Month: June 2020

  • Əminə Cabbarova Ukrayna xarici işlər nazirinin birinci müavini təyin edildi

    Əminə Cabbarova Ukraynanın Xarici İşlər nazirinin birinci müavini təyin edilib. O, bu qurumda Krım türklərinin ilk nümayəndəsidir.

    Bunu ölkənin xarici işlər naziri Dmitri Kuleba “Facebook” səhifəsində bildirib.

    “Komandamıza güclü oyunçu qoşulub. Əminə bu istiqamətlər üzrə cavabdeh olacaq: ictimai diplomatiya, beynəlxalq təşkilatlar, dövlət protokolu, Krım. Bununla belə, birinci müavin olmaq, sözsüz, daha böyük şeydir və diplomatik həyatın özü əlavə məsələləri qarşıya çıxardır”, – o qeyd edib.

    Qeyd edək ki, Əminə Cabbarova 4 il İnformasiya Siyasəti Nazirliyində işləyib və ötən ilin payızında işdən ayrılıb. 2014-cü ildən o, “Azadlıq Radiosu”na bağlı “Krım.Realii” saytında videoredaktor və baş redaktorun köməkçisi vəzifəsində işləyib. Həmçinin 2011-ci ildən 2014-cü ilədək ATR telekanalında müəllif, aparıcı və bəzi proqramların redaktoru olub.

  • Azərbaycanda daha bir xəstəxana koronavirus xəstələrinə ayrıldı – RƏSMİ

    Mərkəzi Gömrük Hospitalı fəaliyyətini dayandırır.

    Sabahdan etibarən Mərkəzi Gömrük Hospitalı xəstə qəbulunu dayandırır və karantin rejiminə keçir.

    Müvəqqəti olaraq xəstə qəbulu dayandırılan xəstəxananın hansı müddətə qədər karantin rejimində çalışacağı bəlli deyil.

    “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva redaksiyamıza açıqlamasında Mərkəzi Gömrük Hospitalının sabahdan xəstə qəbulunu dayandıracağı barədə məlumatı təsdiq edib:

    “Bəli, sabahdan Mərkəzi Gömrük Hospitalında xəstə qəbulu dayandırılır. Hospital pandemiya xəstəxanası kimi fəaliyyət göstərəcək”.

  • Как в Азербайджане хоронят умерших от коронавируса? – ВИДЕО

    В Сети появились кадры похорон человека, скончавшегося от коронавирусной инфекции, передаёт Median.Az со ссылкой на oxu.az.

    На видео люди в спецодежде опускают гроб в вырытую могилу. Весь процесс контролируется полицейскими.

  • Azərbaycanda koronavirusdan ölən şəxsin dəfn görüntüləri – VİDEO

    Azərbaycanda koronavirusdan ölən şəxsin dəfn prosesinin görüntüləri yayılıb.

    Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

    Videoda xüsusi geyimli şəxslərin cənazəni qəbirə qoyması, prosesə polislər tərəfindən nəzarət olunması görünür.

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycanda ağır işlərdə çalışanların pensiyaya çıxmaq yaşı azaldılır – VİDEO

    Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığı artırılır.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi beş il azaldılmaqla onlara yaşa görə əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur.

    Pensiya təyin edilərkən həm pensiya kapitalının, həm də ümumi stajın (kişilər üçün 25 il, qadınlar üçün 20 il) eyni anda tələb olunması zərurətinin aradan qaldırılması təklif edilir.

    Qeyd edilən kateqoriyadan olan vətəndaşlar üçün bu humanist yanaşma pensiya qanunvericiliyində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni layihədə əksini tapır.

    Layihədə əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan şəxslərin tələb olunan qədər stajı olmadığı hallarla bağlı da humanist yanaşma özünü göstərir. Belə hallar üçün tələb olunan pensiya kapitalının məbləğinin 30 faizə qədər azaldılması təklifi layihədə yer alıb.

    Bu da onların pensiya hüququna əlçatanlığını artırır.

    Qeyd edək ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də həmin siyahı əsasında müəyyən olunur.

  • Обнародованы кадры задержания полицией еще одного жителя Ясамальского района Баку – ВИДЕО

    Обнародованы кадры задержания еще одного человека, который бросал мусор в полицейских в Ясамальском районе Баку.

    Видео размещено в соцсети.

    Отметим, что в связи с инцидентом задержаны 11 человек.

  • Yasamalda polisə zibil atan sakinin saxlanılmasının yeni görüntüləri – ANBAAN VİDEO

    Bir neçə gün əvvəl Yasamal rayonu ərazisindəki yaşayış binalarından polis əməkdaşlarının üzərinə zibil atan şəxslərdən daha birinin saxlanma görüntüləri yayılıb.

    Video sosial şəbəkədə paylaşılıb.

    Qeyd edək ki, hadisə ilə bağlı 11 nəfər saxlanılıb.

  • Sabah 38 dərəcə isti olacaq

    Azərbaycanda iyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 30-35, Bakıda gecə 19-21, gündüz 33-35 dərəcə olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 30-40 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 11-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Sumqayıt sakinlərinin şikayətinə cavab: “Ərazidə təmizlik işləri görülüb” – RƏSMİ

    Sumqayıt sakinləri məişət tullantılarının vaxtında təmizlənməməsindən şikayət edir.

    Bu barədə oxu.az-a vətəndaşlar tərəfindən videogörüntülər göndərilib.

    Videonun şəhərin İnşaatçılar qəsəbəsində lentə alındığı qeyd olunur.

    Vətəndaş iddia edir ki, ərazi zibillə dolub-daşır, təmizliyə nəzarət edən yoxdur:

    “Karantinlə bağlı vətəndaşlara evdən çıxmaq qadağan olunur. Sağlamlığımızı qorumaq istəyirlər, amma əsl virus buralarda gəzir”.

    Məsələ ilə bağlı Sumqayıt Şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmovla əlaqə saxladıq. O, redaksiyamıza açıqlamasında hazırda ərazidə vəziyyətin təsvir edilən kimi olmadığını deyib:

    “Sözügedən videogörüntülər keçən həftənin beşinci günü, axşam saatlarında çəkilib. Bildiyiniz kimi, növbəti gün artıq sərt karantin rejiminin tətbiqinə başlanıldı. Buna baxmayaraq, məsələ ilə bağlı Sumqayıt Şəhər Təmizlik Departamentinin əməkdaşları əraziyə baxış keçirib.

    Ərazidə qoyulan zibil qutuları tam dolmasa da, zibil qutularının ətrafına məişət tullantıları ilə yanaşı, qırılmış ağac budaqları atılıb. Ərazidə təmizlik işləri görülüb. Hazırda heç bir problem yoxdur”.

  • Azərbaycan bir milyon avroluq dələduzluqda təqsirləndirilən türkiyəli iş adamını axtarışa verdi – FOTO

    Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində axtarış elan edib.

    APA-nın məlumatına görə, məlumatda qeyd olunur ki, Ali Osman Kutanoğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinir.

    Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı dələduzluq etməkdə və onları şəxsi həyatları ilə bağlı şantaj etməkdə şübhəli bilinərək, 2017-ci ilin iyulunda İstanbulda saxlanılıb.

    Məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən Ali Osman Kutanoğlu istintaq təcridxanasına göndərilib. O, təxminən 1 ay sonra sərbəst buraxılıb.

    Qeyd edək ki, Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarına qarşı ümumilikdə 1 milyon 240 min avro dələduzluq edib.