Month: June 2020

  • 29 yaşlı Xaçmaz sakini intihar edib

    Xaçmaz rayonunda intihar faktı qeydə alınıb.

    APA-nın verdiyi məlumata görə, hadisə rayonun Yergüc kəndində baş verib.

    Kənd sakini, 1991-ci il təvəllüdlü Əlisultanov Rəhman Balasultan oğlu özünü yaşadığı evdə asıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Tovuz sakinini güllələyərək öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib – RƏSMİ

    13 sentyabr 2019-cu il tarixdə Tovuz rayon sakini Firuddin Ələkbərlinin bir neçə dəfə atəş açılaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri üzrə cinayət işinə başlanılaraq, Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaqla cinayətin Tovuz rayonu, Yanıqlı kənd sakini Əli Şamıyev tərəfindən qanunsuz olaraq üzərində gəzdirdiyi “Makarov” konstruksiyalı tapança ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.

    29 iyun 2020-ci ildə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Pandemiya dövründə maliyyə dəstəyi göstərilən sahibkarların sayı açıqlandı

    “Ölkəmizdə vergiyə yığılan hər dörd manatdan üçü özəl sektordan toplanır”.

    Bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

    Onun sözlərinə görə, indiyə kimi tərəfimizdən idarə edilən bir sıra biznes layihələri var:

    “Pandemiya təsiri altında olan bir sıra sahələr müəyyən olunub və həmin sahələrə hazırkı vəziyyətdən az zərər çəkməsi üçün maliyyə dəstəyi verilib”.

    M.Cabbarov qeyd edib ki, pandemiya dövründə 130 min sahibkara maliyyə dəstəyi göstərilib:

    “İşçi heyəti ilə birlikdə 310 mindən çox şəxsə maliyyə yardımı verilib”.
    //oxu.az

  • Bakıda kişi keçmiş həyat yoldaşını küçədə döyərək qarət etdi

    Bakıda kişi keçmiş həyat yoldaşına qarşı soyğunçuluq edib.

    APA-nın məlumatına görə, hadisə iyunun 27-də paytaxtın Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini olan qadın Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, keçmiş kürəkəni, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Asif Abbasov qızını küçədə döyərək, içərisində 200 manat olan pul kisəsini taladığını bildirib.

    Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanıb. A.Abbasov 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

  • Neftçalada iki yaşlı uşaq avtomobilin altında qalaraq öldü

    Neftçalada azyaşlı uşaq avtomobilin altında qalaraq ölüb.

    APA-nın məlumatına görə, hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb. Kəndə qonaq gələn Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Təhməzov Cavanşir Bəyzadə oğlu özünə məxsus “QAZel” markalı avtomobili arxaya verərkən 2018-ci il təvəllüdlü Həsənli Əkbər Rəşad oğlu nənəsinin əlindən çıxaraq avtomobilə doğru qaçıb və maşının təkərləri altında qalıb. Təcili olaraq xəstəxanaya aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Deputatlar qrantlarla bağlı dəyişikliyi təsdiqlədilər

    Milli Məclisin iclasında “Qrant haqqında” qanunun 4-cü maddəsinə əlavə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    Təklif olunan 4.3-cü maddəyə əsasən, QHT-lər qrant müqavilələrinin elektron sistem vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.

    Bu zamana qədər QHT-lər qrant müqavilələrini Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən alırdılar. Qanuna dəyişiklikdən sonra isə QHT-lər həm də müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qrant müqavilələrini qeydə aldırmaq imkanına malik olacaqlar.

    Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

    //oxu.az

  • Dünyanın ən FAYDALI MƏHSULLARI

    Limon dünyanın ən faydalı məhsulu elan edilib.

    Median.Az xəbər verir ki, dünyanın müxtəlif ölkələrində dietologiya sahəsində çalışan mütəxəssislər ən faydalı xüsusiyyətlərə malik olan məhsulların siyahısını hazırlayıb.

    Dietoloqların sözünə görə, belə məhsullar orqanizmin işinin yaxşılaşmasına imkan yaradır və uzun illər sağlamlığın qorunmasına kömək edir.

    Siyahının lideri güclü aktioksidant təsiri ilə tanınan limon olub. O, qanda xolesterinin səviyyəsini azaltmağa, iltihablarla mübarizə aparmağa və bağların elastikliyini saxlamağa qadirdir.

    Böyük miqdarda zülal və vitamin sayəsində brokkoli kələmi ikinci yerdə olub.

    Qara şokolad ən faydalı məhsulların reytinqində üçüncü yeri tutub. Mütəxəssislər onun sadəcə əhval-ruhiyyəni qaldırmaq qabiliyyətini deyil, həm də kəskin təzyiq düşməsinə kömək etdiyini vurğulayıb. Ancaq diyetoloqlar qeyd ediblər ki, şokolad heç yağ əlavəsi edilmədən, təbii kakaodan istehsal edilmiş olmalıdır.

    Kartof da faydalı qidalar siyahısına daxil edilib. Tərəvəz böyük miqdarda sellüloza və kompleks karbohidratların olması ilə qiymətləndirilir.

    Qızıl balıq faydalı məhsulların siyahısını bağlayır. Dietoloqlar Omeqa-3 yağı ilə zəngin olan balıqları yeməyi məsləhət görür. Müntəzəm olaraq qızılbalıq istifadəsi Alzeymer xəstəliyinin və yaşla bağlı yaranan digər xəstəliklərin inkişafını zəiflədir. (publika.az)

  • Azərbaycanın heç bir bölgəsində hotellərdə hovuzların fəaliyyətinə icazə verilmir

    Hazırda Azərbaycanın dörd şəhər və beş rayonunda sərtləşdirilmiş karantin rejimi tətbiq edilir. Məhz bu səbəbdən də Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində hotel, istirahət və əyləncə məkrəzlərinin fəaliyyəti dayandırılıb.

    Median.Az News24.az-a istinadən xəbər verir ki, buna baxmayaraq, karantin rejimi tətbiq edilməyən bölgələrdə yerləşən hotel və istirahət mərkəzlərində də müəyyən qadağalar var.

    Belə ki, Şəki, Şamaxı, Nabran, Şabran kimi bölgələrdə hotellərin əksəriyyəti karantin rejiminə görə bağlıdır, fəaliyyət göstərənlərdə isə hovuzdan istifadəyə icazə verilmir.

    Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bununla bağlı yaxın günlərdə açıqlama olacağını bildirib.

  • Hindistanda “TikTok” qadağan edildi

    Hindistan hökuməti ölkə ərazisində bir sıra mobil tətbiqlərin istifadəsinə qadağa qoyub.

    Ümumilikdə 59 mobil tətbiqi əhatə edən bu qadağa siyahısında “TikTok”, “UC Brauzer” və Çinin sosial şəbəkəsi olan “WeChat” messencerinin adı var.

    TASS xəbər verir ki, hökumətin mətbuat xidməti bu barədə rəsmi məlumat yayıb.

    Qadağanın əsas səbəblərindən biri kimi Hindistan Çin arasındakı gərginlik göstərilir.

  • Азербайджанский телеведущий выпил на одном дыхании полтора литра воды – ВИДЕО

    Ведущий телеканала İdman TV, чемпион Азербайджана по бодибилдингу, фитнес тренер Фуад Гулузаде отличился своим интересным умением.

    Как передает Median.Az, спортсмен выпил на одном дыхании полтора литра воды.
    Затем Ф.Гулузаде передал эстафету другим своим коллегам.

    Однако чемпиону Азербайджана по пауэрлифтингу Камрану Лазымову удалось осилить два литра. //oxu.az