Month: December 2020

  • Yeni medalın təsis olunması layihəsi qəbul edildi

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    “Report” xəbər verir ki, dəyişikliklə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı” təsis olunur.

    Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq, I oxunuşda qəbul edilib.

  • Sabirabadda pambıq emalı sexində qurğu kişinin qolunu qopardı

    Dekabrın 20-də saat 04:00 radələrində Sabirabad rayonu ərazisində yerləşən pambıq emalı sexində Qürbət İsayevin iş zamanı ağır dərəcəli bədən xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Sabirabad Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.

    Aparılmış araşdırmalarla müəyyən edilib ki, “MKT İK” MMC-nin Sabirabad rayonu ərazisində yerləşən pambıq emalı sexində işləyən Qürbət İsayev qeyd edilən tarixdə işlək vəziyyətdə olan mahlıc təmizləyici “Kliner” adlı qurğunun dişlərindəki pambıq tutqunluğunu aradan qaldırmaq üçün əlini həmin qurğuya daxil etmiş, həmin vaxt əynindəki pencək qurğunun dişlərinə ilişdiyi üçün qurğu onun sağ əlini dartaraq əlinin 1/3 hissəsini amputasiya edib.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda hadisənin baş vermə səbəblərinin və təfərrüatlarının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

  • Депутаты Милли Меджлиса вновь пройдут тестирование на коронавирус

    21 декабря в Милли Меджлис поступил проект госбюджета на 2021 год. Завтра его будут обсуждать в парламентских комитетах. Следующее заседание ММ состоится 24 декабря.

    Об этом на пленарном заседании парламента во вторник сказала спикер Сахиба Гафарова, передает Report.

    Она отметила, что завтра все депутаты должны будут вновь сдать тест на коронавирус.

  • Deputatlar yenidən koronavirus testindən keçəcəklər

    “Dünən dövlət büdcəsi və zərfi Milli Məclisə daxil olub. Sabahdan komitələrdə bu məsələlər müzakirə ediləcək. Plenar iclas isə dekabrın 24-də olacaq”.

    “Report” xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

    O bildirib ki, sabah saat 9:00-dan başlayaraq deputatlar koronavirus testindən keçəcəklər.

  • Azərbaycan əhalisi sülhməramlılara necə münasibət bəsləyir? – AÇIQLAMA

    Sülhməramlılarla bağlı məsələyə münasibətdə cəmiyyətdə xeyli fərqli fikirlər mövcuddur.

    Bu barədə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Vətən Müharibəsi mövzusundakı brifinqdə deyib.

    O bildirib ki, əhalinin yarıdan çoxu, yəni 54 faizi hesab edir ki, həm Rusiya, həm də Türkiyə sülhməramlı qüvvələri bu missiyanı birgə aparsaydılar, daha yaxşı nəticə verərdi.

    Onlardan 35 faiz insanımız Rusiyanın sülhməramlı qüvvələrinin bölgədə olmasını işin xeyrinə dəyərləndirib. Bununla da ermənilərin Azərbaycana qarşı təxribatlarının dayandırılmasının mümkün ola biləcəyini vurğulayıblar.

    44 faiz əhali isə bu məsələ ətrafında müəyyən qədər fərqli mövqedə olublar. Onlar qeyd edib ki, bu qüvvələrin gəlişini mənfi qiymətləndirirlər və 19 faizdən artıq insan qeyri-müəyyən fikir səsləndirib. 57 faizdən artıq insanımız isə yalnız Türkiyə sülhməramlı qüvvələrinin Rusiya ilə birgə olmasını arzulayırlar.

    Qeyd edək ki, sorğu 1-4 dekabr tarixlərində 603 respondent arasında təşkil edilib.

  • Evdə müalicə alan COVID-19 xəstlərindən 14 gün sonra yaxma götürülməlidirmi? – AÇIQLAMA

    Ev şəraitində nəzarətə götürülən xəstədə 14 gün bitdikdən sonra heç bir şikayət yoxdursa, vətəndaş tam sağalmış hesab olunur.

    Bunu mətbuata müsahibəsində Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi qrupunun üzvü Nailə Daşdəmirova deyib.

    O bildirib ki, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən vitamin kompleksi ilə təmin olunurlar:

    “Kompleksə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur.

    Evdə nəzarətdə saxlanılan şəxslərə sahə poliklinikaları tərəfindən göstərilən xidmətə antibiotik və antivirus əleyhinə preparatların verilməsi, eləcə də, venadaxili inyeksiyaların qəbulu daxil deyildir”.

    N.Daşdəmirova bəzi vətəndaşların evdə nəzarət müddəti bitdikdən sonra yenidən yaxma tələb etmələri ilə bağlı məsələyə də münasibət bildirib:

    “Nəzarətə götürülən xəstədə 14 gün bitdikdən sonra heç bir şikayət yoxdursa, vətəndaş tam sağalmış hesab olunur. Ondan yenidən yaxmanın götürülməsinə ehtiyac yoxdur.

    Əgər 14 gün bitdikdən sonra xəstədə şikayətlər davam edərsə, bu vəziyyət sahə həkim tərəfindən dəyərləndirilərək, xəstəlik müddəti uzadıla bilər”.

  • СМИ: В Армении назревает “топливный” бунт из-за роста цен

    В Армении назревает новый бунт, на этот раз – среди автомобилистов, пишет 22 декабря газета “Жоховурд”, сообщает Sputnik Армения.

    Издание отмечает, что несколько дней подряд в стране неуклонно растут цены на топливо – бензин, СПГ и обычный газ.

    В частности, за последние дни литр бензина типа “регуляр” подорожал с 350 до 370 драмов (71 цент), литр СПГ – со 180 до 190 (36 центов), а компримированный (сжатый) природный газ теперь стоит 320 – 330 драмов за килограмм (63 цента). Причем это уже второе повышение стоимости сжатого газа в этом году – в июле цена на него выросла до 310 драмов.

    В статье говорится, что работники компрессорных станций связывают подорожание с девальвацией драма к доллару.

    За последнее время курс доллара вырос почти на 10% по отношению к армянской валюте, и это обстоятельство не могло не сказаться на стоимости топлива, в частности газа.

  • Ermənistanda bahalaşmaya görə “yanacaq qiyamı” başlayır

    Ermənistanda bu dəfə sürücülər arasında yeni bir qiyam başlayır. Belə ki, ölkədə yanacağın qiyməti sürətlə artır.

    Bu barədə Ermənistanın yerli qəzeti “Joxovurd” yazır.

    Nəşr qeyd edir ki, bir neçə gündür ardıcıl olaraq ölkədə yanacaq – benzin, maye qaz və adi qaz qiymətləri durmadan bahalaşır.

    Bildirilir ki, bu il ölkədə sıxılmış qazın qiymətində ikinci artım olub.

    Bahalaşmanı dramın dollar qarşısında devalvasiyası ilə əlaqələndirirlər.

    Son vaxtlar dolların məzənnəsi erməni valyutasına nisbətən təxminən 10 % artıb və bu vəziyyət yanacaq, xüsusən qazın maya dəyərinə təsirindən yan keçməyib.

  • Как COVID-19 повлиял на ситуацию с браками и разводами в Азербайджане?

    22 декабря в комитете Милли Меджлиса (парламента) Азербайджана по вопросам семьи, женщин и детей состоялось слушание в формате видеоконференции на тему “Социально-психологическое обеспечение семьи и текущие проблемы” (пандемия и послевоенный период).

    Об этом говорится в сообщении отдела по печати и связям с общественностью ММ.

    Приветствуя участников мероприятия, председатель комитета Хиджран Гусейнова еще раз сердечно поздравила всех с победой в Отечественной войне.

    В своем выступлении она сказала, что сегодня весь мир, в том числе и наша страна, борется с пандемией COVID-19: “В то же время в настоящее время мы находимся в послевоенном периоде. Мы обсудим, как эти события влияют на внутрисемейные отношения, работу, проделанную в направлении устранения негативных ситуаций, а также предстоящие задачи”.

    Х.Гусейнова отметила, что в некоторых семьях имеется ряд тревожных моментов. Эти темы в настоящее время находятся в центре внимания общества и государства.

    Глава комитета отметила, что в настоящее время в Азербайджане насчитывается более двух миллионов ста тысяч семей. К сожалению, как и во всем мире, в Азербайджане наблюдается сокращение количества браков и увеличение числа разводов. Кроме того, в текущем году пандемия COVID-19 повлияла на данную статистику. Во многих странах демографический рост наблюдается с отрицательной тенденцией.

  • COVID-19 nikahların və boşanmaların sayına necə təsir göstərib? – RƏSMİ

    Dekabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” (Pandemiya və post-müharibə dövrü) mövzusunda videokonfrans formatında dinləmə keçirilib.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Bildirilib ki, komitə sədri Hicran Hüseynova çıxışında deyib ki, ailələrdə bir sıra boşluqlar, narahatedici məqamlar var. Bu mövzular hazırda cəmiyyətin və dövlətin diqqətindədir.

    Komitə sədri qeyd edib ki, hazırda Azərbaycanda iki milyon yüz mindən çox ailə var. Çox təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da nikahların azaldığını və boşanmaların artdığını müşahidə edirik. Qeyd edilib ki, cari ildə COVID-19 pandemiyası nikahların və boşanmaların sayına təsir göstərib. Bir çox ölkələrdə demoqrafik artım mənfi tendensiya ilə müşahidə olunur.

    Hicran Hüseynova qeyd edib ki, mütəxəssislərin rəyinə görə, bu, ailə üzvləri arasındakı münaqişələrin, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb ola bilər. Bunu nəzərə alaraq, karantin dövründə ailədaxili münasibətlərin, şəxslər arasında qarşılıqlı münasibətlərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Ailədə meydana çıxan çətinliklərin vaxtında üzə çıxarılması, ailə həyatının böhranlı mərhələsində düzgün qərarların qəbul olunması ailə üzvlərinin psixoloji sağlamlığının qorunmasına xidmət etmiş olar.

    44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında hərbi əməliyyatlarla yanaşı, ölkəmizin dinc əhalisinin də düşmənin təxribatçı hücumlarına məruz qaldığını deyən komitə sədri bildirib ki, bütün bu hadisələri yaşamış insanlar çox ağır psixoloji zərbə alıblar. Uşaqlar valideynsiz qalıb, valideynlər övladlarını itiriblər, çoxsaylı ailələrin evləri tamamilə dağıdılıb. Bu insanları yenidən cəmiyyətə inteqrasiya etmək üçün sosial-psixoloji xidmətin göstərilməsi çox vacibdir.

    İnsanlarda müharibə daha dərin iz buraxıb. Belə insanlarla mütəxəssislərin görüşməsi, onların vəziyyətinin qiymətləndirilməsi çox vacibdir. Ehtiyacı olanlara isə davamlı yardım göstərilməlidir.

    Qeyd edilib ki, müvafiq dövlət qurumları, o cümlədən Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri, qeyri-hökumət təşkilatları öz fəaliyyətləri sahəsində müəyyən işlər görürlər. Bu işlər daha da gücləndirilməlidir.