Month: February 2021

  • Mətbuat Şurası övladlarının itkin düşdüyünü iddia edən şəxslə bağlı bəyanat yayıb

    Bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə profillərində iki övladının – Valid və Azər Kazımovların Vətən müharibəsində itkin düşdüyü bildirilən Rəna Kazımova adlı qadının videogörüntüləri paylaşılmaqdadır. Həmin görüntülərdə qadın ağlayaraq övladlarından xəbər ala bilmədiyini diqqətə çatdırır, kömək istəyir.

    Bu barədə “Report”a Mətbuat Şurasından bildirilib.

    Araşdırmalar nəticəsində məlum olub ki, Lənkəran rayon sakini olan və hazırda Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayə yaşayan R.Kazımovanın, ümumiyyətlə, övladı yoxdur. Azərbaycan Respubliasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayonundakı strukturu tərəfindən Valid və Azər Kazımov adlı şəxslər hərbi xidmətə çağırılmayıblar. Bundan başqa, bu adlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin itkin düşmüş şəxslərlə əlaqədar siyahısında da yer almır:

    “Mətbuat Şurası medianı, sosial şəbəkə istifadəçilərini, həmçinin sosial şəbəkədə aktivliyi ilə seçilən jurnalistləri Vətən müharibəsi, şəhidlər və itkin düşmüş şəxslərlə bağlı mövzulara həssas yanaşmağa çağırır. Təəssüf ki, hazırda haqqında söz açdığımız konkret məsələ ilə bağlı biz bu həssaslığı görə bilmədik.

    Ruhi xəstə olan vətəndaşın düşdüyü durumun nəzərə alınmaması və mövcud xüsusda meydana çıxan yanlışlıq cəmiyyətdə gərginlik effekti yaratdı. Gərginliyin yaranması isə eyni zamanda peşəkar media adına yolverilməz hərəkətdir. Nəzərə alınmalıdır ki, Vətən Müharibəsi kimi Azərbaycan cəmiyyəti üçün kifayət qədər həssas əhəmiyyət daşıyan məsələyə münasibətdə qeyri-peşəkarlığın insanların əsəblərini tarıma çəkmək, 44 günlük müharibədə qazanılmış qələbəyə kölgə salmaq ehtimalı var. Media mövzuya ilk növbədə bunu düşünərək yanaşmalıdır.

    O da nəzərə alınmalıdır ki, Azərbaycan dövləti şəhid ailələrinə, onların problemlərinə münasibətdə diqqətlidir, itkin düşmüş şəxslərin tapılması istiqamətində ardıcıl iş aparır. Belə bir durumda jurnalist fəaliyyəti dövlət-vətəndaş münasibətlərinə xələl gətirməməli, etimad mühitini zədələməməli, əxlaq normalarını aşan, bəşəri dəyərlərə zidd üsul və vasitələrdən yararlanmamalı, manipulyativ xarakter daşımamalıdır. Baş vermiş hadisə isə göstərir ki, bir sıra jurnalistlərimiz bu prinsiplərə əməl etməyiblər. Belə olan halda peşə dəyərlərinə sadiqlikdən danışmaq mənasızdır.

    Azərbaycan Mətbuat Şurası bir daha kütləvi informasiya vasitələrimizin təmsilçilərini, müstəqil jurnalistləri Vətən Müharibəsi ilə bağlı mövzulara münasibətdə həssaslıq nümayişinə, peşəkarlığa, yayılmış fikirlərin informasiya dəyərini yoxlamağa, onların reallıq dərəcəsini nəzərdən keçirməyə, müvafiq dəqiqləşdirmələr aparmağa çağırır”.

  • В Баку совершен наезд на пешехода

    В столице зафиксировано дорожно-транспортное происшествие.

    Как передает Report, инцидент произошел в Низаминском районе.

    Так, в районе метростанции “Кара Караева” легковой автомобиль сбил переходившего дорогу Мурада Забид оглы Худавердиева, 2003 года рождения.

    Пострадавший был доставлен в больницу в карете скорой помощи. Врачи диагностировали у М.Худавердиев телесные повреждения различной степени тяжести.

    Состояние его оценивается как тяжелое.

  • Bakıda avtomobil 18 yaşlı gənci vuraraq ağır xəsarət yetirdi

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, “Qara Qarayev” metrostansiyasının yaxınlığında 2003-cü il təvəllüdlü Xudaverdiyev Murad Zabid oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və ona kəllə-beyin travması qoyulub. M.Xudaverdiyev reanimasiya şöbəsinə yerləşdirilib.

    Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

  • Rəşad Nəbiyevə yeni müavin təyin edildi

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat olub.

    Unikal.org-un məlumata görə, Rəhman Dursun oğlu Hümmətov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini təyin edilib.

    Qeyd edək ki, bu təyinatadək R.Hümmətov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

  • Xarici İşlər Nazirliyinin kollegiya iclası keçirilib

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası keçirilib.

    XİN-dən bildirilib ki, iclasda nazirliyin kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər və struktur bölmələrin rəhbərləri iştirak ediblər.

    İclası giriş sözü ilə açan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin Vətən müharibəsində şanlı qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdikdən sonra xarici siyasət sahəsindəki yaranmış yeni reallıqlar və yeni çağırışlar barədə danışıb.

