Month: July 2021

  • Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Füzulidə olublar

    Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Füzuli şəhərində olublar.

    Nümayəndə heyətlərinin üzvlərinə Füzuli rayonunda erməni vandallarının törətdiyi dağıntılar, həmçinin dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.

    Qonaqlar erməni vandalları tərəfindən dağıdılan Füzuli Mədəniyyət Evi-Dram Teatrının, Arxiv İdarəsinin binalarına baxış keçirdikdən sonra Füzuli Beynəlxalq Hava Limanı, həmçinin “Füzuli” yarımstansiyası ilə tanış olublar.

  • “Keşlə” – “Soçi”: Start heyətləri açıqlanıb

    UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Keşlə” və Rusiyanın “Soçi” klublarının start heyətləri açıqlanıb.

    “Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar.

    “Keşlə”: 1St. Namaşco (GK)2Qırtımov3GuliyevC4Aliyev7Hajiyev10Santos17Goudiaby19Salahli21Bojović72Neto77Gigauri

    Baş məşqçi: Sənan Qurbanov

    “Soçi”: 12Zabolotny (GK)5Rodrigão7Vorobyev9Dugandžić13Terekhov15TsallagovC18Burmistrov19Angban20Yurganov34Margasov87Prokhin

    Baş məşqçi: Vladimir Fedotov

    Qeyd edək ki, “ASK Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

  • Vətən müharibəsi iştirakçısına nazirlikdə vəzifə verildi

    Tanınmış jurnalist, Vətən müharibəsinin iştirakçısı Pərviz Aslanov Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifəyə təyin edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, P.Aslanov FHN-in Mətbuat xidməti şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunub.

    FHN-in Mətbuat xidməti faktı təsdiqləyib.

    Qeyd edək ki, P.Aslanov 29 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində qəhrəmancasına iştirak edib, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Jurnalist P.Aslanovun sonuncu iş yeri Lider TV olub.

  • Şirvan sakini laqonda ilə qolunu kəsib

    Şirvan sakini ehtiyatsızlıqdan laqonda ilə qolunu kəsib.

    Hadisə Şirvan şəhərində qeydə alınıb.

    Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Gözəlov Samir Samid oğlu laqonda ilə ağac doğrayarkən ehtiyatsızlıqdan öz qolunu kəsib. Yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan pomidoruna qadağa qoyulmayıb – RƏSMİ

    Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan pepino mozaika virusu və pomidor məhsulunun qonur qırışıqlıq virusu yayılıb.

    Agentlikdən verilən məlumata görə, adı çəkilən virus xəstəliklərinin əsas sahib bitkisi pomidor bitkisidir, lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. Son illərdə xüsusən Avropada virusların yayılma arealı daha da genişlənib.

    Hazırda bu virus xəstəliklərini səmərəli şəkildə idarə etməyə imkan verən mübarizə metodu yoxdur və yoluxmuş bitkinin sağlamlaşdırılması mümkün deyil. Bu səbəbdən bir sıra ölkələrdə pepino mozaik virusunun və pomidor məhsulunun qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal zamanı məhdudiyyətlər tətbiq edilir. Rusiya Federasiyası virusun Avrasiya İqtisadi Birliyi ölkələrində yayılmasının qarşısını almaq üçün 2020-ci ildə Belarusiyadan idxal olunan pomidor və bibər məhsulunda, Mərakeşdən və Ermənistandan idxal olunan pomidor məhsulunda pepino mozaik virusunun aşkarlanması ilə əlaqədar, o cümlədən pomidor məhsulunun qonur qırışıqlıq virusunun aşkarlanması səbəbindən Özbəkistan, Qazaxıstan və Türkiyədən idxal olunan pomidor məhsullarına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

    Eyni zamanda Rosselxoznadzor tərəfindən Agentlik əməkdaşlarının iştirakı ilə real vaxt rejimində keçirilən videomonitorinqlər zamanı “Can agro” MMC-yə məxsus təsərrüfatda və ixrac zamanı “Geotermal aqro” MMC-yə məxsus yük partiyasında pepino mozaik virusunun, “Local Garden” MMC-yə məxsus yük partiyasında isə qonur qarışıqlıq virusunun aşkarlanması ilə bağlı müvafiq məktub və bildiriş göndərilib. Həmin müəssisələrdə Agentlik əməkdaşlarının iştirakı ilə şitillərin zərərsizləşdirilməsi və müəssisənin dezinfeksiya edilməsinə nəzarət tədbirləri həyata keçirilib. Ölkəmizdə fəaliyyət göstərən “Gözəl təbiət” MMC tərəfindən Rusiya Federasiyasına tədarük olunan pomidor məhsulunda pepino mozaik virusunun aşkarlanmasına dair daxil olan bildiriş əsasında nümunələr götürülərək, həm ölkəmizdə, həm də Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin müvafiq laboratoriyalarında analiz edilib və virus faktı öz təsdiqini tapmadığı üçün Rusiya Federasiyası tərəfindən “Gözəl təbiət” MMC-nin pomidor ixracına 30 iyun 2021-ci il tarixində icazə verilib.

    Virusun yayılmasının qarşısının alınması məqsədilə idxal olunan toxumlara Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İspaniyadan gətirilən pomidor toxumunda qonur qırışıqlıq virusu aşkar edilib və bu ölkənin müvafiq qurumuna bildiriş göndərilib.

    Qetd edək ki, virusun yayılmasının əsas mənbəyi yoluxmuş toxumlardır və Agentlik tərəfindən yalnız gömrük rəsmiləşdirilməsindən keçərək idxal olunmuş toxumalar nəzarət edilir. Hazırda ölkəyə əl yükləri və poçt daşımaları vasitəsilə dövlət reystrində qeydiyyatda olmayan və sınağa cəlb edilməmiş xeyli miqdarda toxumlar da daxil olur.

    Belə ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən müvafiq müayinələrdən keçməmiş və qanunsuz yollarla ölkəyə gətirilən toxumlardan istifadə olunması, həmçinin toxumların əl yükləri və minik avtomobilərinin yük yerlərində ölkəyə gətirilməsi yolverilməzdir və bu kimi halların qarşısını almaq üçün qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.

    AQTA ölkəmizdə bitki mənşəli virusların yayılmasının qarşısının alınması, gələcəkdə bitkiçilik məhsullarının ixracı zamanı problemlərin yaşanmaması və ölkə ərazisində fitosanitar nəzarətin daha səmərəli təşkilini təmin etmək üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini, həmçinin müvafiq icra orqanlarını məsələyə daha məsuliyyətlə yanaşmağa və üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırır.

  • Bu ailələrə 480 AZN müavinət veriləcək

    01.01.2021-ci il tarixindən sonra valideyn himayəsindən məhrum olmuş 3 yaşından yuxarı uşağın övladlığagötürülməsi, o cümlədən sağlamlıq imkanları məhdud 0-18 yaşı olan uşağa görə müvafiq olaraq 160 AZN və 480 AZN müavinət təyin edilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında deyib.

    O qeyd edib ki, əlavə olaraq “Təhsil haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

    Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.

  • Türkiyədə qohumlar arasında atışma: 4 nəfər öldü

    Türkiyənin Trabzon əyalətinin Hayrat rayonunda qohumlar arasında baş verən atışma nəticəsində 4 nəfər ölüb.

    Hadisə iyulun 29-da günorta saatlarında rayonun Güldərən məhəlləsində qeydə alınıb.

    Bildirilib ki, 8 il əvvəl yaşanan bir hadisə zamanı Bektaş ailəsinə mənsub iki qrup arasında mübahisə yaranıb. Bu, qısa müddət ərzində davaya çevrilib. Tərəflər bir-birinə silah çəkərək atəş açıblar.

    Məlumata görə, polis əməkdaşları hadisə yerindən qaçan Abdi və İshak Bektaşın tutulması üçün əməliyyata başlayıb.

  • Sumqayıtda qətl törədən şəxsə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Teymur İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə T.İsmayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, bu ilin sentyabrın 10-da saat 19 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 1988-ci il təvəllüdlü Elgün İsmayılovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə şəhər Prokurorluğuna məlumat daxil olub.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Aparılan araşdırmalarla hadisənin 1989-cu il təvəllüdlü T.İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı E.İsmayılovun baş nahiyəsinə çoxsaylı zərbələr vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

    T.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    ///Report

  • “Roma” və “Portu” komandalarının oyununda dava düşüb

    İtaliyanın “Roma” və Portuqaliyanın “Portu” komandaları arasında yoldaşlıq matçında insident baş verib.

    Buna Portu təmsilçisinin kapitanı Pepenin “canavarlar”ın yarımmüdafiəçisi Henrix Mxitaryana qarşı kobud oyunu səbəb olub.

    38 yaşlı oyunçunun müdaxiləsindən sonra yerə yıxılan erməni futbolçu buna cavab olaraq, rəqibini vurmaq istəyib. Digər futbolçular və klub rəsmilərinin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

    Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.

  • İsrail rəsmisi: “Azərbaycanın ölkəmizdə səfirliyini açacağına ümid edirik”

    “Son 30 ildə Azərbaycan-İsrail münasibətlərində bir çox nailiyyətlər əldə edilib. İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliklərinin açılması münasibətlərin tarixi mərhələsidir”.

    Bunu sözügedən nümayəndəliklərin açılış mərasimində çıxış edən İsrailin turizm naziri Yoel Razvozov deyib.

    “Yaxın gələcəkdə İsraildə Azərbaycanın səfirliyinin də açılacağına ümid edirik. Fürsətdən istifadə edib bu vacib qərarı verdiyi və əlaqələrimizi möhkəmləndirdiyinə görə Prezident Əliyevə təşəkkür edirəm. Həmçinin iki ölkə arasındakı münasibətlərin qurulmasındakı roluna görə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova da minnətdarlığımı bildirirəm. O, İsraillə bağlı siyasətdə ilk günlərdən var və biz həmişə onun dürüstlüyündən, dostluğundan zövq almışıq. O həmçinin Yəhudi icmasına da çox kömək edib. Mən həmçinin maliyyə nazirimiz Aviqdor Libermana da ölkələrimiz arasındakı iqtisadi əlaqələrin inkişafı üçün göstərdiyi əhəmiyyətli səylərə görə təşəkkür edirəm”, – deyə o qeyd edib.