Month: June 2020

  • Sumqayıtda modul tipli xəstəxanaya 44 koronavirus xəstəsi yerləşdirildi

    “Sumqayıtda artıq fəaliyyətə başlayan modul tipli xəstəxanaya 44 koronavirus xəstəsi yerləşdirilib. Onlar orta ağırlıq dərəcəsində olan xəstələrdir”.

    Bunu Xeberle.com-a açıqlamasında Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova deyib.

    S.Sadıxova bildirib ki, oksigen dəstəyinə ehtiyacı olan xəstələr isə Sumqayıt pandemiya xəstəxanasının əsas korpusunda müalicələrini davam etdirirlər:

    “Nəzarət 2 saylı şəhər xəstəxanasının rəhbərliyinə həvalə edilib. Burada üç növbəli sistem qurulub və 35 tibb personalından ibarət işçi heyəti var”.

    Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərən modul tipli xəstəxana üç bölmədən, 100 palatadan ibarətdir və 200 çarpayılıqdır.

    Palataların hər biri süni tənəffüs aparatı və zəruri avadanlıqla təchiz edilib.

  • Masallıda maskalı şəxslər mənzilə basqın etdi, ev sahibinə xəsarət yetirildi

    Masallıda maskalı şəxslər mənzilə basqın edib.

    APA-nın məlumatına görə, rayonun İsi kəndində yaşayan 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədov iyunun 29-da Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, həmin gün gecə saat 3 radələrində yaşadığı evə maskalı üç nəfərin daxil olduğunu bildirib.

    Quldurlar ona hədə-qorxu gələrək, xəsarətlər yetirməklə 1 500 manat pulunu alaraq qaçıblar.

    Faktla bağlı Masallı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi üzrə cinayət işinə başlanılıb.

    Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • В ходе перестрелки на ирано-азербайджанской границе убит нарушитель – ФОТО

    Азербайджанские пограничники в результате оперативных мероприятий предотвратили контрабанду на территорию республики крупной партии наркотиков.

    Как сообщает пресс-служба Государственной пограничной службы (ГПС), 29 июня, в 23:50, на территории погранзаставы вблизи села Чемели Бейлаганского района военнослужащие погранотряда “Горадиз” засекли попытку нарушения границы: двое неизвестных пытались проникнуть из Ирана на территорию Азербайджана.

    Пограничники приказали нарушителям остановиться и сделали предупредительный выстрел в воздух, однако те в ответ открыли огонь.

    Завязалась перестрелка, в ходе которой один из нарушителей был смертельно ранен и скончался на месте, другому удалось скрыться в лесу.

    В ходе осмотра места происшествия был обнаружен обрез и два мешка с 33 кг наркотиков.

    Сообщается, что в связи с инцидентом была проведена встреча между азербайджанскими и иранскими пограничниками.

    Военнослужащие погранотряда “Горадиз” и сотрудники Военной прокуратуры проводят расследование по данному факту, ведутся поиски второго нарушителя границы.





  • Azərbaycan-İran sərhədində atışma: Ölən var – FOTO

    Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

    Bununla bağlı DSX-nin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, bu tədbirlər nəticəsində dünən külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.

    Həmin gün saat 23:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd pozucularının silahlı olmaları, üzərilərində iki ədəd kisədə yük olması müşahidə edilib.

    Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

    Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb.

    Əraziyə baxış zaman bir ədəd lüləsi kəsilmiş tüfəng, iki ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edilib.

    Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

    Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.





  • Обнародована последняя мировая статистика по коронавирусу

    Число инфицированных коронавирусом в мире достигло 10 412 345.

    От COVID-19 в мире скончались 508 228, вылечились 5 668 668 человек.

    Среди стран больше всего заразившихся в США (2 681 811), Бразилии (1 370 488) и России (641 156).

    На 10-м месте в мире по числу инфицированных находится Иран – 225 205 человек, 10 670 из которых скончались, 186 180 – излечились.

    В соседней Турции выявлено 198 613 случаев COVID-19. 5 115 пациентов скончались, 171 809 – вылечились.

    В Армении коронавирусом заразились 25 127 человек, 433 из которых скончались, 13 297 – излечились,

    В Грузии – 926 заразившихся, 15 человек умерли.

    В Азербайджане на сегодняшний день коронавирусом заразились 16 968 человек, 206 из которых скончались, 9 369 – вылечились.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 10 412 345 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 508 228 nəfər ölüb, 5 668 668 nəfər sağalıb.

    Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma ABŞ (2 681 811 nəfər), Braziliya (1 370 488 nəfər) və Rusiyada (641 156 nəfər) müşahidə edilir.

    İran 225 205 yoluxma ilə ölkələr arasında 10-cudur. Bu dövlətdə virusdan 10 670 nəfər ölüb, 186 180 nəfər sağalıb.

    Türkiyədə 198 613 yoluxma, 5 115 ölüm, 171 809 sağalma, Ermənistanda 25 127 yoluxma, 433 ölüm, 13 297 sağalma, Gürcüstanda 926 yoluxma, 15 ölüm, 791 sağalma qeyd olunur.

    Azərbaycanda koronavirusa yoluxan 16 968 nəfərin 206-sı ölüb, 9 369-u sağalıb.

  • На улице в Сумгайыте вновь провалился асфальт – ФОТО/ВИДЕО

    На участке проезжей части улицы Кямрана Гусейнова в Сумгайыте вновь провалился асфальт, передаёт Median.Az со ссылкой на oxu.az.

    Это затруднило движение транспорта.

    В целях безопасности местные жители заполнили образовавшуюся яму камнями.

    По предварительным данным, пострадавших нет.

    Асфальт на этом месте проваливается уже в пятый раз, несмотря на ремонтно-восстановительные работы.



  • Azərbaycanda eyni yol beşinci dəfə çökdü – FOTO/VİDEO

    Sumqayıtda eyni yol beşinci dəfə çöküb.

    Söhbət şəhərin Kamran Hüseynov küçəsindən gedir.

    Ərazidə yolun çökməsi nəticəsində həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

    Vətəndaşlar tərəfindən təhlükəsizlik məqsədilə yolun çökən hissəsinin ətrafına daş qoyulub.

    İlkin məlumatlara görə, hadisə zamanı zərərçəkən olmayıb.

    Xatırladaq ki, sözügedən küçədə yol bundan əvvəl dörd dəfə çöküb. Bir neçə dəfə yolda təmir-bərpa işləri aparılsa da, görünən odur ki, yolun çökməsinin qarşısını almaq mümkün olmayıb.

    Həmin görüntüləri təqdim edirik:




    //oxu.az

  • Postlardan vətəndaşları keçirən üç nəfər saxlanıldı – VİDEO

    Özünü polis əməkdaşı kimi qələmə verən və vətəndaşların etibarından sui-istifadə edərək onlardan müxtəlif məbləğlərdə pul alan, əvvəllər məhkum olunmuş Qaradağ rayonunun Ələt qəsəbə sakini Zamiq Əhmədov saxlanılıb.

    Saxlanılan şəxs ayrı-ayrı vətəndaşlardan aldatma yolu ilə aldığı 50 manat məbləğində pul müqabilində onları şəhərin giriş-çıxışlarında quraşdırılmış polis nəzarət postlarından yayındırıb, kənar və torpaq yollarla şəhər və bölgələr istiqamətində keçirib. Sonuncu belə əməliyyat zamanı isə o, polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

    Zamiq Əhmədov bundan əvvəl CM-in 178-ci, yəni, dələduzluq maddəsi ilə həbs edilib.

    Polis əməkdaşlarının keçirdiyi növbəti tədbir nəticəsində Göyçay rayon sakini Nahid Şıxəliyev yaşadığı rayondan öz avtomobili ilə gətirdiyi həmyerlilərini Bakıya torpaq yolla keçirərkən saxlanılıb.

    Həmçinin, Ələt qəsəbə sakini Şamo Şamilov da ayrı-ayrı şəxslərdən aldığı pul müqabilində onları polis nəzarət postlarından torpaq yolla keçirərkən saxlanılıb.

    Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə inzibati qaydada həbs qərarı çıxarılıb.

    Ətraflı süjeti təqdim edirik:

  • Ermənilər atəşkəsi 35 dəfə pozdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikasının Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Acarlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.