Month: February 2021

  • Ağcabədidə yanğın baş verib

    Ağcabədidə dördotaqlı evdə yanğın baş verib.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.

    Yanğın kənd sakini Mehdiyev Yavər İsmayıl oğlunun evində qeydə alınıb. Hadisə yerinə FHN-in yağınsöndürənləri cəlb olunub. Qısa zamanda yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

  • Ağcabədidə yanğın baş verib

    Ağcabədidə dördotaqlı evdə yanğın baş verib.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.

    Yanğın kənd sakini Mehdiyev Yavər İsmayıl oğlunun evində qeydə alınıb. Hadisə yerinə FHN-in yağınsöndürənləri cəlb olunub. Qısa zamanda yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

  • Ərzağın qiymətində rekord artım

    Dünya bazarında qida xammalının qiymətləri yanvar ayında son 7 ilə yaxın müddətin ən yüksək həddinə çatıb.

    Median.Az xəbər verir ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, ərzaq məhsulları ardıcıl olaraq 8 aydır bahalaşır.

    Başlıca qida xammal məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişkənliyi əks etdirən FAO indeksi 2021-ci ilin yanvar ayında 4,3 faiz artaraq 113,3 bənd olub ki, bu da 2014-cü ilin iyul ayından bu yana ən yüksək həddir.

    O cümlədən dənli bitkilərin ay ərzində 7,1 faiz bahalaşması daha çox qarğıdalının qiymətinin 11,2 faiz bahalaşaraq ötən ilin müvafiq dövrünə nisbətən 42.3 faiz yüksək həddə çatması ilə əlaqələndirilir. Buğda isə dünya bazarındakı böyük tələbat və mart ayından ixrac rüsumlarını ikiqat artırmağa hazırlaşan Rusiyadan ixracatın gözlənilən azalması ilə bağlı 6,8 faiz bahalaşıb. Bitki yağları da 5,8 faiz bahalaşaraq 2012-ci ilin may ayından bu yana ən yüksək həddə çatıb. Hesabata görə, bunun səbəbi İndoneziya və Malayziyada çoxlu yağıntı və əmək miqrantlarının az olmaları üzündən palma yağı istehsalının, Argentinada isə tətillər üzündən soya yağı ixracatının nisbətən azalmasıdır.

    Həmçinin şəkər qiymətləri dekabr ayına nisbətən 8,1 faiz, ağartı qiymətləri 1,6 faiz, ət qiymətləri isə 1 faiz artıb.

  • Gəncədə mənzildə qadın meyiti aşkarlandı

    Gəncənin Kəpəz ryonunda mənzildə qadın meyiti aşkarlanıb.

    Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

    FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Mirzoyeva Anna Fyodor qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

  • Gəncədə dəhşət: Qızı bıçaqladılar

    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ş.Məmmədova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

    Onun hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.

    Fakatla bağlı araşdırma aparılır.

  • Bu ölkələrdən quş ətinin Azərbaycana idxalına məhdudiyyət qoyuldu

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

    AQTA-dan bildirilib ki, daxil olan məlumatlara əsasən, Hindistan Respublikasının Maxaraştra (Maharashtra) və Qücərat (Gujarat), Uelsin Anqlesey (Anglesey) və Almaniya Federativ Respublikasının Bavariya (Bavaria) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Hindistan Respublikasının Maxaraştra və Qücərat, Uelsin Anqlesey və Almaniya Federativ Respublikasının Bavariya inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Hindistan Respublikasından, Uelsdən və Almaniya Federativ Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Türkiyə turizm mövsümünün açılışına hazırlaşır

    Türkiyədə turizm mövsümünün açılışı aprel ayına planlaşdırılıb.

    Bunu “Haber Türk” telekanalına geniş müsahibə verən ölkənin mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy bildirib.

