Month: May 2020

  • Azərbaycanda kəskin hava dəyişikliyi ilə bağlı XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti kəskin hava dəyişikliyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

    Xidmətdən Oxu.Az-a verilən məlumata əsasən, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.

    Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

  • Число излечившихся от COVID-19 в мире превысило 2 500 000

    Число излечившихся от коронавируса (COVID-19) в мире превысило 2 500 000 человек.

    357 777 человек из 5 806 975 инфицированных коронавирусом скончались.

  • Dünyada koronavirusdan sağalanların sayı 2,5 milyonu keçdi

    Dünyada koronavirusdan sağalanların sayı 2 510 224 nəfərə çatıb.

    Virusa indiyə qədər yoluxan 5 806 975 nəfərdən 357 777-si ölüb.

  • Прогноз погоды в Азербайджане на 29 мая

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 29 мая.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, в основном без осадков, утром местами слабый туман, ветер южный.

    Температура воздуха на Абшероне ночью – 18-20, днем – 25-30 градусов тепла, в Баку ночью – 18-20, днем – 27-29 градусов тепла.

    Атмосферное давление – 761 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 40-45%.

    В районах Азербайджана завтра в основном будет без осадков, но в некоторых предгорных районах ожидаются грозы, кратковременные дожди, град. Утром местами туман, ветер западный.

    Температура воздуха ночью – 15-20, днем – 32-37 градусов тепла, в горах ночью – 7-12, днем – 15-20 градусов тепла.

  • Sabaha gözlənilən hava proqnozu açıqlandı

    Azərbaycanda mayın 29-da müşahidə olunacaq hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

    Mayın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 32-37, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq

  • Polis tərəfindən saxlanılarkən özünə xəsarət yetirən Xaçmaz sakini xəstəxanada öldü

    “Mayın 27-də Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Mirəli Aydəmirovdan narkotik maddə olan heroin və metamfetamin götürülüb”.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Report-a açıqlamasında bildirib ki, saxlanılan şəxs polisdən yayınmaq məqsədilə özünü yerə çırpıb, baş və bədənini yerə vurub.

    DİN rəsmisi qeyd edib ki, nəticədə M.Aydəmirov müxtəlif bədən xəsarətləri alıb.

    E.Zahidov deyib ki, o, dərhal polis əməkdaşları tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb:

    “Həkimlərin səyinə baxmayaraq, Mirəli Aydəmirovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib. Hazırda faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır”.

  • “Formula 1”də dördüncü yarış ləğv olundu

    1-3 may tarixində keçirilməli olan, lakin təxirə salınmış “Formula 1” üzə Niderland Qran-Prisi ləğv olunub.

    Median.Az “Formula 1”in rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, Niderland tərəfi yarışın bu il keçirilməyəcəyini təsdiqləyib.

    Qeyd edək ki, “Formula 1”də 2020-ci il mövsümünün startı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl “Formula 1” rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-Prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Onu da bildirək ki, Bakıdakı yarışın bu ilin sentyabrın 20-də keçirilməsi gözlənilir.

  • Задержаны организаторы собачьих боев в Абшеронском районе

    Несколько дней назад в социальных сетях были распространены видеокадры с собачьими боями, организованными неизвестными лицами.

    Сотрудник пресс-службы МВД, лейтенант полиции Зейни Гусейнов сообщил Oxu.Az, что вопрос немедленно был взят под контроль ведомства, ведется расследование.

    “В результате неотложных мер, принятых сотрудниками полиции, установлены личности всех шести человек, фигурировавших на видеокадрах. Четверо из них задержаны.

    Устанавливается степень вины задержанных и наличие в их действиях состава преступления. Поиски еще двоих участников происшествия продолжаются”, – отметил лейтенант полиции.

    Также установлено, что видеозаписи, распространенные в соцсетях, были сделаны в сентябре 2019 года на территории Абшеронского района.

  • Abşeronda it döyüşdürən şəxslər ələ keçdi – RƏSMİ

    “Qanunsuz it döyüşləri təşkil edən altı nəfərdən dördü saxlanılıb”.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov məlumat verib.

    Onun sözlərinə görə, sosial şəbəkədə paylaşılan videogörüntülər əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri başlanıb:

    “Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan altı nəfərin şəxsiyyəti müəyyən edilib. Onlardan dördü – Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdir. Adları çəkilən şəxslər artıq saxlanılıb.

    Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək. Digər iki nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. İlkin araşdırmalarla o da müəyyən edilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilib”.

    Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə itlərin döyüşdürülməsi və doğranılması ilə bağlı yayılan videogörüntülər insanlar arasında ciddi müzakirələrə səbəb olub.

  • Bərdədə nənə ilə nəvəni maşın vurdu: Ölən var – FOTO

    Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Uğurbəyli kəndində olub.

    Kənd sakini, 1943-cü il təvəllüdlü Bağırova Həqiqət Qüdrət qızı nəvəsi – 2007-ci il təvəllüdlü Bağırova Məleykə Rövşən qızı ilə yolu keçmək istəyərkən, Vəliyev Sərhəd Vəli oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə onları vurub.

    Ağır xəsarətlər alan qadın rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının nəvəsi isə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.