Month: July 2021

  • Öd kisəsinin işləmədiyini göstərən əlamətlər

    Öd kisəsi bəzən zəhər torbası da adlandırılır. Qaraciyərin altında, az qala bitişik yerləşib, öd turşusu anbarı rolunu oynayır, bütün həzm prosesində iştirak edir.

    Orqan qaraciyərdən gələn öd şirəsini yığır və öz axacaqları vasitəsilə bağırsağa ötürür və orda həzm baş verir.

    Öd kisəsi və yollarının xəstəlikləri, problemi bütünlükdə orqanizm üçün fəsadlar yaradır. Öd ağrı verən orqandır. Ona görə onun çətində olduğunu bilmək asandır.

    Median.Az öd kisənizin artıq tükəndiyini və təhlükədə olduğunu göstərən 6 siqnalı təqdim edir.

    1. Sağ qabırğa altından qarına yayılan sancı, ağrı

    Əsasən səhərlər, insan ac olanda və qida qəbulundan sonra bu ağrı başlayır. Ağrı kifayət qədər intensivdir və çiyinə, qola, belə yayıla bilər.

    Ağrı əsasən öd kisəsi iltihabında, daşması zamanı, eləcə də daş olanda hiss olunur. Daş hərəkət etdikcə ağrı artır. Öd yolu çox nazir, ensizdir. Ora daşın düşməsi isə olduqca təhlükəli və tutma şəkilli ağrı verir.

    2. Mütəmadi ürəkbulanma, ağır yeməkdən sonra qusma

    Öd daşları öd yollarını tutduqda, xolesistit adlı iltihabi proses yaradır. Bu zaman öd bağırsağa keçə bilmir, həzm pozulur. Ödün divarları şişir, ağrı verir və bu mədəyə də təsir edərək, ürəkbulanma, qusma verir. Əgər yeməkdən sonra qusmalar artırsa, ödünüzü yoxladın.

    3. Mədədə yanğı, qıcqırma – İZJOQA

    Hər yeməkdən sonra mədədə yanma, gəyirmə, hıçqırma, ağıza acı öd dadı gəlməsi əlaməti varsa, bu öd daşı problemidir.

    4. Dərinizin rənginin dəyişməsi

    Əgər dəriniz, göz içi, ovuclar sanki gündə qaralmış, yanmış kimi rəng alırsa, saralırsa, bu öd yollarının tam tutulmasının əlamətidir. Öd daşı və ya hər hansı səbəb öd kisəsinin çıxacağını tutursa, istifadə olunmamış bilirubin yığılır və bu dəriyə sarı piqment verir. Bu zaman qanda bilirubinin də miqdarı yoxlanmalıdır. /medicina.az

  • Dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib

    Bu gün batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Tağıyev” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

  • Bişmiş qarğıdalının 12 FAYDASI – Kimlərə yemək olmaz?

    Qarğıdalı insanın yetişdirdiyi ən faydalı bitkilərdən biridir. Amerika, Avropa və Rusiyada qarğıdalı yetişən kimi onu müxtəlif variantlarda bişirib süfrəyə qoyurlar və ailəlikcə yeyirlər.

    Bizdə isə qarğıdalı az xörəkdə istifadə olunur, daha çox yayda, dəniz kənarında suda bişmişi yeyilir.

    Amma yenə də mövsümündə və hətta digər mövsümündə də bu faydalı dənli bitkisi orqanizmə çox faydalı olduğundan bol istifadə olunmalıdır.

    Median.Az xəbər verir ki, B, E, H, A vitaminləri, dəmir, natrium, yod, maqnium, fosforla zəngin qarğıdalının insan orqanizminə çox faydalıdır.

    Hansı problemlərdə faydalıdır?

    1. Qaraciyəri tənzimləyir, ödü qovur

    Öd və qaraciyər problemi olanlar təzə qarğıdalı yesələr, yüngüllük hiss edəcəklər. Çünki ödü qovur. Bişmiş qarğıdalı və saçaqları hepatit, öd kisəsi və öd axarları iltihabı zamanı effektivdir. Lakin öd daşı xəstəliyi zamanı çoxlu qarğıdalı yemək olmaz ki, bu xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

    Qaraciyər xəstəlikləri olanlar bişmiş qarğıdalının üzərinə bir qədər kərə yağı çəkib yesinlər.

    2. Bağırsaqların hərəkətliliyini artırır

    Qəbizlik tənbəl bağırsaq sindoromundan da qaynaqlanır. Qarğıdalı dənli olduğu üçün kobud qidadır və bağırsaqların divarına təzyiq edərək, peristaltikanı aktivləşdirir. Ona görə qəbizlikdən əziyyət çəkən insanlara da lazımdır.

    3. Mədəaltı vəzini dirçəldir

    Çox az adam və həkim bilir ki, təzə, sütül qarğıdalı dəmləməsi mədəaltı vəziyə yüngül tənzimləyici təsir edir. Bunun üçün 7 gün ərzində gündə 1 stəkan qarğıdalı dənlərinin dəmləməsini içmək lazımdır. Bu, maddələr mübadiləsini tənzimləyəcək. Penkreatit və diabetli xəstələrə çox faydalıdır.

    4. Ürək-damar sistemini möhkəmləndirir

    Tərkibində olan bir çox maddələr damarları möhkəmləndirir, eləcə də podaqra, nefrit zamanı ağrı tutmalarını azaldır.

    5. Uşaqların boyunu, sümüklərini uzadır

    Qarğıdalı uşaqlara əks göstəriş deyil. 3 yaşından vermək olar. Körpənin aktivliyini artırır, böyüməsinə zəmin yaradır.

    6. Cinsi hormonları artırır

    Həm qadın, həm kişilərdə hormonal problemlərdə faydalıdır. Sonsuzluqdan və impotensiyadan müalicədə bol yeyilə bilər.

    7. Depressiya və nevrozla mübarizə aparır

    Tərkibində olan mikroelementlər antidepressant və sakitləşdirici təsir edib, sinir sistemini tənzimləyir. Əsəbi insanlara faydalıdır.

    8. Hamiləlik və südverən analar üçün vacibdir

    Qarğıdalı hamiləlikdə toksikozla mübarizə aparır, südverənlərdə isə laktasiyanı artırır.

    9. Yoğun bağırsaq şişlərinə qarşıdır

    Fermentativ tərkibi bağırsaqlarda bədxassəli şişlərin yaranması və böyüməsinn qarşısını alır

    10. İnfakrt, insultdan qoruyur

    Dənələrində olan bol kalium ürək-damar sisteminə müsbət təsir edir, infarkt, insult və kardioloji problemlərdən qoruyur

    11. İmmuniteti möhkəmləndirir

    Müntəzəm qarğıdalı qəbul edənlərdə immunitet aktivləşir, bununla da infeksion xəstəliklər və viruslara qarşı dözümlülük yaranır.

    12. Gözləri qoruyur, görməni itiləşdirir

    Qarğıdalının tərkibində olan keratinoidlər görmənin itiliyi üçün vacibdir. Ona görə görməsi zəifləyənlər və yaşlı insanlar qarğıdalını bir qədər bol yesin.

    Kimlərə qadağandır?

    Qanın laxtalanmasında problemi, trombozu olanlara olmaz.

    Eləcə də çəkisi müxtəlif səbəblərdən azalanlar yeməsin.

    Kəskin mədə-bağırsaq xoralarında və köpü olanlara da məsləhət deyil. /medicina.az

  • Qocalmanı ləngidən UNİKAL MEYVƏ

    Diyetoloqlar 50 yaşdan sonra yaşlanmanı yavaşladan qidaları açıqlayıb.

    Median.Az xəbər verir ki, onların fikrincə, avokado gündəlik pəhriz üçün faydalı olacaq. Bildirilib ki, avokado iltihabla mübarizə aparan bol yağ mənbəyidir, eyni zamanda dərini daha hamar və parlaq etmək xüsusiyyətlərinə sahibdir. Bundan əlavə, meyvə bədənin ölü dəri hüceyrələrindən qurtulmasına kömək edə biləcək A vitamini ilə zəngindir.

    Yüksək səviyyədə Omeqa-3 yağ turşuları ilə zəngin bəzi balıq növləri də yaşlanma prosesini dayandırmağa kömək edəcək.

    A və C vitaminləri ilə zəngin olan çiyələk dəri zədələnməsinə və qocalmasına səbəb olan iltihabı azalda bilər. Çiyələk, böyürtkən və moruq antioksidant və bioaktiv birləşmələrlə zəngindir.

