Month: May 2020

  • “Azərişığ”ın üç əməkdaşı güllələndi

    Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

    “Report”un Cənub Mərkəzinin əldə etdiyi məlumata görə, hadisə rayonun Yeddioymaq kəndində baş verib.

    Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib.

    Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə “Azərişığ”ın əməkdaşlarına atəş açılıb.

    Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib.

    “Azərişıq” ASC-nin digər əməkdaşı, Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.

    Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

  • Azərbaycanda daha 132 nəfərdə koronavirus aşkarlandı

    Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Hazırkı dövrədək ölkəmizdə 4403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib, 1532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 56 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 276 338 test aparılıb.

  • Həsən Ruhani İlham Əliyevə məktub ünvanladı

    İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Prezident İlham Əliyevə məktub ünvanlayıb.

    AZƏRTAC-ın dərc etdiyi məktubda deyilir:

    “Möhtərəm cənab Prezident.

    Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan Respublikasının xalqını səmimi qəlbdən təbrik edirəm.

    Ortaq tarixi, mədəni və dini dəyərlərə malik olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası geniş əməkdaşlıq və investisiya imkanlarına malikdirlər. Ölkələrimizdə mövcud olan siyasi iradəyə əsaslanaraq, göstərilən birgə səylər və qarşılıqlı dəstək sayəsində xalqlarımızın rifahı və mənafeyi istiqamətində böyük addımlar atıla bilər.

    Ümidvaram ki, bütün dünyada və ölkələrimizdə koronavirusa qalib gələrək, ikitərəfli münasibətləri inkişaf etdirmək və razılaşmaları həyata keçirməklə beynəlxalq və regional miqyasda müxtəlif sahələrdə birgə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.

    Fürsətdən istifadə edərək, Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, dost və qardaş Azərbaycan Respublikasının xalqına isə səadət və xoş günlər arzulayıram”.

  • Emin Ağalarov “Jara-2020”nin taleyinə aydınlıq gətirdi

    Azərbaycanın Xalq artisti Emin Ağalarov 2020-ci ildə keçirəcək “Jara” beynəlxalq musiqi festivalının taleyi ilə bağlı “Instagram” hesabında məlumat paylaşıb.

    O qeyd edib ki, təşkilatçılar hələ də festivalı əvvəl elan olunduğu tarixdə – iyulun 29-dan avqustun 2-dək “Sea Breeze”də keçirməyi planlaşdırırlar.

    “Əlbəttə, biz bütün məsuliyyəti dərk edirik və tamaşaçılarımız, eləcə də, bütün komandamız üçün əlavə təhlükəsizlik tədbirləri həyata keçirəcəyik”.

    E.Ağalarov qeyd edib ki, təşkilatçılardan asılı olmayan səbəblərdən hansısa fors-major vəziyyət yaranarsa, musiqi festivalının tarixi avqust ayının sonuna və ya növbəti ilə keçirilə bilər.

    Tanınmış musiqiçi vurğulayıb ki, istənilən halda, onlar musiqi festivalının hazırlıqlarını davam etdirirlər.

  • Ukraynada hovuzların və idman zallarının fəaliyyəti bərpa olunur

    Ukraynada epidemioloji vəziyyət yaxşılaşacağı halda, iyunun 1-dən etibarən hovuzlar və idman zalları fəaliyyətini bərpa edəcək.

    Bu barədə “Hromadske” nəşri məlumat yayıb.

    Həmçinin, ölkədə auditoriyada 10 nəfərdən artıq insanın olmaması şərtilə dərslərin aparılmasına icazə veriləcək. Eyni zamanda, dəmir yolu nəqliyyatının fəaliyyətini bərpa etməsi gündəmdədir.

    Ukraynanın Səhiyyə Nazirliyinin saytında mayın 26-27-də hovuzları və idman zallarını ziyarətlə bağlı tövsiyələr dərc olunacaq.

  • Gəncədə qonaqlıqdan sonra evində amansızlıqla qətlə yetirilən şəxs keçmiş polis imiş – TƏFƏRRÜAT

    Gəncə şəhərində, Təbriz küçəsi, 48 saylı ünvanda kəsici-deşici alətlə öldürülən şəxs keçmiş polis olub.

    Mayın 26-da, saat 8 radələrində evində meyiti tapılan Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifov uzun illər Gəncə Baş Polis İdarəsində müstəntiq işləyib.

    O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

    Onun evində yeyib-içmək məclisindən sonra tanışı tərəfindən qətlə yetirildiyi bildirilir.

    Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

    //oxu.az

  • В Азербайджане проводятся незаконные собачьи бои – ВИДЕО

    В Азербайджане проводятся запрещенные законом собачьи бои.

    Как передает Median.Az со ссылкой на пост в Facebook, их организаторы создали в соцсетях форум Dead Game Pedigree (“Смертельные бои породистых собак”).

    Автор публикации Фарид Мансуров утверждает, что бои организуют пятеро молодых людей, которые накачивают питбулей наркотиками, натравливают их друг на друга и заставляют драться до смерти.

    “Они перерезают горло или отрубают головы проигравшим бой питбулям и скармливают их молодняку, чтобы собаки рассматривали сородичей как добычу”, – пишет пользователь.

    Он сообщает, что организаторы смертельных боев получают от этого крупную прибыль, а также являются наркоторговцами.


  • Azərbaycanda itlərə narkotik vurub, ölümcül döyüşə buraxırlar? – FOTO/VİDEO

    Azərbaycanda “Dead Game Pedigree” forumu” adı altında qanunsuz şəkildə pitbul cinsli itlərin döyüşlərinin keçirilməsi barədə məlumat yayılıb.

    Bununla bağlı Fərid Mansurov adlı “Facebook” istifadəçisi paylaşım edib.

    “Pitbullara narkotik yeridildikdən sonra onlar ölümə qədər döyüşə buraxılırlar. Həmçinin, bu yaramazlar döyüşü uduzan pitbulun boğazını kəsir, başını gövdəsindən ayırırlar və bununla cavan itləri bəsləyirlər.

    Bununla da, böyüyən itlər öz həmcinslərinə şikarları kimi baxırlar. Bundan əlavə, onlar pitbulları küçə itləri ilə məşq etdirirlər və pitbul həmin iti öldürdükdən sonra onunla gənc pitbulları bəsləyirlər. Bu insanlar böyük pulların dövr etdiyi it döyüşlərinin təşkilatçılarıdır. Bundan əlavə, onlar narkotik alverçiləridir”.

    Paylaşımda sözügedən döyüşlərin təşkilatçılarının adları da qeyd olunub:

    1. Rüfət

    2. Murad

    3. Mətləb

    4. Hansısa axmaq azarkeş.

    5. Hüseyn.

    F.Mansurov, həmçinin, ictimaiyyəti ölkədə it döyüşlərini təşkil edənlərə qarşı çıxmağa səsləyib.

    Məsələyə artıq Daxili İşlər Nazirliyindən rəsmi münasibət bildirilib. Qurumun “Instagram” hesabından edilən paylaşımda bunlar qeyd olunub:

    “Hörmətli izləyicilərimiz, qanunsuz it döyüşləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan materiallardan xəbərimiz var. Hazırda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.


  • Xəzərdə balıqların suyun üzünə çıxmasının səbəbi bilindi – VİDEO

    Son günlər balıqların kütləvi şəkildə suyun üzünə çıxması insanların marağına səbəb olub.

    Kimisi bunun mövsümlə əlaqədar olduğunu, kimisi də pandemiya səbəbindən dənizdə bəzi işlərin dayandırılması və suyun təmizlənməsi ilə bağlı olduğunu bildirir.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı

    “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin əməkdaşları koronavirus testindən keçirilib.

    Bütün testlərin nəticəsi neqativ çıxıb.

    Koronavirus aşkarlanmayan əməkdaşlar fəaliyyətlərini əvvəlki rejimdə davam etdirirlər.

    Qeyd edək ki, bir neçə gün əvvəl kanalın dörd əməkdaşının koronavirus testinin cavabı pozitiv olub, bu səbədən digər əməkdaşlar da ümumi testdən keçirilib.

    Xatırladaq ki, “Azad Azərbaycan” televiziyasında pandemiya dövründə mütəmadi olaraq dezinfeksiya işləri aparılır, izolyasiya qaydalarına ciddi riayət olunur. Telekanala daxil olanların hərarəti xüsusi aparat vasitəsilə yoxlanılır.

    Daha sonra binanın girişində quraşdırılan xüsusi dezinfeksiya aparatından keçməklə içəri girişə icazə verilir. Bundan başqa, binanın girişində və otaqlarda dezinfeksiya məhlulları qoyulub. ATV telekanalında işçilər maskalardan və baxillərdən istifadə edir. Telekanalın bütün otaqları hər gün dezinfeksiya olunur.