Month: May 2020

  • Tərtərdə polisə müqavimət: Dörd nəfər cəzalandırıldı – VİDEO

    Tərtərdə bir qrup şəxs örüş torpaqları ilə bağlı icra hakimiyyəti önündə etiraz edib. Bu barədə məlumat sosial şəbəkədə yayılıb. Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

    DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 16-da Tərtər rayonu Hüsənli kəndindən olan bir qrup sakin heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbilə toplaşıblar:

    “Bununla əlaqədar kəndə gələn Rayon Polis Şöbəsinin əməkdaşları izahedici söhbətlər aparsa da, onlar öz hərəkətlərini davam etdiriblər. Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan qrup üzvləri polisə qarşı müqavimət göstəriblər. Onların hərəkətlərinin qarşısı alınıb, ictimai asayiş tam bərpa edilib”.

    “Polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən dörd nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar”, – deyə qurumdan qeyd edilib.

  • В Баку 15-летняя жертва изнасилования родила дочь

    Управление полиции Сураханского района Баку возбудило уголовное дело в отношении жителя поселка Бина К. А. (1989 г.р.), который обвиняется в том, что систематически насиловал соседскую несовершеннолетнюю девочку.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    В районную прокуратуру обратилась 35-летняя мать жертвы (имена не называются по этическим соображениям, а также в интересах следствия). Женщина заявила, что впервые сосед К. А. изнасиловал ее дочь (2005 г.р.) в мае 2018 года, когда той было 13 лет. По ее словам, он обманным путем заманил подростка к себе в дом и вошел с ней в половой контакт. Все последующие изнасилования также происходили в его доме.

    В результате 30 апреля 2020 года подросток родила дочь.

    Прокуратура направила материалы в Сураханское районное управление полиции для расследования.

    Сам подозреваемый не признает себя виновным в изнасиловании. По словам мужчины, он никогда не вступал в интимную связь с девочкой.

    В настоящее время по факту в судебном порядке назначен анализ ДНК, который поможет установить, кто является отцом новорожденной. Поэтому пока подозреваемый не задержан. Уголовное дело в отношении него возбуждено по статье 152 (половое сношение с лицом, не достигшим 16-летнего возраста) Уголовного кодекса.

    Следствие по данному факту продолжается.

  • Bakıda cinsi təcavüzə məruz qalmış azyaşlı qız ana olub

    Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində qonşuluqda yaşayan azyaşlı qızı davamlı şəkildə zorlamaqda təqsirləndirilən Binə qəsəbə sakini K.A. (1989-cu il təvəllüdlü) barəsində cinayət işinə başlanılıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Rayon prokurorluğuna zərərçəkən şəxsin 35 yaşlı anası (adlar etik səbəblərdən və istintaqın mənafeyi nəzərə alınaraq açıqlanmır) müraciət edib. Qadın bildirib ki, qonşusu K.A. ilk dəfə onun qızını (2005-ci il təvəllüdlü) 13 yaşında ikən – 2018-ci ilin may ayında zorlayıb.

    Qadının sözlərinə görə, kişi azyaşlı qızı aldadaraq evinə aparıb və onunla cinsi əlaqəyə girib. Sonrakı təcavüz halları da təqsirləndirilən şəxsin evində baş verib.

    Nəticədə, 30 aprel 2020-ci ildə təcavüzə məruz qalmış 15 yaşlı yeniyetmənin qız övladı dünyaya gəlib.

    Prokurorluq işi araşdırmaq məqsədilə istintaq materiallarını Suraxanı Rayon Polis İdarəsinə göndərib.

    Şübhəli şəxs qismində adı keçən şəxs zorlama iddiasını qəbul etmir. Kişinin dediyinə görə, o, heç vaxt azyaşlı qızla yaxın münasibətdə olmayıb.

    Hazırda məhkəmə yeni doğulmuş uşağın atasının kim olduğunu müəyyənləşdirmək məqsədilə DNT testi sifariş verib. Bu səbəbdən şübhəli şəxs qismində adı keçən kişi saxlanılmayıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi üzrə cinayət işi açılıb.

