Month: May 2020

  • Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı müəyyənləşdi

    UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı məlum olub.

    Qarşılaşmalar 13-14 avqust tarixlərində keçiriləcək.

    Matçlar azarkeşsiz oynanılacaq və neytral stadionlarda olacaq. Yarımfinal və final görüşlərinin isə əvvəlcədən məlum olduğu kimi, İstanbulda təşkil olunacağı gözlənilir.

    Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb.

    ///Report

  • Задержанная в Турции Халида М.: «Я дочь бывшего депутата Азербайджана»

    Сотрудники полиции по борьбе с мошенничеством задержали в Турции гражданку Азербайджана Халиду М., которая представлялась как «дочь бывшего депутата и сама высокопоставленная чиновница».

    Женщина была объявлена в международный розыск Азербайджаном. В Турции она совершила ряд мошеннических действий и присвоила свыше миллиона турецких лир доверчивых граждан.

    Халида М. рассказывала своим новым знакомым, что ее мать – бывший депутат, а сама она занимает высокий пост в Азербайджане. Аферистка также смогла убедить их в том, что у нее есть связи в таможенных органах России и она может организовать канал поставки орехов, минуя таможню. Получив от доверчивых предпринимателей деньги, женщина скрывалась. За восемь лет в Турции она неоднократно меняла место проживания.

    Турецкие СМИ сообщают, что Халида М. состояла в организации Azərilər Dayanışma Derneyi и через нее искала себе новых жертв.

    На след преступницы удалось выйти сотрудникам Бюро по борьбе с мошенничеством полиции Анкары. Они начали следить за ней через ее домработницу, а затем арестовали.

    Сообщается, что Халида М. является выпускницей известного российского университета и свободно владеет тремя языками.

  • XİN: Avropa Məhkəməsi əslində Ermənistanın əsas niyyətini təmin etməyib

    Xarici İşlər Nazirliyi (XİN) Avropa İnsan Hüquqları Məhkəməsinin cari ilin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarına münasibət bildirib.

    XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, onlar Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvafiq qərarı ilə tanış olublar.

    “Əlbəttə, qərarla bağlı konkret fikir söyləmək üçün onun hüquqşünas ekspertlər səviyyəsində öyrənilməsi vacibdir, bununla belə qərarla bağlı müşahidələri bölüşmək olar. İlk növbədə nəzərə almaq lazımdır ki, bu gün bölgəmizin həm millətlər, həm də fərdlər səviyyəsində üzləşdiyi ağrı və iztirablarının kökündə, məhz Ermənistanın millətçi rəhbərlərinin Azərbaycan xalqına qarşı nifrət üzərində qurumuş düşmən siyasəti və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dayanır. Hər kəsə bəllidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbəblərini təhrif etməklə işğalçı Ermənistan, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan torpaqlarının davam edən qanunsuz işğalı və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır. Lakin elə AİHM-in 2015-cı ilin 16 iyun tarixli “Çıraqovlar və digərləri Ermənistana qarşı” qərarında Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyəti təsbit olunur. Ermənistan həqiqətən insan hüquqları və azadlıqlarına sözdə bəyan etdiyi qədər əhəmiyyət yetirir və Avropa Məhkəməsinə hörmət edirsə, o zaman bu ölkə 30 ildən bəri davam edən, Azərbaycan torpaqlarının işğalına və bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna dərhal son qoymalıdır. Habelə, AİHM-in 2015-ci il Çıqarovların işi üzrə qərarının icrası təmin olunmayanadək, rəsmi Yerevanın ölkəmizdən Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur”, – deyə XİN rəsmisi vurğulayıb.

    L. Abdullayeva qeyd edib ki, Ermənistanın Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyəti və bu qurumu siyasiləşdirmək və təbliğat kampaniyasına cəlb etmək cəhdləri rədd olunmalıdır: “Avropa Məhkəməsinin gəldiyi qənaətlərlə bağlı söyləmək olar ki, Məhkəmə əslində Ermənistanın əsas niyyətini təmin etməyib. Belə ki, Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. Digər tərəfdən, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib”.

    XİN rəsmisi vurğulayıb ki, Avropa Məhkəməsi qərarda Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) maddi aspektinin Azərbaycan Hökuməti tərəfindən pozulmadığını müəyyən edib: “Yəni, Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, Ramil Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış edib və Azərbaycan Hökumətini təmsil etməyib. Beləliklə də, Azərbaycan Hökuməti bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz. Eyni zamanda hesab edirik ki, Azərbaycan Silahlı qüvvələrinin zabiti Ramil Səfərovun Azərbaycanın 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və acılarını yaşadığı məhkəmə işində nəzərə alınmalı idi”.