    Nazir ölkə başçısı tərəfindən qarşıda qoyulan əsas vəzifələrə istinad edərək, bu sırada diplomatiyamızın yeni reallıqlara uyğun olaraq fəal şəkildə həyata keçirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə ardıcıl, sistemli və səmərəli şəkildə çatdırılması, bu istiqamətdə xaricdəki diplomatik nümayəndəliklərimizin fəaliyyətinin canlandırılması, onların diaspora təşkilatları ilə sıx əlaqədə fəaliyyət göstərməsi və digər məsələləri qeyd edib. Nazir bu vəzifələrin icrası məqsədilə işə peşəkar və vətənpərvər kadrların cəlb edilməsinin zəruri olduğunu vurğulayıb.

    İclas zamanı XİN-in struktur bölmə rəhbərləri tərəfindən aşağıda qeyd olunan məsələlərə dair məlumatlar təqdim edilib.

    Həyata keçirilən struktur islahatları çərçivəsində 2020-ci ilin noyabr ayından başlayaraq xaricdəki diplomatik nümayəndəliklərimizə göndəriləcək kadrların mövcud vakansiyalara uyğun olaraq təşkil edilmiş XİN daxili müsabiqə nəticəsində seçilməsi barədə məlumat verilib.

    Habelə, yeni seçim meyarları əsasında XİN-ə işə qəbul sistemi müzakirə edilib. XİN-in kadr siyasətində şəffaflığı təmin etmək məqsədilə cari il ərzində Nazirlikdə işə qəbulun ictimaiyyət üçün açıq müsabiqə əsasında təşkil ediləcəyi, bununla yanaşı, bu ildən başlayaraq mövcud kadrların müxtəlif ixtisasartırma proqramlarına fəal şəkildə cəlb edilməsinin təmin ediləcəyi bildirilib.

    Faydalı iş əmsalının artırılması məqsədilə Nazirlikdə yeni elektron sənəd dövriyyəsi sistemi tətbiq edildiyi, sənədlərin vaxtında və tam icrası nəzarətə götürüldüyü, AR və xarici ölkələrin vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi sahəsində xidmətlərin elektronlaşdırılması üzrə bir neçə layihəyə start verildiyi qeyd olunub.

    Kollegiya iclasının iştirakçıları gündəliyə daxil olan məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Yaxın zamanlarda diplomatik nümayəndəliklərimizin rəhbərlərinin iştirakı ilə müvafiq görüşün keçiriləcəyi qeyd olunub.//oxu.az

  • Hərbi qulluqçularımızdan “Qış təlimi-2021”də yüksək peşəkarlıq – FOTO/VİDEO

    Türkiyə Respublikasında keçirilən “Qış təlimi – 2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərini bitirərək aktiv fazada fəaliyyətləri icra edirlər.

    Hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

    Çətin iqlimi və relyefi ilə fərqlənən ərazilərdə döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirən heyətlərin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.

  • Vətən müharibəsindən sonra doğulan şəhid övladlarının hesabına 5 000 manat köçürüləcək – FOTO

    “YAŞAT” Fondu Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün yeni layihəyə başlayır.

    Bu barədə Oxu.Az-a Fonddan məlumat verilib.

    Bildirilib ki, layihə çərçivəsində şəhidlərimizin yeni doğulacaq körpələrinin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1 000 AZN pul müavinəti təqdim olunacaq.

    Şəhidimizin yeni doğulacaq övladının adına isə bankda depozit hesabı açılacaq və həmin hesaba Fonda edilən ianələr hesabına toplanmış məbləğdən 5 000 manat köçürüləcək. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

    Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

    Layihə çərçivəsində 4 fevral tarixində Sumqayıt şəhərində şəhidimiz Eldar Abdullayevin övladı Ahunun, Gəncə şəhərində isə şəhidimiz Elvin Mustafayevin övladı Elvinanın zəruri xərcləri üçün Fond tərəfindən 1 000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5 000 AZN-lik hesab açılacaq.

    Allah şəhidlərimizə rəhmət etsin!

    Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

    Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

    Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

  • В результате взрыва погиб военнослужащий ВС Азербайджана – ОФИЦИАЛЬНО + ВИДЕО

    Днем 4 февраля на территории Агдамского района прогремел взрыв.

    Об этом сообщает пресс-служба Министерства обороны Азербайджана.

    В результате происшествия погиб солдат Губад Зейналов.

    Двое других военнослужащих – Немат Бабаев и Балагардаш Маликмамедов, получили телесные повреждения различной степени. В настоящее время они находятся под наблюдением врачей, их жизни ничего не угрожает.

    По данному факту возбуждено уголовное дело, ведется расследование.

    Руководство Минобороны выражает глубокие соболезнования родным и близким погибшего военнослужащего.

  • Ağdamda partlayış nəticəsində bir hərbi qulluqçumuz həlak oldu – RƏSMİ + VİDEO

    Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

    Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

    Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • 12 yaşlı uşaq ən sürətli LEGO yığmaq rekordunu qırdı – FOTO

    12 yaşlı amerikalı Haddon Haste minlərlə parçası olan “LEGO Star Wars Millennium Falcon” mikro döyüşçülərini sürətlə bir araya gətirməklə rekorda imza atıb.

    “Haber Global”ın məlumatına görə, Luisvildən olan yeniyetmə 1 dəqiqə 59,72 saniyə ilə “Ginnesin Rekordlar Kitabı”na düşüb

    Hastenin sözlərinə görə, karantin dövründə, hamı evdə olarkən, darıxdığından belə bir işə girişib.

    “Bununla bağlı rekorda göz dikmişdim. LEGO parçalarını sürətlə yığmağa çalışdım. Nəhayət, o gün gələndə bacarığımı göstərdim və bunun üçün çox xoşbəxtəm”, – deyə uşaq bildirib.