    “Bizim məqsədimiz aprel ayında turizm mövsümünə start verməkdir. Mövsüm Aralıq dənizi bölgəsindən başlayacaq və tədricən Egey sahillərinə keçəcək. Aprelin sonu Rusiyada bayramlar olacaq, bütün rusdilli ölkələrdə tətil mövsümü başlayacaq”, – deyə nazir bildirib.

    M.N.Ərsoyun sözlərinə görə, apreldə ilk öncə daxili turizm üçün mövsümə start veriləcək, daha sonra isə Rusiya və İngiltərədən ölkəyə qonaqlar gələcək.

    Qeyd edək ki, ötən il koronavirus pandemiyası səbəbindən Türkiyədə turizm mövsümünün açılışı iyun ayında baş tutmuşdu.

  • “Ağıllanırıq”, çünki sıfırdan başlamaq çətin olacaq – FOTO

    Ağıllı kənd sakinləri şəhər sakinlərinin əldə edə bildiyi infrastrukturlara da sahib ola bilirlər. Bu sistemlərin qurulduğu şəhərlər özü-özünü təmin edir və onların ətraf mənbələrdən asılılığı azalır

    Prezident İlham Əliyev bir neçə gün əvvəl yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini qəbul edərkən azad edilmiş ərazilərdə şəhər və kəndlərin necə qurulacağından danışıb. Dövlət başçısı həmin ərazilərin “smart city” və “smart village” konsepsiyası əsasında bərpa edilməli olduğunu deyib və bununla bağlı yeni nazir Rəşad Nəbiyevə xüsusi tapşırıqlar verib.

    “Smart” yaşayış məntəqəsi

    Bəs “smart city” və “smart village” nə deməkdir? Belə infrastrukturların qurulması nə vəd edir? Mövzu ilə bağlı Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tədbir keçirilib.


    Əmlak məsələləri üzrə ekpsert Elnur Fərzəliyev deyib ki, “smart city” və “smart village” anlayışları haqqında müxtəlif fikirlər səsləndirilməsi insanlarda çaşqınlıq yaradır: “Azad edilmiş ərazilərimizdə bütün infrastruktur məhv edilib, onların bərpa edilməsi çətin və uzunmüddətli prosesdir. Həmin ərazilərdə elə bir infrastruktur qurulmalıdır ki, nəinki yerli əhali, həm də turistləri cəlb edə bilsin. Uzun illər ərzində respublikanın digər şəhərlərində, xüsusən də Bakıda məskunlaşmış məcburi köçkünlərin həmin ərazilərə qayıdıb sıfırdan təsərrüfat fəaliyyəti ilə məşğul olması çətin olacaq. Bu baxımdan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər”lərin qurulması nəzərdə tutulur. Bu təcrübədən artıq bir çox ölkələrdə istifadə edilir. İnsanların kənd yerlərində yaşamağa marağının artırılması və təsərrüfat fəaliyyətinə başlayıb yaxşı nəticələr alması üçün bu əlverişli bir seçim kimi dəyərləndirilir. Dövlətimiz məcburi köçkünlərə azad edilmiş ərazilərdə elə bir şərait qurmaq istəyir ki, geri dönüş onlar üçün də maraqlı olsun”.

    Gənc memar Nuran Yasinova “smart village” anlayışını izah edərək deyib ki, bu sistem ənənəvi təsərrüfat sahələrini qabaqcıl texnologiyalarla birləşdirir: “Bu sistem informasiya və kommunikasiya texnologiyaları vasitəsilə istehsalın səmərəliliyini artırmağı, istehsalçının həyat səviyyəsini yüksəltməyi vahid hədəf halına gətirən yeni nəsil kənd həyatı modelidir. “Ağıllı kənd“ sakinləri şəhər sakinlərinin əldə edə bildiyi infrastrukturlara da sahib ola bilirlər. “Ağıllı kənd“ modeli informasiya və kommunikasiya texnologiyalarının köməkliyi ilə kənd təsərrüfatında məhsuldarlığı artırmaq, işsizliyin qarşısını almaq, fermerlərə əldə etdiyi məhsulu dəyərləndirə bilmək kimi imkanlar təqdim edir. Bu modelin təqdim etdiyi bir sıra iqtisadi və sosial hədəflər var. “Ağıllı kənd“ modeli təsərrüfat göstəricilərinin artmasına şərait yaratmaqla yanaşı, bəzi proseslərdə qənaət etməyə imkan yaradır. Sistemin göstəriciləri təcrübə ilə sübuta yetirilib”.

