Month: December 2020

  • COVID-19 ilə bağlı poliklinikalar yaxmanı necə götürməlidir? – AÇIQLAMA

    Ölkədə COVID-19 infeksiyası ilə əlaqədar poliklinikalar tərəfindən yaxmaların götürülməsi prosesinə aydınlıq gətirilib.

    Bu barədə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova məlumat verib.

    N.Daşdəmirova bildirib ki, poliklinikalar tərəfindən yaxmaların götürülməsi aşağıdakı qaydada həyata keçirilir:

    “Vətəndaş özündə hər hansı bir narahatlıq hiss edərsə, dərhal sahə həkimi və ya 814 çağrı mərkəzinə müraciət etməlidir. Sahə həkimi vətəndaşda COVID-19 şübhəsi aşkarlayarsa, məlumatlar təhkim olunduqları məntəqəyə göndərilir. Məntəqə işçiləri tərəfindən ev şəraitində yaxma götürülür”.

    “Məntəqələr tərəfindən yaxmalar hər gün səhər saat 08:00-dan 15:00-a qədər götürülür. 15:00-dan 18:00-a qədər isə məntəqə işçiləri tərəfindən nəticəsi pozitiv çıxmış xəstələrə vitamin komplekslərinin paylanması aparılır.

    Sahə həkimləri koronavirusa yoluxmuş evdə nəzarətdə olan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə edir”-, deyə Nailə Daşdəmirova qeyd edib.

  • Ombudsman yaralanmış hərbçilərə baş çəkdi – FOTO

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan yaralanmış hərbi qulluqçularımıza baş çəkib.

    Qurumdan verilən məlumata görə, ilk növbədə Hospital binasının foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyulub. Görüşdə iştirak edən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki Elxan İbrahimov müəssisədəki ümumi şərait, tibbi təchizat haqqında, eyni zamanda, Vətən müharibəsi zamanı yaralanmış hərbi qulluqçularımıza göstərilən tibbi xidmət barədə geniş məlumat verib.

    Ombudsman Səbinə Əliyeva müharibə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış hərbi qulluqçularla görüşüb. Başçəkmə çərçivəsində hospitalın ərazisinə baxış keçirilib, Ombudsman müəssisədə yeni istifadəyə verilmiş təcili tibbi yardım maşınları, digər müasir texniki avadanlıqlarla tanış olub.

    Palatalarda hərbi qulluqçulara baş çəkən Ombudsman onların sağlamlıq vəziyyəti, tibbi xidmətin təşkili ilə maraqlanıb. Səbinə Əliyeva hərbi qulluqçularımızı müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfər münasibətilə təbrik edib, onlara şəfa diləyib. Hərbi qulluqçular onlara göstərilən qayğı, tibbi xidmətlər və qidalanma səviyyəsindən razılıqlarını ifadə ediblər.

    Müvəkkil torpaqlarımızın azad edilməsi uğrunda müharibədə tibb işçilərinin də könüllü olaraq ön cəbhəyə gedərək əsgər və zabitlərimizlə çiyin-çiyinə dayandığını, həmçinin 42 tibb işçisinin cəbhədə xidməti vəzifəsini yerinə yetirərək yaralı hərbi qulluqçulara təxirəsalınmaz tibbi yardım göstərərkən qəhrəmancasına şəhid olduqlarını, ümumilikdə 159 tibb işçisinin yaralandığını bildirərək, Vətən müharibəsi zamanı tibb işçilərinin xüsusi rolu olduğunu vurğulayıb.







  • Bakı məktəblərində çalışan müəllimlər nə qədər maaş alır? – RƏSMİ

    Bakı şəhərində ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqları açıqlanıb.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı illik hesabatda qeyd edilib.

    BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 2020-ci təqvim ili üçün 694 manat təşkil edir.

  • Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaq – VİDEO

    Azərbaycan ordusu işğaldan azad etdiyi torpaqlarda öz mövqelərini bərkidib.

    Baku TV-nin əməkdaşı Şamxal Cəlil oğlu Ağdam rayonunda olaraq burada Azərbaycan əsgərinin döyüş əhval-ruhiyyəsi ilə tanış olub.

    Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaq. Azərbaycan silahlı qüvvələri 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi ordumuzun böyük zəfəri ilə bitdi. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusu Ağdam rayonunu bir güllə atılmadan boşaltmalı oldu. Bu gün ordumuz öz mövqelərini Ağdamın işğaldan azad edilən ərazilərində qurub. Yeni qurulan döyüş mövqelərində əsgərlərimiz üçün hər cür şərait yaradılıb. Azərbaycan son iki əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır.

    Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

  • Распространились новые кадры бакинской станции метро “8 ноября” – ВИДЕО

    В азербайджанском сегменте Сети распространились новые кадры станции Бакинского метрополитена “8 ноября”, открытие которой ожидается в ближайшее время.

    Кадры свидетельствуют о том, что работы на платформе станции завершены, уже установлены турникеты, эскалаторы и лифты.

    Кроме того, можно увидеть, что платформа украшена азербайджанскими флагами.

  • “8 Noyabr” metrostansiyasının yeni görüntüləri yayıldı – VİDEO

    “8 Noyabr” metrostansiyasından yeni görüntülər yayılıb.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Görüntülərdən metrostansiyanın platformasında işlərin yekunlaşdığı, turniketlərin, eskalatorların və liftlərin quraşdırıldığı aydın olur.

    Platforma Azərbaycan bayrağı ilə bəzədilib.

    Həmin görüntüləri təqdim edirik:

  • Народный артист скончался от коронавируса

    Народный артист Азербайджана Сабир Алиев скончался от коронавируса в возрасте 72 лет.

    Об этом сообщил продюсер Санан Сардароглу.

    С.Алиев был госпитализирован, однако врачам не удалось спасти его жизнь.

    Отметим, что за заслуги в развитии азербайджанской культуры в 2005 году он был удостоен звания заслуженного артиста, а в 2017-м – народного.

  • Xalq artisti koronavirusdan vəfat etdi

    Koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev 72 yaşında vəfat edib.

    Bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib.

    O, Kürdəxanı qəsəbəsində xəstəxanaya yerləşdirilmişdi.

    Qeyd edək ki, Sabir Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 2017-ci ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb.

  • Ötən gün karantin qaydalarını pozan 27 COVID-19 xəstəsi aşkarlanıb

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 21-də epidemiya əleyhinə, sanitariya-gigiyena karantin rejiminə əməl etməyən 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

    Koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

  • Siyəzəndə yanğın olub

    Siyəzən rayonunun Məşrif kəndində ümumi sahəsi 30 kvadrat metr olan dəmir konstruksiyadan ibarət köşkün (ofis və yeməkxana kimi fəaliyyət göstərir) içərisinə yığılan əşyalar yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.