Month: June 2020

  • Азербайджанский поэт заразился коронавирусом – ФОТО

    Известный азербайджанский поэт Шахрияр Дель Герани заразился коронавирусом.

    Как передаёт Median.Az со ссылкой на oxu.az,  об этом он сообщил в Facebook.

    “Тест на COVID-19 оказался положительным. Но не нужно настраиваться на негатив. Я принимаю все, что исходит от Бога, будь то беда, болезнь или горе. Все будет хорошо. Бог справедлив!”, – говорится в публикации.

    Он отметил, что всю неделю у него были повышенная температура и ломота в теле.

  • Azərbaycanlı şair koronavirusa yoluxdu – FOTO

    Şair Şəhriyar Del Gerani koronavirusa yoluxub.

    Bu barədə şair özü məlumat verib.

    O bildirib ki, ondan götürülmüş koronavirus testi pozitiv çıxıb.

    “COVID-19 testim pozitiv çıxıb. Amma qəti şəkildə neqativə köklənmək olmaz. Allahdan gələn hər nə var, qəbulumdur. Canım üstdə, gözüm üstdə, ömrüm üstdə yeri hər bəlanın, hər xəstəliyin, hər dərdin. Allah hər şeyi görür və bilir.

    Duaların göy üzündə Allaha çatan yeri var, mən buna həmişə inanmışam, indi də inanıram. Hər şey yaxşı olacaq. Allah necə haqdır!”

    Qeyd edək ki, o, iki gün öncə xəstəxanaya yerləşdirilmişdi. O, son bir həftə ərzində yüksək hərarət və sümük ağrılardan əziyyət çəkdiyini bildirmişdi.

  • Президент Ильхам Алиев выделил средства на завершение строительства дороги в Гобустанском районе

    Президент Азербайджана Ильхам Алиев 10 июня подписал распоряжение о дополнительных мерах по строительству автомобильной дороги Баку – Шамахы – Евлах (88 км) – Арабгадим – Гейдяря в Гобустанском районе.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, для завершения строительства автодороги Баку – Шамахы – Евлах (88 км) – Арабгадим – Гейдяря, соединяющей два населенных пункта с населением 2 000 человек, из средств госбюджета на 2020 год, предусмотренных в распределении основных государственных капиталовложений (инвестиционных расходов) на строительство и реконструкцию дорог, Госагентству автомобильных дорог выделено 4 100 000 манатов.

    Министерству финансов поручено обеспечить финансирование в указанной сумме, Кабинету министров – решить вытекающие из данного распоряжения вопросы.

  • İlham Əliyev yol tikintisinə 4,1 milyon manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Qobustan rayonunun Bakı-Şamaxı-Yevlax (88 km)-Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Bakı-Şamaxı-Yevlax (88 km)-Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Bakıda sürücüsü söyüş söyən “AA” seriyalı avtomobil kimindir? – VİDEO

    Bakıda “qoçuluq” edərək, təhqir və təhdid yağdıran “AA” seriyalı avtomobilin sürücüsünün hərəkətləri kameraya düşüb.

    Avtosfer.az xəbər verir ki, videonu qeydə alan sürücü iyunun 5-də idarə etdiyi avtomobillə Abdulvahab Salamzadə küçəsində hərəkətdə olarkən 90-AA-582 qeydiyyat nişanlı “Mercedes” markalı maşının sürücüsü təhlükəsizlik adacığının üzərindən keçərək onun qarşısını kəsib.

    Videonu qeydə alan sürücü ona imkan verməyərək, öz zolağı üzrə hərəkət etməyə başlayıb.

    Hərəkətinə yol verilməməsinə əsəbiləşən 90-AA-582 qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin maşının sürücüsünə “lotusan sən?”, “səninlə görüşəcəyəm” deyərək, ardınca nalayiq ifadələr işlətməyə başlayıb.

    Bu azmış kimi, daha sonra avtomobilin qarşısına keçib hərəkət sürətini azaldaraq, həmin sürücünün hərəkətinə qəsdən mane olmağa çalışıb.

    Qeyd edək ki, 90-AA-582 qeydiyyat nişanlı avtomobil “İxtisaslaşmış Avtomobillərin Qiymətləndirilməsi və Hərracı MMC”yə aiddir.

  • Xəbəri olmadan işə götürüldü – Maaşını isə başqası alır

    Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Abşeron Rayon Məşğulluq Mərkəzi vətəndaşın xəbəri olmadan onun adına VÖEN açaraq xidmət müqaviləsi bağlayıb.

    Bu barədə Unikal.org-a məlumat verən Timur Səmədov deyib ki, özünün xəbəri olmadan işlə təmin olunduğunu və 250 manat dəyərində maaş aldığını yeni öyrənib:

    “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işsiz şəxslər üçün pandemiya ilə əlaqədar ayırdığı 190 AZN məbləğində yardım üçün mən də müraciət etmişdim. Birinci ay 190 manatı aldım. İkinci ay isə SMS gəldi ki, adıma əmək müqaviləsi var. Nazirliyə müraciət etdim. Orada mənə bildirdilər ki, adıma VÖEN var, bu səbəbdən də mənə ödəniş olunmayacaq. Guya Abşeron Rayon Məşğulluq Mərkəzində nəzarətçi kimi işə götürülmüşəm və 250 AZN əməkhaqqı alıram. Bəs mənim bundan niyə xəbərim yoxdur, əməkhaqqımı kim alır? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən həmin mərkəzə müraciət etməyimi bildirdilər. Abşeron Rayon Məşğulluq Mərkəzindən isə heç bir məlumat ala bilməmişəm”.

    Abşeron Rayon Məşğulluq Mərkəzindən Unikal.org-a bildirilibib ki, problemin həll olunması üçün vətəndaş mərkəzə yaxınlaşmalıdır: “Vətəndaşın adını, soyadını sistemdə axtarış verən zaman sistemdə hər hansısa məlumat çıxmır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Timur Səmədova belə məlumat veriblərsə, sənədləri ilə bizim mərkəzə yaxınlaşsın. Ola bilər ki, sistemdə hər hansısa səhvlik olub. Ümumiyyətlə, Abşeron Rayon Məşğulluq Mərkəzində 2 minə yaxın yeni xidmət iş yerləri açılıb. İşə götürənlərin hər biri ilə rəsmi şəkildə müqavilə imzalanıb və hər biri öz işində fəaliyyət göstərirlər”.

  • Polis Yasamalda mənzillərə qanunsuz girib? – DİN açıqladı

    Yasamalda baş verən məlum olayla bağlı DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun Axar.az-a müsahibəsi:

    – Belə iddialar səslənir ki, Yasamalda bir qrup sakinin xidmətdə olan polis əməkdaşlarının üzərinə məişət əşyaları və qaynar su atması ilə əlaqədar iyunun 7-də polis onları saxlamaq məqsədilə mənzillərinə daxil olmaları qanunsuz olub, yəni bununla bağlı məhkəmənin qərarı olmayıb….

    – Tamamilə əsassız iddiadır. Hadisə mayın 6-da baş vermişdi. Məhz məkəmənin qərarı olmadığı üçün polis həmin gün sözügedən şəxslərə qarşı heç bir əməliyyat keçirmədi. Həmin 11 nəfərin mənzillərinə daxil olaraq saxlanılmaları üçün ayın 7-də məhkəmənin qərarı verildi və bundan sonra polis o sakinlərin evlərinə gedərək, onları saxlayıb, məsuliyyətə cəlb edilmələri üçün tədbir gördü.

    – Həmin şəxsləri Polis İdarəsinə dəvət etmək olmazdımı? Özlərinin idarəyə gəlməsi ilə bağlı çağırış mümkün idimi?

    – Xeyir. Ona görə ki, bildiyiniz kimi, həmin gün sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar insanların küçəyə çıxması qadağan idi.

    – Məlumat yayıldı ki, həmin 11 nəfərə qarşı edilən kobudluğa görə polis onlardan üzr istəyib. Bu məlumat doğrudurmu?

    – Yanlış məlumatdır. Sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozan, polisin qanuni tələbinə tabe olmayan, polisə qarşı müqavimət göstərməyə cəhd edən həmin 11 nəfərin saxlanılması tam qanunidir və polis də qanunun, hüququn ona verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edib. Tədbir zamanı artıq daxili işlər orqanlarında xidmətdən kənarlaşdırılmış sabiq polis əməkdaşı bir qadına qarşı yersiz ifadə işlətmişdi ki, yalnız həmin qadından da üzr istənildi. Bildiyiniz kimi, müvafiq araşdırmalarla həmin şəxslərin törətdikləri hüquqazidd əməllər tam təsdiqini tapıb və məhkəmənin qanuni qərarı ilə onlar müxtəlif müddətə inzibati qaydada həbs ediliblər.

  • Известный азербайджанский филолог скончался от коронавируса – ФОТО

    Известный азербайджанский ученый Айдын Гасанов скончался от коронавирусной инфекции в возрасте 73 лет, передает Unikal.org.

    Ранее он был госпитализирован в одну из клиник Баку, но врачам не удалось спасти ему жизнь.

    А.Гусейнов был кандидатом филологических наук, преподавал в Высшем военном училище имени Г.Алиева.

  • Azərbaycanda alim koronavirusdan vəfat etdi – FOTO

    Azərbaycanda tanınmış alim koronavirusdan vəfat edib.

    Unikal.org-un məlumatına görə, koronavirusa yoluxan filologiya elmləri namizədi, H.Əliyev adına Ali Hərbi məktəbin dosenti Aydın Həsənov 73 yaşında həyatını itirib.

    A.Həsənov paytaxtda yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

  • Эльшад Гаджиев: Керим Сулейманлы получил травмы, оказывая сопротивление полиции

    Изучены утверждения об оказании давления в отделении полиции на Керима Сулейманлы – одного из тех, кто бросал 7 июня в Ясамальском районе Баку разные предметы в сотрудников полиции, контролирующих соблюдение правил жесткого карантинного режима.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил глава пресс-службы Главного управления полиции столицы Эльшад Гаджиев.

    Он отметил, что эти утверждения не соответствуют действительности.

    “Он получил легкие повреждения не в отделении полиции, а во время оказания сопротивления стражам порядка при задержании. Мы изучили каждую деталь. Утверждения о том, что его избили сотрудники полиции, не нашли своего подтверждения”, – отметил Э.Гаджиев.