Month: May 2020

  • Koronavirusa yoluxduğu deyilən Əməkdar artist: “Ağciyərlərimdə sətəlcəm aşkarlanıb”

    Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə koronavirusun əlamətləri müşahidə olunduğundan o, xəstəxanaya yerləşdirilib.

    Hazırda xəstəxanada müalicə olunan sənətçi Oxu.Az-ın əməkdaşı ilə söhbətində koronavirusdan verdiyi test nəticələrinin neqativ çıxdığını açıqlayıb:

    “Ötən gün özümü çox pis hiss edirdim. Həkimlər məni reanimasiyaya yerləşdirdilər. Yaxma nümunələrin nəticələri mənfi çıxdı. Ürəyimdə problem var. Şəkərim və təzyiqim yüksəkdir. Bütün xəstəliklərim sanki baş qaldırıb. Ağciyərlərimdə sətəlcəm aşkarlanıb. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında həkimlərin ciddi nəzarəti altında müalicəmi davam etdirirəm”.

    S.Əliyev ölkədə karantin rejiminin yumşaldılmasından sonra xəstələndiyini bildirib:

    “Ölkədə karantin rejimi tətbiq olunandan bəri küçəyə çıxmırdım. Karantin rejiminin yumşaldılmasından sonra insanlar küçələrə axın etdi. Bir neçə saatlıq banka getdim. Qoruyucu maskadan istifadə etsəm də, işə yaramadı. Düşünürəm ki, elə bankda sətəlcəmə yoluxmuşam”.

    S.Əliyevin ailə üzvlərindən koronavirusla bağlı test nümunələri götürülüb. Testlərin nəticələri neqativ çıxıb.

  • “Əli və Nino” filmi İctimai Televiziyada – VİDEO

    İctimai Televiziyada (İTV) eksklüziv yayım hüququ ilə “Əli və Nino” filmi izləyicilərə təqdim olunacaq.

    Böyük tarixlərin yazıldığı dövrün təsvirini verən məhəbbət dastanı bu gün saat 23:00-da yayımlanacaq.

  • Обнародован график телеуроков на 29 мая – ФОТО

    Обнародована завтрашняя программа передачи “Время урока”, транслируемой на телеканалах Mədəniyyət и ARB Günəş при организации Министерства образования Азербайджана.

    Те, кто пропустил телеурок, могут посмотреть его на YouTube-канале, странице в Facebook и на видеопортале Министерства образования.

  • “Dərs vaxtı”nın sabaha olan cədvəli – FOTO

    “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 29-nq nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.

    Təhsil Nazirliyindən verilən məlumata görə, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

    Qeyd edək ki, martın 11-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib.

    Proqram çərçivəsində həftənin beş günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

  • Özünü dövlət mühafizəçisi kimi təqdim edən şəxs ifşa edildi – FOTO

    Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa etdi.

    Mayın 28-də gecə saat 03:00 radələrində Yasamal rayonu ərazisində xidmət aparan Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları hərbi geyimdə olan bir nəfəri baş nahiyəsindən xəsarət almış halda yolun kənarındakı səkidə oturmuş vəziyyətdə görərək, ona yaxınlaşıblar.

    DİN-dən verilən məlumata görə, həmin şəxs özünü polis əməkdaşlarına Xüsusi Dövlət Mühafizə Xidmətinin bölük komandiri kimi təqdim edib.

    O, sərxoş və yaralı vəziyyətdə olduğuna görə asayiş keşikçiləri tibbi yardım göstərilməsi məqsədi ilə dərhal hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimlərini dəvət ediblər.

    İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxsin üzərində xidməti vəsiqənin olmaması polis əməkdaşlarında əsaslı şübhələr yaradıb və o, müvafiq araşdırmaların aparılması məqsədilə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilib.

    Araşdırmalarla onun Ağdaş rayon Korarx kənd sakini Elmir Əhmədov olması və XDMX-nın əməkdaşı olması barədə verdiyi məlumatın tamamilə yalan olduğu müəyyən edilib.

    E.Əhmədov izahatında xüsusi karantin rejimi dövründə nəzarət postlarından sərbəst və maneəsiz keçmək üçün bu formadan istifadə etdiyini etiraf edib.

    Araşdırmalar zamanı o da müəyyən edilib ki, E.Əhmədov mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə, Ağdaş RPŞ tərəfindən də axtarışdadır.

    Faktla bağlı Polis Şöbəsində müvafiq araşdırmalar aparılır, nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

  • Məhv olmaq təhlükəsi ilə üzləşən 200 yaşlı bina – VİDEO

    Salyanda yaşı 200-dən yuxarı olan bina var.

    Baku.Tv xəbər verir ki, bina dam örtüyü istisna olmaqla necə tikilibsə, elə də qalıb.

    Yaşlı sakinlərin dediyinə görə, Salyanda bir əsrdən çox yaşı olan binalar qalsa da, 200 ildən çox yaşı olan belə nadir bina yoxdur. Bu qədim ev rayonun Babazənan yaşayış massivində, Kür çayının yaxınlığında tikilib.

    Vaxtilə bu yaşayış binasını salyanlı bəylərdən biri tikdirib. Sovet hakimiyyəti qurulana kimi evdə yaşayış olub.

    Binanın hündürlüyü 3,5 metr, qırmızı kərpicdən hörülmüş divarın qalınlığı isə bir metrdir.

    Yaşayış evindən ötən əsrin 90-cı illərinə kimi idarə, müəssisə və məktəb kimi istifadə edilib. O vaxtdan indiyə kimi sahibsiz qaldığından, binanı dağılmamaq üçün yerli sakinlər qoruyub.

    Sakinlər deyirlər ki, gələcək nəsillərin keçmişimizi bilməsi baxımından belə binaların qorunması olduqca vacibdir. Əgər bu bina dövlət tərəfindən qorunub saxlanılmazsa, gələcəkdə məhv olub gedəcək.

  • Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

    Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.

    Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, İ.Məmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyi cinayəti etiraf edib.

    Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

    Xatırladaq ki, mayın 26-da saat 8:00 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusubov yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar olunub. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

  • Susuzluqdan dodaqları çatlayan kəndlilər: Şəkidə su problemi – VİDEO

    Yay gələn kimi Şəkidə insanların içməli su problemi bitib-tükənmək bilmir.

    Lakin bu kənddə artıq su problemi elə bir həddə çatıb ki, insanlara, onların təsərrüfatlarına ziyan vurmağa başlayıb. Söhbət Şəkinin Qoxmuq kəndindən gedir.

    Susuzluq kənd sakinlərinin təsərrüfat fəaliyyətini pozub. Min əziyyətlə əkib-becərilən bitkilər bu səbəbdən quruyur.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

  • Ильхам Алиев и Мехрибан Алиева приняли участие в открытии жилого комплекса “Гобу Парк-3”

    В Гарадагском районе Баку 28 мая состоялось открытие жилого комплекса для вынужденных переселенцев “Гобу Парк-3”.

    Как сообщает АЗЕРТАДЖ, в церемонии открытия приняли участие Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева.

    После ознакомления с условиями, созданными в комплексе, Президент Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева встретились с группой вынужденных переселенцев.

    Глава государства выступил с речью.

  • İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında

    Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

    Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir qrup məcburi köçkünlə görüşüblər.

    Prezident İlham Əliyev görüşdə çıxış edib.