Month: December 2020

  • AzTV-dən şəhid məktubları üzərində qurulmuş yeni layihə – VİDEO

    Azərbaycan Televiziyası Vətən müharibəsində canını torpaqlarımız uğrunda fəda etmiş şəhidlərimizin, qazilərimizin cəmiyyətə tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.

    AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, belə layihələrdən biri “Danışan məktublar”dır.

    Şəhid məktubları üzərində qurulmuş layihə hər həftənin bazar günü saat 18:30-da yayımlanacaq. Şəhidlərimizin əziz xatirəsinə həsr olunan verilişin ilk buraxılışı dekabrın 13-ü efirdə olacaq.

    Layihənin ssenari müəllifi Leyla Qədirzadə, aparıcısı isə Güldəstə Nəsibdir.

    Xatırladaq ki, Azərbaycan Televiziyası Vətən müharibəsinin ilk günlərindən gücləndirilmiş iş rejimində fəaliyyət göstərib, şəhid və qazilərimizin ailələrindən geniş reportajlar yayımlayıb.

  • Özəl sektorda iş saatları azaldıla bilər – FOTO/VİDEO

    Azərbaycanda COVİD-19 pandemiyası ilə əlaqədar iş saatının azaldılması və işçilərin mütləq əksəriyyətinin onlayn qaydada işləməsi təklif edilir. Mütəxəssislər fikirləşir ki, bu təklif iş yerlərindəki sıxlığı azaltmağa kömək edəcək və yoluxma sayını azaldacaq.

    ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı ətraflı süjet yayımlanıb.

    Verilişdə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın fikirlərinə yer verilib. O qeyd edib:

    “Bütün iş yerlərində səhər saat 9-dan axşam saat 6-ya kimi, 9 saat deyil, gün ərzində heç olmasa, 5-6 saat işləsinlər. Çünki bu, işçilərin işə növbə ilə gəlməsinə imkan yarada, bir otaqda olan və gündəlik olaraq, bir-biri ilə təmasda olmağa məcbur olan işçilərin sayını azalda bilər”.

    O bildirib ki, gün ərzində çox işləmək insanın immunitetini aşağı salır:

    “Gərgin iş saatında işləyənlər üçün isə stress immuniteti aşağı salan ən birinci amil sayıla bilər. İmmunitetin aşağı düşməsi isə insanları virusa daha tez yoluxdurur”.

    İş saatının azaldılması həm də şəhərdə yaranan insan və avtomobil sıxlığını aradan qaldıra bilər.

    BNA-nın mətbuat katibi Mais Ağayev məsələ ilə bağlı qeyd edib:

    “Pilləli iş rejimi tətbiq olunarsa, axşam və səhər pik saatlarda müşahidə olunan sıxlıq təxminən 15-20 faizədək azalmış olacaq. Bunun özü də çox mühüm bir göstəricidir”.

    Xatırladaq ki, Operativ Qərargah dövlət qurumlarında çalışan işçilərin sayını 30 faiz azaldıb. Özəl sektorda da eyni qaydanın tətbiqi tövsiyyə edilib.

    Baş infeksionist Təyyar Eyvazov bildirib:

    “Bundan başqa mümkün qədər distant işləmək tövsiyə olunub. Bu tədbirlərin hamısı eyni nəticənin əldə olunması üçündür. Yəni, istənilən halda görülən tədbirlər bu təmasları, sıxlığı azaldır ki, bu da yoluxmanın azaldılmasına gətirib çıxaracaq”.

    Qeyd edək ki, xüsusi hallarda iş rejiminə dəyişiklik edilməsi, iş saatlarının azaldılması praktikası dünyada da mövcuddur.

  • ƏHALİNİN NƏZƏRİNƏ: Sabah bu ərazilərdə 2 gün qaz olmayacaq-Mütləq baxın, bu sizin ərazi ola bilər!

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsi diametri 1 200 mm olan ‘Mozdok-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərində 2 gün ərzində (12-13 dekabır tarixlərində) təmir işlərinin aparılmasını nəzərdə tutub.

    Bu barədə Azerforum.com-a SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilir ki, kəmərin 332 və 335-ci kilometirliyində karoziyaya uğramış 120 metrlik hissənin bərpadan sonra mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır və bu zaman kəmərdə qazın nəqli müvəqqəti olaraq dayandırılacaq.

    Bu müddət ərzində Xızı, Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarında həm əhali abonentlərinin, həm də qeyri-yaşayış sahələrinin qaz təchizatında fasilə yaranacaq.

    Bununla yanaşı, “Siyəzən Quşçuluq” fabrikinin qaz təchizatının alternativ mənbə olaraq “Yaşma-Siyəzən” qaz kəmərindən təmin edilməsi nəzərdə tutulur. Xaçmaz Regional qaz istismarı İdarəsindən verilən məlumata görə, “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin 339-423-cü kilometirliyində balon hissədə olan ehtiyat təbii qazın həcmi ilə adları çəkilən rayonlardakı həyati əhəmiyyətli obyektlərin müəyyən müddətə təbii qazla təmin olunmasına çalışılacaq.

