Month: June 2020

  • Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda dəyişiklik edib.

    Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

    Qeyd edək ki, bundan əvvəl karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırdılar.

  • Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü – 114 yeni sağalma

    Azərbaycanda koronavirusa yoluxduğu aşkar olunmuş 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 356 032 test aparılıb.

  • Azərbaycan koronavirusa görə Fələstinə 300 min ABŞ dolları yardım etdi

    “Həqiqətən, hazırda dünya pandemiyadan çox əziyyət çəkir və pandemiyanın nəticələrinə qarşı mübarizə ölkələr və beynəlxalq təşkilatlar arasında intensiv beynəlxalq əməkdaşlıq və yardım tələb edir”.

    Bunu Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində keçirilən növbədənkənar açıq virtual iclasında çıxışı zamanı deyib.

    “Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası dünyanın 15-ə yaxın ölkəsinə humanitar yardım göstərmişdir. İnsanların əzab-əziyyətlərinin yüngülləşməsinə yardımçı olmaq və Fələstində yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün göstərilən səyləri dəstəkləmək məqsədilə Fələstin Qaçqınlarına Yardım və İşlərin təşkili üzrə BMT-nin Agentliyinə (UNRWA) 2020-ci ildə 300 000 ABŞ dolları məbləğində töhfə verdik”, – nazir bildirib.

  • “Hərarəti olan 20-yə yaxın şagird imtahana buraxılmayıb”

    Dövlət İmtahan Mərkəzi bu gün rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

    Mərkəzdən verilən məlumata görə, imtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2550 nəzarətçi – müəllim, 117 bina nümayəndəsi ayrılıb.

    Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. Bütün imtahan binaları dezinfeksiya edilib və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.

    Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

    İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

    İlkin məlumatlara əsasən 2 imtahan nəzarətçisi və 20-yə yaxın şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

    Çox təəssüf ki, 1 nəfər imtahan binasına mobil telefonla daxil olmağa nail olub və sual kitabçasının şəklini çəkərək imtahandan sonra sosial şəbəkələrdə yayıb. Həmin imtahan iştirakçısının kimliyi dərhal müəyyən olunub və imtahan nəticələri ləğv olunub. Bu məsələ ilə əlaqədar imtahan nəzarətçisi və buraxılış rejimi əməkdaşının izahatı alınıb və araşdırma aparılır.

    İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini və ya imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər (abituriyentlər) də olub.

    Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə (abituriyentlərə) bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı) gətirməyi unutmasınlar.

    İmtahan iştirakçıları bir məsələni də nəzərə almalıdırlar ki, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

    İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

    İyunun 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

    9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

    11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

  • Məhkəmə Qiyas İbrahimov haqqında qərar verdi

    Nizami Rayon Məhkəməsində gənc fəal Qiyas İbrahimovun inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

    “Report” xəbər verir ki, hakim Mətanət Hacıyevanın sədriyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, Q.İbrahimov 50 manat məbləğində cərimələnib.

    O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

    Qeyd edək ki, gənc fəal Qiyas İbrahimov ötən gün binanın damına çıxaraq aksiya keçirdikdən sonra saxlanılıb və bu gün sərbəst buraxılıb.

  • В Баку судят врача скорой за халатность, повлекшую смерть студентки

    Врач Бакинской станции скорой медицинской помощи Рамиз Джафаров, допустивший халатность при исполнении обязанностей во время вызова, связанного с отравлением трех студенток, одна из которых скончалась, дал первые показания в суде Ясамальского района.

    9 июня здесь состоялось первое заседание по рассмотрению уголовного дела, возбужденного в отношении Р.Джафарова по статье 314.2 (халатность, повлекшая смерть человека) УК АР.

    Ранее Oxu.Az сообщал, что 21 ноября 2019 года в общежитии Бакинского государственного университета (БГУ) на проспекте Метбуат отравились студентки Шекер Хасметова, Дильруба Гулиева и Гамида Ибадова. Смерть Ш.Хасметовой врачи констатировали в общежитии, две другие девушки в критическом состоянии были госпитализированы в Клинический медицинский центр №1, а спустя несколько дней – выписаны.

    Предварительно предполагалось, что студентка скончалась в результате пищевого отравления. Однако после проведения необходимых следственных мероприятий правоохранители пришли к выводу, что девушки отравились токсичным веществом неизвестного происхождения.

    Спустя четыре месяца стала известна причина смерти Ш.Хасметовой – угарный газ, просочившийся через трещину в стене, у которой стояла ее кровать.

    Возвращаясь к инциденту, напомним, что прибывшие по вызову врач Р.Джафаров и медсестра сделали студенткам инъекцию димедрола, который позже во время экспертизы был обнаружен в их крови, и предложили им госпитализацию. Девушки отказались, полагая, что после укола их состояние улучшится.

    Наутро снова была вызвана скорая. Но к этому времени Ш.Хасметова уже была мертва. Согласно заключению экспертизы, димедрол ускорил развитие клинических признаков отравления, вследствие чего студентка скончалась.

    31 мая дело в отношении врача было выделено в отдельное производство.

    Между тем, как передает корреспондент Oxu.Az, который присутствовал на заседании суда 9 июня, судьей было зачитано обвинение, согласно которому врач не зарегистрировал вызов, не задокументировал отказ студенток от госпитализации и не уведомил родителей об их состоянии.

    После этого подсудимый выразил желание дать показания. Он сообщил, что, прибыв по вызову вечером 20 ноября, не обнаружил у девушек признаков отравления.

    “Их не тошнило, учащенного дыхания не было. Девушки жаловались на сильную головную боль”, – сказал обвиняемый.

    Однако выступившие на суде Дильруба Гулиева и Гамида Ибадова возразили ему. Последняя заявила, что когда врач вошел в комнату, ее трясло.

    “Я сказала, что мне не хватает воздуха, трудно дышать, на что врач с иронией заявил: “ты и так дышишь, что еще хочешь?”, – сказала она.

    Во время первого вызова Шекер Хасметова сидела на кровати, девушки были обессилены. Однако врач утверждает, что все они адекватно отвечали на его вопросы.

    По словам пострадавших студенток, Р.Джафаров сказал, что у них не обнаружено никаких проблем, но если они хотят, то он может отвезти их в больницу. Девушки успокоились и отказались от госпитализации.

    Одна студентка предположила, что они могли отравиться угарным газом, поскольку незадолго до этого две из них принимали душ. Врач осмотрел душевую, которая располагалась этажом ниже. Он исключил возможность отравления угарным газом, поскольку на плохое самочувствие жаловались все три девушки. Р.Джафаров сделал им инъекцию и уехал.

    Гамида Ибадова также рассказала, что трижды теряла сознание: “вечером я отключила громкость мобильного телефона, утром проснулась по будильнику. В это время позвонила моя тетя, но я не смогла ответить, потому что потеряла сознание, очнулась уже в больнице”.

    Отметим, что подсудимый не признает себя виновным.

    Очередное заседание суда состоится 30 июня.

  • Bakıda tələbənin ölümü ilə nəticələnən səhlənkarlığa görə təcili yardım həkimi mühakimə olunur

    Üç tələbənin zəhərlənməsi ilə əlaqədar (onlardan biri vəfat edib) çağırış zamanı vəzifələrini yerinə yetirərkən səhlənkarlığa yol verən Bakı Təcili Tibbi Yardım Stansiyasının həkimi Ramiz Cəfərov Yasamal rayon məhkəməsində ilk ifadəsini verib.

    İyunun 9-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə R.Cəfərov barəsində başlanılmış cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.

    Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr Şəkər Xasmətova (1999-cu il təvəllüdlü), Dilrubə Quliyeva və Həmidə İbadova (hər ikisi 1998-ci il təvəllüdlü) zəhərlənib. Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü müəyyən ediblər, digər iki qız isə ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib, bir neçə gündən sonra evə buraxılıblar.

    İlkin olaraq tələbənin qida zəhərlənməsi nəticəsində öldüyü ehtimal edilib. Lakin zəruri istintaq tədbirlərinin aparılmasından sonra hüquq mühafizəçiləri qızların naməlum toksik maddə ilə zəhərləndiyi qənaətinə gəliblər.

    Dörd ay sonra Ş.Xasmətovanın ölümünün səbəbinin divardakı çatdan keçən dəm qazının olması müəyyən edilib. Tələbənin yatağı ölümcül zəhərlənməsinə səbəb olan divardakı çatın yaxınlığında olub.

    Hadisəyə qayıdaraq xatırladaq ki, çağırışa gələn həkim R.Cəfərov və tibb bacısı onlara sonradan müayinə zamanı qanlarında tapılan dimedrol inyeksiyası ediblər və yalnız şifahi olaraq özləri ilə birlikdə xəstəxanaya getmələrini bildiriblər. Qızlar inyeksiyadan sonra vəziyyətlərinin yaxşılaşacağına inanaraq, bundan imtina ediblər.

    Səhər yenidən təcili yardım çağırılıb. Lakin bu zaman Ş.Xasmətova artıq həyatını itirmişdi. Ekspertizanın nəticəsinə görə, dimedrol zəhərlənmənin klinik əlamətlərinin inkişafını sürətləndirib və bunun nəticəsində tələbə ölüb.

    Mayın 31-də həkimlə bağlı cinayət işi ayrıca icraata götürülüb.

    İyunun 9-da keçirilən məhkəmə iclasında iştirak edən Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, dövlət ittihamçısı həkimin çağırışı qeydiyyata almaması, tələbələrin xəstəxanaya yerləşdirilməkdən imtina etməsini sənədləşdirməməsi və vəziyyətləri barədə valideynlərini məlumatlandırmaması göstərilən ittiham aktını oxuyub.

    Bundan sonra müttəhim ifadə vermək istədiyini bildirib. O deyib ki, 20 noyabr axşamı çağırışa gələn zaman qızlarda zəhərlənmə əlamətləri aşkar etməyib.

    “Ürəkbulanma, təngnəfəslik yox idi. Qızlar yalnız güclü başağrısından şikayətlənirdilər”, – təqsirləndirilən şəxs bildirib.

    Lakin məhkəmə iclasında çıxış edən Dilrubə Quliyeva və Həmidə İbadova ona etiraz ediblər. Sonuncu həkim otağa girən zaman titrədiyini bildirib:

    “Dedim ki, havam çatmır, nəfəs almaq çətindir. Həkim buna istehza ilə bildirdi ki, nəfəs alırsan, başqa nə istəyirsən?”.

    İlk çağırış zamanı Şəkər Xasmətova çarpayıda oturub, qızlar halsız olub. Ancaq həkim iddia edir ki, qızlar onun suallarına adekvat cavablar veriblər.

    Zərərçəkən tələbələrin sözlərinə görə, R.Cəfərov onlarda heç bir problem aşkarlanmadığını, lakin arzu etdikləri təqdirdə onları xəstəxanaya apara biləcəyini söyləyib. Qızlar sakitləşib və xəstəxanaya yerləşdirilməkdən imtina ediblər.

    Tələbələrdən biri dəm qazı ilə zəhərlənmiş ola biləcəklərini ehtimal edib, çünki onlardan ikisi bir qədər əvvəl duş qəbul edib. Həkim bir mərtəbə aşağıda yerləşən duş otağına baxıb. O, dəm qazından zəhərlənmə ehtimalını istisna edib, çünki hər üç qız özlərini pis hiss etmələrindən şikayətləniblər. R.Cəfərov onlara inyeksiya edib və gedib.

    Həmidə İbadova da həmçinin üç dəfə huşunu itirdiyini söyləyib: “Axşam mobil telefonumun səsini söndürdüm, səhər zəngli saatla oyandım. Bu vaxt xalam zəng etdi, amma cavab verə bilmədim, çünki huşumu itirdim, oyananda xəstəxanada idim”.

    Qeyd edək ki, müttəhim özünü günahkar hesab eləmir.

    Növbəti məhkəmə iclası iyunun 30-da keçiriləcək.

  • Sabunçuda meyitin 40 dəqiqə morqun qarşısında qalması ilə bağlı AÇIQLAMA – VİDEO

    Sabunçu rayon xəstəxanasının morqunun həyətində çəkilmiş və sosial şəbəkələrdə yayımlanmış video ajiotaja səbəb olub.

    Kadrları qeydə alan vətəndaşın sözlərinə görə, morqun qarşısında qalmış meyitə fikir verən olmayıb.

    İddia olunur ki, tibb işçilərinə meyitin içəri aparılmasının lazım olduğunu deyən vətəndaşa xəstənin koronavirusdan vəfat etdiyi bildirilib:

    “Video Sabunçu xəstəxanasının morqunun qarşısında çəkilib. 40 dəqiqə gözlədikdən sonra küləyin meyitin üstünü açdığını gördüm. Yaxınlaşıb örtdüm və tibb işçilərinə bildirdim ki, çöldəki meyiti içəri aparsınlar. Üzündə olan xəsarətlərdən avtomobil qəzasında öldüyünü zənn edirəm. Əməkdaşlara məlumat verdiyim zaman mənə bildirdilər ki, xəstə koronavirusdan dünyasını dəyişib. Əgər bu xəstə koronavirusdan ölübsə, onu bu şəkildə küçədə saatlarla saxlamaq olarmı? Əməkdaşlar maska taxmadan meyitə yaxınlaşıb onu içəri apardılar. Sadəcə, biabırçılıqdır”.

    Məsələ ilə bağlı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinin rəisi Cavid Əhədov Oxu.Az-a açıqlamasında bildirib ki, videogörüntülər köhnədir və irəli sürülən iddialar həqiqəti əks etdirmir:

    “Bu, təxminən ötən il çəkilən videogörüntülərdir. Hadisənin mahiyyəti bu gün yadımda deyil, amma mümkün deyil ki, 40 dəqiqə meyit elə qapıda qalsın. İddia edilən kimi yeni video deyil və şəxsin koronaviursdan ölməsi ilə bağlı deyilənlər da doğru deyil. Çünki müəssisədə tibb işçilərinin qoruyucu vasitələrdən istifadəsinə xüsusi diqqət göstərilir.

    Eyni zamanda, pandemiya dövrü ilə əlaqədar ölən şəxslərin qəbul edilmə prosesi mərkəzləşdirilmiş qaydada aparılır. Koronavirusdan dünyasını dəyişən şəxslər yalnız Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə göndərilir. Bizim şöbəyə koronavirusdan ölən xəstələr qəbul olunmur”.

  • Bakıda ağac kəsintisi ilə bağlı şikayət: Araşdırma aparıldı

    Binəqədi rayonu, keçmiş trolleybus parkının ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

    Nazirlikdən verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı rayonunun Ziya Bünyadov prospektində yerləşən parkının ərazisində ağac kəsintisi faktının qeydə alınmadığı və ağacların normal bioloji inkişafda olduğu müəyyənləşib.

    Ərazidəki ağaclar nəzarətə götürülüb.

  • Azərbaycanda imtahan iştirakçısı sual kitabçasının şəklini sosial şəbəkədə yaydı

    Dövlət İmtahan Mərkəzi iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq, ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

    Bu barədə Mərkəzdən məlumat verilib.

    Bildirilib ki, imtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2550 nəzarətçi – müəllim, 117 bina nümayəndəsi ayrılıb.

    İlkin məlumatlara əsasən, 2 imtahan nəzarətçisi və 20-yə yaxın şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

    1 nəfər imtahan binasına mobil telefonla daxil olmağa nail olub və sual kitabçasının şəklini çəkərək imtahandan sonra sosial şəbəkələrdə yayıb. Həmin imtahan iştirakçısının kimliyi dərhal müəyyən olunub. Onun imtahan nəticələri ləğv olunub. Bu məsələ ilə əlaqədar imtahan nəzarətçisi və buraxılış rejimi əməkdaşının izahatı alınıb və araşdırma aparılır.