Month: İyul 2020

  • Saray qəsəbəsində qanunsuz ət kəsimi ilə məşğul olan şəxslər saxlanılıblar – FOTO

    Xəbər verildiyi kimi, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyib. Buna baxmayaraq, bəzi şəxslər bu tələblərin yerinə yetirməkdən boyun qaçırmağa çalışırlar.

    Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Saray qəsəbəsində yerləşən “Xocavənd” ət dükanında karantin qaydalarını pozaraq ət kəsimi ilə məşğul olan şəxslər saxlanılıblar.

    Tədbir zamanı Saray qəsəbəsi sakini Rafiq Quliyev və Bərdə rayon sakini Əbülfət Həşimov polisin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq qanunsuz ət kəsimi ilə məşğul olduqları üçün Polis İdarəsinə gətiriliblər.

    Onlar saxlanılan zaman polis əməkdaşlarının qanuni əmrinə tabe olmayaraq müqavimət göstərməyə də cəhd göstəriblər. Rafiq Quliyev və Əbülfət Həşimov barəsində tərtib olunan inzibati protokola hüquqi qiymət verilməsi üçün toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib.

    Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun Qobu, Mehdiabad və digər qəsəbələrində də qanunsuz ət kəsimi ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir.









  • Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 318 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

    Hazırda aktiv xəstə sayı 5548 nəfər təşkil edir.

  • Azərbaycanda karantin rejimi və koronavirusla bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

    Ümumdünya Səhiyyə Təşkilatının missiyasının yekunlarına dair mətbuat konfransı keçirilir.

    Konfrans “Zoom” proqramı vasitəsilə onlayn keçirilir.

    Brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı, Səhiyyə nazirinin müavini Viktor Qasımov, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov, TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, TƏBİB-in Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev və missiyanın üzvləri iştirak edir.

  • Deputatlara bayram pulu verilib

    Qurban bayramı ilə əlaqədar Milli Məclisin deputatlarına əlavə pul ödənilib.

    Bu barədə Report-a parlamentdəki mənbə məlumat verib.

    Bildirilib ki, Qurban bayramı ilə əlaqədar deputatlara aylıq maaşdan əlavə 549 manat verilib.

  • Azərbaybaycanda hərbi həkim koronavirusdan vəfat etdi – RƏSMİ + FOTO

    Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus infeksiyasından vəfat edib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, vəfat edib.

    Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

    Allah rəhmət eləsin!

  • Heydər Əliyev Fondu Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırıb – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatları çatdırılır.

    AZƏRTAC xəbər verir ki, layihə respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edir. Ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb.

    Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri respublika üzrə aztəminatlı ailələrə baş çəkərək qurban paylarını təqdim edir, mənəvi-ruhi birlik, həmrəylik, humanizm və mərhəmət rəmzi olan Qurban bayramında onlara sağlam həyat, rifah və əmin-amanlıq arzularını çatdırırlar.

    Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə sosial-iqtisadi inkişafa yönələn dövlət proqramlarına dəstək verir, aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır, müxtəlif bayramları və əlamətdar günləri onlarla birlikdə qeyd edir.

    Respublikamızda qeyd olunan müxtəlif bayramlarda aztəminatlı ailələrə Heydər Əliyev Fondunun sovqatları paylanılır, sosial yardıma ehtiyacı olan minlərlə şəxsə bayram əhval-ruhiyyəsi bəxş edilir.







  • İlham Əliyev Nursultan Nazarbayevə zəng edib

    İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.

    Prezident İlham Əliyev Nursultan Nazarbayevi və qardaş Qazaxıstan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Nursultan Nazarbayevə möhkəm cansağlığı, Qazaxıstan xalqına firavanlıq arzulayıb.

    Prezident İlham Əliyev Qazaxıstanın Nursultan Nazarbayevin rəhbərliyi altında böyük uğurlar qazandığını, şərəfli tarixi yol keçdiyini qeyd edib, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafında onun böyük rol oynadığını bildirib.

    Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Nursultan Nazarbayev öz növbəsində dövlətimizin başçısına və xalqımıza ən xoş bayram arzularını çatdırıb.

    Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələrlə bağlı Nursultan Nazarbayevin fəxri sədr olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycana dəstək ifadə edən bəyanatını yüksək qiymətləndirib, bunu türkdilli dövlətlərin bir-birinə qarşılıqlı dəstəyinin növbəti təzahürü kimi dəyərləndirib. Dövlətimizin başçısı bir daha türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevə möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.

  • Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

    Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

    Bildirilib ki, avqust ayının 1-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

  • Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək – RƏSMİ

    “Ermənistan silahlı qüvvələrinin mərkəzi tabelikdə olan, eləcə də, birinci eşelonda yerləşən hərbi hissələrinin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi və onların qəfil yoxlanılmasının səbəbi ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərinin Ermənistan hakimiyyətində yaratdığı xof və qorxudur”.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanın dünən Balakəndə söylədiyi “Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır… Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!” fikirlərini əsas tutan Azərbaycan Ordusunun şəxsi heyəti qarşıda duran bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün peşəkarlığını və döyüş qabiliyyətini gündəlik məşqlər və təlimlərdə daim artırır.

    “Ordumuzun döyüş qabiliyyəti və hərbi potensialı döyüş meydanında düşmən üzərində üstünlüyümüzü təmin edəcək ən əsas göstəricidir. Əgər Ermənistan tərəfi çirkin niyyətlərinə nail olmaq üçün yenidən təxribatlara əl atarsa, Azərbaycan Ordusu onların cavabını layiqincə verəcək”, – deyə nazirlidən bildirilib.

  • Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı

    Vyetnamda koronavirusdan ilk ölüm halı qeydə alınıb.

    Bu barədə “Reuters” məlumat yayıb.

    Ölən şəxsin 70 yaşlı kişi olduğu bildirilib.

    Ölkədə ümumi yoluxma sayı 509-a çatıb, onlardan 373 nəfəri artıq müalicə olunaraq sağalıb.