    L. Abdullayeva onu da qeyd edib ki, əfv olunma, dünya təcrübəsində istifadə edilən bir haldır və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət başçısının əfv etmək səlahiyyəti vardır: “Bir daha vurğulamaq istərdim ki, bütün bəlaların kökündə Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və bu siyasətin hələ də öz həllini tapmamış nəticələri durur. İki xalq arasındakı düşmənçiliyə son verilməsinin yeganə yolu münaqişənin nəticələrinin aradan qaldırılması, yəni, Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən işğalçı qüvvələrin çaxırdılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə insanın fundamental hüquqlarının təmin edilməsidir. Yaxşı olardı ki, Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcüvüz siyasətini və Ramil Səfərovun məhz bu təcavüz siyasətinin qurbanı olan məcburi-köçkün olduğunu qərar ilə bağlı yaydığı mətbuat məlumatında qeyd edərdi”.

  • Makrondan Azərbaycan Prezidentinə təbrik

    Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Təbrikdə deyilir:

    “Cənab Prezident.

    Ölkələrimizin COVID-19-la mübarizəni davam etdirdiyi, vətəndaşlarımızın həyatı və rifahı üçün onun mənfi nəticələrinin məhdudlaşdırılmasına çalışdığımız bir dönəmdə milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq diləyirəm.

    Bütün mövzularda, xüsusən də qlobal məsələlərdə dialoqumuzun güclənməsindən çox məmnunam. Pandemiya həqiqətən qarşımıza qoyduğumuz sağlamlıq, sosial, iqtisadi və təhlükəsizlik məsələlərinə ortaq cavab tapmaq üçün birlikdə işləməyin lazım olduğunu bizə xatırladır. Cənab Prezident, bu baxımdan Qoşulmama Hərəkatının sədri olaraq xalqın xeyrinə konkret və innovativ təşəbbüslərin inkişafına fəaliyyətinizlə verdiyiniz töhfələr təqdirəlayiqdir.

    Münasibətlərimizin yaxınlığı istər iqtisadi, istərsə də mədəniyyət və təhsil sahələrində birlikdə həyata keçirdiyimiz layihələrin sayında və keyfiyyətində də özünü göstərir. Yüksək diqqət və qayğısına görə şəxsən Birinci vitse-prezidentə borclu olan Fransız-Azərbaycan Universitetinin (UFAZ) artan uğuru, əlbətdə buna bariz nümunədir.

    Cənab Prezident, icazə verin, Minsk qrupunun həmsədri Fransanın adından, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin “müharibə xəstəliyi” adlandırdığı işi sona çatdırmaq çağırışını davam edim. Bu baxımdan, Fransanın Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və davamlı həlli üçün qətiyyət və qərəzsizliklə işləmək öhdəliyinə arxalana bilərsiniz.

    Cənab Prezident, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Salyanda qadını öldürüb kanala atdılar

    Salyanda kanalda naməlum qadın meyiti tapılıb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Yenikənd kəndi ərazisində kanalda naməlum qadın meyiti aşkar edilib.

    Qadının meyiti müayinə olunmaq üçün Salyan rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə aparılıb.

    İlkin araşdırmalar zamanı onun qətlə yetirildiyi məlum olub.

    Meyitin kimliyi və hansı şəraitdə qətlə yetirilməsi müəyyənləşdirilir.

    Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda 21 nəfərin koronavirusa yoluxduğu kənddən reportaj – VİDEO

    Son günlər koronavirusa yoluxanların sayına görə Mərkəzi Aran rayonları ön sıralarda dayanır. Burada Kürdəmiri xüsusi qeyd etmək lazımdır.

    Baku.Tv xəbər verir ki, təkcə son iki gündə rayonun Sığırlı kəndində 21 nəfərin bu virusa yoluxduğu aşkarlanıb.

    Onların içərisində 1 yaşlı uşaq da var. Demək olar ki, kənd sakinlərindən hər kəsin temperaturu ölçülüb. Şübhəli şəxslərdən elə yerindəcə yaxma analizləri götürülüb.

    Virusa yoluxmaya görə son günlər kənddə maarifləndirmə xarakterli əhali ilə söhbətlər aparılsa da, hələ də buna məhəl qoymayan sakinlərə rast gəlinir. Kənd ərazisində insanların bəziləri maskasız gəzir, bəziləri isə çəkiliş apardığımızı görüb cibindən maska çıxarıb taxırlar. Sığırlı kənddində koronavirusa yoluxma halı artdığından insanların ən çox toplandığı kafe, çayxanalar da bağlanıb.

