Month: May 2020

  • ВОЗ предупредила страны, смягчающие карантинный режим

    Количество зараженных COVID-19 в мире превысило 4 миллиона человек.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом на брифинге 11 мая заявил генеральный директор Всемирной организации здравоохранения Тедрос Адханом Гебрейесус.

    “На сегодняшний день в мире зарегистрировано свыше 4 миллионов заражений COVID-19”, – сказал он.

    Глава ВОЗ напомнил, что многие страны уже начали постепенно снимать ограничения, введенные ранее для борьбы с COVID-19. По его мнению, такие действия должны быть постепенными, с учетом развития ситуации с пандемией в каждой отдельной стране.

  • ÜST karantin məhdudiyyətlərini yumşaldan ölkələrə xəbərdarlıq etdi

    Dünyada COVID-19-a yoluxanların sayı 4 milyon nəfəri ötüb.

    Median.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.

    “Bu gün dünyada COVID-19-a 4 milyondan çox yoluxma qeydə alınıb”, – o deyib.

    ÜST rəhbəri xatırladıb ki, bir çox ölkələr artıq COVID-19-la mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb. Onun fikrincə, belə hərəkətlər hər ayrı ölkədə pandemiya ilə bağlı vəziyyətin inkişafı nəzərə alınaraq tədricən olmalıdır.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Pandemiyanın ən çox təsir etdiyi insanlar – VİDEO

    Pandemiyanın bu və ya digər şəkildə ən çox təsir etdiyi insanlar yaşlılardır.

    Sərtləşdirilmiş karantin rejimi ilk olaraq onlar üçün tətbiq olundu. İki aydan çoxdur ki, evdən çölə çıxa bilməyən ahıl insanlar evdə oturmaqdan yorulublar desək, yanılmarıq. Ən çox da tənha yaşayan yaşlı sakinlərimiz çətinlik çəkirlər.

    Baku TV əməkdaşları yaşlı insanlarla görüşüb, onların problemləri ilə maraqlanıblar.

    Ətraflı videonu təqdim edirik:

  • Alimlər koronavirusdan ölüm ehtimalını hesablayan kalkulyator hazırladı

    Polşalı tədqiqatçılar koronavirusa yoluxma zamanı xəstəliyin ağır keçməsi və ölümlə nəticələnməsi ehtimalını hesablamağa imkan verən proqram hazırlayıblar.

    Bu barədə NTV məlumat yayıb.

    Sözügedən proqramın – kalkulyatorun hazırlanmasında həkimlər, epidemioloqlar, riyaziyyatçılar və proqramçılar iştirak edib. Yaradılan proqram insanın yaşını və cinsini, həmçinin, dörd əsas xroniki xəstəlik barədə informasiyanı əsas götürür.

    “Koronavirusdan ölüm riski əksər hallarda həyat tərzindən və bununla əlaqədar xəstəliklərdən, o cümlədən, piylənmə, diabet, hipertoniya və bunların yaratdığı fəsadlardan asılı olur.

    Son tədqiqatlar sübut edir ki, heç bir xroniki xəstəliyi olmayan şəxslərin COVID-19-la bağlı ölüm ehtimalı bir faizdən azdır”, – kalkulyatoru hazırlayan tibb elmləri doktoru Pyotr Bandoş bildirib.

  • Türkiyədə dörd gün evdən çıxmaq qadağan edildi

    Bu gün Türkiyədə Prezident Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə keçirilmiş Nazirlər Kabinetinin toplantısında koronavirusa qarşı karantin tədbirlərinin davam etdirilməsi və nisbətən yumşaldılması ilə bağlı qərar verilib.

    “HaberGlobal” xəbər verir ki, çərşənbə günü, 13 may tarixində 0-15 yaşlı uşaqlara günün müəyyən saatlarında küçəyə çıxmağa icazə veriləcək. Eyni imkan 15 may tarixində 15-20 yaşlı yeniyetmələr üçün də keçərli olacaq.

    Xatırladaq ki, qardaş ölkədə 20 yaşa qədər şəxslərin evdən çölə çıxması qadağan edilmişdi.

    Eyni zamanda, 16, 17, 18 və 19 may tarixlərində bütün ölkədə çölə çıxmaq qadağası tətbiq olunacaq. Yalnız mayın 18-i və 19-da yerli vaxtla saat 10:00-dan 16:00-a qədər kiçik mağazaların işləməsinə və sifarişlər üzrə malların evlərə çatdırılmasına icazə veriləcək.

  • Koronavirusdan ən çox bu peşələrin sahibləri ölür

    Mühafizəçilər, sürücülər, aşpazlar və tibb işçilərinin koronavirusun yaratdığı fəsadlardan ölmək ehtimalı başqalarına nisbətən daha yüksəkdir.

    Bu barədə məlumat Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) saytında dərc edilib.

    Təhlil əmək qabiliyyətli (20-64 yaş) vətəndaşlar arasında koronavirus nəticəsində 2 494 ölüm hadisəsi haqqında məlumatlara əsaslanır. Ölənlərin üçdə ikisi kişilərdir (1 612 nəfər).

