Month: December 2020

  • Ölkədə ən çox baxılan telekanallar açıqlanıb – SORĞU

    Vətən müharibəsi dövründə ölkə Prezidentinin xarici kütləvi informasiya vasitələrinə müsahibələri informasiya müharibəsində çox önəmli yer tutub. Respondentlərin 80 faizdən artığı bunun qələbəmizdə əhəmiyyətli rol oynadığını bildirib.

    Bu barədə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Vətən Müharibəsi mövzusundakı brifinqdə deyib.

    Onun sözlərinə görə, əhalinin 67,3 faizi xarici auditoriya ilə yanaşı ölkə Prezidentinin xalqı mütəmadi məlumatlandırmasını informasiya siyasətinin mühüm nəticəsi kimi qeyd edib.

    Eləcə də, əlavə edilib ki, 44 gün davam edən müharibə dövründə 90,4 faiz respondentin qənaətinə görə televiziyalarımız əhalinin əsas informasiya mənbəyi kimi çıxış edib. Bu dövrdə ən çox baxılan televiziya kanalı 62,6 faizlə AzTV olub. İkinci baxımlı kanal isə 60,2 faizlə ATV kanalı olub. Xəzər TV 59,8 faiz, Real TV isə 42,2 faiz rəy toplayıb.

    Vurğulanıb ki, bu nisbət hazırki dövrdə dəyişmiş ola bilər. Bu, kütləvi informasiya vasitələri haqqında ayrıca götürülmüş rəy sorğusu deyil.

    Eləcə də, informasiya mənbələri sırasında Prezident İlham Əliyevin sosial şəbəkə hesabları önəmli yer tutub. Xüsusilə, Prezidentin “Twitter” hesabını məlumat almaq üçün izləyən respondentlərin sayı 79 faizdir.

  • Назначен председатель ГЭЦ Нахчывана – ФОТО

    Назначен председатель юридического лица публичного права “Государственный экзаменационный центр” (ГЭЦ) Нахчыванской Автономной Республики (НАР), сообщает информагентство NUHÇIXAN.

    Приказом председателя Верховного меджлиса НАР Васифа Талыбова им стал депутат парламента Нахчывана Исмаил Гарибли.

  • Naxçıvanda DİM-ə sədr təyin olundu – FOTO

    Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsə sədr təyin olunub.

    Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi məlumat yayıb.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbovun imzaladığı fərmana əsasən, İsmayıl Cavanşir oğlu Qəribli “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin sədri təyin edilib.

    Xatırladaq ki, eyni zamanda, İ.Qəribli Naxçıvan Ali Məclisinin deputatıdır.

  • DYP Əmlak Məsələləri Dövlət Xidmətini cərimələdi

    Dövlət Yol Polisi (DYP) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti barəsində inzibati qaydada protokol tərtib edib.

    “Report”un xəbərinə görə, Xətai Rayon Məhkəməsi protokola əsasən Əmlak Məsələləri Dövlət Xidmətini 300 manat məbləğində cərimə edib.

    Dövlət qurumu İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinib.

    Qərardan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verib.

  • Sığorta ödənişi alan şəhid və xəsarət alan hərbi qulluqçuların sayı açıqlandı – RƏSMİ

    Şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara və ya onların vərəsələrinə sığorta ödənişlərinin verilməsi təmin olunub.

    Bu barədə Mərkəzi Bank tərəfindən məlumat verilib.

    Bildirilib ki, 18 dekabr 2020-ci il tarixinə Azərsığorta tərəfindən 4 min 138 şəxsə ödəniş edilib, onlardan 751 nəfəri şəhidlərin vərəsələri, 3 min 387 nəfəri isə xəsarət alanlardır.

    Əlavə edilib ki, ödənişlərin təmin olunması məqsədilə müvafiq dövlət qurumları – Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlayıb.

    Prosesin kompleks və ardıcıl idarə olunması üçün Mərkəzi Bankda işçi qrupu yaradılıb. Əməkdaşlıq şəraitində Ədliyyə Nazirliyi tərəfindən şəhid olmuş hərbi qulluqçuların vərəsələrinin qısa zamanda müəyyən olunması və onlara müvafiq təsdiqedici sənədlərin verilməsi təmin olunur.

    Eyni zamanda, əlilliklə nəticələnən ağır bədən xəsarəti almış hərbi qulluqçulara müvafiq sənədlərin operativ verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edilir.

    Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq, “Azərsığorta” şirkətinin daxili idarəetmə potensialı artırılıb, şirkət gücləndirilmiş iş rejiminə keçib.

    Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilib.

    Şirkətin bütün rayonları əhatə edən filial şəbəkəsindən istifadə etməklə bütün şəhid ailələri ilə birbaşa əlaqə saxlanılır, sığorta ödənişi və əlaqədar sənədlərin əldə edilməsi ilə bağlı onlara məsləhət və əlaqədar dəstək xidmətləri göstərilir.

  • Şəhid və yaralananların kreditləri silindi – RƏSMİ

    Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər.

    Eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub.

    Bank olmayan kredit təşkilatları da bu prosesdən kənarda qalmamış və onlar da qeyd olunmuş əhali qrupları üzrə kreditlərin tam silinməsini təmin edib.

    Şəhidlərin ləğv prosesindəki banklar üzrə olan borcları da güzəştdən kənarda qalmayıb. Bu borc öhdəliklərinin silinməsi ilə bağlı məsələ bu günlərdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müzakirəsinə çıxarılacaq.

  • Astarada karantin rejiminin tələblərini pozan kafe aşkarlanıb

    Astarada karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirdikləri növbəti tədbirlər zamanı rayonun Maşxan kəndi ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

    Həmin obyekti icarə əsasında işlədən S.İnətullayev və üç nəfər müştəri polis şöbəsinə dəvət olunublar. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə yazılıb.

  • Parlamentin payız sessiyasının sonuncu plenar iclasının vaxtı açıqlandı

    Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasının vaxtı açıqlanıb.

    “Report”un əldə etdiyi məlumata görə, parlamentin builki sonuncu iclasının dekabrın 29-da keçirilməsi nəzərdə tutulur.

  • В Баку молодой человек позвонил с угрозой взорвать магазин

    В 22-м отделении полиции Насиминского района, расследуя факт “телефонного терроризма”, вышли на след молодого человека.

    Как сообщили Oxu.Az в правоохранительных органах, 20 декабря в отделение обратился 26-летний кассир (имя не сообщается по понятным соображениям) магазина, расположенного в районе станции метро 28 Мая, и заявил, что на его мобильный телефон от неизвестного мужчины поступила угроза взорвать указанный торговый объект.

    В ходе расследования оперативники вышли на след подозреваемого. Им оказался одноклассник жалобщика. Установлено, что он звонил из таксофона на проспекте Ходжалы.

    Молодой человек заявил правоохранителям, что хотел лишь разыграть товарища и что в его действиях не было злого умысла.

    Расследование по данному факту продолжается. “Телефонный террорист” пока не арестован.

  • Bakıda kişi mağazanı partlatmaqla hədələdi

    Nəsimi rayonu 22-ci Polis Bölməsində “telefon terrorizmi” faktını araşdırarkən bir gəncin izinə düşüblər.

    Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, dekabrın 20-də 28 May metrosu yaxınlığında yerləşən mağazanın 26 yaşlı kassiri (adı müəyyən səbəblərə görə açıqlanmır) bölməyə müraciət edərək naməlum bir kişinin mobil telefonla zəng edərək həmin ticarət obyektini partlatmaqla hədələdiyini deyib.

    İstintaq zamanı əməliyyatçılar şübhəlinin izinə düşüblər.

    Məlum olub ki, həmin şəxs şikayətçinin sinif yoldaşı imiş. Onun Xocalı prospektindəki taksofondan zəng etdiyi müəyyən olunub.

    Gənc oğlan hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, dostu ilə sadəcə zarafat etmək istəyib və hərəkətlərində pis niyyət olmayıb.

    Faktla bağlı araşdırma davam edir.

    “Telefon terrorçusu” hələ həbs olunmayıb.