanı sahədə ov tüfəngi ilə özünü güllələyib.

    İlkin ehtimallara görə, Q.Quliyevin borc səbəbindən özünü öldürüb. Onun iki övladı var.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, mərhum 15 il Lerik Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində məsləhətçi işləyib.

  • Azərbaycanın bu rayonunda heç kimdə koronavirus yoxdur

    Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də, leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Bərdə də qoşulub.

    Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rəhbərliyi ilə könüllü qanvermə aksiyası təşkil olunub.

    V.İsayev bildirilib ki, Bərdə rayonunda əhali arasında koronavirusla bağlı müayinələr aparılır:

    “Rayonda indiyədək 700 nəfər test edilib. Sevindirici haldır ki, heç kimdə virus aşkarlanmayıb. Bu müayinələrin nəticələri mənfi çıxıb”.

    Qeyd edək ki, rayon ərazisində karantin rejimi davam edir. Şəhərin müxtəlif ərazilərində, giriş və çıxışlarında xüsusi polis postları qurulub. Rayon əhalisi karantin rejiminə ciddi əməl edir.