    Faktla bağlı istintaq davam edir.

  • Baş Nazirdən vacib qərar – Mayın 31-dək bunlar qadağandır

    Azərbaycanın Baş Naziri Əli Əsədov xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Qərar imzalayıb.

    Qərarla müəyyən edilib ki, 2020-ci il 31 may saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir:

    – yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması;

    – xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

    – bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

    – Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda dövlət orqanlarında (qurumlarında) xüsusi iş rejimində işə cəlb edilən işçilərin say həddinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məhdudlaşdırılması;

    – “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

    – dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

    – bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması;

    – tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

    – qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) dayandırılması;

    – ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

    – istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

    – muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

    – nəzdindəki ərzaq mağazaları, apteklər və müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;

    – ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

    – Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;

    – tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

    – idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

    – masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması.

    Bu Qərar 2020-ci il 18 may tarixindən qüvvəyə minir.

  • В Азербайджане выявлено 158 новых случаев инфицирования COVID-19

    В Азербайджане выявлено 158 новых случаев инфицирования коронавирусом (COVID-19).

    Об этом 16 мая сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня в Азербайджане коронавирусом заразились 3 138 человек, 1 944 из которых выздоровели, 36 скончались, 1 158 продолжают лечение в больницах особого режима. Состояние 41 из них оценивается как тяжелое, 52 – средней степени тяжести, остальных – как стабильное.

    В республике на сегодняшний день проведено 226 005 тестов на выявление COVID-19.

  • Azərbaycanda daha 158 nəfərdə koronavirus aşkarlandı – RƏSMİ + VİDEO

    Azərbaycanda 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Məlumata görə, hazırkı dövrədək ölkəmizdə 3138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1944 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226.005 test aparılıb.

  • Выезд из Баку в районы будет разрешен только в двух случаях

    Определен порядок передвижения граждан между Баку, Сумгайытом, Лянкяраном, Гянджой, Абшеронским районом, а также другими городами и районами республики с 18 мая.

    Об этом Report сообщил глава пресс-службы Кабинета министров Ибрагим Мамедов.

    Он рассказал, в каких случаях после отмены системы SMS-разрешений с 00:00 18 мая 2020 года граждане могут покинуть места проживания в городах Баку, Сумгайыт, Гянджа, Лянкяран и Абшеронском районе и посетить другие районы и города страны.

    По словам Мамедова, передвижение будет разрешено только в двух случаях: для участия в похоронах близкого родственника и для лечения особо тяжелых больных в столице и других городах при наличии соответствующей справки.

    “Гражданин, желающий принять участие в похоронах близкого родственника, должен предъявить свидетельство о смерти. Помимо этих случаев, в период особого карантинного режима запрещается въезд и выезд из Баку, Сумгайыта и Абшеронского района, Гянджи и Лянкярана, а также пассажироперевозки наземным и воздушным транспортом из других городов и районов страны” – сказал И.Мамедов.

    Начальник пресс-службы Министерства внутренних дел (МВД) Эхсан Захидов также подтвердил, что передвижение граждан между указанными регионами возможно только в этих двух случаях.

    Напомним, что, учитывая санитарно-эпидемиологическую ситуацию в Азербайджане в связи с новым типом коронавирусной инфекции (COVID-19), общее количество людей, инфицированных вирусом, и динамику выздоровления пациентов, было принято решение ослабить некоторые ограничения в рамках особого карантинного режима с 18 мая.

    Было отмечено, что, принимая во внимание существующую санитарно-эпидемиологическую ситуацию, число активных больных и скорость заражения, с 00:00 18 мая 2020 года в Баку, Сумгайыте, Гяндже, Лянкяране и Абшеронском районе отменяется система SMS-разрешений для выхода из дома, регистрации на портале icaze.e-gov.az или предоставления служебного удостоверения.

  • Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək – RƏSMİ

    Mayın 18-dən etibarən vətəndaşların Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə hansı hallarda gəlib-getməsinin qaydası müəyyənləşib.

    Bu barədə Report-a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

    Hökumət sözçüsü 18 may 2020-ci il saat 00:00-dan etibarən SMS icazə sisteminin ləğvindən sonra Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə vətəndaşların yaşayış yerini tərk edərək ölkənin digər rayon və şəhərlərinə hansı hallarda səfər edə biləcəklərinə aydınlıq gətirib.

    “Mayın 18-dən – yəni SMS icazə və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmə sistemi ləğv olunduğuna görə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna gəlib-getmək istəyən vətəndaşlara yalnız iki halda icazə veriləcək: Yaxın qohumunun yas mərasimində iştirak etmək üçün və xüsusi ağır xəstələrin göndəriş əsasında paytaxtda və digər yerlərdə müayinə və müalicələri üçün. Vəfat etmiş yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün yaşayış yerini tərk etmək istəyən vətəndaş müvafiq ölüm haqqında arayışı təqdim etməklə gedə biləcək. Bunlardan başqa xüsusi karantin rejimi dövründə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları qadağandır”, – deyə, hökumət sözçüsü vurğulayıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov da SMS icazə sisteminin ləğv olunmasından sonra vətəndaşların Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərləri və Abşeron rayonundan respublikanın digər ərazilərinə, eləcə də bölgələrdən adıçəkilən rayon və şəhərlərə gəliş-gedişinə iki halda icazə verilməsi qaydası ilə bağlı məlumatı təsdiqləyib.

    Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.

    Daha əvvəl mayın 4-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.

  • Bakıda binanın eyvanı uçdu – FOTO/VİDEO

    Nərimanov rayonunda beşmərtəbəli binanın dördüncü mərtəbəsinin eyvanı uçub.

    Hadisə paytaxtın Nərimanov rayonu, Təbriz 102 ünvanında baş verib.

    Eyvanın uçması nəticəsində ölən və xəsarət alan olmayıb.

    Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hüseyn Cəfərov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda hadisə yerindədir:

    “Bina köhnə olduğu üçün pilot layihə çərçivəsində sökülməsi nəzərdə tutulub. İlkin ehtimal olaraq, eyvanın uçmasına səbəb də köhnə olmasıdır. Beşmərtəbəli binanın dördüncü mərtəbəsinin eyvanı uçub. Hadisə nəticəsində binanın üçüncü və ikinci mərtəbələrinin də eyvanları uçub. Xəsarət alan olmayıb. Söküntülər piyada səkisinə tökülüb. Hazırda ərazidəyik, araşdırma aparılır. Dağıntıların aradan qaldırılması istiqamətində tədbirlər görülür”.

    Qeyd edək ki, bu barədə ilk məlumatı Qafqazinfo paylaşıb.

  • Azərbaycanda həkim koronavirusa yoluxduğuna görə xəstəxana bağlanıb? – RƏSMİ AÇIQLAMA

    Dünən sosial şəbəkələrdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətinin məhdudlaşdırılması barədə məlumat yayılıb.

    Qeyd olunur ki, səhiyyə müəssisəsinin həkimlərindən biri koronavirusa yoluxub, nəticədə, xəstəxananın fəaliyyəti məhdudlaşdırılıb, yalnız reanimasiya şöbəsi fəaliyyət göstərir.

    Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) ilə əlaqə saxladıq.

    TƏBİB-in Mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, qurum tərəfindən kiminsə yoluxması və adı-soyadı açıqlanmır:

    “Yoluxan, ola bilsin ki, həkimdir, amma bu barədə bizim qurum məlumat vermir. Xəstəxananın bağlanması və ya fəaliyyətinin məhdudlaşdırılması barədə informasiya yoxdur.

    İstənilən tibb müəssisəsində, xəstəxanada dezinfeksiya işləri aparıla bilər. Bununla bağlı qısamüddətli məhdudlaşdırılma tətbiq oluna bilər, bu da qeyd edilən məsələ ilə əlaqədar deyil”.