Month: June 2020

  • Zakir Həsənovdan Azərbaycan Ordusunun yaradılmasının 102 illiyi münasibətilə TƏBRİK

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasının 102 illiyi münasibətilə şəxsi heyəti təbrik edib.

    Təbrikdə deyilir:

    “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!

    Sizi Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi naminə çətin və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

    Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması və ordumuzun nizami ordu kimi formalaşması ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı siyasətin uğurla davam etdirilməsinin nəticəsidir.

    Ən müasir texnika və avadanlıqlarla təchiz edilən, aparılan genişmiqyaslı islahatlardan bəhrələnən ordumuz dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilib, ən müasir hərbi şəhərciklər salınıb, zəruri olan bütün hərbi infrastruktur yaradılıb.

    2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ildə Naxçıvanda Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən işğalında olan torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması bir daha ordumuzun gücünü nümayiş etdirdi.

    Azərbaycan Ordusunun yubiley tarixlərində keçirilən möhtəşəm paradlar da ölkəmizin müdafiə qabiliyyətinin, hərbi potensialının daha da güclənməsinə bariz nümunədir.

    Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə əhatə olunub. Dövlət başçısının fərmanına əsasən, orduda xidmət edən hərbi qulluqçular xidməti və daimi mənzillərlə təmin olunur, hərbi qulluqçuların maddi, sosial-məişət, xidməti şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da uğurla davam etdirilməsinə zəmin yaradılıb.

    Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

    Əminliklə bildirirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq yeni qələbələr qazanmaq üçün siz döyüş və mənəvi-psixoloji hazırlığınızı, səy və bacarıqlarınızı daha da artıraraq, Ali Baş Komandanın döyüş əmrini yerinə yetirəcəksiniz.

    Bir daha hər birinizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, şərəfli xidmətinizdə uğurlar arzulayıram”.

  • Çexiyada “Qarabağ”ın potensial rəqibi müəyyənləşdi

    Futbol üzrə Çexiya çempionatının qalibi müəyyənləşib.

    Bu, Praqanın “Slaviya” klubudur.

    Plzen “Viktorya”sını 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi xal hesabını 78-ə çatdırıb. Beləliklə, paytaxt klubu sona üç tur qalmış əsas rəqibini doqquz xal qabaqlayıb. Şəxsi oyunlardakı üstünlük sayəsində “Slaviya” 20-ci çempionluğunu rəsmiləşdirib.

    Qeyd edək ki, “Slaviya” bununla UEFA Çempionlar Liqasında mübarizə aparmağa haqq qazanıb. Praqa klubu “Qarabağ”ın bu turnirdə potensial rəqiblərindən birinə çevrilib.

  • Biləsuvarda mikroavtobus yandı

    Biləsuvar rayonunun Nəsimi kəndində “Hyundai” markalı mikroavtobusun mühərrik hissəsi yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • Ermənilər atəşkəsi 30 dəfə pozdu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    İşğal altında olan Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

  • Азербайджанский певец скончался от коронавируса – ФОТО

    Скончался известный азербайджанский певец Фаиг Тапдыгоглу (Агбабалы).

    Как передает Publika.az, жизнь исполнителя, заразившегося коронавирусом некоторое время назад, спасти не удалось.

    Ф.Тапдыгоглу выступал в составе музыкальной группы “Агбаба”.

    Он известен как певец, который внес вклад в сохранение фольклора Западного Азербайджана.

  • Azərbaycanda müğənni koronavirusdan öldü – FOTO

    Tanınmış müğənni Faiq Tapdıqoğlu (Ağbabalı) vəfat edib.

    Publika.az xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan sənətçinin həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edilir ki, Faiq Tapdıqoğlu “Ağbaba” qrupunda fəaliyyət göstərib.

    O, Qərbi Azərbaycan folklorunun qorunub-saxlanılmasında xidmətləri olan müğənni, həmçinin, el şənliklərinin mahir aparıcısı kimi tanınıb.

  • Уволен ряд должностных лиц Госслужбы по имущественным вопросам

    Исполняющий обязанности начальника Госслужбы по имущественным вопросам при Министерстве экономики Азербайджана Метин Эйнуллаев уволил кадры бывшего главы этого ведомства Керема Гасанова.

    Как передает Unikal.org, освобождены от своих должностей начальник финансового отдела Службы государственной недвижимости Аннаги Джаннатов, глава Службы госреестра недвижимости Хикмет Мустафаев и руководитель 1-го территориального управления этой службы Зафар Абдулов, а также начальник Земельного агентства Мухамма Гератиев.

  • Kərəm Həsənovun kadrları işdən çıxarıldı – SİYAHI

    İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Xidmətinin rəisi vəzifəsini icra edən Mətin Eynullayev sabiq sədr Kərəm Həsənovun kadrlarını işdən çıxarıb.

    Unikal.org-un məlumatına görə, Dövlət Əmlak Xidmətinin Maliyyə şöbəsinin rəisi Ənnağı Cənnətov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin rəisi Zəfər Abdulov, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi Hikmət Mustafayev, Torpaq Agentliyinin rəisi Muhamma Heratiyev tutduğu vəzifələrdən azad olunublar.

  • Более 20 работников метро Баку заразились COVID-19, один скончался

    С начала распространения в Азербайджане коронавирусной инфекции 29 работников ЗАО “Бакинский метрополитен” заразились COVID-19.

    Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ЗАО Бахтияр Мамедов.

    По его словам, шестеро из них вылечились, один – скончался.

    “Остальные в настоящее время находятся на лечении в больницах особого режима. Руководство метрополитена регулярно интересуется их состоянием, связывается по этому вопросу с Объединением по управлению медицинскими территориальными подразделениями (TƏBİB) и другими уполномоченными структурами.

    Кроме того, за последнее время в связи с подозрением на COVID-19 были взяты тесты у семи работников подземки, их результаты оказались отрицательными”, – сказал Б.Мамедов.

    По словам пресс-секретаря, в ЗАО не зафиксировано случаев инфицирования коронавирусом в процессе трудовой деятельности.

    “Работники метрополитена соблюдают методические указания и санитарно-гигиенические требования, ежедневно проходят медосмотр. Кроме того, на объектах ЗАО регулярно проводится дезинфекция”, – сказал Б.Мамедов.

  • “Bakı Metropoliteni”nin 29 əməkdaşı koronavirusa yoluxdu, biri öldü – RƏSMİ

    “Bakı Metropoliteni” QSC-nin 29 əməkdaşı koronavirusa yoluxub, bir nəfər isə ölüb.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

    O bildirib ki, hazırda koronavirusa yoluxan əməkdaşlar müvafiq tibb müəssisələrində müalicə alırlar:

    “Əməkdaşların vəziyyəti “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən müntəzəm nəzarətdə saxlanılır. Ümumiyyətlə, bu məsələlərdə TƏBİB və digər səlahiyyətli qurumlarla müntəzəm əlaqə saxlanılır. Müvafiq normativ tələblərə ciddi riayət olunmasına xüsusi diqqət yetirilir.

    COVID-19 infeksiyasının ölkəmizdə yayılmağa başladığı vaxtdan müxtəlif dövrlərdə altı metropoliten əməkdaşı bu xəstəlikdən müalicə alaraq sağalıb, bir nəfər isə vəfat edib. Ötən müddət ərzində bu və digər səbəbdən COVID-19 şübhəsi ilə müvafiq yaxma götürülən yeddi metropoliten işçisinin test nəticəsi mənfi olub.

    Yeni tipli koronavirus infeksiyasına yoluxmuş qurum əməkdaşları müxtəlif sahələrdə çalışırlar. “Bakı Metropoliteni” QSC-də hər hansısa sahədə kütləvi yoluxma faktı qeydə alınmayıb”.

    B.Məmmədov onu da əlavə edib ki, metropoliten işçilərinin hər gün işə başlamasına Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi metodiki göstərişlərdən irəli gələn tələblər və müvafiq yoxlamadan sonra icazə verilir:

    “Metropolitendə iş başında yoluxma və yaxud bir işçinin digərlərini yoluxdurması faktı qeydə alınmayıb. COVID-19 simptomları olan xəstələr metodiki göstərişə uyğun olaraq, analizlər verir və nəticə elan edilənə qədər özünütəcrid qaydalarına əməl etməklə ev şəraitində olurlar.

    İctimai kütləvi sərnişindaşıma nəqliyyatı vasitəsi olduğundan metropolitendə işçilərin metodiki göstərişlərə və sanitar-gigiyenik tələblərə daim əməl etməsi, bu normaların tələblərinə uyğun sağlam iş şəraitində çalışması, həmçinin, onların səhhəti hər gün xüsusi nəzarət altında saxlanılır, müvafiq sahələrin normativ tələblərə uyğun əsaslı, cari və növbədənkənar dezinfeksiyası müntəzəm qaydada təmin edilir”.