• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

Həbs olunan general-leytenant Rövşən Əkbərovdan xəbər var

by
Mart 30, 2021
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

Bakı Apellyasiya Məhkəməsində ehtiyatda olan general-leytenant Rövşən Əkbərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb.

“Report” xəbər verir ki, hakim Habil Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən şikayət təmin edilməyib və R.Əkbərov barəsində Bakı Hərbi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb və o, həbsdə qalıb.

Qeyd edək ki, Rövşən Əkbərov Ukraynada qətl törətməkdə təqsirləndirilir.

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixində Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib.

Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Azərbaycan vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, təxminən saat 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Previous Post

İlham Əliyev Cəmil Əliyevi təltif etdi – SƏRƏNCAM

Next Post

Altıağac Milli Parkının rəhbərliyi barədə cinayət işi başlandı – RƏSMİ

Next Post

Altıağac Milli Parkının rəhbərliyi barədə cinayət işi başlandı - RƏSMİ

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.