Month: February 2021

  • Пресечена попытка передачи наркотиков в пенитенциарное учреждение

    В результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками Пенитенциарной службы, была пресечена попытка передачи наркотических веществ в специализированное лечебное учреждение.

    Об этом АЗЕРТАДЖ сообщили в отделе по связям с общественностью ведомства.

    Отмечается, что житель Хырдалана Алекпер Азимов пытался тайно передать наркотики своему отцу Кянану Азимову, содержащемуся в специализированном лечебном учреждении Пенитенциарной службы.

    При осмотре передачи было обнаружено наркотическое вещество – героин весом в 0,179 грамма, спрятанный в кармане куртки.

    По данному факту проводится расследование.

  • Ceyhun Bayramov Aİ ölkələrinin respublikamızdakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb – FOTO

    Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər üzrə məlumat verib.

    Bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də yeni əməkdaşlıq imkanlarından bəhs olunub. Nazir Ceyhun Bayramov 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən bu razılaşmaya tamamilə zidd olaraq, işğaldan azad olunmuş ərazilərə terrorçu diversant qrupunun göndərildiyini Aİ səfirlərinin diqqətinə çatdırıb və bu cinayət tərkibli əməllərin yolverilməzliyini vurğulayıb.

    Nazir Ceyhun Bayramov, eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, artıq tam istismara verilən nəhəng Cənubi Qaz Dəhlizi layihəsi və bu layihənin Avropada coğrafiyasının genişləndirilməsi imkanları, habelə Azərbaycan-Aİ ikitərəfli münasibətləri və bu münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə danışıqlara dair ətraflı məlumat verib.

    Aİ-nin Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas təqdim edilən məlumatlara görə təşəkkür edərək, bu formatda dialoqun gələcəkdə də davam etdirilməsinin faydalı olacağını bildirib. O, ikitərəfli münasibətlər, o cümlədən yeni Sazişin imzalanmasının əhəmiyyəti, enerji sahəsində tərəfdaşlıq və yeni imkanların nəzərdən keçirilməsi, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərini qeyd edib.

    Aİ-nin münaqişədən əziyyət çəkən insanlara humanitar yardımına istinad edən səfir, İttifaqın münaqişə sonrası prosesdə oynaya biləcəyi rolu barədə ətraflı müzakirələrin aparılmasının önəmini vurğulayıb.

    Daha sonra nazir Ceyhun Bayramov Aİ səfirlərinin çoxsaylı suallarını cavablandırıb.

  • Konstantinopolu türklərin dağıtdığını deyən Jirinovskiyə Putindən cavab: “Unutmayaq ki…”

    Rusiyada Dumada təmsil olunan fraksiya liderləri ilə onlayn görüşdə Vladimir Putinlə Liberal Demokrat partiyasının türkoloq lideri Vladimir Jirinovski arasında maraqlı dialoq olub.

    Bu barədə görüşün Kremlin rəsmi saytında yayılan mətnində qeyd edilir.

    Belə ki, Jirinovski xarici qüvvələrin müdaxiləsi mövzusundan danışan zaman Rusiyanın 988-ci ildə xristianlığın Bizans qolunu qəbul etdiyini xatırladıb və deyib ki, əvvəl kilsələr birləşdi, o zaman ayrılacağını bilmirdik.

    İkinci, ortodoks, yəni Kanstantinopol xristian dünyasının ən varlısı, ən güclüsüydü, ancaq Şərqdən türklər gəldi və 1453-cü ildə Kanstantinopolu, her şeyi ələ keçirdilər, hər şey dağıldı və biz tək qaldıq:

    “Biz katolik və ya xristian deyilik. Xristian dünyasında yetim qaldıq. Onların dünyasında yad olduq”.

    Putin isə cavab olaraq deyib: “Əlbəttə, Türkiyə daxil, Şərq məsələsində savadlı alimsiniz. Şərqdən türklər gəldi, Ortodoks imperatorluğunu yıxdı deyirsiniz. Amma çox yaxşı bilirsiniz ki, Şərqdən türklər gəlməzdən əvvəl Qərbdən səlibçilər gəldi, bu da Ortodoks imperatorluğunu zəiflətdi. Daha sonra isə son zərbələr endirildi və ələ keçirildi. Bu tarixi hadisəni əsla unutmamalıyıq”.

  • Cəzaçəkmə müəssisinə narkotik maddənin keçirilməsinin qarşısı alınıb

    Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ixtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

    Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan Kənan Saday oğlu Əzimova Abşeron rayonunun Xırdalan şəhərində yaşayan oğlu Əzimov Ələkbər Kənan oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

    Baxış zamanı oradakı gödəkçənin cibində gizlədilmiş bir ədəd kağız bükülüdə ümumi çəkisi 0,179 qram olan heroin aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Kadırov məşhur türk aşpazın restoranında – VİDEO

    Çeçenistanın rəhbəri Ramzan Kadırov tanınmış türkiyəli aşpaz Burak Özdəmirin Dubayda yerləşən restoranına gedib.

    Bu barədə siyasətçi özünün “VKontakte” sosial şəbəkəsindəki hesabında məlumat verib.

    “CZN Burak” adlı restoranda Çeçenistan rəhbərinə müxtəlif dadlı təamlar təqdim edilib. “Türk şeytanı” adı ilə tanınan usta aşpaz Kadırovun şərəfinə üzərinə onun adı yazılmış fətir bişirib. Restoranda çəkilmiş görüntülər böyük marağa səbəb olub.

    Qeyd edək ki, R.Kadırov bugünlərdə BƏƏ-yə işgüzar səfər edib. Onun ölkə rəsmilərilə görüşdüyü bildirilib.

  • Dövlət Komitəsi yanında İctimai şuranın 11 nəfərdən ibarət yeni tərkibi açıqlandı (SİYAHI)

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın 11 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün İctimai Şuraya seçkilər keçirilib.

    Median.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Bildirilib ki, sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 21 namizəd rəsmi qeydiyyata alınıb. Seçkinin təşkili məqsədilə ötən il Dövlət Komitəsi nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası yaradılıb və Komissiyanın protokoluna əsasən şuraya üzvlüyün say həddi 11 olaraq təsdiq edilib.

    Seçkilərin keçirilməsi ilə bağlı səsvermədə iştirak etmək üçün 26 yanvar – 9 fevral tarixində Dövlət Komitəsi tərəfindən elan verilib və müraciət edən 98 vətəndaş cəmiyyəti institutu qeydiyyata alınıb. Onlardan 87 nəfər səsvermədə iştirak edib.

    Seçki prosesinin sonunda səslər müvafiq komissiya üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq İctimai Şuranın 11 nəfərdən ibarət yeni tərkibi seçilib.

    Həmin şəxslər aşağıdakılardır:

    1. Sahib Məmmədov – “Vətəndaşların əmək hüquqlarını müdafiəsi liqası”

    2. Kəmalə Aşumova – Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi

    3. Mehriban Zeynalova – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi

    4. Fariz Əkbərov – “Azərbaycan Uşaqları” İctimai Birliyi

    5. Nailə İsmayılova – “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi

    6. Vəfa Abbasova – “Azərbaycan Qadınları Respublika Cəmiyyəti”

    7. Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondu

    8. Rahilə Mehtiyeva -“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi

    9. Fəridə Vəliyeva – “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi

    10. Məmmədhəsən Həsənov – “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyi

    11. Elnarə Məhərrəmova – “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi

    Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq İctimai Şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir şuranın yeni tərkibi seçilməlidir.

    İctimai Şura Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərində fəaliyyət göstərəcək.

    Seçkilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalında keçirilib.

  • Первый в этом году блок-поезд, движущийся из Китая в Грузию, отправился из Баку

    Первый в этом году блок-поезд, движущийся из Китая в Грузию через территорию Азербайджана, был отправлен из Баку в Тбилиси.

    Как сообщает АЗЕРТАДЖ, он состоит из 56 контейнеров.

    Данная грузоперевозка осуществляется на основании заказа компаний Maersk и MSC. Контейнеры были доставлены в Бакинский порт по фидерной линии Актау-Алят, 41 из них был отправлен из города Сиань, а 15 – из Циндао. Груз поезда это, в основном, автомобильные шины. Состав уже отправился из Баку в Тбилиси. Ожидается, что завтра контейнеры прибудут в столицу Грузии.

    Проект реализуется в рамках совместного сотрудничества KTZ Express, ООО ADY Container и GR Logistics and Terminals, являющихся членами Транскаспийского Международного транспортного консорциума.

  • Səudiyyə Ərəbistanında qar yağıb

    Səudiyyə Ərəbistanına qar yağıb.

    Bu barədə “Rossiya-24” xəbər yayıb.

    Bildirilir ki, ölkənin şimalında dağlıq Cəbbəl-əl-Laus rayonunun sakinləri gələcəkdə ərazini qış idmanı kurortlarından birinə çevriləcəyini istisna etmirlər.

    Subtropik və tropik iqlim qurşağında yerləşən Səudiyyə Ərəbistanına ardıcıl bir neçə ildir ki, qar yağır.//oxu.az

  • Axtarışda olan 35 nəfər saxlanılıb

    Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ölkə.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

  • Şəhid əmanətinə yardım: Baku TV-nin çağırışı cavabsız qalmadı – VİDEO

    Xəbər verdiyimiz kimi, Baku TV bir neçə gün öncə küçələrdə salfet sataraq ailəsinə kömək edən Əli Həbibovun evində olub.
    Əlinin evi maşının yük daşınan hissəsidir. O, bu evdə anası və bacısı ilə birgə yaşayır.

    Bir neçə il öncə Əli Quliyev Şəhriyarla tanış olur. Şəhriyar bu ailəyə kömək olub, hər ay onların ziyarətinə gəlib.

    Quliyev Şəhriyar Nəsib oğlu 44 günlük vətən müharibəsində adını tarixə qanla yazdıran şəhidlərimizdən biridir.

    Baku TV-nin çəkilişindən sonra adının çəkilməsini istəməyən bir şəxs Əlinin yaşadığı yerdə olanlara ev tikdirir.

    Daha ətraflı Baku TV-nin süjetində: