Month: July 2021

  • Məşhur aktyor ölü tapıldı

    Avstraliyanın məşhur aktyoru Diiter Brammer evində ölü tapılıb.

    CNN xəbər verir ki, Sidneydə yaşayan 45 yaşlı aktyorun meyiti evində aşkarlanıb.

    Hüquq-mühafizə orqanından bildirilib ki, onun ölümündə şübhəli vəziyyət yoxdur.

    Brammer seriallarının məşhur obrazı olub.

    Brammer “Home and Away”, “Underbelly”, “Neighbours”, “Winner and Losers” serialları ilə tanınıb.

  • Xaçmazda 37 yaşlı sürücü qəza törədərək xəsarət alıb

    Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

    “Report” xəbər verir ki, hadisə şəhərin Qələbə küçəsində qeydə alınıb.

    Belə ki, sürücü, 1984-cü il təvəllüdlü Ruslan Adil oğlu Qubatov motosikletə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

    Hadisə zamanı müxtləlif xəsarətlər alan sürücü Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Gürcüstanda yenə “lokdaun” olacaq?

    Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkədə növbəti “lokdaun”un tətbiq edilməsini istisna edib.

    “Sputnik Gürcüstan” xəbər verir ki, o eyni zamanda, ciddi bir məhdudiyyət tətbiq olunmayacağını da deyib.

    Bunun səbəbi Gürcüstanın növbəti qapanmadan xilas ola bilməyəcəyi və ciddi məhdudiyyətlərin iqtisadiyyata ziyan vurmasıdır.

    Onun sözlərinə görə, respublika rəhbərliyi fərqli bir yol seçib:

    “Bu, idarəetmə yoludur. Pandemiyanı effektiv şəkildə idarə etmək üçün hər şeyi etməliyik. Ölkəmiz artıq yeni bir qapanmaya tab gətirə bilməyəcək”.

    Gürcüstanın ABŞ-dan yarım milyon doza “Pfizer” peyvəndi aldığını xatırladan Qaribaşvili vətəndaşları vaksinasiyaya çağırıb.

  • Страна с населением 63 000 человек впервые в истории завоевала “золото” Олимпиады

    Представительница Бермудских островов Флора Даффи одержала победу над британкой Джорией Тейлор-Браун в финале Игр-2020 по триатлону, став первой представительницей своей страны, завоевавшей золотую медаль Олимпиады.

    Бермудские острова стали страной с наименьшей численностью населения (63 000), которой удалось выиграть золотую медаль Олимпийских игр. Об этом сообщает Gracenote Olympic в Twitter, пишет gazeta.ru.

    До этого спортсмены из этого государства завоевывали лишь бронзу по боксу на ОИ-1976.

    Олимпиада-2020 стартовала 23 июля 2021 года и продлится до 8 августа. Соревнования проходят в Токио.

    Эти Игры станут самыми масштабными по числу видов спорта (33) и категориям (339). Ожидается, что в них примут участие 19 000 спортсменов.

  • 63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

    Bermud adalarını təmsil edən idmançı Flora Daffi Böyük Britaniyalı Cori Teylor-Braun üzərində qələbə qazanmaqla Tokio Olimpiyadasında triatlon üzrə çempion adını qazanıb.

    Bu barədə Gazeta.ru məlumat yayıb.

    Bu nəticə ilə Flora Daffi Bermud adaları tarixində Olimpiya Oyunlarında qızıl medal qazanan ilk idmançı olub.

    Daffinin bu nailiyyəti ilə Bermud adaları Olimpiya Oyunlarında çempionluq sevinci yaşayan ən az əhalisi olan dövlət kimi tarixə düşüb.

  • Олимпийское счастье: австралийский тренер взорвал Сеть реакцией на победу – ФОТО/ВИДЕО

    В Интернете набирает популярность видео, на котором тренер австралийской пловчихи Ариарны Титмус радуется победе своей подопечной, сообщает РИА Новости.

    Горячий австралиец Дин Боксалл не стал сдерживать эмоции и устроил настоящее шоу на трибуне.

    Тренер исполнил нечто невероятное после того, как Титмус установила новый олимпийский рекорд, обогнав в финальном заплыве Кэти Ледеки на дистанции 400 метров вольным стилем.

  • Avstraliyalı məşqçinin qələbə sevinci sosial şəbəkələrdə virus kimi yayıldı – FOTO/VİDEO

    Avstraliyalı məşqçinin öz yetirməsi olan üzgüçü Ariarna Titmusun qələbəsinə sevinməsi ilə bağlı video sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    Kadrlarda emosiyalarını saxlaya bilməyən Din Boksallın tribunda əsl şou göstərməsi əks olunub.

    Qeyd edək ki, Titmus finalda 400 metr sərbəst üzgüçülükdə Keti Ledekini keçərək yeni Olimpiya rekorduna imza atıb.

  • Самолет главы Минобороны Турции произвел экстренную посадку после столкновения с птицей

    Самолет, в котором находились министр обороны Турции Хулуси Акар, глава Генштаба Яшар Гюлер и генерал Умит Дундар совершил вынужденную посадку на базе турецких ВВС близ города Адана после столкновения с птицей, сообщает Haber Global.

    В результате происшествия было повреждено стекло в кабине пилотов.

    Посадка прошла в штатном режиме, никто из находившихся на борту не пострадал.

  • Şəhidlik zirvəsinə ucalan 25 yaşlı Cəbrayıl Qasımov – FOTO

    Əsrlərə bərabər 44 gün ərzində öz şücaətləri ilə seçilib-fərqlənən igid əsgərlərimizin hərəsi bir qəhrəmanlıq dastanı yazdı. Ana torpağa tükənməz sevgilərindən güc aldılar, vuruşdular. İşğalçı düşmənin üzərinə yeriyəndə də, torpaq uğrunda son damla qanlarınadək vuruşub şəhidlik zirvəsinə ucalanda da son sözləri “Vətən” oldu. Belə qəhrəman əsgərlərimizdən biri də şəhid Cəbrayıl Qasımovdur.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Cəbrayıl Baloğlan oğlu Qasımov Vətən uğrunda canlarından keçməyi gözə alaraq, torpaqlarımızı mənfur düşməndən azad etməyə könüllü yollanaraq şəhid olan igid oğullarımızdandır. O, 1996-cı il iyulun 16-da Masallı rayonunun Ərəb kəndində doğulub. 2002-2013-cü illərdə Masallı şəhər 1 nömrəli tam orta məktəbində oxuyub. Orta təhsilini başa vurduqdan sonra 2014-cü ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda, “N” saylı hərbi hissəsində rabitəçi kimi davam etdirib. 2016-cı ilin yanvar ayında ordu sıralarından tərxis olunan Cəbrayıl ailənin yeganə oğul övladı idi. Aprel döyüşlərində düşməndən qisas almaq ona nəsib olmasa da general Polad Həşimov və bir neçə hərbçilərimizin düşmən təxribatı nəticəsində şəhid olması Cəbrayılı çox narahat edir.

    Şəhidin anası Fatimə Qasımova deyir: “Cəbrayıl əsgərlikdən gələndən sonra iyul hadisələri oldu. Polad Həşimovun, Anar Novruzovun ölümündən sonra özü dedi ki, ana məndə gedirəm müharibəyə. Mən həqiqətən yalvardım ki, Cəbrayıl sən bir dənə balasan, iki ildir nişanlısan, məni peşman etmə. Ana, bəs Vətəni kim qoruyacaq? Mən gedəcəyəm, əgər qismətimdə şəhidlik varsa şəhid olaram, olmaramsa sağ-salamat qayıdaram”.

    Rəşadətli Azərbaycan Ordusunun cəsur əsgəri Cəbrayıl Qasımov Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi ötən il oktyabrın 9-da doğulduğu Ərəb kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

    Qəhrəmanlıq salnaməmizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbədə Qasımovlar ailəsinin də payı var. Cəbrayılın atası Baloğlan Qasımov 1-ci Qarabağ müharibəsində 4 il könüllü olaraq düşmənə qarşı mərdliklə döyüşüb. Oğluna uşaqlıqdan düşmənin mənfur niyyətindən və hiyləsindən, Xocalıda soydaşlarımızın başına gətirilən müsibətlərdən tez-tez danışardı. Müharibə başlayanda Cəbrayıl ürəyində olan arzusuna çatır. Cəsur əsgər atasının yarım qalan işini qanı bahasına tamamlayır.

    Şəhid atası Baloğlan Qasımov deyib: “Mənə qismət olmadı bu qələbəni qazanmaq, torpaqları azad etmək. 30 il üstündən keçdikdən sonra bu qələbəni qazanmaq övladıma qismət oldu. Oğlum şəhidlərimizin və qazilərimizin qisasını aldı. Sonraki illərdə və 44 günlük müharibədə şəhid olan silahdaşlarının qanını yerdə qoymadı. Xocalının, Laçının, Şuşanın qisası alındı. Bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Onlar bizim başımızı uca etdi”.

    Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri Cəbrayıl Baloğlan oğlu Qasımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Ötən il ailəsi ilə doğum gününü keçirən Cəbrayıl bu il 25 yaşını cənnətdə tamamladı. Cənnətdəki yubileyin, qazandığın uca zirvən mübarək Cəbrayıl!

  • Səudiyyə Ərəbistanı xarici vətəndaşların Kəbəni ziyarət etməsinə icazə verib

    Səudiyyə Ərəbistanı əcnəbi vətəndaşların Kəbəni ziyarət etməsilə bağlı yeni qərarını açıqlayıb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Məlumata əsasən, avqustun 9-dan etibarən vaksinasiyasını başa vurmuş xarici ölkə vətəndaşlarının ümrə ziyarəti üçün ölkəyə gəlişinə izacə verilib. Müvafiq qərar krallığın Həcc və Ümrə Nazirliyi tərəfindən qəbul edilib.

    Qeyd olunub ki, ziyarət icazəsi yalnız “Pfizer/BioNTech”, “AstraZeneca”, “Johnson & Johnson” və “Moderna” vaksinlərilə peyvənd olunmuş 18 yaşından yuxarı şəxslərə veriləcək.