Month: October 2023

  • Ильхам Алиев выразил соболезнования Касым-Жомарту Токаеву

    Президент Азербайджанской Республики Ильхам Алиев направил президенту Казахстана Касым-Жомарту Токаеву письмо с соболезнованиями.

    Как сообщает АЗЕРТАДЖ, в письме говорится:

    “Уважаемый Касым-Жомарт Кемелевич,

    Крайне опечалены известием о гибели большого числа людей в результате пожара, произошедшего на шахте в Карагандинской области Казахстана.

    Разделяя Ваше горе в связи с этой трагедией, от своего имени и от имени народа Азербайджана выражаю глубокие соболезнования Вам, семьям и близким погибших, всему народу Казахстана, желаю выздоровления раненым.

    Аллах рехмет элясин!”.

  • Prezident İlham Əliyev qazaxıstanlı həmkarına başsağlığı verib

    Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu ünvanlayıb.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Hörmətli Kasım-Jomart Kemeleviç.

    Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

    Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

    Allah rəhmət eləsin!”

  • Посол Палестины в РФ заявил о готовности к мирным переговорам с Израилем

    Власти Палестины выступают за мир и готовы к переговорам с Израилем.

    Об этом заявил палестинский посол в России Абдель Хафиз Нофаль в интервью RTVI.

    “Во-первых, мы говорим об остановке огня, чтобы допустить помощь [в сектор Газа]. Если после этого будут выдвинуты серьезные, конструктивные предложения по урегулированию – власти Палестины готовы к переговорам. Махмуд Аббас выступает за мир, за это подвергается критике. Палестина готова к мирным переговорам”, – сказал он.

    Источник: ТАСС

  • Fələstin səfiri İsraillə sülh danışıqlarına hazır olduğunu bəyan etdi

    “Fələstin hakimiyyəti sülh tərəfdarıdır və İsraillə danışıqlara hazırdır”.

    Bu sözləri Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl RTVI-ya müsahibəsində deyib.

    “Birincisi, biz Qəzza zolağına yardımın çatdırılmasına nail olunması üçün atəşkəsin əld edilməsindən danışırıq. Əgər bundan sonra nizamlanma üçün ciddi, konstruktiv təkliflər irəli sürülərsə, Fələstin hakimiyyəti danışıqlara hazırdır. Fələstin prezidenti Mahmud Abbas sülh mövqeyindən çıxış edir. Fələstin sülh danışıqlarına hazırdır”, – deyə o bildirib.

    Diplomatın sözlərinə görə, münaqişənin kəskinləşməsinə səbəb İsraildə Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi radikal hökumətin yaradılması olub.

    Mənbə: TASS

  • ABŞ-də iki təyyarə toqquşdu

    ABŞ-nin Texas ştatının aeroportunda iki şəxsi təyyarə havada toqquşub.

    Median.Az APA-ya istinadən bildirir ki, bu barədə AviaNews kanalı məlumat yayıb.

    Kanalın məlumatına görə, insident Hyuston hava limanında baş verib. İki şəxsi təyyarə havada toqquşub, birinin qanadının ucu digərinin quyruğuna dəyib.

    Hadisə nəticəsində xəsarət alan olmayıb. Pilotlar təyyarəni hava limanına qaytararaq təhlükəsiz yerə endirə biliblər.

  • SON DƏQİQƏ: Fərman Kərimov həbs edildi – FOTO

    Azərbaycanda İranın molla rejimini təbliğ edən şəxslərə qarşı əməliyyatlar davam edir.

    Median.Az lent.az-a istinadən bildirir ki, həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində molla rejimini təbliğ edən daha bir nəfər – Fərman Kərimov da həbs edilib.

    Fərman Kərimov Müsəlman Birliyi Hərəkatının üzvüdür.

    Lent.az-ın əldə etdiyi məlumata görə, Fərman Kərimov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir.

  • Bakıda meyit aşkarlanıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə “Report”a FHN-dən bildirilib.

    Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Telekanallarda qayınana-baldız söhbətləri artır: Audiozivual Şuradan REAKSİYA

    Uzun illərdir Azərbaycan telekanallarında bayağı verilişlərin sayı durmadan artır.

    Verilişlərdə müzakirəyə çıxarılan mövzular məişət məsələlərindən, ailədaxili münaqişələrdən, qayınana-baldız söhbətləri çəçivəsindən kənara çıxmır.

    Elə bir neçə gün əvvəl psixoloq Əfsanə Rüstəmovanın efirdə səsləndirdiyi “Həyat yoldaşı 3 min manatlıq emosional ehtiyacını qarşılamırsa, qadının boşanmaq kimi hüququ var”, fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Böyük əksəriyyət bu cür fikirlərin Azərbaycanda ailə sütunlarını sarsıtdığını bildirdi.

    Maraqlıdır, Audiozivual Şura bu məsələlərlə bağlı monitorinq aparırmı, ümumiyyətlə hansı addımların atılması planlaşdırılır, bu cür bayağı, aşağısəviyyəli verilişlərin yayımının dayandırılması, yaxud yayımçılara xəbərdarlıq edilməsi nəzərdə tutulurmu?

    Məsələ ilə bağlı Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov “Qafqazinfo”ya bildirib ki, Şura proqramların aşağı və ya yuxarısəviyyəli olmağını müəyyən etmir:

    “Buna görə də, sanksiya tətbiq etmək səlahiyyəti yoxdur. Səlahiyyətləri çərçivəsində Şura efirə getmiş proqramların monitorinqini aparır.

    Yayım zamanı “Media haqqında” və ya digər qanunların tələblərinin pozulması faktları aşkarlandıqda və ya bununla bağlı şikayət daxil olduqda Şura tərəfindən monitorinq və zəruri hüquqi qiymətləndirmə prosedurları həyata keçirilir.

    Qanun pozuntusu faktı təsdiqini taparsa, həmin yayımçıya qarşı müvafiq sanksiya (o cümlədən, yayımın dayandırılması) tətbiq olunur.

    Sorğuda qeyd edilən və son 1-2 gündə sosial mediada gündəm olan proqrama gəlincə bildirmək istəyirik ki, həmin proqram tərəfimizdən monitorinq olunub. Monitorinq nəticəsində yayım zamanı qanunvericilik pozuntusu aşkar edilməyib.

    İctimai narazılığa səbəb olan fikirlər proqrama ekspert qismində dəvət almış şəxs tərəfindən səsləndirilib. Proqramın aparıcıları həmin fikrə dəstək göstərməyib və ya təbliğini həyata keçirməyiblər.

    Həmçinin, proqramda ekspert qisminmdə iştirak edən digər şəxslər də həmin fikrə etirazlarını bildiriblər. Ümumən proqram müzakirə formatında olduğundan müxtəlif, hətta bir-birinə əks və təzadlı fikirlərin səsləndirilməsi adi haldır”.

    “Həmin ekspertin fikrinə və onun doğurduğu ictimai reaksiyaya gəlincə, yayımçılara tövsiyə edirik ki, proqramlara ekspert və ya qonaq kimi dəvət etdikləri şəxslərin seçiminə xüsusi diqqət yetirsinlər. Əlavə olaraq qeyd etmək istərdik ki, Şura tərəfindən müraciətinizdə qeyd olunan məsələlər ilə bağlı yayımçıların rəhbər şəxsləri və redaksiyalarının məsul əməkdaşları ilə mütəmadi görüşlər, müzakirələr və dəyirmi masalar təşkil olunur, yayım zamanı qanunvericiliyə riayət olunması, ictimaiyyəti narahat edən məsələlərin həssaslıqla və obyektiv işıqlandırılması istiqamətində zəruri tövsiyələr verilir”, – qurum rəsmisi əlavə edib.

  • Azərbaycan güləşçisi dünya ikincisi olub

    Azərbaycan güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 çempionatında dünya ikincisi olub.

    Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışın 4-cü günündə 5 qadın güləşçimiz mübarizəyə qoşulub.

    Əsmər Cankurtaran (53 kq) təsnifat mərhələsində qazaxıstanlı Altın Şaqayevaya məğlub olub – 0:10.

    Jalə Əliyeva (57 kq) ilk mərhələdə hindistanlı Rina Rinaya, 1/4 finalda isə rusiyalı Mariya Buzarovaya “tuş”la qalib gəlib. Əliyeva yarımfinalda kanadalı Mia Frizeni də vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Jalə finalda yaponiyalı Sara Natamiylə güləşib. Açıq mübarizə şəraitində keçən görüşdə rəqibinə 8:18 hesabıyla məğlub olan Əlliyeva dünya ikincisi olub.

    Birgül Soltanova (62 kq) 1/8 finalda Alina Kasabiyevaya uduzub – 0:10.

    Nigar Mirzəzadə (65 kq) 1/8 finalda rusiyalı Amina Tandelovaya məğlub olub – 0:11. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mirzəzadə ukraynalı Yuliya Leskovetsə “tuş”la uduzaraq mübarizəni dayandırıb.

    Mərziyə Sadıqova (72 kq) təsnifat mərhələsində türkiyəli Bukrenaz Sertə uduzub – 3:6.

  • İcma: “Fransanın anti-Azərbaycan fəaliyyətinə görə UNESCO-nun baş qərargahı bu ölkədən çıxarılmalıdır”

    “Fransanın mədəniyyət sahəsində anti-Azərbaycan fəaliyyətləri UNESCO-nun baş qərargahının Fransa ərazisindən çıxarılmasını zəruri edir”.

    Median.Az xəbər verir ki, belə bir tələblə Qərbi Azərbaycan İcması çıxış edib.

    Qeyd edilib ki, Fransa rəsmilərinin Azərbaycanla bağlı gülünc açıqlamaları artıq heç kimi təəccübləndirmir: “Bu dəfə “estafeti” Fransanın mədəniyyət naziri qəbul etmişdir. Fransız nazir ölkəsinin “Qarabağda erməni mədəni irsini peyk vasitəsilə çəkdiyini və məlumat bazasının yaradıldığını” bildirib.

    Hiss olunur ki, özlərindən müştəbeh Fransa rəsmilərinin beynəlxalq hüquq, dövlətlərarası münasibətlər, davranış barədə bilikləri ibtidai səviyyədədir. Əks təqdirdə, suveren dövlətin razılığı olmadan belə yaramaz və irqçi əməllərlə məşğul olmazdılar”.

    İcmadan vurğulanıb ki, Fransanın bu açıqlaması açıq-aşkar həyasızlıqdır:

    “Bunu əsrlər boyu Afrika xalqlarının mədəni irsini oğurlamış bir ölkənin naziri deyir. Bəzi məlumatlara görə, Fransanın təkcə Afrikadan oğurladığı mədəni irs nümunələrinin sayı 90 mindir. Fransanın mədəniyyət naziri qoy gedib ölkəsinin Afrikadan oğurladığı mədəni irsin geri qaytarılması ilə məşğul olsun. Azərbaycanın şarlatanlardan öyrənəcəyi bir şey yoxdur.

    Bundan başqa, fransalı nazir böhtan atmaq əvəzinə, Ermənistanda və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində Azərbaycan mədəni və tarixi abidələrinin Ermənistan tərəfindən kütləvi şəkildə dağıdılmasına münasibət bildirməlidir.

    Fransanın ikinci Qarabağ müharibəsindən sonra UNESCO-da anti-Azərbaycan fəaliyyəti, UNESCO-nu özünün çirkin siyasətinin alətinə çevirməsi bu təşkilatın müstəqilliyinə ciddi xələl gətirmişdir. Fransa UNESCO-nun baş qərargahının ölkə ərazisində olmasından sui-istifadə edərək humanitar mahiyyətli bu təşkilatı siyasiləşdirir və gözdən salır. Hesab edirik ki, bütün bu baş verənlər UNESCO-nun baş qərargahının Fransa ərazisindən çıxarılmasını zəruri edir”.//oxu.az