    Kələm və ispanaq kimi məhsullar isə 50 yaşdan yuxarı insanlarda yaşlanma prosesini ləngidir. Vitaminlər, minerallar, lif və insanın gündəlik ehtiyac duyduğu qocalma əleyhinə birləşmələrin etibarlı tədarükünü təmin edən digər bioloji aktiv birləşmələrlə zəngindir. (publika.az)

  • Eto Messi ilə bağlı suala sərt reaksiya göstərdi: “Messi mənimlə oynayıb, mən onunla yox”

    “Barselona”nın keçmiş hücumçusu Samuel Eto argentinalı futbol ulduzu Lionel Messi ilə oyun təcrübəsi barədə suala sərt reaksiya göstərib.

    Kamerunlu sabiq futbolçunun fikirlərini “Daily Mail” agentliyi dərc edib.

    “Messi mənimlə oynayıb, mən onunla yox. Bunlar fərqli məsələlərdir. Mənim dövrümdə o mənimlə oynayıb, mən onunla yox. Hər şey tamamilə fərqli idi”, – deyə Samuel Eto vurğulayıb.

    S.Eto L. Messinin gələcək karyerası ilə bağlı da fikirlərini bildirib.

    Messinin “Barselona”dakı karyerasına gəlincə, onun başqa bir klubun formasını geyinəcəyini təsəvvür edə bilmirəm. “Barselona” onun evi, klubu, sevgisidir. Düşünürəm ki, onun komandaya sədaqəti pulla əlaqəli deyil. Leo “Barselona”, “Barselona” isə Messidir. Mən bilirəm ki, Laporta onun üçün etibarlı və maraqlı bir layihə hazırlayıb”, – deyə 40 yaşlı S.Eto fikrini tamamlayıb.

  • Neftçalada yol qəzası olub, xəsarət alan var

    Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. Belə ki, Neftçala şəhər sakini, 1982-ci il təvəllüdlü Məmmədov Vüsal Əmrah oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı maneəyə çırpılıb. Sürücü qəza zamanı müxtəlif dərəcəli xəsarətlər alıb. V.Məmmədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Koronaviruslu xəstələrlə çalışan tibb işçilərinin əməkhaqlarına əlavənin verilmə vaxtı uzadıldı

    Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatory-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

    Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti avqustun 1-dək uzadılıb.

    Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib. İndiyə qədər qüvvədə olan qərara əsasən, müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən 2021-ci il iyunun 1-dək olan müddət üçün ödənilib.

  • Şəmkirdə 45 yaşlı kişi özünü yandırıb

    Şəmkirdə yerli sakin intihara cəhd edib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Könüllü kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı C.İbrahimov üzərinə benzin tökərək özünə od vurub. O, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. C.İbrahimov xəstəxanaya yerləşdirilib.

    Hadisənin təfərrüatları hələ məlum deyil.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Байден: США не будут участвовать в военных миссиях в Ираке

    Президент США Джозеф Байден заявил, что дальнейшее сотрудничество с Ираком сосредоточится на тренировке иракских сил и борьбе с ИГИЛ, но военных миссий не будет.

    Как передает Report, об этом сообщает РИА Новости.

    “Я думаю, что дела идут хорошо, наша роль в Ираке будет касаться помощи в тренировке, в борьбе с ИГИЛ, которая вновь поднимается, но мы не будем участвовать в каких-либо военных миссиях”, – сказал Байден в Белом доме на встрече с иракским премьером Мустафой аль-Каземи.

  • Cozef Bayden: ABŞ İraqda hərbi missiyalarda iştirak etməyəcək

    ABŞ İraqla sonrakı əməkdaşlığını bu ölkənin güc strukturlarının təliminə və İŞİD-lə mübarizə istiqamətində cəmləşdirəcək.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.

    “Düşünürəm ki, işlər yaxşı gedir, İraqdakı rolumuz təlimlərə kömək etmək, yenidən yüksələn İŞİD-lə mübarizəyə kömək etməkdən ibarət olacaq, amma heç bir hərbi missiyada iştirak etməyəcəyik”, – deyə Bayden Ağ Evdə İraqın Baş naziri Mustafa əl-Kazemi ilə görüşdə deyib.