    Xatırladaq ki, kəmərdə təmir işlərinin aparılması 28-29 noyabr tarixlərinə planlaşdırılsa da, sonradan təxirə salınmışdı.

  • Qərb Azərbaycanın şücaətini təəccüblə qarşıladı – Şevçenko

    Azərbaycan milli inkişafda yeni bir çağ, xalqın iradəsinin əhəmiyyət kəsb etdiyi və Prezident İlham Əliyevin o iradəni dinlədiyi era açdı.

    Median.Az xəbər verir ki, bunu rusiyalı politoloq və jurnalist Maksim Şevçenko bir qrup ziyalı və jurnalistlərlə görüşündə deyib.

    M.Şevçenko bildirib ki, Azərbaycan çoxmillətli bir ölkədir və müharibədə şəhid olanlar arasında ölkədə yaşayan digər millətlərin də nümayəndələri var:

    “Müharibə erməni xalqı ilə aparılmırdı. Müharibə əməkdaşlıq etmək əvəzinə erməni xalqını döyüşməyə və öldürməyə məcbur edən insanlarla aparılırdı”.

    O qeyd edib ki, öz torpaqları uğrunda canlarından keçən və döyüşən qəhrəmanlar sayəsində Azərbaycan bu mübarizədən uğurla çıxdı.

    M.Şevçenko, həmçinin qeyd edib ki, dünya xalqları Azərbaycanı tanıdı: “Qərb Azərbaycan əsgərlərinin şücaətini təəccüblə qarşıladı. Onlar hamısı düşünürdülər ki, vəziyyət 2016-cı ildə olduğu kimi başa çatacaq”. (Trend)

  • В Турции почтили память Общенационального лидера Гейдара Алиева – ВИДЕО

    В турецком городе Стамбуле была почтена светлая память Общенационального лидера Азербайджана Гейдара Алиева на кануне годовщины его кончины.

    Как сообщает Haber Global, были возложены букеты цветов к памятнику Г.Алиева в одноименном парке.

    В церемонии принимали участие генеральный консул Азербайджана в Стамбуле Нармина Мустафаева и председатель муниципалитета Сарыйер Шюкрю Генч.

  • Ümummilli lider Heydər Əliyev İstanbulda yad edildi – VİDEO

    Azərbaycanın Ümummilli lideri Heydər Əliyev vəfatının ildönümü ərəfəsində İstanbulda yad edilib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Ümummilli liderin ölümünün 17-ci ilində İstanbuldakı Heydər Əliyev parkındakı abidəsinə gül dəstələri qoyulub. Anım mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və Sarıyer bələdiyyəsinin sədri Şükrü Genç də iştirak edib.

  • Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? – AÇIQLAMA

    44 günlük müharibə başa çatdı. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın iştirakı ilə Bakıda Azadlıq Meydanında qalib və müzəffər Ordumuzun Zəfər Paradı keçirildi.

    Burada II Qarabağ Müharibəsində iştirakı olan generallar yürüş etdilər. Zəfər Paradından sonra belə bir sual yaranıb. Azərbaycanda Ordu generalı olacaqmı?

    Bu sualla hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyevlə danışdıq. Onun sözlərinə görə, hazırkı postda bu rütbə ancaq Müdafiə naziri, general-polkovnik Zakir Həsənova verilə bilər:

    “Bu rütbəni yalnız Müdafiə naziri ala bilər. Onun müavinləri və digər hərbçilər bu rütbəni ala bilməz. Çünki onların ştat üzrə tutduqları vəzifə bu rütbənin onlara verilməsinə imkan vermir.

    Şuşa və Cəbrayılın alınmasında müstəsna xidməti olan Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev bu ada layiqli bir insandır. Lakin onun rütbəsi general-leytenantdır. O bu rütbəsini də bu müharibədən sonra aldı. 18 il idi ki, general-mayor rütbəsində idi.

    İndiyə qədər Ordu generalı rütbəsi Azərbaycanda heç kimə verilməyib. Bu rütbənin verilməsi Prezidentin qərarından asılıdır. Hələ ki belə bir şərait yoxdur. Bu rütbəyə malik olmaq üçün şəxsi şücaət göstərməlisən. Bu rütbə elə-belə verilə bilməz”.

  • Güləşçilərimizin Fərdi Dünya Kubokunda ilk rəqibləri bilindi

    Sabah Serbiyanın paytaxtı Belqradda yunan-Roma güləşi üzrə Fərdi Dünya Kubokuna start veriləcək.

    “Report”un məlumatına görə, dekabrın 18-dək davam edəcək yarışda Azərbaycanın 8 idmançısı mübarizə aparacaq.

    Bunlar Eldəniz Əzizli, Nihat Məmmədli, Taleh Məmmədov, İslambek Dadov, Ülvü Qənizadə, Sənan Süleymanov, İslam Abbasov və Beka Kandelakidir.

    Bu gün isə bütün çəkilərdə püşkatma mərasimi keçirilib və milli üzvlərinin ilk rəqibləri müəyyənləşib.

