Month: December 2020

  • Почему в парке Ататюрка вырубают деревья? – ЗАЯВЛЕНИЕ + ФОТО

    В азербайджанском сегменте Сети распространились кадры, свидетельствующие о том, что в парке Ататюрка на территории Наримановского района Баку вырублено более 100 крупных деревьев.

    Ситуацию Oxu.Az прояснили в Исполнительной власти (ИВ) столицы.

    Как сообщили в пресс-службе ИВ, в парке вырубаются старые и сгнившие деревья. На их месте высаживаются новые, соответствующие климату города.

    “Срок жизни деревьев, растущих в парке с прошлого века, подходит к концу. Из-за того, что хрупкие стволы не выдерживают сильных ветров, они могут представлять угрозу для людей и их имущества.

    При участии специалистов Объединения озеленительного хозяйства ИВ Баку и Министерства экологии и природных ресурсов ведутся работы по выявлению таких деревьев, их вырубке и высадке новых”, – сказали в пресс-службе.










  • Bakıda Atatürk parkında ağaclar niyə kəsilir? – AÇIQLAMA + FOTO

    Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Atatürk parkında ağaclar kəsilib.

    Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.

    Bildirilib ki, parkda 100-dən artıq əksəriyyəti iri ölçülü olan ağaclar kəsilib.

    Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

    Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ağacların yerinə yenisi əkilir:

    “Sosial şəbəkələrdə Nərimanov rayonu, Atatürk parkında ağacların kəsilməsi barədə məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən alınan məlumatda bildirilir ki, ağaclar da canlılar kimi xəstələnir, qocalır, onların da ömür sürmə müddəti vardır.

    Parkda keçən əsrdə əkilən qovaq ağaclarının da ömrü başa çatmaqdadır. Onların hündür, lakin kövrək gövdələrinin güclü küləklərə davam gətirməyərək, sınmaları insanlar və onların əmlakı üçün təhlükə mənbəyinə çevrilir.

    Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə paytaxtdakı belə ağacların müəyyən edilərək çıxarılması və yerində yeni ağacların əkilməsi işləri aparılır”.

    “Bu işlər Atatürk parkında da həyata keçirilir. Parkdakı ömrünü başa vurmuş, çürümüş ağacların çıxarılaraq, əvəzinə Bakı şəhərinin iqliminə uyğun, əvvəlki ağaclara oxşar yeni ağaclar əkilməsi həyata keçiriləcək”, – deyə qeyd edilib.










  • Koronavirusla bağlı SON STATİSTİKA

    По данным на утро 22 декабря, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 77 717 847.

    Суточный прирост составил 545 610.

    За весь период пандемии скончались 1 709 007 человек, выздоровел – 54 592 981.

    Больше всего инфицированных в США – 18 473 716. На 2-м месте – Индия (10 075 422), 3-м – Бразилия (7 264 221). В первую пятерку также входят Россия (2 877 727) и Франция (2 479 151).

    По числу жертв инфекции и выздоровевших лидируют Соединенные Штаты – 326 872 и 10 802 487 соответственно.

    Турция (2 043 704 заболевших) занимает 7-е место, Иран (1 164 535) – 15-е.

    В Армении коронавирусом заболели 154 065 человек, в Грузии – 209462.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 53 816 летальных исходов.

    На сегодня в Азербайджане подтверждены 203 593 случая инфицирования коронавирусом, 142 807 человек вылечились, 2 253 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 77 717 420 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 1 709 007 xəstə ölüb, 54 592 956 nəfər sağalıb.

    Şimali Amerikada 21 235 704, Avropada 21 507 828, Asiyada 19 864 415, Cənubi Amerikada 12 520 915, Afrikada isə 2 540 280 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (18 473 716 nəfər), Hindistan (10 075 422 nəfər), Braziliya (7 264 221 nəfər), Rusiya (2 877 727 nəfər) və Fransadır (2 479 151 nəfər).

    Yeddinci yerdə olan Türkiyədə 2 043 704, İranda 1 164 535, Gürcüstanda 209 462, Ermənistanda isə 154 065 nəfərdə koronavirus müəyyən edilib.

    Azərbaycanda koronavirusa yoluxan 203 593 nəfərin 2 253-ü ölüb, 142 807-si sağalıb.

  • Bakıda bu ərazilər söküləcək (FOTO,VİDEO) ®

    2021 ci ilin yanvar ayından etibarən Bakı şəhərinin Nərimanov rayonu ərazisində, Heydər Əliyev mərkəzinin yaxınlığında müasir standartlara tam cavab verən premium kompleksin inşaasına start veriləcəkdir. Layihə 20 ilə yaxındır tikinti sektorunda fəaliyyət göstərən və bir çox unikal proyektlərin müəllifi olan “BUİLD Production” tərəfindən inşa olunur. İnşa olunan kompleksin adı “ ŞİRVANŞAHLAR Residence”dir. Layihə rəhbəri Tərlan Məmmədov bildirib ki, kompleksin “ ŞİRVANŞAHLAR Residence” adlandırıması təsadüfi deyildir. Beləki Şirvanşahlar sarayının Bakının ilk memarlıq tikintilərindən olması, bizlərə tarixdən sərvət olaraq miras qaldığını nəzərə alaraq “ TARİXİMİZİ QORUYARAQ GƏLƏCƏYİ QURURUQ” şüarı altında işlərə start verdik. Məqsədimiz isə tarixi adımızı yaşadaraq müasir memarlıq üslubunda kompleks inşa edməkdir . Bu işləri icra edərək vətəndaşlarımızın yaşayış rifahını daha da yaxşı etmiş oluruq.

    Sizlərə layihə rəhbəri Tərlan Məmmədovun video müsahibəsini təqdim edirik

    Kompleksin üstünlükləri:

    • Ümumi ərazi ( 2.3 hektar )
    • Geniş həyət ( 1.3hektar )
    • Hündür tavanlar — 3.6 m
    • Yeraltı dayanacaq
    • Qonaqlar üçün xüsusi parkinq
    • Velosipedlər dayanacaq
    • Hotel üslublu lobbi
    • 24/7 konsyerj və təhlükəsizlik xidməti
    • Müasir üslublu keramoqranit fasad
    • 24 metr uzunluğunda qapalı hovuz
    • İdman zalı və Spa mərkəzi
    • Uşaq oyun meydançası
    • Uşaq bağçası
    • Uşaqlar üçün xüsusi dərnək və kurslar
    • Futbol meydançası
    • Kafe və restoranlar
    • Mənzillərin sərbəst planlanması
    • Sürətli liftlər
    • Avropa istehsalı şüşə paketləri
    • Şəhərə və dəniz mənzərəsinə açılan panoramalı pəncərələr
    • Mərkəzləşdirilmiş yanğın əleyhinə sistem
    • Yüksək sürətli internet, kabel
    • Ehtiyyat generatoru
    • 3 günlük ehtiyyat su rezervuari

    Ətraflı məlumat üçün (+99450) 205 20 90 nömrəsi və ya www.shirvansahlar.az saytından istifadə edə bilərsiniz!

  • Bill Qeyts: 2021-ci ildə altı peyvənd hazır ola bilər

    ​​​​

    “Microsoft”un qurucusu Bill Qeyts 2021-ci ilin ilk rübündə koronavirusa qarşı altı peyvəndin təsdiqlənərək hazır olacağını qeyd edib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    B.Qeyts “Pfizer-BioNTech” peyvəndinə əlavə olaraq “Moderna”, “AstraZeneca”, “Johnson & Johnson” və “Novavax” kimi peyvəndlərə də yaxın aylarda icazə veriləcəyini qeyd edib. Lakin altıncı peyvənd namizədinin adını açıqlamayıb.

  • Putin Yeni ildə nə arzuladığını açıqladı

    Rusiya Prezidenti Vladimir Putin Yeni il üçün arzusunu açıqlayıb.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Rusiya lideri doqquz yaşlı leykoz xəstəsi Dimanın arzusunu yerinə yetirərək onunla buzda sürüşdükdən sonra, balaca bir qızcığaz ondan Yeni ildə arzusunun nə olduğunu soruşub.

    Vladimir Putin əvvəlcə bu barədə hələlik düşünmədiyini söyləsə də, tezliklə fikrini dəyişib və bu cavabı verib:

    “Hər kəsin sağlam olması”.

  • ABŞ-da “Moderna” preparatı ilə koronavirusa qarşı vaksinasiya başladı

    ABŞ-ın Konnektikut ştatında koronavirusa qarşı “Moderna” preparatı ilə vaksinasiya başlayıb.

    Bu barədə “İnterfaks” məlumat yayıb.

    Peyvəndin ilk növbədə tibb işçilərinə vurulacağı qeyd edilir. Artıq “Moderna” peyvəndi ştat ərazisindəki Hartford xəstəxanasına çatdırılıb.

  • Омбудсмен Азербайджана: Армения использовала наемников

    Омбудсмен Азербайджана неоднократно поднимала перед международным сообществом вопросы, касающиеся политики руководства Армении, связанные с этническими чистками и незаконным заселением наших территорий, в том числе использование в военных операциях против нашей страны террористических группировок и наемников.

    Об этом говорится в заявлении Аппарата омбудсмена Азербайджана:

    “В последние дни в местных и зарубежных СМИ, а также социальных сетях публикуются новости и материалы о похоронах в Сирии уничтоженных наймитов, которые были привлечены Арменией к войне против Азербайджана за определенную плату. Это в очередной раз очень наглядно доказывает факт использования наемников официальным Ереваном, потерпевшим сокрушительное поражение в войне с Азербайджаном”.

  • Ombudsmandan Ermənistan tərəfində döyüşən və öldürülən muzdlularla bağlı PAYLAŞIM

    Azərbaycan Ombudsmanı dəfələrcə Ermənistan siyasi və hərbi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşma siyasəti, o cümlədən hərbi əməliyyatlarda terrorçu qruplaşmalardan və muzdlulardan istifadə etməklə Azərbaycana qarşı məqsədli şəkildə cinayət əməlləri törədilməsi barədə beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırıb.

    Ombudsman aparatının yaydığı məlumatda bildirilir ki, son günlərdə xarici və yerli kütləvi informasiya vasitələrində, eyni zamanda sosial mediada Azərbaycana qarşı döyüşmək məqsədilə Ermənistan tərəfindən pul qarşılığında döyüşlərə cəlb edilən və daha sonra həlak olan muzdluların Suriyada dəfn mərasimlərinin keçirildiyinə dair xəbərlər yer alıb. Bu bir daha Azərbaycana qarşı təcavüzkar müharibədə məğlubiyyətə uğrayan Ermənistanın muzdluların köməyindən istifadə etdiyini aşkar şəkildə sübut edir.