Month: December 2020

  • Filippində karantin qadağalarına qarşı çıxanlara cəza: Polis maska taxmayan kişini öldürdü

    Filippində maska taxmayan insan qətlə yetirilib.

    “Haber Global” məlumat verir ki, Agusan del Norte əyalətində 63 yaşlı kişi polisin maska taxma əmrinə tabe olmayıb.

    O, polisə hücum edib və səlahiyyətliləri təhqir edib.

    Bu zaman həmin şəxs polisin açdığı atəş nəticəsində öldürülüb.

    Qeyd edək ki, Flippin dövlət başçısı Rodriqo Duterte koronavirusla mübarizə çərçivəsində qaydaları pozan şəxslərin silahla vurulacağını demişdi.

  • Növbəti ildən bütün işçilərin maaşından tutulacaq – RƏSMİ

    “Tibbi sığorta haqqında” Qanunun 16-4.4-cü maddəsinə əsasən 2021-ci il yanvarın 1-dən muzdla işləyənlər üzrə bütün işəgötürənlər tərəfindən, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən işçilərin əməkhaqlarının 2 faizi həcmində icbari tibbi sığorta haqqı ödənilməlidir.

    Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, 8 000 manatdan yuxarı əmək haqlarından 0,5 faiz həcmində icbari sığorta haqqı tutulacaq.

    Bununla əlaqədar olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üzrə icbari tibbi sığorta haqlarının maliyyələşdirilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 105,9 milyon manat məbləğdə vəsait nəzərdə tutulub. Bu məbləğ Naxçıvan Muxtar Respublikası büdcəsində nəzərdə tutulan 4,8 milyon manat vəsait də nəzərə alınmaqla əsas götürülüb.

    2021-ci ilin dövlət büdcəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsinə və əhalinin sağlamlığının qorunması sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün 1 milyard 44,7 milyon manat vəsait proqnozlaşdırılır.

    Qeyd edilib ki, 2020-ci ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında və ölkənin 23 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmış və 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin digər 36 şəhər və rayonunda – Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları), 2021-ci ilin aprel ayından isə qalan 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları, yəni ölkənin bütün ərazisində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.

  • Кадры из освобожденного от оккупации села Зогалбулаг Ходжавендского района – ВИДЕО

    Министерство обороны Азербайджана опубликовало видеокадры из села Зогалбулаг Ходжавендского района.

  • İllərlə düşmən tapdağında qalan yurd yerimizdən ürəkdağlayan görüntülər – VİDEO

    Azərbaycanın Müdafiə Nazirliyi Xocavənd rayonunun Zoğalbulaq kəndindən videogörüntülər yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Ermənistan müxalifəti İrəvanın mərkəzində çadırlar qurdu – VİDEO

    Müharibədə sarsıdıcı şəkildə məğlub olan Ermənistanda siyasi böhran davam edir.

    Ermənistan mətbuatının məlumatına əsasən, Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirən insanlar İrəvanın mərkəzində çadırlar qurulub.

  • В Азербайджане выявлены 2 284 новых случая инфицирования коронавирусом, скончался 41 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 2 284 новых случая инфицирования коронавирусом, еще 4 392 человека вылечились и были выписаны домой.

    Об этом 22 декабря сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончался еще 41 пациент.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 205 877 человек, 2 294 из них скончались, 147 199 – вылечились, 56 384 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 088 358 тестов (за последние 24 часа – 15 221) на COVID-19.

  • Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 2284 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 2284 yeni yoluxma faktı qeydə alınıb, 4392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 41 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 56384 nəfərə çatıb.

    Ölkədə son sutka ərzində 15221, hazırkı dövrədək isə 2088358 test aparılıb.

    Ümumi ölənlərin sayı 2294 nəfərdir.

    Ümumi yoluxanların sayı 205877 nəfər, ümumi sağalanların sayı 147199 nəfərdir.

  • Rusiyada prezident mühafizəsinin polkovnik-leytenantı intihar edib

    Rusiya Federal Mühafizə Xidmətinin (FMX) polkovnik-leytenantı Moskvada intihar edib.

    Bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla bildirib.

    Məlumata görə, Tsander küçəsində (Ostankino rayonu) Rusiya Federasiyası Federal Mühafizə Xidmətinin əməkdaşı, şöbə müdirinin müavini, polkovnik-leytenantın meyiti tapılıb.

    Mənbənin dediyinə görə, zabitin evində son addımını könüllü atmağa qərar verdiyi barədə intihar məktubu tapılıb.

    Buna baxmayaraq, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparacaq.

    FMX – əsas funksiyası prezident də daxil olmaqla yüksək vəzifəli məmurların, habelə federal orqanların binalarının təhlükəsizliyini təmin etəməkdir.

  • Bu il götürülmüş testlərin sayı açıqlandı – HESABAT

    2020-ci il ərzində idmançılardan ümumilikdə 1087 dopinq test nümunəsi götürülüb. Bunlardan 1012-i milli test proqramı çərçivəsində, 75- i isə AMADA-ya (Azərbaycan Milli Anti-Dopinq Agentliyi) beynəlxalq sifariş əsasında olub.

    Bunlar AMADA-nın builki hesabatında əks olunub. Həmçinin o da bildirilib ki, pandemiya ilə əlaqədar test nümunələrinin götürülməsi karantin qaydalarının tələblərinə tam riayət edilməklə həyata keçirilib. Dopinq nəzarəti inspektorları mütəmadi olaraq COVID-19 testlərinə cəlb edilib.

    2020-ci il ərzində ümumilikdə 24 antidopinq qayda pozuntusu işi üzrə araşdırma aparılıb. Həmin işlərin 11-i ilə bağlı artıq qərar qüvvəyə minib. 13 iş isə icraatdadır.

  • DİN əhaliyə xəbərdarlıq etdi – FOTO/VİDEO

    Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

    Növbəti belə tədbir Xırdalan şəhərində keçirilib. Şəhər ərazisindəki ticarət mərkəzlərinin birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını təşkil edən Habil Babayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxsə məxsus ticarət mərkəzində yerləşən mağazaya baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində pirotexniki vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

    Faktla bağlı Habil Babayev barəsində Abşeron RPİ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiala müvafiq qərar verilməsi üçün məhkəməyə göndərilib.

    Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcək.