Month: December 2020

  • Şəhidlik zirvəsinə ucalmış yeddi gəncimiz – VİDEO

    Tarixi zəfərlə başa çatan Vətən Müharibəsində xalqımızın minlərlə qəhrəman övladı ilə bərabər, mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək, şəhidlik zirvəsinə ucalanlar sırasında yeddi mədəniyyət işçisi də var.

    Vaxtilə mədəniyyətin müxtəlif sahələrində çalışmış bu gənclər adlarını Azərbaycanın tarixinə ədəbi həkk etmiş igidlərdir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif edilmiş qəhrəman mədəniyyət işçilərinin xatirəsini ehtiramla yad edirik:

    Füzuli rayon 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev;

    Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev;

    Gəncə şəhər Nizami məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov;

    Göyçay şəhər Uşaq musiqi məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov;

    Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov;

    Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov;

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Əliağa Eldəniz oğlu Məmmədov.

  • Покушение на убийство детей в Баку: НОВЫЕ ДЕТАЛИ

    Выяснились новые детали покушения на убийство детей, совершенного их матерью 20 декабря ночью в Ясамальском районе Баку.

    Напомним, что преступление имело место в доме №22 на Внешней кольцевой дороге. Нигяр Джафарова (1991 г.р.) выбросила из окна четвертого этажа сыновей Гусейна (2017 г.р.) и Октая (2018 г.р.), а затем бросилась сама, пытаясь совершить суицид.

    В результате женщина была госпитализирована в Республиканскую клиническую больницу, а ее дети – в городскую клиническую больницу №3. Состояние детей оценивается врачами как тяжелое, а вот сама мать отделалась несколькими переломами.

    По данному факту Ясамальская районная прокуратура возбудила уголовное дело по статьям 29,120.2.7 (покушение на убийство двух и более лиц) и 29,120.2.9 (покушение на убийство лица, заведомо для виновного находящегося в явном беспомощном состоянии) УК АР.

    В ходе предварительного расследования было установлено, что детей у Н.Джафаровой трое. Старшему сыну пять лет и его тоже мать хотела выбросить из окна, но он сумел вырваться и ее рук. Мальчик побежал к отцу за помощью. Когда мужчина добежал до балкона, было уже поздно, жена и младшие сыновья лежали на земле.

    По словам родных, такое поведение женщины вызвано психическими нарушениями. В последние дни она вела себя странно, разговаривала сама с собой.

    Следствие по данному факту продолжается.

  • Bakıda uşaqların öldürülməsinə cəhd: YENİ TƏFƏRRÜATLAR

    Bakının Yasamal rayonunda dekabrın 20-də gecə saatlarında anaları tərəfindən uşaqların həyatına qəsd edilməsinə cəhd ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

    Xatırladaq ki, cinayət Xarici Dairəvi Yolda 22 nömrəli evdə baş verib. 1991-ci il təvəllüdlü Nigar Cəfərova dördüncü mərtəbənin pəncərəsindən əvvəl oğulları 2017-ci il təvəllüdlü Hüseyni və 2018-ci il təvəllüdlü Oktayı, sonra isə intihara cəhd edərək özünü atıb.

    Nəticədə qadın Respublika Klinik Xəstəxanasına, övladları isə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər. Uşaqların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir, ancaq ananın özü bir neçə sınıqla xilas olub.

    Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən 29,120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 29,120.2.9 (açıq-aşkar köməksiz vəziyyətdə olan şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

    İlkin istintaq zamanı N.Cəfərovanın üç övladı olduğu müəyyən edilib. Böyük oğlunun beş yaşı var və anası onu da pəncərədən atmaq istəyib, amma o anasının əlindən çıxıb qaça bilib.

    Uşaq kömək üçün atasının yanına qaçıb. Kişi eyvana çatanda artıq gec idi, arvadı və kiçik oğulları yerdə olublar.

    Qohumlarının sözlərinə görə, qadının bu davranışına psixi pozğunluqlar səbəb olub. Son vaxtlar o qəribə davranırdı, öz-özünə danışırdı.

    Faktla bağlı istintaq davam edir.

  • Кадры из села Бальянд Джебраильского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Бальянд Джебраильского района.

  • Düşmənin daşı daş üstdə qoymadığı daha bir kəndimiz… – VİDEO

    Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Balyand kəndindən videogörüntülər yayımlayıb.

    Görüntüləri təqdim edirik:

  • Manatın xarici valyutalara qarşı dəyəri ilə bağlı AÇIQLAMA

    2021-ci ildə Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı risk olaraq qalır.

    Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, növbəti ildə məzənnə riskinin dərəcəsi dəyərləndirilib.

