Month: May 2020

  • Опубликованы правила работы кафе и ресторанов в Азербайджане

    Объединение по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Азербайджана разработало правила, основанные на “Методических указаний по профилактике коронавирусной инфекции в предприятиях общественного питания”.

    Как сообщили Day.Az в TƏBİB, следуя этим правилам, мы можем защитить себя и других от инфекции COVID-19.

    Согласно этим правилам:

    -Во время приготовления пищи должна соблюдаться температура приготовления, следует избегать употребления недоготовленной пищи;

    – Предприятие должно быть обеспечено одноразовыми салфетками;

    – Регулярная дезинфекция должна проводиться на кухне, в комнатах для персонала, туалетах и служебных помещениях;

    – В залах расстояние между посетителями, сидящими за одним столом должно быть не менее 1 метра, а расстояние между столами – не менее 2 метров.

  • Bakıda karantin rejimini pozan “leytenant” saxlanıldı – FOTO

    Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları qanunsuz yolla əldə etdiyi üzərində leytenant xüsusi rütbəsi olan hərbi formanı geyinərək karantin qaydalarını pozan şəxsi saxlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Belə ki, Bakıxanov qəsəbəsi ərazisində sanitar-karantin rejimi ilə əlaqədar xidmət apararkən polislər hərbi geyimli bir nəfərin qeyri-adekvat hərəkətlərindən şübhələnərək ona yaxınlaşıblar. Özünü hərbi qulluqçu kimi təqdim edən həmin şəxsin üzərində bunu təsdiq edən heç bir sənədi olmadığından o, polis idarəsinə dəvət edilib.

    İdarədə araşdırma zaman məlum ki, bu şəxsin Saatlı rayon sakini, Sabunçu rayonunda müvəqqəti yaşayan Elçin İsmayılov olduğu məlum olub. O, izahatında karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün qeyri-qanuni yolla əldə etdiyi xüsusi formanı geyindiyini və heç bir hərbi birləşmənin əməkdaşı olmadığını etiraf edib.

    E.İsmayılovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.



  • Elçin Quliyevin müavini DTX əməliyyatı ilə saxlanıldı – RƏSMİ

    Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınmışdır.

    Bu barədə Dövlət Təhülkəsizliyi Xidmətindən açıqlama verilib.

    Bildirilib ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

    Hazırda araşdırmalar davam etdirilir.

    İctimaiyyətə əlavə məlumat veriləcək.

    Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevdir.

  • Bakıda kişi avtomobili “pub”a çevirdi – FOTO/VİDEO

    Bakıda – Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərən “pub” aşkar edilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı qəsəbənin R.Axundov küçəsində yerləşən “Kabak” restoranının sahibi Samir Qəhrəmanovun sanitar-karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi və müştəriləri qəbul etdiyi məlum olub. Hətta obyektin sahibi restoranın işlədiyi barədə xüsusi reklam çarxları hazırlayaraq sosial şəbəkələrdə yerləşdirib.

    Qeyd edək ki, Samir Qəhrəmanov və işçiləri məsuliyyətdən yayınmaq üçün avtomobillə obyektin qarşısında dayanan müştərilərə elə nəqliyyat vasitəsinin salonunda xidmət göstəriblər. Bunun üçün S.Qəhrəmanov avtomobilin salonuna spirtli içkilər və yeməklər təqdim etmək üçün xüsusi qablar da düzəltdirib.

    Obyektə və oranın mətbəxinə baxış zamanı yeməklərin adi sanitar-gigiyenik qaydalara belə əməl olunmadan hazırlandığı ortaya çıxıb. Tədbir zamanı obyektin ümumilikdə 11 işçisi və yeddi müştərisi saxlanılaraq polis idarəsinə gətiriliblər.

    Xüsusi karantin qaydalarını pozan Samir Qəhrəmanov və restoranın əməkdaşı Azad Böyükkişiyev rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 10 və 30 sutka inzibati qaydada həbs edilib.

    Əlavə edək ki, araşdırma zamanı A.Böyükkişiyevin narkotik vasitə aludəçisi olduğu da məlum olub.

    Müştərilər və obyektin digər əməkdaşları barəsində Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək, onların hər biri 100 manat məbləğində cərimə olunublar.







  • Azərbaycanda dəhşət: Kişi hamilə arvadını zəncirlədi – VİDEO

    ARB TV-nin “Elgizlə İzlə” verilişində həyat yoldaşı tərəfindən zəncirlənərək, işgəncə verilən qadın haqqında süjet yayımlanıb.

    “Qoşulub qaçdığım üçün ailəm də məni dindirmirdi. Yoldaşımda arxayınlıq yarandı ki, ailəmdən kimsə gəlib-getməyəcək. Avaralıq etdi, həbsxanaya düşdü. Ona səkkiz il altı ay həbs cəzası verildi. Mən də atamın evinə getdim.

    Həbsdən çıxdı, məni və iki uşağımızı götürüb yaşadığı kəndə gətirdi. Ev tikdik. Hər şey üstündə savaşmağa, zülm etməyə, işgəncə verməyə başladı. Qollarıma qaynar su töküb yandırıb, çəkiclə vurub. Uşaqları bir otağa salırdı, biz də başqa otağa keçirdik və məni döyməyə başlayırdı. Əl-qolumu bağlayıb döşəmə taxtası ilə, dəmirlə vururdu. Boynumda zəncirlərin izi var. Həyətdə bağlayırdı məni, deyirdi ki, ürəyim belə istəyir. Valideynlərim isə deyirdi ki, hər evdə söz-söhbət olur, get evinə. Mən də çıxıb sığınacağa gəldim”.

  • Президент Ильхам Алиев назначил исполнительного директора Фонда страхования вкладов

    Президент Азербайджана Ильхам Алиев 14 мая подписал распоряжение о назначении Турала Гудрат оглу Пириева исполнительным директором Фонда страхования вкладов.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyevdən yüksək vəzifəyə təyinat – SƏRƏNCAM

    Prezident İlham Əliyev Tural Qüdrət oğlu Piriyevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • В Азербайджане от COVID-19 вылечились еще 44 человека – ОФИЦИАЛЬНО

    В Азербайджане от коронавируса (COVID-19) излечились еще 44 человека.

    Об этом 14 мая сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня в Азербайджане коронавирусом заразились 2 879 человек, 1 833 из которых излечились и были выписаны, 35 – скончались, 1 011 – продолжают лечение в больницах особого режима. Состояние 29 из них оценивается как тяжелое, 38 – средней степени тяжести, остальных – как стабильное.

  • Azərbaycanda daha 44 nəfər koronavirusdan sağaldı – RƏSMİ

    Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 44 nəfər müalicə olunaraq, sağalıb və evə buraxılıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

  • В Азербайджане выявлен 121 новый случай инфицирования COVID-19 – ОФИЦИАЛЬНО

    В Азербайджане выявлен 121 новый случай инфицирования COVID-19.

    Об этом 14 мая сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня в Азербайджане коронавирусом заразились 2 879 человек, 1 833 из которых излечились и были выписаны, 35 – скончались, 1 011 – продолжают лечение в больницах особого режима. Состояние 29 из них оценивается как тяжелое, 38 – средней степени тяжести, остальных – как стабильное.

    В республике на сегодняшний день был проведен 214 291 тест на выявление COVID-19.