    Rayon İcra Hakimiyyətinin müavini Ağalı Kərimli bildirib ki, yoluxma halının çoxalmasına səbəb sakinlərin sosial izoliasiya qaydalarına riayət etməmələridir. İcra rəsmisi onuda qeyd edib ki, sakinlərə zərurət olmadığı halda evdən çölə çıxmamaq, tibbi maskalardan əlcəklərdən istifadə etmələri tövsiyə edilib.

  • Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi – RƏSMİ AÇIQLAMA

    Bu gün bir qrup şəxs Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirəyə cəhd edib.

    Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb:

    “Aksiyaya cəhd zamanı saxlanılan olmayıb”.

    E.Hacıyev qeyd edib ki, bir neçə şəxsin saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

  • Daha 131 soydaşımız Rusiyadan vətənə qayıtdı

    “Bu gün daha 131 azərbaycanlının Rusiyadan vətənə qayıtması təmin olunub”.

    Bunu “Report”un yerli bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib

    “Hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib. İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-sına ilkin olaraq 104 nəfər sərhəddi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, – deyə Elnur Hüseynov bildirib.

    O, nəzərə çatdırıb ki, hazırda Rusiyadan Azərbaycana keçmək isəyən 600-dən çox adam var.

  • Azərbaycanlı sabiq deputatın qızı dələduzluq iddiası ilə Türkiyədə saxlanıldı – VİDEO

    Türkiyə polisi Azərbaycanda axtarışda olan və özünü “keçmiş deputatın qızı, yüksək vəzifəli məmur” kimi təqdim edən Xalidə M. adlı Azərbaycan vətəndaşını saxlayıb.

    “Milliyet” nəşri yazır ki, saxlanılan qadın bir çox adamı aldadaraq ümumilikdə bir milyon lirədən çox pulu dələduzluq yolu ilə ələ keçirib. Qadın səkkiz ilə yaxındır Türkiyədə yaşayır.

    Xalidə M. tanış olduğu şəxslərə özünü Azərbaycanda yüksək vəzifə tutan məmur kimi təqdim edib və anasının keçmiş deputat olduğunu söyləyib.

    Qadın Ankara polisinin Soyğunçuluq və Dələduzluqla Mübarizə Bürosunun əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • Nazir oğlunun 4.2 milyonluq ev alması təsdiqləndi – Nyu-York Vergi Departamenti

    Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun böyük oğlu Emin Məmmədyarovun ABŞ-ın Nyu-York şəhərində dəbdəbəli mənzil alması təsdiqlənib.

    Turan-ın Vaşinqton müxbirinin Nyu-York Vergi Departamentinə istinadən əldə etdiyi məlumata görə, 2015-ci ilin yayında nazirin böyük oğlu Emin Məmmədyarov Manhettendə ümumilikdə 4,2 mln. ABŞ dollarından bir qədər çox nağd pul ödəməklə bir yox, iki mənzil alıb. Əvvəlki məlumatlarda onun bir mənzil aldığı qeyd edilirdi. Yada salaq ki, bu məsələni araşırmaçı jurnalist Cavanşir Həsənli gündəmə gətirib.

    Həmçinin bəlli olub ki, 2015-ci ilin iyun-iyul aylarında Emin Məmmədyarov Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda iki mənzil (PH2K və PH3K) alıb.

    2004-cü ildə Tramp strukturları tərəfindən inşa edilmiş bina 21 mərtəbəlidir. Binada bütün rahatlıqlar, o cümlədən qapalı hovuz, fitnes mərkəzi, sauna və cakuzi, Qudzon çayına baxan damda xüsusi abadlaşdırılmış özəl terras var. Bu, Nyu-Yorkun mərkəzi parkına yaxındır.

    Ötən il yerli sakinlərin qərarından sonra “Tramp-pleys” adı binanın fasadından çıxarılıb.

    Gənc Məmmədyarovun Manhettendəki bu dəbdəbəli mənzillərə görə belə böyük məbləği necə ödədiyi məlum deyil. TURAN-ın müxbiri onunla əlaqə saxlamağa, telefonla və sosial şəbəkələrdə şərh almağa çalışsa da cavab almayıb.

    Məmmədyarovlar ailəsi Nyu-Yorkda yeni deyil, belə ki, hazırkı XİN rəhbəri 90-cı illərin əvvəllərində BMT-də Azərbaycan missiyasında, daha sonra isə Azərbaycanın Vaşinqtondakı səfirliyində çalışıb.

    Son illərdə Azərbaycan XİN korrupsiya qalmaqallarına görə tənqid olunub, nazirin özü isə yerli KİV tərəfindən səriştəsizlikdə ittiham olunub.