    55 kq
    1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (Serbiya)

    60 kq
    1/8 final: Nihat Məmmədli – Viktor Çiobanu (Moldova)

    63 kq
    1/8 final: Taleh Məmmədov – Aleksey Masik (Ukrayna)

    67 kq
    Təsnifat: İslambek Dadov – Ruben Marvike (İtaliya)

    72 kq
    1/8 final: Ülvü Qənizadə – İbrahim Qanem (Fransa)

    77 kq
    Təsnifat: Sənan Süleymanov – Paskal Eysele (Almaniya)

    87 kq
    1/8 final: İslam Abbasov – Bəşir Sid Azara (Əlcəzair)

    130 kq
    1/8 final: Beka Kandelaki – Alin Kiurariu (Rumıniya)

    Qeyd edək ki, Fərdi Dünya Kubokunda I-S kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.

  • Azərbaycanda səhralaşmaya qarşı mübarizə aparılacaq

    “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda dəyişiklik edilib.

    “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycanda torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və deqradasiyasına, səhralaşmasına qarşı mübarizə aparılacaq.

    Tədbirlər planına meliorativ vəziyyətinin yaxşılaşdırılması həyata keçirilən suvarılan torpaq sahələrinin xəritələşdirilməsi, məlumat bazasının formalaşdırılması, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nə (EKTİS) inteqrasiyası, mütəmadi monitorinqinin təşkili, yaxşılaşdırma tədbirlərinin effektivliyinin yoxlanılması və dayanıqlı inkişaf təcrübəsi metodlarının torpaq istifadəçilərinə öyrədilməsi ilə bağlı məsələlər daxil edilib. Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı işlər isə “Azmelsutəsərrüfat” ASC, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərkosmos” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb.

    Eyni zamanda “Azmelsutəsərrüfat” ASC, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərkosmos” ASC-nin icraçılığı ilə mütəmadi olaraq suvarılan torpaqların deqradasiyasına (şorlaşma, şorakətləşmə, eroziya, bataqlıqlaşma və s.) qarşı mübarizə məqsədilə yaxşılaşdırma tədbirləri həyata keçiriləcək.

    Sərəncama əsasən, iqlim dəyişikliyinə həssas, səhralaşma əlamətləri müşahidə olunan riskli ərazilərin müəyyən edilərək məlumat bazası yaradılacaq, xəritələşdiriləcək və EKTİS-ə inteqrasiya ediləcək. Bununla bağlı icraçı qurum kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərkosmos” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müəyyənləşib.

    Həmçinin Kənd Təsərrüfatı Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasına mütəmadi olaraq səhralaşma prosesinin qarşısının alınması məqsədilə tədbirlərin (meliorasiya və irriqasiya sistemlərinin qurulması, adaptasiya olunan bitki növlərinə üstünlük və əkin subsidiyası verilməsi, innovativ həllərin tətbiqi və s.) həyata keçirilməsi həvalə olunub.

  • DGK-nın vəzifəli şəxslərinin xüsusi geyim formasında döş nişanı olacaq (FOTO)

    “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də dəyişikliklər edilib.

    Median.Az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

    1. 1.3-cü bəndə “qol və yaxa nişanları,” sözlərindən sonra “döş nişanı,” sözləri əlavə edilsin.

    2. Aşağıdakı məzmunda 6.8-1-ci bənd əlavə edilsin:

    “6.8-1. Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin xidmət etdiyi gömrük orqanını (qurumunu) müəyyənləşdirməyə imkan verən fərqlənmə döş nişanı bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulmuş qaydalara uyğun olaraq daşınır. Döş nişanı metal lövhədən hazırlanır. Uzunluğu 6 santimetr, eni 5 santimetr olmaqla, aşağı hissəsi ovalşəkillidir. Kənarları qızılı rəngli xətlə haşiyələnmişdir. Yuxarı hissə tünd göy rəngdədir və həmin hissədə qızılı rəngli fon üzərində ağ rənglə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin şəxsi qeydiyyat nömrəsi, sağ və sol kənarlarında isə qızılı rəngli sünbül təsviri həkk olunmuşdur. Döş nişanının orta sağ və sol kənarları tünd qırmızı rəngdədir, hər iki kənarda qızılı rəngli səkkizguşəli ulduz təsviri həkk olunmuşdur. Döş nişanının ovalşəkilli aşağı hissəsi tünd yaşıl rəngdədir və üzərində qızılı rəngli hərflərlə “Dövlət Gömrük Komitəsi” sözləri yazılmışdır. Orta (mərkəzi) hissədə Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının və Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri həkk olunmuşdur. Nişanın yuxarı, orta və aşağı hissələrini bir-birindən qızılı rəngli haşiyələr ayırır. Metal lövhə qara rəngli süni dəridən hazırlanmış altlığa bərkidilmişdir. Nişanın bərkidildiyi qara rəngli süni dəri altlığın yuxarı hissəsinin ortasında geyim formasına bərkidilmək üçün nəzərdə tutulan düymə dəliyi vardır (Şəkil 67-1).”.//qaynarinfo