    Mühafizəçilər ən həssas qrup hesab edilir, ardınca aşpaz və avtobus sürücüləri gəlir. Bütün hallarda bu göstərici yalnız kişi işçilərə aiddir.

  • Aİ-dən üzv ölkələrə xəbərdarlıq: “İkinci dalğaya hazır olun”

    Avropa İttifaqı (Aİ) yeni tip koronavirus epidemiyasının ikinci dalğasının başlanması ehtimalına qarşı bütün üzv ölkələrin hazırlıq səviyyəsini artırmasının lazım olduğunu açıqlayıb.

    Bu barədə “HaberGlobal” məlumat yayıb.

    Avropa Komissiyasının sözçüsü Stefan de Kirsmakerin sözlərinə görə, koronavirusla mübarizə çərçivəsində üzv ölkələr arasında koordinasiya fəaliyyətləri davam edir.

    Hazırlıq tədbirlərinin mütəmadi şəkildə nəzərdən keçirildiyini bildirən təşkilat rəsmisi vətəndaşların mümkün ikinci COVID-19 dalğası barədə məlumatlandırılmasının önəmli olduğuna diqqət çəkib.

  • Отменены чемпионаты Азербайджана

    Отменены сезоны 2020/21 Суперлиги Азербайджана по волейболу среди женщин и Высшей лиги чемпионата Азербайджана по волейболу среди мужчин.

    Решение об этом приняла Федерация волейбола Азербайджана (ФВА).

    Оно принято в связи с тем, что команды провели неодинаковое количество игр, и наличием отложенных встреч в чемпионатах страны.

    Наряду с Суперлигой и Высшей лигой аннулированы результаты Первых лиг среди мужчин и женщин, прерванных 14 марта.

    Также официально объявлено, что в еврокубках нашу страну представит только женский клуб “Азеррейл”.

    Подопечные Фамиля Агаева, лидировавшие в отмененном сезоне, выступят в Кубке Челлендж.

    Отметим, срок контрактов клубов с волейболистами истек в прошлом месяце. Среди иностранных игроков в Баку осталась только выступающая в “Азеррейл” сенегальская волейболистка Мбаянг Сек.

  • Azərbaycanda üç çempionat ləğv olundu – RƏSMİ

    Bu gün Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatı ilə bağlı qərarını verib.

    AVF Super Liqa (qadınlar), Yüksək Liqa (kişilər) və I Liqanın bərpa olunmamasını məqsədəuyğun hesab edib.

    Nəticədə, koronavirusa görə Nazirlər Kabineti yanında operativ qərargahın qərarına uyğun olaraq, martın 14-dən dayandırılan yarışlar davam etdirilməyəcək və 2019/2020-ci illər mövsümünün oynanılmış qarşılaşmaları ləğv olunub. Bu da matç sayının eyni olmaması və təxirə salınmış oyunların olması səbəbindən irəli gəlib. Yekun qərara əsasən, klublara heç bir mükafat verilməyəcək.

    Digər qərara əsəsən isə, 2020/2021-ci illər mövsümündə Azərbaycanı avrokubokda təmsil edəcək komanda müəyyənləşib. AVF qadınlardan ibarət “Azərreyl” komandasının Çağırış Kubokunda (Challenge Cup) oynamasını məqsədəuyğun sayıb.

    Federasiya rəhbərliyi, həmçinin legionerlərlə bağlı tövsiyəsini də klubların diqqətinə çatdırıb. Bildirilib ki, əcnəbilərdən Bakıda yalnız “Azərreyl”in seneqallı voleybolçusu (Mbayanq Sek) qalıb və onun üçün lazımı şərait yaradılıb. Oyunçunun uçuşlar bərpa olunduqdan sonra ölkəsinə dönməsinə köməklik göstərilməsi tapşırılıb.

    Qeyd edək ki, daha əvvəl Azərbaycanda basketbol çempionatı ləğv olunmuşdu. Ancaq orada mükafatçılar elan olunmuşdu.

  • Siqaret tüstüsü beyini tez qocaldır – Hər gün çəkənlər risk qrupundadır

    Əgər bir insan hər gün 5 ədəd və daha çox siqaret çəkirsə, onun beyni – toxuması və hüceyrələri tez qocalacaq. Həmçinin onun ailə üzvləri passiv siqaret çəkən qrupuna daxil olduqları üçün onlar da risk altındadır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bunu Kaliforniya Universitetinin alimləri son elmi işlərində sübut ediblər.

    Tədqiqatçılar 17 min nəfər 45-81 yaş arası insanın beynini MRT edərək, nəticələri təhlil edib.

    Beynin qocalması dedikdə, onun ümumi həcminin azalması,boz və ağ hissənin bərkliyinin dəyişməsi, müəyyən hissələrdə atrofiya və s. nəzərdə tutulur.

    Bu dəyişikliklər nəticəsində insanın intellekti zəifləyir.

    Nəticələr göstərib ki, bu qədər insanın içində hər gün şərab və araq içənlərin, eləcə də hər gün siqaret çəkənlərin beyni daha tez qocalıb, nəinki daha sağlam həyat sürən və az içib çəkən həmyaşıdları.

    Hər gün artan 2 ədəd siqaret il ərzində beynin qocalmasını 12 gün daha da tezləşdirir.