Month: October 2023

  • Həkimlər kokain asılılığına qarşı peyvənd hazırlayıblar

    Braziliyanın Minas Gerais Federal Universitetinin alimləri narkotik aludəçiləri üçün kokain və onun güclü törəməsi olan krekin istifadəsindən sonra xoş hisslərin yaranmasının qarşısını alan dərman hazırlayıblar.

    “Calixcoca” dərmanı artıq siçanlar üzərində sınaqdan keçirilib. Peyvənd orqanizmin immun reaksiyasını işə salır, bu da dərmanların insan beyninə təsirini bloklayır və eyforiya, hallüsinasiya, tormozlanmanın (və ya əsəb gərginliyinin) qarşısını alır.

    İndi alimlər peyvəndin optimal dozasını müəyyənləşdirirlər. Bundan sonra dərman insanlar üzərində sınaqdan keçirilə bilər. Alimlər üç mindən çox insanla klinik sınaqda könüllü olaraq iştirak etmələri üçün əlaqə saxlayıblar.

    Mənbə: gazeta.ru

  • МИД Израиля заявил, что хуситы нанесли удар из Йемена по Египту

    Йеменские мятежники из движения “Ансар Аллах” (хуситы) нанесли удар по Египту с использованием ракет и беспилотников, заявил МИД Израиля, осудив эти действия.

    “Израиль осуждает ущерб, причиненный силам безопасности Египта ракетами и беспилотниками, запущенными террористической организацией хуситов с намерением нанести вред Израилю”, – говорится в заявлении ведомства.

    По версии израильского МИД, “хуситы являются агентами террористического режима аятолл в Тегеране, который также контролирует террористические организации “Хезболла”, “Исламский джихад” и ХАМАС”.

    Ранее сообщалось, что в египетском городе Нувейба, расположенном на берегу Красного моря, приблизительно в 60 км от границы с Израилем, упал снаряд, о типе которого информации не было. Представитель Вооруженных сил Египта Гариб Абдель Хафез проинформировал, что в населенном пункте Таба, расположенном у границы с Израилем, упал неопознанный беспилотник.

    Пресс-служба Армии обороны Израиля со своей стороны сообщила о “предотвращении воздушной угрозы” в небе над Красным морем у южных рубежей страны и перехвате в этом районе враждебных объектов.

    Источник: ТАСС

  • İsrail Xarici İşlər Nazirliyi husilərin Misirə hücumu ilə bağlı bəyanat verdi

    Yəmən üsyançılarının “Ənsar Allah” hərəkatı (husilər) Misirə raket və pilotsuz təyyarələrdən zərbələr endirib.

    Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat verib və bu hərəkətləri qınayıb.

    “İsrail husi terror təşkilatının İsrailə zərər vermək məqsədilə atdığı raketlər və pilotsuz təyyarələrin Misir təhlükəsizlik qüvvələrinə vurduğu ziyanı qınayır” , – nazirliyin deyə bəyanatında bildirilib.

    İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, husilər Tehrandakı ayətullahların terrorçu rejiminin agentləridir və bu rejim həmçinin “Hizbullah”, “İslami Cihad” və HƏMAS terror təşkilatlarına da nəzarət edir.

    Qeyd edək ki, daha əvvəl Qırmızı dəniz sahilində, İsraillə sərhəddən təxminən 60 km aralıda yerləşən Misirin Nuveyba şəhərində naməlum mərmi düşüb. Öz növbəsində Misir Silahlı Qüvvələrinin nümayəndəsi Qarib Abdel Hafez İsraillə sərhəd yaxınlığında yerləşən Taba yaşayış məntəqəsinə naməlum pilotsuz təyyarənin düşdüyünü bildirib.

    Mənbə: TASS

  • Bakıda kanalizasiya suları zirzəmiyə dolub – VİDEO

    Bakının Nizami rayonunda doqquz mərtəbəli yaşayış binasını üfunət bürüyüb.

    Belə ki, Cəmşid Naxçıvanski küçəsində yaşayan sakinlər binanın zirzəmisinə dolan kanalizasiyadan şikayətçidir.

    Onların sözlərinə görə, bu problem aylardır ki var, hətta havanın isti keçdiyi günlərdə kəskin qoxu ətrafı bürüyür.

    Sakinlər onu da bildirib ki, bəzi günlərdə zirzəmiyə yığılan kanalizasiya suyunun səviyyəsi yarım metrə çatır.

    “ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

  • В Казахстане объявили траур по жертвам аварии на шахте в Караганде

    Президент Казахстана Касым-Жомарт Токаев объявил 29 октября днем общенационального траура по жертвам аварии на шахте в Караганде.

    Об этом сообщила пресс-служба главы государства.

    “Касым-Жомарт Токаев встретился с семьями и родственниками горняков, погибших в результате трагедии, и выразил соболезнования. Президент подчеркнул, что будут выяснены обстоятельства аварии и оказана необходимая помощь по спасению горняков, а также семьям пострадавших и погибших. Глава государства отметил, что 29 октября будет объявлен днем общенационального траура”, – говорится в сообщении.

    На момент аварии в шахте имени Костенко находились 252 человека. На поверхность вывели 208 человек, 18 из них обратились за медицинской помощью. Согласно последней информации департамента по ЧС Карагандинской области, в настоящее время обнаружены тела более 20 погибших, поиски остальных продолжаются.

    Источник: ТАСС

  • Qazaxıstanda oktyabrın 29-u Milli Matəm Günü elan olundu

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 29-nu Karaqanda şaxtasında baş vermiş qəzada ölənlərin xatirəsinə Milli Matəm Günü elan edib.

    Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

    “Kasım-Jomart Tokayev faciə nəticəsində həlak olan şaxtaçıların ailələri və yaxınları ilə görüşüb, başsağlığı verib. Onlara qəzanın baş vermə şəraitinin aydınlaşdırılacağını, şaxtaçıların xilas edilməsi üçün işlər görüldüyünü, eləcə də xəsarət alanların və həlak olanların ailələrinə lazımi köməklik göstəriləcəyini bildirib”, – deyə məlumatda əlavə edilib.

    Xatırladaq ki, Qazaxıstanın Karaqanda vilayətində Kostenko şaxtasında qəza baş verib. Hadisə zamanı mədəndə 252 nəfər olub. Onlardan 208-i xilas edilib, 18 şaxtaçı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Son məlumatlara görə, faciə nəticəsində azı 22 nəfər həlak olub.

    Mənbə: TASS

  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

    Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən YPX postunda “Ford Transit” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sürücü, Sumqayıt şəhər sakini S.Mustafayevin narkotik vasitənin təsir altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilib.

    Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı isə oradan metamfetamin və marixuana aşkar olunaraq götürülüb.

  • Dəhşətli qətli ailəyə yaxın şəxs törədib

    Ötən gecə Sumqayıtda 2 nəfərin qətlə yetirilməsi ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları üzə çıxıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalardan sonra qətlin münaqişə zəminində, ailəyə yaxın şəxs tərəfindən törədilməsi müəyyən edilib. Hazırda həmin şəxsin yerinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

    Bildirilir ki, silahlı şəxs gecə saatlarında Sumqayıtda 16-cı mikrorayonda yerləşən fərdi yaşayış evinə gəlib. O, evə hücum edərək Dağbəyi Fərəcovu və onun qızı Suzana Karakaşı güllələyərək qətlə yetirib. Bu zaman Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova da güllə yarası alıb.

    Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da müxtəlif dərəcəli xəsarətlər alıb.

    Dağbəyi Fərəcovun sahibkar olduğu və kafe işlətdiyi bildirilir.

  • В Азербайджане подешевел хлеб – ФОТО

    В Азербайджане подешевел хлеб.

    В ходе проведенного Trend исследования выяснилось, что цена заводского хлеба, продававшегося за 60 гяпиков, составляет уже 55 гяпиков.

    Это значит, что цена хлеба снизилась на 5 гяпиков.

    Отметим, что в Азербайджане за последний месяц выросли цены на муку.

    Цена 50-килограммового мешка муки, реализуемой в оптовых центрах, повысилась примерно на один манат, что вызвало вопрос о том, отразится ли подорожание муки на ценах на хлеб в стране.

    Напомним, в Азербайджане оптовой торговлей мукой занимаются 23 компании и один индивидуальный предприниматель. В большинстве центров продаж зафиксирован рост цен.

  • Azərbaycanda çörək UCUZLAŞDI – FOTO

    Azərbaycanda çörəyin qiymətində azalma müşahidə edilib.

    “Trend”in apardığı araşdırma zamanı məlum olub ki, 60 qəpiyə satılan zavod çörəyinin qiyməti artıq 55 qəpikdir.

    Bu da çörəyin qiymətinin daha 5 qəpik azalması deməkdir.

    Qeyd edək ki, son bir ayda Azərbaycanda un bahalaşıb.

    Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində bir manata yaxın artım olub. Bu da ölkədə çörəyin qiymətinə necə təsir edəcəyi barədə suallara səbəb olurdu.

    Xatırladaq ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.