Month: June 2020

  • Hacıqabulda avtomobil piyadanı vuraraq ağır yaralayıb

    Bakı-Qazax magistral yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Atbulaq kəndində qeydə alınıb.

    Bakı sakini Hümbətov Şahin Əli oğlu idarə etdiyi “Ford Transit” markalı kiçiktutumlu yük avtomobili ilə yolu keçən Hacıqabul rayonunun Atbulaq kənd sakini, 1986-cı il təvəllüdlü Fərhadov Elşad Ələsgər oğlunu vurub. Ağır xəsarətlər alan piyadanı sürücü özü Ələt qəsəbəsindəki xəstəxanaya aparıb. Xəstə ağır kəllə-beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

  • 100-dən artıq Gürcüstan vətəndaşı Azərbaycandan təxliyə olunub – FOTO

    Gürcüstan 100-dən çox vətəndaşını Azərbaycandan təxliyə edib.

    APA-nın Gürcüstan bürosu xəbər verir ki, təxliyə edilənlər xüsusi ayrılmış üç avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətiriləcəklər.

    Onların Gürcüstan tərəfdə karantinə alınacaqları bildirilib. Avtobuslar bu dıqiqələrdə Bakıdan yola salınıb.

  • Gəncədə evdə yanğın baş verib – FOTO

    Gəncədə fərdi yaşayış evində yanğın baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əli Nəzmi küçəsində qeydə alnıb.

    Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və yanğınsöndürən texnikası cəlb olunub. Yanğının qarşısı alınıb.

  • Назначен новый командующий Военно-морскими силами Азербайджана

    В Министерстве обороны произошло новое кадровое назначение.

    Как сообщает Report, в этой связи был подписан соответствующее распоряжение.

    Согласно распоряжению, командующий военно-морскими силами Азербайджана был назначен контр-адмирал Субхан Камал оглы Бекиров.

  • Azərbaycan idmançısı 12 illik diskvalifikasiya edildi

    Azərbaycanın daha iki idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

    Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, Həsənbəy Həsənzadə və Kamran Orucov diskvalifikasiyaya məruz qalıb.

    Ağırlıqqaldıran Həsənzadədən alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində Ekzogen AAS/ oksandrolon, həmçinin Ekzogen AAS/ oksimetolon metabolitləri və metasteron tapılıb. O, bu səbəbdən 144 ay (12 il) cəzalandırılıb. Atletin diskvalifikasiya müddəti 2019-cu il martın 11-dən hesablanmağa başlanılıb və 2031-ci il martın 11-də bitəcək.

    Bir dəfə boks üzrə Azərbaycan çempionatında qüvvəsini sınamış Orucov da cəzaya məruz qalıb. Əsas idman növü kikboksinq sayılan Kamran 2 il yarışlara qatıla bilməyəcək. Onda Stimulyantlar/ 4-methylhexan-2-amine (methylhexaneamine) aşkarlanıb. İdmançının cəzası 2022-ci il mayın 8-də başa çatacaq.

    Qeyd edək ki, AMADA daha öncə 53 idmançımıza cəza tətbiq edib.

  • В Турции число заражений COVID-19 за сутки превысило около 1300

    Число выявленных случаев коронавируса в Турции возросло за сутки на 1 374, скончались 18 пациентов, общее число умерших превысило 5,1 тыс.

    Как передает Median.Az, об этом сообщил министр здравоохранения республики Фахреттин Коджа.

    “Сегодня выявлены 1 374 новых случаев, всего заразившихся – 198 613. Мы потеряли 18 пациентов, умерших стало – 5 115. Вылечились 1 374 пациентов, всего – 171 809”, – написал Коджа в Twitter.

  • Türkiyədə koronavirusla bağlı son statistika açıqlandı

    Bu gün Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.

    Median.Az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

    Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 115 nəfəri ötüb.

    Son sutkada Türkiyədə COVID-19-a 1 374 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 198 613 nəfərə çatıb.

    Nazirin sözlərinə görə, son bir gündə 1 214 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 171 809 nəfərə yüksəlib.

    Son sutkada COVID-19-la bağlı 51 014 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3 331 158-dir.

  • Высыхает река Кура – ВИДЕО

    Наблюдается серьезное снижение уровня воды на территории реки Кура, проходящей через территорию Сальянского района.

    Как сообщает Report, за прошедшие 10 дней уровень воды в реке снизился на 1-1,5 метра.

    Согласно информации, из-за этого водные насосы не могут работать в нормальном режиме. А это, в свою очередь, оказывает отрицательное влияние на орошение земель, что сказывается на урожае.

    По мнению экспертов, ситуация будет оставаться критической до тех пор, пока не будет решен вопрос регуляции воды в Мингячевирском водохранилище.

  • Azərbaycanlı aparıcı birnəfəsə litryarımlıq suyu içdi – VİDEO

    “İdman TV”nin aparıcısı, bodibildinq üzrə Azərbaycan çempionu, fitnes məşqçisi Fuad Quluzadə maraqlı məharəti ilə seçilib.

    Median.Az xəbər verir ki, o, birnəfəsə 1,5 litrlik suyu içib.

    Bundan sonra Fuad Quluzadə hərəkətini təkrarlamağı digər həmkarlarına ötürüb.

    Lakin pauerliftinq üzrə Azərbaycan çempionu olmuş Kamran Lazımov iki litrin öhdəsindən gəlməyi bacarıb.//oxu.az

  • Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib

    Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

    “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

    Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

    O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

    Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

    Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi, 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi.