Month: İyul 2020

  • Bir qrup cinayətkar həbs edildi

    Qətllərdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

    Median.Az “Real TV”yə istinaədən xəbər verir ki, polis və prokurorluq orqanları tərəfindən birgə həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Hacıqabulda qadının qətlə yetirilməsində şübhəli bilinən şəxs Bakı şəhəri Səbail rayonu ərazisində saxlanılıb.

    İyulun 30-da saat 10.00 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitin aşkar olunması barədə məlumat daxil olub. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla mərhumun 1968-ci il təvəllüdlü Gülxara Qubadlıya olması müəyyənləşib.

    Həmçinin elə həmin gün paytaxtın Səbail rayonu Z.Əliyeva küçəsində Masallı rayon sakinin 1999-cu il təvəllüdlü Əli Rəcəbzadəyə yaşadığı mənzildə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

    Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkldaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Əli Rəcəbzadəyə bıçaqla xəsarətlər yetirməkdə şübhəli bilinən Hacıqabul rayonu Nəvai kənd sakini Hikmət Fərəcov saxlanılıb. Polis Bölməsində dindirilmə zamanı Hikmət Fərəcov iyulun 30-na keçən gecə Hacıqabul rayonu ərazisində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında Gülxara Qubadlını qətlə yetirdiyini də etiraf edib. Hacıqabul rayonunda hadisəni törədəndən sonra o, qadının çantasındakı pulu da götürərək Bakı şəhərinə gəlib.
    Bakı şəhərində isə o, sosial şəbəkələrdən birində tanış olduğu Əli Rəcəbzadənin evinə yollanıb. Hikmət Fərəcov özü ilə gətirdiyi bıçaqlda orada həmin şəxsə də xəsarətlər yetirib.

    Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Hikmət Fərəcovuin ətrafında intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Xabarovskda etiraz aksiyası davam edir: artıq 21 gündür şəhər susmur

    Xabarovsk sakinləri yenidən regional hökumət binasının qarşısına toplaşıb.

    Vətəndaşlar yenidən şəhər mərkəzinə yürüş edirlər.

    Keçən avtomobillər fəal şəkildə siqnal verərək onlara dəstək nümayiş etdirirlər.

    Polislər etirazçılara yolun hərəkət hissəsiylə getdiyini xatırlatmaq üçün meqafondan istifadə edir. Polis meqafonda danışığı dayandıranda yüksək səsli sirenlər işə salınır ki, etirazçıların sisini batırsın. Ancaq nəticədə etirazçılar səslərini daha da yüksəldirlər.

    Xatırladaq ki, səhər saatlarında etirazçı şəhərdən onlayn verilişlər verən Aleksey Romanov tutulub. Bundan əvvəl, “Furgalomobil” təbliğat plakatları olan bir qida maşınının sürücüsü həbs edilib və aktiv etirazçı Valentin “Freddie” Kvaşennikov 10 min rubl cərimələnib. O, başqa etirazçıların kömək təklifindən imtina edib.

    Bundan əlavə, jurnalistlər bildiriblər ki, polis aksiyanı işıqlandıran bütün jurnalistlərin fotoşəkillərini çəkməyə, eləcə də şəxsi məlumatlarını yazmağa başlayıb – Xabarovsk nəşrinə görə, bu, bütün jurnalistlərə, o cümlədən federal və xarici jurnalistlərin işinə təsir edib. Bundan əvvəl şəhər polis rəisi icazəsiz aksiya iştirakçılarının hamısının mühakimə olunacağını bildirmişdi.

  • Allahşükür Paşazadə: “Qurban bayramında hər bir insanın qurban kəsməsi vacib deyil”

    “Təəssüflər olsun ki, koronavirus pandemiyası nəticəsində Həcc ziyarətinə gedə bilmədik. Ancaq Allah təala gələcəkdə ziyarətlərimizi və qurbanlarımızı həmin müqəddəs məkanlarda kəsməyi nəsib etsin”.

    “Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

    O bildirib ki, pandemiyaya görə bayram namazları müvəqqəti olaraq dayandırılıb: “Amma biz ibadətlərimizi, namazlarımızı evlərimizdə, ailələrimizin içərisində edirik”.

    QMİ sədrinin fikrincə, Qurban bayramında vacib deyil ki, hər bir insan qurban kəssin: “Onun əvəzində yetimlərə, imkansızlara köməklik göstərə bilərlər”.

    A.Paşazadə Qurban bayramı münasibətilə bütün Qafqaz xalqlarını, dünya ictimaiyyətini, müsəlmanları, xüsusən Azərbaycan müsəlmanlarını təbrik edib: “Allah təala onlara xoşbəxtlik versin, dövlətimizi qüvvətli etsin, dövlət başçımızı qorusun”.

  • Yasamalda çoxmərtəbəli binada yanğın olub

    Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qonşu mənzillər yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • Çin GPS-ə rəqib sistemi işə saldı

    Çində “Beidou-3” qlobal naviqasiya sistemi işə salınıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, paytaxt Pekində keçirilən işəsalma mərasimində Çin rəhbəri Si Cinpin də iştirak edib.

    Qeyd edək ki, Çinin “Beidou-3” sistemi ABŞ-ın GPS və və Rusiyanın QLONASS qlobal naviqasiya sistemlərinin rəqibi olacaq.

    55 peykdən ibarət “Beidou-3” sisteminin sonun peyki iyunun 23-də orbitə buraxılmışdı.

  • Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub – VİDEO

    İllik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramı tədbiri təşkil olunub.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri təlim iştirakçılarına çatdırılıb.

    Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub və xidmətdə fərqlənənlər həvəsləndirilib.

  • Rayonlara gediş-gəliş bərpa edilir? – RƏSMİ AÇIQLAMA

    “Çimərliklərin və rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlər bu gün müzakirə mərhələsindədir”.

    Bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

    “Çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir. Qərar qəbul olunan kimi, ictimaiyyətə məlumat veriləcək”, – deyə, o qeyd edib.

  • Orduya dəstək mitinqi yoluxma sayını artırıb? – RƏSMİ AÇIQLAMA

    “Virusun özünü necə aparacağı, bununla bağlı proqnozların verilməsi çox çətindir. Biz ümidlə yanaşırdıq ki, orduya dəstək yürüşündən sonra koronavirusa yoluxanların sayında artım baş verməyəcək”.

    Bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

    Onun sözlərinə görə, bu gün yoluxmaların sayı stabildir.

    “Stabil olmaqda da davam edəcək. Buna uyğun hansı qərarların veriləcəyi isə artıq gələcəkdə müzakirə olunacaq məsələdir”.

  • 44 yaşlı Bakı sakini qətlə yetirildi, şübhəli şəxs saxlanıldı – RƏSMİ

    Bakının Suraxanı rayonunun ərazisində 1976-cı il təvəllüdlü İlkin Həsənovun yaşadığı evdə öldürülməsi barədə iyulun 30-da məlumat daxil olub.

    Suraxanı rayon prokurorluğundan bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinə başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

    İstintaqla 1967-ci il təvəllüdlü Məhəmməd Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İlkin Həsənova çoxsaylı bıçaq zərbələri vurub, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

    Məhəmməd Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

  • Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb: İki helikopter cəlb edildi – FOTO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Siyəzən rayonunun Sədan kəndi yaxınlığında kol-kos və quru ot olan dağlıq və dağətəyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-nin verdiyi xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərinə cəlb edilib.

    Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.