Month: July 2021

  • MakSim komadan ayıldı

    Rusiyalı məşhur müğənni MakSim (Marina Abrosimova) komadan ayılıb.

    Bu barədə “Mash” “Telegram”kanalı məlumat yayıb.

    Həkimlər iyunun 19-dan sünü koma vəziyyətində olan müğənninin sərbəst nəfəs alıb-almamasını müəyyənləşdirmək üçün sedativ preparatların yükünü azaltmaq və onu medikamentoz yuxudan oyatmaq qərarına gəliblər.

    38 yaşlı müğənni süni tənəffüs aparatına qoşulub.

    Onun vəziyyəti stabil ağır olaraq qalır. Həkimlər ümid edirlər ki, MakSim tezliklə sərbəst nəfəs ala biləcək.

    Xatırladaq ki, MakSim ağciyərlərin 40 faiz zədələnməsi diaqnozu ilə iyunun 17-də xəstəxanaya yerləşdirilib.

  • Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

    Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

    “Haber Global” məlumat verir ki, sutka ərzində ölkədə 224 198 nəfərin COVID-19 testi yoxlanıb.

    Günlük yoluxma sayı 16 809 nəfər təşkil edib. Qeyd olunub ki, bu, mayın 9-dan bəri ən yüksək göstəricidir.

    Həmçinin, son 24 saat ərzində 63 nəfər koronavirus səbəbindən vəfat edib.

    Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 5 585 nəfərə çatdığı bildirilib.

  • İranda koronavirusla bağlı kritik vəziyyət: Yoluxma sayında rekord

    İranda son 24 saatda koronavirusa 31814 yeni yoluxma qeydə alınıb.

    Bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

    Sözügedən göstərici pandemiyanın əvvəlindən bu yana ölkədə qeydə alınan ən yüksək göstərici kimi yadda qalıb. Ölkədə son sutkada 322 nəfər koronavirusdan ölüb. İranda ölüm hallarının ümumi sayı 90 minə yaxınlaşıb.

  • “Sabah” Gürcüstana klubuna məğlub olub

    Gürcüstanda təlim-məşq toplanışında olan “Sabah” növbəti yoxlama oyununu keçirib.

    “Report”un məlumatına görə, Bakı təmsilçisi 3-cü sınağında yerli “Telavi” klubu ilə qarşılaşıb.

    Görüş Ramin Quliyevin baş məşqçi olduğu kollektivin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın heyətində yeganə qolu Abdulla Xaybulayev vurub.

    Qeyd edək ki, “Sabah” qonşu ölkədəki ilk iki görüşündə “Şukura”ya 1:0 hesabı ilə qalib gəlib, “Samqurali”yə isə uduzub – 0:1.

  • Bir sıra ölkələrdən diri donuz, xammal və genetik materialların idxalı məhdudlaşdırılıb

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Vyetnam Sosialist Respublikası, Macarıstan Respublikası, Rumıniya Respublikası, Polşa Respublikası, Koreya Respublikası, Filippin Respublikası, İndoneziya Respublikası, Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Latviya Respublikası, Cənubi Afrika Respublikası, Moldova Respublikası, Çin Xalq Respublikası, Laos Xalq Demokratik Respublikası, Tanzaniya Birləşmiş Respublikası, Butan Krallığı, Namibiya Respublikası, Myanma İttifaqı Respublikası, Kot-d’İvuar Respublikası, Malayziya və Ukrayna ölkələrinin bəzi inzibati ərazi vahidlərində donuzların Afrika taunu xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Vyetnam Sosialist Respublikasının Ca Mau, Bac Ninh, Tra Vinh, Macarıstan Respublikasının Hajdu-Bihar, Borsod-Abauj-Zemplen, Heves, Rumıniya Respublikasının Braila, Salaj, Bihor, Polşa Respublikasının Lubelskie, Podkarpackie, Warmińsko-Mazurskie, Koreya Respublikasının Gangwon-Do, Gyeonggi-Do, Incheon Metropolitan City, Filippin Respublikasının Davao del Sur, Sarangani, Davao Oriental, İndoneziya Respublikasının Nusa Tenggara Timur, Bali, Di Yogyakarta, Rusiya Federasiyasının Primorskiy, Amurskaya, Kaluga, Almaniya Federativ Respublikasının Brandenburg, Sachsen, Latviya Respublikasının Vecumnieku, Apes, Dobeles, Cənubi Afrika Respublikasının Mpumalanga, Western Cape, Gauteng, Moldova Respublikasının Rîşcani, Falesti, Ungheni, Çin Xalq Respublikasının Xinjiang Uygur, Sichuan, Yunnan, Laos Xalq Demokratik Respublikasının Xaignabouri, Tanzaniya Birləşmiş Respublikasının Geita, Shinyanga, Butan Krallığının Chhukha, Namibiya Respublikasının Ohangwena, Kunene, Myanma İttifaqı Respublikasının Shan, Kot-d’İvuar Respublikasının Zanzan, Malayziyanın Sabah, Ukraynanın Mykolayiv, Kiev və Chernivtsi inzibati ərazi vahidlərindən diri donuzlar, onlara aid məhsul, xammal və genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Kirayə verilən evlərin vergiyə cəlb olunması istiqamətində işlər görüləcək

    “Bu gün kirayəyə verilən evlərin bir çoxu müqaviləsiz və qeydiyyatdan keçməmiş verilir. Bu da son nəticədə müəyyən problemlərə, risklərə, həmçinin vergidən yayınmalara gətirib çıxarır”.

    Bunu Trend-ə açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, bu problem tək bizdə deyil, bütün MDB ölkələrində var: “Əgər zonalar üzrə müqayisə etsək, Bakı şəhərinin mərkəzindəki evlərin əksəriyyəti müqavilə ilə kirayəyə verilir və onların vergisi də əsasən ödənilir. Amma kənarlarda, xüsusən də kütləvi yaşayış yerlərində kirayə verilən evlərin əksəriyyəti müqaviləsizdir. Bahalı bağ evləri və villalar da əsasən müqavilə ilə kirayəyə verilir. Düşünürəm ki, zamanla bu məsələ də həllini tapacaq. Hazırda vergi orqanları iri ticarət mərkəzlərində, iri müəssisələrdə vergi toplanması ilə məşğuldurlar. Həmin yerlərdə nizam-intizam yarandıqdan sonra yəqin ki, kirayə verilən evlərin də vergiyə cəlb olunması istiqamətində addımlar atılacaq”.

  • Bakı-Pirşağı-Sumqayıt qatarında gecikmə olub

    Bu gün saat 19:00-da Bakı Dəmir Yolu Vağzalından hərəkət edən Bakı-Pirşağı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb.

    Nəticədə qatarın hərəkətində 12 dəqiqə gecikmə yaranıb.

    Qatar maşinisti ləngiməyə səbəb kimi texniki məsələləri göstərib.

  • Azərbaycanlı futbolçu Ukraynada klubunu dəyişdi

    Ukrayna “Minay”ı heyətinə 3 yeni futbolçu qatıb.

    Onlardan biri Azərbaycan millisinə namizəd olan Eldar Quliyevdir.

    Yerli “Mariupol” komandasından transfer olunan 19 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

    Qeyd edək ki, hazırda “Minay”da Azərbaycan millisinin yarımmüdafiəçisi Rüstəm Əhmədzadə də çıxış edir.

  • “Пятый рейх” и Карабахская война. Часть вторая: Чемодан с тройным дном – ВИДЕО

    В первом материале из данной серии YouTube-проекта Caliber рассказывалось о странностях биографического прошлого главы немецкого концерна CRONIMET Гюнтера Пиларски и о самом концерне.

    “Как уже было сказано, мы идем от простого к сложному. Нашей задачей не является облить грязью Германию и немцев, Европу и европейцев. Мы хотим объяснить истинную, глубинную суть внешне наблюдаемых политических процессов, обуславливающих нынешнюю политику Германии на Кавказе. И пока власти Армении по полной программе как говорится “шмонают” Зангезурский медно-молибденовый комбинат, мы все же тему эту продолжим. Даже если семья Пиларски скорее всего уже продала свою долю в предприятии”, – говорится в очередном выпуске.

  • “Caliber” almanların Qarabağda törətdiyi ekoloji cinayətlər barədə – VİDEO

    “Caliber” müstəqil jurnalist layihəsinin “YouTube” kanalında növbəti süjet yayımlanıb. Videomaterial ilk dəfə iyulun 10-da yayımlanmış “Beşinci reyx və Qarabağ müharibəsi” silsiləsindən olan sayca ikinci süjetdir. Burada müasir alman kimliyi barədə məlumat verilir, həmçinin almanların Qarabağda törətdiyi ekoloji cinayətlər haqqında danışılır.

    “Müasir Almaniya mürəkkəb güzəştlər sistemi üzərində qurulmuş bir təcrübədir, nəinki 1945-ci ilədək mövcud olmuş Almaniyanın davamı… Alman dilində hətta belə bir termin də var – “heşixtemyüde”, yəni “tarixdən yorğunluq”. Orta statistik almanla “vətən”, “vətənpərvərlik”, “millət” kimi anlayışlar barədə söhbət etməyə cəhd etsəniz, sizə kəm baxacaqlar.

    Müasir Almaniyada sözün əsl mənasında “kişi” olmaq artıq dəbdə deyil. Yerli alimlərin apardıqları sorğuların nəticələrinə əsasən, 40% alman kişiləri “evdar” olmağı tərcih edir, ev işlərilə məşğul olmağa üstünlük verirlər”, – deyə süjetdə bildirilir.

    Daha ətraflı “Caliber”in yeni videomaterialında: