Month: May 2020

  • Saxta jurnalist vəsiqəsi hazırlayan şəxs tutuldu – FOTO

    Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozmağa çalışan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, Kəlbəcər rayon sakini Elnur Alməmmədovun şəhər ərazisinə daxil olması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayarkən, o, “Liderpress.az” MMC-də işlədiyini bildirib.

    E.Alməmmədov xidməti vəsiqəsini polis əməkdaşlarına təqdim etdikdə isə sənədin saxta olduğu müəyyən edilib.

    E.Alməmmədov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

    Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisinə sərbəst şəkildə daxil olmaq üçün saxta sənəd hazırladığını bildirib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.


  • TƏBİB sədrindən yeni TƏYİNAT

    Goranboy Rayon Mərkəzi Xəstəxanasına yeni təyinat olub.

    Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

    Əmrə əsasən, Zeynalov İftixar Əli oğlu Goranboy Rayon Mərkəzi Xəstəxanası – Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin edilib.

    Xatırladaq ki, İ.Zeynalov 2007-2015-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

  • В доме бывшего главы ИВ произошло самоубийство

    В Гейчайском районе Азербайджана произошло самоубийство.

    68-летний Джафар Джафаров застрелился из охотничьего ружья в доме, в котором работал охранником.

    В ходе расследования было установлено, что дом принадлежит бывшему главе Исполнительной власти (ИВ) Уджарского района Арзу Гафурову.

    По данному факту возбуждено уголовное дело, ведется следствие.

  • Keçmiş icra başçısının evində intihar: Gözətçi özünü güllələdi

    Göyçayda intihar hadisəsi baş verib.

    1952-ci il təvəllüdlü Cəfərov Ağahüseyn ov tüfəngindən atəş açaraq, özünü öldürüb.

    O, həmin evdə gözətçi işləyib.

    Qeyd edək ki, ev Ucar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arzu Qafurova məxsusdur.

    Faktla araşdırma aparılır.

    //oxu.az

  • Bakıda qızlar arasında kütləvi dava: “Üzr istə” deyə-deyə döydülər – VİDEO

    Ötən gün sosial şəbəkələrdə azyaşlı qızın döyüldüyünə dair videogörüntü paylaşılıb.

    Görüntülərdə bir neçə nəfərin azyaşlı qıza hücum edərək, onu döydüyü müşahidə olunur.

    Görüntülərdə döyülən qız bir anlıq huşunu itirib. Məsələnin hansı səbəbdən baş verdiyi məlum deyil.

    Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkələrdə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri ilə müşayiət olunan videogörüntülərin tam və hərtərəfli araşdırıldığını deyib.

    O bildirib ki, hadisə mayın 14-də Xətai rayonu Vunq Tau küçəsində qeydə alınıb:

    “16 yaşlı Z.Müsayeva naməlum şəxslər tərəfindən xuliqanlıq zəminində döyülüb. Həmin görüntülər onlara məxsus “Instagram” hesablarında yayımlanıb. Bakı şəhər Baş Polis İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə azyaşlıya qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinənlər – İmişli rayon sakini, 2002-ci təvəllüdlü Yeganə Əzimli, Bakı şəhər sakinləri – 2001-ci il təvəllüdlü Günel Qədirli, 2002-ci təvəllüdlü Lalə Məmmədova və Astara rayon sakini Safiya Quliyeva müəyyən olunub. Onlar ilkin ifadələrində törətdikləri əməli etiraf edərək, peşman olduqlarını bildiriblər”.

    E.Hacıyev faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsilə cinayət işi açıldığını qeyd edib:

    “Şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

  • DİN: Bərdədə polisə müqavimət göstərən 14 nəfər saxlanılıb

    Bu gün Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbi ilə toplaşıblar.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, bununla əlaqədar kəndə gələn Rayon Polis Şöbəsinin rəhbərliyi sakinlərlə izahedici söhbətlər aparsa da, etiraz edənlər öz hərəkətlərini davam etdirib, hətta kəndin digər sakinlərinə məxsus pay torpaqlarının onlara örüş sahəsi kimi verilməsini tələb ediblər.

    Onların bu hüquqazidd əməllərinin qarşısının alınması üçün hadisə yerinə polis əməkdaşları cəlb edilib. Asayiş keşikçilərinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayan qrup üzvləri polisə qarşı müqavimət göstəriblər.

    Sakinlərin hərəkətlərinin qarşısı alınıb, ictimai asayiş tam bərpa edilib. Polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən 14 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib.

    Aparılan araşdırmaların nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək.

  • ATV-nin Zauru karantin qaydalarını pozub, evində ad günü məclisi qurdu – VİDEO

    ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramının aparıcısı Zaur Baxşəliyev evində ad günü məclisi keçirib.

    Teleaparıcı ölkəmizdə tətbiq olunan karantin rejimi qaydalarını pozaraq, evində həm özünün, həm də anası Dilavər xanımın ad gününü qeyd edib.

    Həmin anları telefonunun yaddaşına köçürən Zaur doğum günü “party”sindən görüntüləri sosial media hesabında paylaşıb.

    Sosial şəbəkə istifadəçiləri teleaparıcı ilə anasını təbrik ediblər.

    Efirdən insanlara səslənərək, karantin rejimi qaydalarına əməl olunmasını xahiş edən Z.Baxşəliyev özü bu tələbləri pozub. Paylaşılan videoda 10-dan çox insanın ad günü məclisində iştirak etməsi nəzərdən qaçmayıb.

    Qeyd edək ki, hazırda Azərbaycanda karantin rejimi davam edir. Dövlət tərəfindən tətbiq edilən qaydalara əsasən, 10 nəfərdən artıq bir yerdə toplaşmaq qadağandır.

    //oxu.az

  • DSX-nin daha iki polkovniki həbs olunub?

    Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin rəisi Əfqan Hacıyevlə birgə tutulan şəxslərin adı məlum olub.

    Bakupost-un məlumatına görə, Hərbi Məhkəmə tərəfindən polkovnik Vəliyev Elçin Vaqif oğlu və polkovnik Quliyev Xalis Xudamurad oğlu barəsində də həbs-qətimkan tədbiri seçilib.

    E.Vəliyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət almada), X.Quliyev isə 312.2-ci (rüşvət vermə) maddəsi ilə ittiham olunur.

    Bakı Hərbi Məhkəməsində hər iki şəxs barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

  • В Министерстве оборонной промышленности произведено кадровое назначение

    В ООО “Управление безопасности и охраны” при Министерстве оборонной промышленности Азербайджана назначен новый директор.

    Как сообщает Report, им стал Ильгар Мамедов.

    Он сменил на этом посту Акифа Горчубейли, который скончался в апреле 2020 года.

  • Azərbaycanda nazirlikdə yeni TƏYİNAT

    Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub.

    Report xəbər verir ki, İlqar Məmmədov nazirliyə məxsus “Təhlükəsizlik və mühafizə idarəsi” MMC-yə yeni direktor təyin edilib.

    O, bu vəzifədə ötən ay vəfat etmiş Akif Qorçubəylini əvəz edib.