Month: May 2020

  • В Турции число жертв COVID-19 превысило 4 000 человек

    За прошедшие сутки жертвами коронавируса в Турции стали еще 55 человек.

    Как сообщает Report, об этом заявил министр здравоохранения страны Фахреттин Коджа.

    По его словам, этим число жертв коронавируса в соседней стране достигло 4 007 человек.

    Кроме того, за последние сутки в Турции отмечено 1 635 фактов заражения COVID-19. Таким образом, число носителей инфекции достигло 144 749 человек.

    За день 2 315 инфицированных выздоровели и были выписаны домой. Этим статистика выздоровевших достигла 104 030 человек.

  • Türkiyədə pandemiya qurbanlarının sayı 4 000 nəfəri ötdü – STATİSTİKA

    Türkiyədə ötən sutka koronavirusdan daha 55 nəfər ölüb.

    “Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

    Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 4 007-yə çatıb.

    Bundan başqa, son 24 saatda ölkədə 1 635 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 144 749 nəfərə çatıb.

    Habelə bir gündə koronavirusa yoluxmuş 2 315 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 104 030 nəfərə çatıb.

  • Donald Tramp Azərbaycan Prezidentini təbrik etdi

    Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

    “Report” xəbər verir ki, Prezident Donald Tramp məktubunda 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə və xalqına Amerika xalqı adından səmimi salamlarını və təbriklərini çatdırır.

    Məktubda deyilir: “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik.

    Xahiş edirəm 28 May – Respublika Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz”.

  • Muğanlı-İsmayıllı yolunu sel basdı, yüzlərlə avtomobil yolda qaldı – FOTO

    Bu gün axşam saatlarında İsmayıllı rayonu ərazisinə yağan güclü leysan nəticəsində sel suları fəsadlar törədib.

    APA-nın yerli bürosunun xəbərinə görə, bir neçə saat davam edən leysan yağışdan sonra dağlardan gələn sel Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı və Talıstan kəndləri ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinlik yaradıb.

    Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün yolu sel basıb. Sel sularının dağlardan gətirdiyi iri daşlar, ağac kötükləri və lil qatı yolun bağlanmasına səbəb olub. Nəticədə Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel suları avtomobillərin içərisinə dolub.

    Hazırda İsmayıllı rayon yol-istismar idarəsinin texnikaları əraziyə cəlb olunub, yolun açılması və nəqliyyatın hərəkətinin bərpası üçün işlər görülür.


  • DİN avtoxuliqanlıq etdiyi üçün həbs olunan şəxsin görüntülərini yaydı – VİDEO

    Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə avtoxuliqanlıq edərək həbs olunan şəxsin sanitar qovşağın (tualet) təmizlətdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a bildirib ki, avtoxuliqanlıq etdiyinə görə inzibati qaydada həbs edilmiş 23 yaşlı Məhəmməd Hüseynli barəsində müvafiq araşdırmalar aparılıb.

    Müəyyən edilib ki, o, xeyli müddətdir paytaxt ərazisində günün müxtəlif saatlarında özünə məxsus qırmızı rəngli 99-RA-367 və etibarnamə ilə idarə etdiyi ağ rəngli 99-TV-117 dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobillərlə cəmiyyətə açıq hörmətsizlik etməklə, digər hərəkət iştirakçılarının – sürücü və piyadaların həyatına real təhlükə yaradıb. O, bu hərəkətlərinin çəkilişlərini apararaq sosial şəbəkələrdəki özünə aid olan səhifələrdə yerləşdirməklə hüquqazidd əməllərini təbliğ edib.

    Eləcə də istifadəsində olan nəqliyyat vasitələrinin konstruksiyalarına dəyişikliklər etməklə paytaxt yollarında yol polisi əməkdaşlarının qanuni tələblərinə tebesizlik göstərmiş, avtomobillərinə quraşdırılan, istifadəsi qanunla qadağan olunan sayrışan işıqlar, yüksək avazlı səs siqnallarından, saxta qeydiyyat nişanlarından istifadə etməklə avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Əksər hallarda avtomaşınlarını dövlət qeydiyyat nişanları olmadan nəqliyyat axının əksinə hərəkət etdirib.

    M.Hüseynli mayın 12-də növbəti avtoxuliqanlıq hərəkətləri edərkən Binəqədi DYPŞ əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanmış materiallarla birlikdə rayon məhkəmsinə göndərilib. Məhkəmənin qərarı ilə 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə o, 30 sutka inzibati qaydada həbs edilib.

  • İnsan alveri qurbanlarının Azərbaycandan aparıldığı ölkələr – SİYAHI

    Azərbaycanda 2019-cu ildə müəyyən edilmiş 91 insan alveri qurbanının 85-i qadın, beşi kişi və biri uşaqdır.