    Gənc memar Nurlana Yasinova

    ““Ağıllı şəhər” də “ağıllı kənd” kimi daha çox texnologiyalarla idarə olunan və özü-özünü idarə edə bilən sistemdir. Şəhər idarəetməsinin bu modeli şəhər infrastrukturuna daxil olan bütün sistemlərin müasir texnologiyalarla qurulmasına və idarəedilməsinə əsaslanır. Yəni, bu sistemlərin qurulduğu şəhərlər özü-özünü təmin edir və onların ətraf mənbələrdən asılılığı azalır”, – deyə N.Yasinova bildirib.//sputnik.az

  • Belçikada iranlı diplomata 20 il həbs cəzası verildi

    Belçika məhkəməsi iranlı diplomat Əsədullah Əsədiyə 20 il həbs cəzası verib.

    Bu barədə “Hürriyet” məlumat yayıb.

    Diplomat iranlı müxaliflərə qarşı terror aktı planlaşdırmaqda təqsirli bilinib.

  • Совет прессы о женщине, сыновья которой якобы пропали в Отечественной войне

    Совет прессы распространил заявление в связи с публикацией в ряде средств массовой информации, а также в социальных сетях видеокадров женщины по имени Рена Кязымова, утверждающей, что двое ее сыновей – Валид и Азер Кязымовы пропали без вести в ходе Отечественной войны. На этих кадрах женщина отмечает, что не может получить известий о своих детях и просит о помощи.

    Как передает Report, в результате расследования выяснилось, что у проживающей в поселке Говсаны Сураханского района жительницы Лянкяранского района Р.Казымовой вообще нет детей. Лица по имени Валид и Азер Кязымовы не были призваны на военную службу местной структурой государственной службы по мобилизации и призыву. Кроме того, эти имена не значатся в списке министерства обороны Азербайджанской Республики в связи с пропавшими без вести.

    Совет прессы призывает СМИ, пользователей соцсетей, а также журналистов, отличающихся активностью в социальной сети, чутко относиться к темам, связанным с Отечественной войной, шехидами и пропавшими без вести. К сожалению, мы не смогли увидеть эту чуткость в отношении указанного вопроса.

    Игнорирование состояния, в которую впал психически больной человек, и последовавшее в сложившейся ситуации заблуждение создали в обществе эффект напряженности. В то же время нагнетание напряженности является недопустимым действием для профессиональных СМИ. Следует иметь в виду, что непрофессионализм в отношении такого вопроса, как Отечественная война, имеющего для азербайджанского общества достаточно чувствительное значение, может вызвать ажиотаж в обществе и бросить тень на победу в 44-дневной войне. СМИ должны подходить к теме, думая об этом в первую очередь.

    Следует также учитывать, что Азербайджанское государство с большим вниманием относится к семьям шехидов, их проблемам, проводит последовательную работу по поиску пропавших без вести лиц. В такой ситуации журналистская деятельность не должна наносить ущерб отношениям государство-гражданин, нарушать атмосферу доверия, использовать методы и средства, превышающие нормы морали, противоречащие общечеловеческим ценностям, не должна носить манипулятивный характер. Произошедшее же показывает, что ряд наших журналистов не следовали этим принципам. В таком случае говорить о приверженности профессиональным ценностям бессмысленно.

    Совет прессы Азербайджана еще раз призывает представителей средств массовой информации, независимых журналистов проявить профессионализм, чуткость по отношению к темам, связанным с Отечественной войной, проверить информационную ценность распространяемых мнений, рассмотреть степень их реальности, внести соответствующие уточнения.