Month: February 2021

  • Suraxanıda maşın yandı

    Bakı şəhərinin Suraxanı rayonunda “Opel” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Пожар в многоэтажном доме в Баку: два человека отравились дымом

    В Хатаинском районе Баку в квартире на четвертом этаже многоэтажного жилого дома загорелись диван и постельное белье. В результате пожара обгорели стены комнаты.

    Об этом сообщает МЧС Азербайджана.

    Два человека были спасены, их передали бригаде скорой медицинской помощи с диагнозом “отравление дымом”.

    Пожар потушен.

  • Bakıda çoxmərtəbəli binada yanğın: İki nəfər zəhərləndi

    Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 51 m² olan mənzildə bir ədəd divan və yataq dəsti yanıb. Yüksək temperaturdan otağın divarları 12 m² sahədə qarsalanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yanğın zamanı iki nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Həmin şəxslər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

    Mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Председатель правления Агентства по разминированию представлен коллективу – ФОТО

    4 февраля помощник Президента Азербайджана – завотделом Администрации главы государства по экономическим вопросам и политике инновационного развития Шахмар Мовсумов представил коллективу председателя правления Агентства республики по разминированию Вугара Сулейманова.

    Об этом сообщили Report в агентстве.

    Напомним, 4 февраля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о назначении В.Сулейманова председателем правления Агентства АР по разминированию.

  • Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri kollektivə təqdim olunub – FOTO

    Fevralın 4-də Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov kollektivə təqdim olunub.

    ANAMA-dan “Report”a bildirilib ki, Vüqar Süleymanovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

    Qeyd edək ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

  • Мировые цены на нефть растут

    Мировые цены на нефть растут в ходе торгов 5 февраля, передает RT.

    Мартовские фьючерсы на нефть WTI увеличились на 0,64%, составив 56,59 доллара за баррель.

    Фьючерсы на нефть марки Brent с поставкой в апреле увеличились на 0,56% – до 59,17 доллара за баррель.

  • Neftin qiyməti bahalaşır

    Dünya bazarlarında neftin qiyməti bahalaşır.

    Bu barədə RT məlumat yayıb.

    WTI markalı neftin mart fyuçersləri 0,64 faiz bahalaşıb və bir bareli 56,59 dollar təşkil edib.

    “Brent” markalı neftin aprel fyuçersləri isə 0,56 faiz bahalaşıb və bir bareli 59,17 dollara satılıb.

  • Обвиняемый в нанесении жене 18 смертельных ранений предстанет перед судом

    Завершилось предварительное следствие по уголовному делу Мурада Шамилова, обвиняемого в умышленном убийстве жены, передает Report.

    Дело, направленное в Бакинский суд по тяжким преступлениям, находится в производстве судьи Азера Пашаева.

    Убийство было совершено в прошлом году в отеле Salt, расположенном на улице Мехти Гусейнзаде в бакинском поселке Баладжары.

    Ночью 3 сентября М.Шамилов (1982 г.р.) 18 раз ударил ножом свою жену Шахану (1985 г.р.).

    Женщина скончалась на месте, а мужчина с повинной явился в полицию.

    Известно, что супруги собирались разводиться.

    Незадолго до убийства мужчина позвонил жене и назначил ей встречу в указанном отеле, сказав, что нужно обсудить вопросы, связанные с разводом.

    Она приняла его предложение, но встреча с мужем закончилась трагедией.

    У Шамиловых двое малолетних детей.

    М.Шамилов обвиняется по статье 120.2.4 (умышленное убийство с особой жестокостью или общеопасным способом) Уголовного кодекса.

  • Hoteldə arvadını 18 bıçaq zərbəsi ilə öldürənin məhkəməsi başlayır

    Bakıda arvadını qəsdən öldürməkdə təqsirləndirilən Murad Şamilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Azər Paşayevin icraatındadır.

    Qeyd edək ki, hadisə ötən il Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hotelində baş verib.

    Sentyabrın 3-də gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib.

    Qadın hadisə yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib.

    Məlum olub ki, cütlük ayrı yaşayıb. Şahanə Şamilova boşanma üçün məhkəməyə müraciət edib.

    Qətl hadisəsindən əvvəl Murad Şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün “Salt” hotelində görüş təyin edib. Qadın onun təklifini qəbul edib və görüş faciə ilə bitib.

    Onların iki azyaşlı övladı var.

    Murad Şamilov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

  • Almaniyada deputatlığa namizədlər siyahısında ilk dəfə suriyalı köçkün qeydə alınıb

    Almaniya Bundestaqına keçiriləcək seçkilərdə ilk dəfə olaraq namizədələr arasında suriyalı miqrant da var.

    “EADaily” portalının məlumatına görə, 31 yaşlı Tarek Alaus 2015-ci ildə Balkan marşrutu ilə Almaniyaya gəlib.

    O, Hələb və Dəməşqdə yeddi il hüquq təhsili alıb. Bəşər Əsədə qarşı nümayişlərin fəal iştirakçısı olmuş Tarek bir müddət Qırmızı Aypara Cəmiyyətində çalışıb.

    Suriyalı 2021-ci ilin sentyabr ayında keçiriləcək seçkilərdə “Yaşıllar” partiyasının üzvü kimi iştirak edəcək. Onun namizədliyi Şimali Reyn-Festfaliya torpağından irəli sürülüb.

    T.Alaus öz mikrobloqunda bildirib ki, onun başlıca məqsədi Almaniyadan sığınacaq istəyən yüzminlərlə insanın ölkə parlamentindəki səsi olmaqdır.