    Oxu.Az-ın xəbərinə görə, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə illik hesabatında bildirilir.

    Qeyd olunub ki, həmin şəxslərdən 89-u Azərbaycan, ikisi isə Tacikistan və Özbəkistan vətəndaşlarıdır.

    Onlardan 54-ü istismar məqsədilə Türkiyəyə, 16-sı Qətərə, səkkizi İrana, beşi Rusiyaya aparılıb.

    Həmin şəxslərdən beşi Birləşmiş Ərəb Əmirliklərində, üçü isə Azərbaycanda istismara məruz qalıb.

  • Müdafiə Nazirliyi: Ordumuzun təlimləri Ermənistanın hərbi-siyasi rəhbərliyini qorxuya salıb

    Azərbaycan Ordusunun keçirəcəyi genişmiqyaslı əməliyyat-taktiki təlimlər, heç şübhəsiz, Ermənistanın hərbi-siyasi rəhbərliyini qorxuya salıb.

    Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin məlumatında deyilir:

    “Ordumuz təlimləri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində keçirir və burada beynəlxalq sənədlərin tələblərinin pozulmasından söhbət gedə bilməz. Bir daha bəyan edirik ki, Azərbaycan öz sərhədləri çərçivəsində istənilən sayda canlı qüvvə və müxtəlif döyüş texnikasını cəlb etməklə təlimlər keçirmək hüququna malikdir.

    BMT Baş katibinin ümumdünya atəşkəsinə riayət etmək çağırışına istinad edən Ermənistan tərəfinə xatırladırıq ki, rəsmi Yerevan ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirməlidir.

    Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mütəmadi təlimlər keçirməsi, beynəlxalq qurumların nəzarətindən yayınaraq külli miqdarda silah-sursat, döyüş texnikası və digər hərbi vasitələri gizlətməsi məhz rəsmi Yerevanın beynəlxalq hüquq norma və prinsiplərini, o cümlədən Vyana sənədinin əsas tələblərini kobud surətdə pozmasıdır.

    Bildiririk ki, keçiriləcək təlimlərə Ermənistanın bu cür reaksiya verməsi, bir işğalçı dövlət kimi dünya ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini özündən yayındırmaq məqsədini güdür.

    Müdafiə Nazirliyi bəyan edir ki, düşmən hər hansı bir təxribata cəhd göstərərsə Azərbaycan Ordusu Ermənistan tərəfinin bu hərəkətinin qarşısını güc tətbiq etməklə dərhal və qətiyyətlə alacaqdır”.

  • “Xəzər” və ARB telekanallarının yayımı bir saatlıq dayandırılacaq

    Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

    İclasda həmçinin 7-10 may tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

    7 may 2020-ci il tarixdə “Xəzər” televiziya kanalının efirində yayımlanan “Qəlb oğrusu” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Xəzər” televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 08:00-dan saat 09:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

    9 may 2020-ci il tarixdə ARB televiziya kanalının efirində yayımlanan “Bakıda küləklər əsir” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq ARB televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 16:00-dan saat 17:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

  • Mütəxəssislər mobil telefonların dezinfeksiyası ilə bağlı tövsiyələr verib

    “Samsung” şirkəti rəsmi saytında koronavirus pandemiyası dövründə mobil cihazların dezinfeksiyasına dair tövsiyələr dərc edib.

    REN TV xəbər verir ki, məlumatda smartfonların gün ərzində azı bir dəfə dezinfeksiya edilməsi məsləhət görülür.

    Şirkətin tədqiqatçıları qeyd edir ki, viruslar metal və plastik səthlərdə azı 2-3 gün yaşaya bilir.

    Aparılan araşdırmaların nəticələrinə görə, istifadəçilər hər gün orta hesabla 52 dəfə smartfona toxunur. Üstəlik, mobil cihazı yaxın məsafədən istifadə edərkən virusların insana ötürülmə intensivliyi yüksək olur.

    Mobil cihazların nazik lifli parçaya hopdurulmuş spirt və distillə edilmiş su ilə təmizlənməsi tövsiyə olunur. Təmizləmədən əvvəl cihaz söndürülməlidir.

  • İnsan alveri edən dörd cinayətkar qrup zərərsizləşdirilib

    Azərbaycanda 2019-cu ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 186 insan alveri faktı aşkarlanıb.

    Oxu.Az-ın məlumatına görə, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə hesabatında yazılıb.

    10 nəfərdən ibarət dörd cinayətkar qrupun zərərsizləşdirildiyi, barələrində axtarış elan olunmuş 35 nəfərdən 19-nun isə tutulduğu bildirilib.