Month: May 2020

  • Dünyanın ən hündür tikilisi Azərbaycan bayrağına büründü -FOTO/VİDEO

    Birləşmiş Ərəb Əmirliklərinin əsas şəhərlərindən olan Dubayda yerləşən “Bürc Xəlifə” binası 28 May – Respublika Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

    Qeyd edək ki, “Bürc Xəlifə” dünyanın ən hündür tikilisidir. Binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Bürc Xəlifə 1.5 milyard dollara başa gəlib.

  • Bakıda kişi gözəllik salonunda işləyən həyat yoldaşını öldürdü

    Bakı şəhərinin Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA-nın xəbərinə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1983-cü il təvəllüdlü Qasımova Nuranə işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı-Sumqayıt yolunda baş verən qəza tıxaca səbəb oldu – VİDEO

    Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi yaxınlığında qeydə alınıb. “Hyundai” markalı avtomobil ilə “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Ölən və yaralananlar barədə hələ ki məlumat yoxdur.

    Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.

    Hadisə nəticəsində Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

  • Житель Мингячевира найден мертвым в доме своего друга

    Житель Мингячевира по имени Сулейман найден мертвым в доме своего друга.

    Как передает АПА, обстоятельства произошедшего неизвестны. Тело передано на экспертизу.

    По предварительным данным, покойный стоял на учете в психоневрологическом диспансере.

    По данному факту проводится расследование.

  • Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi

    Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanın Respublika Günü münasibətilə rəsmi “Twitter” hesabında paylaşım edib.

    Dövlət başçısı Gürcüstan və Azərbaycan arasında tarixi dostluq və möhkəm tərəfdaşlığın olduğunu bildirib.

    “Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik edirəm. Azərbaycan xalqına sülh, əmin-amanlıq və xüsusən də pandemiyanın çətin dövründə sağlamlıq arzulayıram”, – S.Zurabişvili yazıb.

  • Azərbaycanda daha 125 nəfər koronavirusdan sağaldı

    Azərbaycanda bu gün 125 nəfər koronavirusdan müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bu barədə deyilir.

    Ümumilikdə ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3022 nəfər müalicə olunaraq sağalıb.

    İndiyə qədər yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284.669 test aparılıb.

  • Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlandı, iki nəfər vəfat etdi

    Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilibş Onlardan 56 nəfər vəfat edib, 1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284.669 test aparılıb

  • Распространились кадры со свадьбы Бриллиант Дадашовой – ВИДЕО

    Распространились видеокадры со свадьбы народной артистки Азербайджана Бриллиант Дадашовой.

    Кадры были показаны в эфире передачи Elgizlə İzlə на телеканале ARB TV.

    Присутствовавшая на передаче народная артистка, отметила, что на ее свадьбе участвовали такие деятели искусства как Шовкат Алекберова, Сара Гадимова, Ильхама Гулиева.

    Отметим, что свадьба Б.Дадашовой состоялась в 1988 году.

  • Bakıda başından bıçaqlanan uşağın dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb – RƏSMİ

    “Suraxanı rayonunda azyaşlıya atası tərəfindən xəsarət yetirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılır”.

    Bu barədə Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

    O bildirib ki, azyaşlının məcburi əməyə – dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb:

    “Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsində aparılan araşdırmalarla müəyyən olunub ki, azyaşlı evə gec gəldiyi üçün atası tənbeh etmək məqsədilə parçla (qulplu su qabı) övladına xəsarət yetirib.

    Fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir, ailə üzvlərinin və digər yaxınlarının izahatları alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

  • Brilliant Dadaşovanın toy görüntüləri yayıldı – VİDEO

    Xalq artisti Brilliant Dadaşovun toyundan görüntülər yayılıb.

    Sözügedən görüntülər ARB TV-nin “Elgizlə İzlə” verilişində efirə verilib.

    Həmin verilişdə qonaq olan B.Dadaşova toyunda Şövkət Ələkbərova, Sara Qədimova, İlhamə Quliyeva kimi sənətkarların iştirak etdiyini bildirib.

    Qeyd edək ki, B.Dadaşovanın toyu 1988-ci ildə baş tutub.