Month: July 2021

  • Ucarda toy qaydalarını pozan 6 nəfər cərimələnib

    Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayonun Təzə Şilyan, Küçəkənd, Qulabənd, Qaracallı və Lək kəndlərində yerləşən 6 fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

    Qayda pozuntularına yol vermiş ev sahibləri ilə profilaktiki səpkidə söhbətlər aparılıb və həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

  • Baş prokurorluqdan Zakir Fərəcovun oğlu ilə bağlı AÇIQLAMA

    Bəzi kütləvi informasiya vasitələrində Fərəcov Pərvin Zakir oğlunun guya prokurorluq orqanlarında yeni vəzifəyə təyin olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunub.

    Baş Prokurorluqdan bildirilib ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

    Prokurorluqdan bildirilib ki, Pərvin Fərəcov 9 iyul 2020-ci il tarixdə Baş prokurorun əmri ilə Bakı şəhər Nizami rayon prokurorunun müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət şöbəsinin böyük prokuror-metodisti vəzifəsinə təyin edilməklə, artıq 1 il müddətdən artıqdır ki, həmin vəzifədə çalışır.

    Təəssüflə qeyd edilməlidir ki, qeyri-rəsmi mənbələrə istinad etməklə və real faktlara söykənmədən sensasiya naminə yazılmış məlumatların düzgünlüyünün Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi dəfələrlə xahiş olunsa da, bəzi kütləvi informasiya vasitələri tərəfindən etik və qanunvericilik normalarının pozulması hallarına yol verilir.

    Qeyd edək ki, Pərvin Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun oğludur.

  • Fermerlərin NƏZƏRİNƏ: Agentlikdən virusla bağlı XƏBƏRDARLIQ

    Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan pepino mozaika virusu və pomidor məhsulunun qonur qırışıqlıq virusu yayılıb.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, adı çəkilən virus xəstəliklərinin əsas sahib bitkisi pomidordur, lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. Son illərdə xüsusən Avropada virusların yayılma arealı daha da genişlənib.

    Hazırda bu virus xəstəliklərini səmərəli şəkildə idarə etməyə imkan verən mübarizə metodu yoxdur və yoluxmuş bitkinin sağlamlaşdırılması mümkün deyil. Bu səbəbdən bir sıra ölkələrdə pepino mozaik virusunun və pomidor məhsulunun qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal zamanı məhdudiyyətlər tətbiq edilir.

    Rusiya Federasiyası virusun Avrasiya İqtisadi Birliyi ölkələrində yayılmasının qarşısını almaq üçün 2020-ci ildə Belarusiyadan idxal olunan pomidor və bibər məhsulunda, Mərakeşdən və Ermənistandan idxal olunan pomidor məhsulunda pepino mozaik virusunu, o cümlədən pomidor məhsulunun qonur qırışıqlıq virusunun aşkarlanması səbəbindən Özbəkistan, Qazaxıstan və Türkiyədən idxal olunan pomidor məhsullarına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

    Ölkəmizdə fəaliyyət göstərən “Gözəl təbiət” MMC tərəfindən Rusiya Federasiyasına tədarük olunan pomidor məhsulunda pepino mozaik virusunun aşkarlanmasına dair daxil olan bildiriş əsasında nümunələr götürülərək, həm ölkəmizdə, həm də Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin müvafiq laboratoriyalarında analiz edilib və virus faktı öz təsdiqini tapmadığı üçün Rusiya Federasiyası tərəfindən “Gözəl təbiət” MMC-nin pomidor ixracına 30 iyun 2021-ci il tarixində icazə verilib.

    Agentlik tərəfindən İspaniyadan gətirilən pomidor toxumunda qonur qırışıqlıq virusu aşkar edilib və bu ölkənin müvafiq qurumuna bildiriş göndərilib.

    Qeyd edək ki, virusun yayılmasının əsas mənbəyi yoluxmuş toxumlardır və agentlik tərəfindən yalnız gömrük rəsmiləşdirilməsindən keçərək idxal olunan toxumlara nəzarət edilir. Hazırda ölkəyə əl yükləri və poçt daşımaları vasitəsilə dövlət reyestrində qeydiyyatda olmayan və sınağa cəlb edilməyən xeyli miqdarda toxumlar da daxil olur.

