Month: June 2020

  • Увеличен срок получения ответа на обращения в системе SMS-разрешений

    Государственное агентство по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджана выявило случаи злоупотребления некоторыми гражданами системой SMS-разрешений 8103.

    Как говорится в сообщении госагентства, установлено, что некоторые лица, пользуясь тем, что ответ на SMS-запрос приходит в течение одной минуты, отправляют их не из дома, а при приближении к полицейским постам.

    “Учитывая это, в систему SMS-разрешений внесены изменения. Теперь граждане будут получать ответ на свой запрос в течение 15 минут. Через мобильное приложение E-Təbib этот срок составит 5 минут.

    Граждане могут покинуть место жительства только после получения положительного ответа, в котором указывается срок действия разрешения.

    На короткий номер 8103 было отправлено 3 475 000 SMS, из них на 22%, или 774 000 запросов, в связи с ненадлежащим содержанием был дан отрицательный ответ”, – говорится в сообщении.

  • SMS icazə sistemi ilə bağlı MÜHÜM DƏYİŞİKLİK – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb.

    Müəyyən olunub ki, cavabın qısa müddət ərzində (99,4% müraciət 1 dəqiqə ərzində) gəlməsindən sui-istifadə edən bəzi vətəndaşlar evdən çıxarkən deyil, yalnız polis yoxlama məntəqələrinə yaxınlaşarkən SMS müraciət edirlər.

    Bu barədə Dövlət Agentliyindən məlumat verilib.

    Qeyd olunanları nəzərə alınaraq, 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

    Eyni zamanda, “E-Təbib” mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlərə isə 5 dəq ərzində cavab təmin olunacaq.

    Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.

    Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 3 milyon 475 min SMS göndərilib ki, bunlardan da 774 mini, yəni 22 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.

  • Президент Ильхам Алиев принял участие в открытии войсковой части Минобороны

    Президент Азербайджана, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев 25 июня принял участие в открытии войсковой части Министерства обороны.

    Как сообщает АЗЕРТАДЖ, первый заместитель министра обороны – начальник Генерального штаба ВС генерал-полковник Наджмеддин Садыков и заместитель министра обороны – командующий Военно-воздушными силами генерал-лейтенант Рамиз Таиров отдали рапорт Президенту Ильхаму Алиеву.

    После ознакомления с созданными в войсковой части условиями глава государства встретился с ее командующим составом.

    Президент Ильхам Алиев выступил на встрече с речью.

  • Prezident “N” saylı hərbi hissəsinin açılışında

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

    Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev hərbi hissənin komanda heyəti ilə görüşüb.

    Dövlətimizin başçısı görüşdə çıxış edib.

  • Ильхам Алиев на церемонии сдачи в эксплуатацию после реконструкции ТЭС “Азербайджан” в Мингячевире

    25 июня после капитальной реконструкции в Мингячевире в эксплуатацию введены открытые распределительные устройства напряжением 330 и 500 кВ, восемь энергоблоков, диспетчерский центр, основные и вспомогательные участки, здания и установки тепловой электростанции (ТЭС) “Азербайджан”.

    Как сообщает АЗЕРТАДЖ, Президент Азербайджана Ильхам Алиев принял участие в мероприятии.

    Глава государства был проинформирован о созданных на ТЭС условиях.

  • “Azərbaycan” İstilik Elektrik Stansiyası istifadəyə verildi

    “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

    Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.

  • Samuxda yeni məktəb binası tikiləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Samux rayonunun Çobanabdallı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Samux rayonunun Çobanabdallı kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

  • İlham Əliyev Səhiyyə Nazirliyinə iki milyon manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.7-ci yarımbəndində göstərilmiş iki milyon manat Səhiyyə Nazirliyinə ayrılıb.

  • Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

    Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov koronavirusa yoluxub.

    Bu barədə Oxu.Az-a S.Məmmədovun özü məlumat verib:

    “İyunun 22-də özümdə simptomları hiss etdim. Həmin gün də test verdim və pozitiv çıxdı.

    Hazırda evdəyəm. Bu gün Ağdaşdakı xəstəxanaya yerləşdiriləcəyəm”.

    60 yaşlı müdir ailə üzvlərinin test verdiyini və onlarda testin nəticəsinin pozitiv çıxmadığını da bildirib.

    Qeyd edək ki, Sahib Məmmədov 2013-cü ilin fevralından Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiridir.

  • Bu gün 450 azərbaycanlı Rusiyadan vətənə qayıdacaq

    Bu gün 450 Azərbaycan vətəndaşı Rusiya Federasiyasının Dağıstan Respublikasının “Yaraq-Qazmalar” sərhəd keçid məntəqəsindən ölkəmizə qayıdacaq.

    Bununla bağlı razılıq iyunun 23-də Dağıstanın başçısı Vladimir Vasilyev və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında telefon söhbətində əldə olunub.

    Qeyd edək ki, iyunun 23-də 250 azərbaycanlı vətənə qayıdıb.
    //oxu.az