    2020-ci ildə əsas ticarət tərəfdaşlarının valyuta məzənnələrindəki dalğalanmalara, həmçinin, daxili valyuta bazarında xüsusilə mart ayından başlayaraq ayrı-ayrı dövrlərdə manatın məzənnəsinə qarşı təzyiqin artmasına baxmayaraq, cari ildə bazarın yüksək likvidliyi və manatın məzənnəsinin sabitliyi qorunub.

    Bu baxımdan, qlobal iqtisadi çağırışlar və mürəkkəb xarici mühit şəraitində ölkədə makroiqtisadi sabitliyin təmin olunması məqsədilə monetar və fiskal siyasətin qarşılıqlı əlaqədə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

    Əlavə olunub ki, bununla yanaşı, Azərbaycan manatının ABŞ dolları və digər əsas xarici valyutalara qarşı dəyərdən düşməsi ehtimalı ölkənin fiskal mövqeyi üçün əsas risk amillərindən biri olaraq qalmaqdadır.

    Belə ki, məzənnə riskinin dövlət büdcəsinə əsas transmissiya kanallarından biri neft qiymətlərinin pisləşməsi fonunda qeyd edilən risklərin daha da kəskin xarakter almasıdır.

    Digər tərəfdən, dövlət büdcəsinin tərtibi zamanı 2021-ci il üzrə 1 ABŞ dollarının 1,7 manata bərabər tutulduğunu nəzərə alaraq, manatın məzənnəsinin xarici valyutalara qarşı zəifləmə ehtimalı dövlət büdcəsində xarici dövlət borcuna xidmət xərclərinin də proporsional olaraq artması riskini özündə ehtiva edir.

    Bildirilib ki, pandemiyanın hələ də davam etməsi və karantin qaydalarının sərtləşməsi şəraitində antiböhran tədbiri kimi yumşaq pul siyasətinin tətbiqi kredit şərtlərini asanlaşdırmaqla iqtisadi fəallığa stimul verir və valyuta bazarında likvidliyə olan tələbatı təmin etmiş olur.

    Lakin hazırda yaşadığımız müstəsna zaman kəsiyində əhalinin məcmu tələbinin əhəmiyyətli dərəcədə aşağı düşməsi valyuta bazarında izafi likvidliyə gətirib çıxarır.

    Belə olan halda isə Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən qiymətli kağızlar bazarında aparılan əməliyyatlar valyuta bazarında yarana biləcək təzyiqlərin də qarşısını almış olur.

  • Российская авиакомпания получила допуск на рейсы в Баку

    Российская авиакомпания Red Wings получила разрешение на осуществление полетов в Баку два раза в неделю.

    Об этом говорится в сообщении, опубликованном на сайте Росавиации.

    Российская авиакомпания получила допуск на международные рейсы из Челябинска после снятия ограничений в связи с распространением коронавирусной инфекции.

    “Решение о выдаче данных допусков не является основанием или решением о возобновлении полетов по международным маршрутам. Допуск – это право авиакомпании, которым она сможет воспользоваться при возобновлении полетов”, – указано в сообщении.

  • Çelyabinskdən Bakıya birbaşa aviareyslər təşkil olunacaq

    Rusiyanın “Red Wings” aviaşirkəti həftədə iki dəfə Bakıya uçuşların həyata keçirilməsi üçün icazə alıb.

    Bu barədə Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyinin saytında məlumat verilib.

    Xəbərdə qeyd olunur ki, koronavirusun yayılması səbəbindən tətbiq edilən məhdudiyyətlər götürüldükdən sonra Rusiya aviaşirkəti Çelyabinskdən beynəlxalq uçuşları həyata keçirməyə start verəcək.

  • Naxçıvan-İran sərnişin qatarı yenidən fəaliyyətə başlaya bilər

    Naxçıvan Muxtar Respublikası ilə İran arasında sərnişin qatarının tezliklə yenidən fəaliyyətə başlaması ilə bağlı müzakirə aparılır.

    Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami İranın şimal-qərbində Şərqi Azərbaycan vilayətində Təbriz-Səhənd avtomagistral yolunun istismara verilməsi ilə əlaqədar tədbirdə deyib.

    M.Eslaminin sözlərinə görə, İran və Naxçıvan arasında dəmiryol xətti böyük əhəmiyyət kəsb edir.

    O əlavə edib ki, Təbriz dəmiryolu xətti Avropa və Şimali Qafqazla əlaqə qurmaq üçün çox münasib yoldur:

    “Son vaxtlar bununla əlaqədar İran, Azərbaycan və Rusiya arasında üçtərəfli anlaşma əldə olunub”.

    Qeyd edək ki, Naxçıvan-İran sərnişin qatarları koronavirusla əlaqədar fəaliyyətini dayandırıb.

  • Sabahın havası: Yağış, qar, duman…

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında mülayim cənub-şərq küləyi və yağışlı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.