Month: May 2020

  • Deputat Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirdi

    Milli Məclisin deputatı Rüfət Quliyev Avropa İnsan Hüquqları Məhkəməsinin 2020-ci il 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarına münasibət bildirib.

    R.Quliyev Oxu.Az-a açıqlamasında deyib ki, qərarda ermənilərin əsas tələbi – Ramil Səfərovun əfv olunmasının əleyhinə olan iddia təmin edilməyib.

    “Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasına diqqət edək. Bildirilir ki, Avropa Məhkəməsi Ermənistanın əsas iddianı təmin etməyib. Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən başlamasını tələb etmir. Rəsmi Bakının məlumatından görünür ki, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi, Ramil Səfərovun zəbt olunmuş Cəbrayıl rayonundan köçkün olması və onun çoxsaylı qohumlarının ermənilər tərəfindən öldürülməsi qərarda öz əksini tapmayıb”, – deyə R.Quliyev əlavə edib.

    Onun sözlərinə görə, qərarda “Çıraqovlar və digərləri Ermənistana qarşı” məsələsinə toxunulmayıb.

    Bildirək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-cı ilin 16 iyun tarixli “Çıraqovlar və digərləri Ermənistana qarşı” qərarında Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyətindən bəhs olunur.

    Deputat qeyd edib ki, bu məsələni qaldıranlar Ermənistanı məhkəməyə vermişdilər.

    “İddiaçılar Azərbaycan vətəndaşları idilər. Amma Avropa Məhkəməsinin həmin qərarının icrası indiyə qədər həllini tapmayıb. Qeyd olunanları və digər nüansları nəzərə alaraq deyə bilərik ki, Ramil Səfərovun məsələsində Azərbaycan beynəlxalq hüquqi məsuliyyət daşımır”, – deyə R.Quliyev söyləyib.

    Xatırladaq ki, Avropa Məhkəməsinin “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarında Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) maddi aspektinin Azərbaycan hökuməti tərəfindən pozulmadığı müəyyən edilib.

    Azərbaycan XİN-in açıqlamasında deyilir ki, Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, Ramil Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış edib və Azərbaycan hökumətini təmsil etməyib:

    “Beləliklə də, Azərbaycan hökuməti bu əməllərə görə beynəlxalq hüquqi məsuliyyət daşıya bilməz. Eyni zamanda hesab edirik ki, Silahlı Qüvvələrimizin zabiti Ramil Səfərovun Azərbaycanın 1993-cü ilin avqustunda Ermənistan tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və iztirablarını yaşadığı məhkəmə işində nəzərə alınmalı idi”.

    Rəsmi Bakı Avropa Məhkəməsini qınayan bəyanat da səsləndirib:

    “Yaxşı olardı ki, Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini və Ramil Səfərovun məhz bu işğal siyasətinin qurbanı olan məcburi köçkün olduğunu qərar ilə bağlı yaydığı məlumatında qeyd edərdi”.

  • Ильхам Алиев посетил возведенный в честь АДР монумент – ФОТО + ВИДЕО

    По случаю Дня Республики Президент Азербайджана Ильхам Алиев 28 мая посетил возведенный на улице Истиглалийет в Баку монумент в честь Азербайджанской Демократической Республики (АДР).

    Как сообщает АЗЕРТАДЖ, глава государства возложил цветы.






  • İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etdi – VİDEO + FOTO

    Mayın 28-də Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoyub.






  • Еще одно кафе в Баку действовало в нарушение карантина – ФОТО

    В поселке Ходжасан Бинагадинского района Баку кафе функционировало в нарушение правил карантинного режима.

    Сотрудники РУП провели рейд, в результате которого было установлено, что кафе “Джавид” работало после 18:00.

    Вместе с владельцем кафе были задержаны шесть его сотрудников. В их отношении был составлен протокол по статье 211 Кодекса об административных проступках АР.

    Один из задержанных был оштрафован на 200, остальные – на 100 манатов.





  • Bakıda daha bir kafe karantin qaydalarını pozdu – FOTO

    Xocahəsəndə karantin rejimini pozan kafe aşkarlanıb.

    Ötən gün Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən reyd keçirilib.

    Reyd zamanı paytaxtın Binəqədi rayonu Xocahəsən qəsəbəsində axşam saat 18:00-dan sonra fəaliyyət göstərən “Cavid” adlı kafedə karantin qaydalarının pozulduğu məlum olub.

    Ümumilikdə, kafe sahibi ilə birlikdə 6 nəfər işçi saxlanılıb və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin (İX) 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunub.

    Onlardan bir nəfər 200, digər şəxslər isə 100 manat məbləğində cərimələnib.





  • Последние данные по COVID-19 в мире

    Число инфицированных коронавирусом в мире достигло 5 792 253.

    От COVID-19 в мире скончались 357 467, излечились – 2 498 730 человек.

    Больше всего инфицированных (1 745 803), жертв (102 107), излечившихся (490 130) от коронавируса зафиксировано в США.

    На втором месте Бразилия (411 661), на третьем – Россия (370 680).

    В соседней Турции COVID-19 выявлен у 159 797 человек (9-я в мире), в Иране – 141 591 (11-я в мире).

    В Азербайджане на сегодняшний день коронавирусом заразились 4 568 человек, 54 из которых скончались, 2 897 – излечились.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 5 792 253 nəfər koronavirusa yoluxub.

    Virusa yoluxan 357 467 nəfər ölüb, 2 498 730 nəfər sağalıb.

    Ölkələr arasında koronavirusa ən çox yoluxma (1 745 803 nəfər), ölüm (102 107 nəfər), sağalma (490 130 nəfər) ABŞ-dadır.

    Braziliya 414 661 yoluxma ilə ikinci, Rusiya 370 680-lə üçüncü yerdədir.

    Türkiyə 159 797 koronavirusa yoluxma sayı ilə doqquzuncudur. İranı 10-cu sırada 158 333 yoluxma ilə Hindistan əvəz edib.

    İran 141 591 virusa yoluxma sayı ilə 11-ci yerdədir. Azərbaycanın sərhəd qonşuları arasında koronavirusdan ən çox ölüm (7564 nəfər) bu ölkədə müşahidə edilir.

    Azərbaycanda bu vaxta qədər koronavirus 4568 nəfərdə aşkar edilib. 54 nəfər bu virusdan ölüb, 2897 nəfər sağalıb.

  • Koronavirusun metroda yayılmasını əks etdirən VİDEO

    Böyük Britaniyada metroda koronavirusun necə ötürüldüyünə dair yeni simulyasiya videosu yayılıb.

    “Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, video “Oregon” Universiteti tərəfindən hazırlanıb.

    Metroda koronavirusa yoluxan şəxsin ətrafındakıların hamısını virusla əhatələdiyi görünür.

    Həmin şəxs ətrafındakı 7 metrlik ərazidə kiçik bir öskürək və ya asqırma ilə hər kəsə virus yoluxdura bilir.

    Virusun uzun müddət koronaviruslu insanın oturduğu və toxunduğu səthlərdə təsirli olduğu bildirilir.

  • Naxçıvan istiqamətində erməni tabor komandirinin maşını vuruldu – FOTO

    Azərbaycan hərbçiləri Naxçıvan istiqamətində Ermənistan Ordusunun tabor komandirinin “Nissan Patrol” markalı avtomobilini vurublar.

    “AzeriDefence”nin məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində yazıb.

    Qeyd edək ki, “Qraparak” qəzetinin məlumatına görə, hadisə mayın 27-də Naxçıvan istiqamətində – hansı ki, 2018-ci ildə Azərbaycanın mövqelərini irəli çəkdiyi Günnüt yüksəkliyi istiqamətində baş verib.

    Ermənistan Müdafiə Nazirliyindən sürücünün avtomobili tərk etdiyini və maşının tamamilə yandığını bildiriblər.

  • Мехрибан Алиева поздравила азербайджанский народ – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поздравила азербайджанский народ с Днем Республики – 28 Мая.

    В связи с этим М.Алиева опубликовала пост в Instagram.

    “Искренне поздравляю весь азербайджанский народ по случаю 28 Мая – Дня Республики, желаю каждому гражданину Азербайджана крепкого здоровья, радости, любви и счастья! Да будет вечной наша независимость! Пусть Всевышний бережет наш родной Азербайджан!”, – говорится в публикации Первого вице-президента.

    View this post on Instagram

    Bütün Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun! ⠀ Искренне поздравляю весь азербайджанский народ по случаю 28 Мая – Дня Республики, желаю каждому гражданину Азербайджана крепкого здоровья, радости, любви и счастья! Да будет вечной наша независимость! Пусть Всевышний бережёт наш родной Азербайджан!

    A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) on