  • Azərbaycanda dəhşətli qəza: Bəy evini bəzəməyə gedən gəlinin qohumları qəzaya düşdü, ölən var

    Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “Hyundai” və VAZ-2107 markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai” dərəyə aşıb, VAZ-2107 isə maneəyə çırpılıb.

    Nəticədə, VAZ-2107-də olan sərnişin Xaçmaz rayonu Alıcqışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Hidayət Fərman oğlu Pirverdiyev xəsarətlər alıb. O, yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilsə dünyasını dəyişib.

    Qeyd edək ki, VAZ-2107-də olanlar keçiriləcək toy mərasimi üçün bəy evini bəzəməyə gedən gəlinin qohumları olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyanın valyuta ehtiyatları bir həftəyə 3 milyard dollar azalıb

    Rusiyanın valyuta ehtiyatları 16-23 iyul həftəsində 2,9 milyard ABŞ dolları və yaxud 0,5% azalaraq 597,4 milyard dollardan 594,5 milyard dollara düşüb.

    Bu barədə Rusiya Bankından (Mərkəzi Bank) bildirilib.

    Məlumata görə, valyuta ehtiyatları yenidən mənfi qiymətləndirmənin təsiri altında azalıb və büdcə qaydası çərçivəsində xarici valyuta alınması üçün kompensasiya edilib.

    Xatırladaq ki, Rusiya Bankının valyuta ehtiyatları üzrə hədəf səviyyəsi 500 milyard dollardır.

  • Xaçmazda bəy evini bəzəməyə gedən gəlinin qohumları qəzaya düşüb, ölən var

    Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çarxı kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “Hyundai” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai” dərəyə aşıb, “VAZ-2107” isə maneəyə çırpılıb.

    Nəticədə, “VAZ-2107”-də olan sərnişin Xaçmaz rayonu Alıcqışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Hidayət Fərman oğlu Pirverdiyev xəsarətlər alıb. O, yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, xəstəxanada dünyasını dəyişib.

    Qeyd edək ki, “VAZ-2107”-də olanlar keçiriləcək toy mərasimi üçün bəy evini bəzəməyə gedən gəlinin qohumları olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Metroda gediş haqqı artırılır? – Tarif Şurasından AÇIQLAMA

    “Bakı Metropoliteni”ndə gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb”.

    Bu barədə Tarif Şurasından Modern.az-a bildirilib.

    Məlumatda qeyd edilib ki, hazırda bu məsələnin müzakirəsi gündəmdə deyil.

    Xatırladaq ki, Bakı metrosunda gediş haqqının artırılacağı barədə məlumatlar yayılıb. Bununla bağlı Tarif (qiymət) Şurasına müraciət olunduğu iddia edilir.

    Hazırda metroda gediş haqqı 30 qəpikdir. 

  • Xaçmazda bəy evini bəzəməyə gedən gəlinin qohumları qəzaya düşüb, ölən var

    Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Çarxı kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “Hyundai” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai” dərəyə aşıb, “VAZ-2107” isə maneəyə çırpılıb.

    Nəticədə, “VAZ-2107”-də olan sərnişin Xaçmaz rayonu Alıcqışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Hidayət Fərman oğlu Pirverdiyev xəsarətlər alıb. O, yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilsə də xəstəxanada dünyasını dəyişib.

    Qeyd edək ki, “VAZ-2107”-də olanlar keçiriləcək toy mərasimi üçün bəy evini bəzəməyə gedən gəlinin qohumları olub.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане суточный прирост инфицированных коронавирусом составил 615 – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 615 новых случаев инфицирования коронавирусом, 181 человек вылечился и был выписан домой.

    Об этом 29 июля сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались пять пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 342 548 человек, 5 019 – скончались, 332 574 – вылечились, 4 955 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 4 014 073 теста на COVID-19 (за последние 24 часа – 10 423).

  • Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı: Ölənlər var – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 5 nəfər ölüb.

    İndiyədək ölkədə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 574 nəfər müalicə olunaraq sağalıb, 5019 nəfər vəfat edib, aktiv xəstə sayı 4955 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 423, ötən müddət ərzində isə ümumilikdə 4 014 073 test aparılıb.

    Qeyd edək ki, Azərbaycanda dünən koronavirusa 750 yoluxma faktı qeydə alınmışdı.