Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətRektor beş müəllimi işdən çıxardığı üçün cərimələndi

Rektor beş müəllimi işdən çıxardığı üçün cərimələndi

Azərbaycan Dövlət Mədəniyyət Universitetində (ADMİU) işləyən 5 nəfər müəllimin rəhbərlik tərəfindən əsassız olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumat yayılıb.

Median.Az “Axar.az”a istinadən xəbər verir ki, universitetə qarşı sürülən əsaslı iddialardan sonra məhkəmədən əvvəl müəllimlərin 4-ü ilə razılıq əldə olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ADMİU rəhbərliyi 40 ildən çox elmi təcrübəsi olan digər müəllimi işinə geri qaytarmağa məcbur olub. Nəticədə, Dövlət Əmək Müfəttişliyinin və məhkəmənin qərarı ilə universitet rəhbərliyi əmək müqaviləsinə xitam verərkən yol verdiyi qanun pozuntusuna görə 1500 manat məbləğində cərimə olunub.

Məsələ ilə bağlı ADMİU suallara cavab verilməyib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments