Month: June 2020

  • Elman Səmədova general-mayor ali hərbi rütbəsi verildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Elman Mühyəddin oğlu Səmədova ali hərbi rütbənin verilməsi haqqında sərəncam imzalayıb.

    Sənəd AZƏRTAC-da dərc olunub.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Elman Mühyəddin oğlu Səmədova general-mayor ali hərbi rütbəsi verilib.

  • За нарушение жесткого карантина наказан 1 021 человек

    За нарушение правил ужесточенного карантинного режима, введенного на территории Баку, Сумгайыта, Гянджи, Лянкярана, Евлаха, Масаллы, Джалилабада и Абшеронского района, за минувшие сутки 852 человека, находившиеся в транспортных средствах, были привлечены к ответственности по статье 211.1 Кодекса об административных проступках, 167 человек – за неиспользование средств индивидуальной защиты в такси и автобусах, два человека – за повторное правонарушение (по той же статье).

    В целом к ответственности привлечен 1 021 человек.

    Об этом сообщили в Главном управлении Государственной дорожной полиции.

    За сутки в результате проверок на постах развернули обратно 185 автомобилей, движущихся в направлении Баку, и 195 машин, пытавшихся выехать из столицы.

  • Giriş-çıxış qaydalarını pozan 380 maşın geri qaytarıldı

    Karantin rejimini pozan 1 021 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 24.06.2020-ci il saat 00:00-dan 25.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 852 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 167 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə iki nəfər olmaqla, ümumilikdə 1 021 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 195 nəqliyyat vasitəsi rayon, 185-i isə paytaxt istiqamətinə olmaqla 380 avtomobil geri qaytarılıb.

  • К сведению имеющих вклады и кредиты в закрывшихся банках

    Кредиты граждан в закрытых банках будут погашены за счет их же депозитов.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на пресс-конференции 25 июня сказал исполнительный директор Фонда страхования вкладов (ADIF) Турал Пириев.

    “Например, у одного гражданина в закрывшемся банке есть вклад в размере 10 000 манатов и кредит на сумму 6 000 манатов. В таком случае кредит погашается за счет депозита, и гражданину возвращается разница в размере 4 000 манатов», – отметил Т.Пириев.

  • Bağlanmış banklarda depoziti və krediti olanların NƏZƏRİNƏ

    “Bağlanmış banklarda kredit və depozit əvəzləşdirilir”.

    Bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, bu günə kimi belə problemlərlə bağlı agent olan banklara müraciət edilib:

    “Təbii ki, məsələ həllini tapıb. Məsələn, bir vətəndaşın bağlanmış bankda 10 min manat depoziti və altı min manat krediti var. Bunlar əvəzləşdirilir. Burada vətəndaşa dörd min manat geri verilir”.
    //oxu.az

  • Более 50 сотрудников AzTV заразились коронавирусом

    Более 50 сотрудников ЗАО “Азербайджанское телевидение и радиовещание” (AzTV) заразились коронавирусом (COVID-19).

    Как передает Yenicag.az со ссылкой на свои источники, в числе инфицированных – заместитель председателя ЗАО Рафиг Гашимов, а также проректоры телерадиоакадемии при ЗАО Алмаз Махмуд и Ульфат Рагимова.

    Также отмечается, что в официальных данных указывается, что заболели всего шесть сотрудников AzTV.

    Причиной широкого распространения инфекции стало несоблюдение работниками компании правил изоляции после заражения коронавирусом одного из операторов.

  • AzTV-də 50-dən çox əməkdaşda koronavirus aşkarlandı

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də 50-dən çox əməkdaş koronavirusa yoluxub.

    Yenicag.az-ın əldə etdiyi məlumata görə, yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var.

    Vəzifəli şəxslərlə yanaşı, AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir.

    Yoluxmanın geniş yayılmasına səbəb isə AzTV-nin operatorlarından birinin koronavirusa yoluxduqdan sonra karantinə alınması, onunla ünsiyyətdə olan şəxslərin isə təcrid edilməməsidir.

    AzTV-də hazırda vəziyyətin çox acınacaqlı olduğu bildirilir.

  • “AtaBank”da əmanətləri olanların NƏZƏRİNƏ

    “Bir filial bağlananda vəsait digərinə miqrasiya olunur. Bankda isə bu, sıfır müqavilə bağlanmış kimi qeyd edilir”.

    Иunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, “AtaBank” ASC-də miqrasiya ilə bağlı problemlər var idi:

    “Bununla bağlı Nazirlər Kabinetinə müraciət olunub. Bu məsələ vətəndaşın xeyrinə həll olunacaq”.

  • На следующей неделе в ряде городов и районов Азербайджана пройдут выпускные экзамены – ФОТО

    Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана обнародовал график выпускных (приемных) экзаменов, которые пройдут 2 и 3 июля.

    Как сообщили в ГЭЦ, в нем представлен перечень предметов, а также районов и городов (за исключением Нахчывана), где пройдут экзамены, в том числе приемные для выпускников прошлых лет.

    Кроме того, 3 июля в Нахчыване будет организован первый этап вступительного экзамена для выпускников прошлых лет, а также приемный экзамен в колледжи и Военный лицей имени Гейдара Алиева.

    Пропускные листы будут заблаговременно размещены на сайте ГЭЦ.

  • Növbəti buraxılış imtahanlarının qrafiki elan olundu

    Dövlət İmtahan Mərkəzi 2 və 3 iyul tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafikini açıqlayıb.

    Mərkəzdən verilən məlumata görə, imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış olmaq olar.

    Digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının (Naxçıvan istisna olmaqla)) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçirilməsi planlaşdırılır.

    Xatırladaq ki, 3 iyul tarixində Naxçıvanda əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi və kolleclərə qəbul imtahanı, həmçinin Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı keçiriləcək. Bundan əlavə, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırılır ki, onlar üçün də imtahan 3 iyul tarixində Naxçıvanda təşkil olunacaq. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.

    İmtahana buraxılış vərəqəsi hər imtahana beş gün qalmış Mərkəzin saytında yerləşdiriləcək.

    Qeyd edək ki, həmişə olduğu kimi, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

    Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.