Month: October 2023

  • Telekanallarda qayınana-baldız söhbətləri artır: Audiozivual Şuradan REAKSİYA

    Uzun illərdir Azərbaycan telekanallarında bayağı verilişlərin sayı durmadan artır.

    Verilişlərdə müzakirəyə çıxarılan mövzular məişət məsələlərindən, ailədaxili münaqişələrdən, qayınana-baldız söhbətləri çəçivəsindən kənara çıxmır.

    Elə bir neçə gün əvvəl psixoloq Əfsanə Rüstəmovanın efirdə səsləndirdiyi “Həyat yoldaşı 3 min manatlıq emosional ehtiyacını qarşılamırsa, qadının boşanmaq kimi hüququ var”, fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Böyük əksəriyyət bu cür fikirlərin Azərbaycanda ailə sütunlarını sarsıtdığını bildirdi.

    Maraqlıdır, Audiozivual Şura bu məsələlərlə bağlı monitorinq aparırmı, ümumiyyətlə hansı addımların atılması planlaşdırılır, bu cür bayağı, aşağısəviyyəli verilişlərin yayımının dayandırılması, yaxud yayımçılara xəbərdarlıq edilməsi nəzərdə tutulurmu?

    Məsələ ilə bağlı Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov “Qafqazinfo”ya bildirib ki, Şura proqramların aşağı və ya yuxarısəviyyəli olmağını müəyyən etmir:

    “Buna görə də, sanksiya tətbiq etmək səlahiyyəti yoxdur. Səlahiyyətləri çərçivəsində Şura efirə getmiş proqramların monitorinqini aparır.

    Yayım zamanı “Media haqqında” və ya digər qanunların tələblərinin pozulması faktları aşkarlandıqda və ya bununla bağlı şikayət daxil olduqda Şura tərəfindən monitorinq və zəruri hüquqi qiymətləndirmə prosedurları həyata keçirilir.

    Qanun pozuntusu faktı təsdiqini taparsa, həmin yayımçıya qarşı müvafiq sanksiya (o cümlədən, yayımın dayandırılması) tətbiq olunur.

    Sorğuda qeyd edilən və son 1-2 gündə sosial mediada gündəm olan proqrama gəlincə bildirmək istəyirik ki, həmin proqram tərəfimizdən monitorinq olunub. Monitorinq nəticəsində yayım zamanı qanunvericilik pozuntusu aşkar edilməyib.

    İctimai narazılığa səbəb olan fikirlər proqrama ekspert qismində dəvət almış şəxs tərəfindən səsləndirilib. Proqramın aparıcıları həmin fikrə dəstək göstərməyib və ya təbliğini həyata keçirməyiblər.

    Həmçinin, proqramda ekspert qisminmdə iştirak edən digər şəxslər də həmin fikrə etirazlarını bildiriblər. Ümumən proqram müzakirə formatında olduğundan müxtəlif, hətta bir-birinə əks və təzadlı fikirlərin səsləndirilməsi adi haldır”.

    “Həmin ekspertin fikrinə və onun doğurduğu ictimai reaksiyaya gəlincə, yayımçılara tövsiyə edirik ki, proqramlara ekspert və ya qonaq kimi dəvət etdikləri şəxslərin seçiminə xüsusi diqqət yetirsinlər. Əlavə olaraq qeyd etmək istərdik ki, Şura tərəfindən müraciətinizdə qeyd olunan məsələlər ilə bağlı yayımçıların rəhbər şəxsləri və redaksiyalarının məsul əməkdaşları ilə mütəmadi görüşlər, müzakirələr və dəyirmi masalar təşkil olunur, yayım zamanı qanunvericiliyə riayət olunması, ictimaiyyəti narahat edən məsələlərin həssaslıqla və obyektiv işıqlandırılması istiqamətində zəruri tövsiyələr verilir”, – qurum rəsmisi əlavə edib.

  • Израиль объявил о расширении масштабов сухопутной операции в Газе – ОБНОВЛЕНО + ФОТО/ВИДЕО

    Израиль “расширяет масштабы” сухопутной военной операции в секторе Газа.

    Об этом заявил официальный представитель Армии обороны Израиля Даниэль Хагари.

    “Мы увеличили темп атак на сектор Газа. Наши ВВС атакуют подземные цели и объекты террористической инфраструктуры. В продолжение атак на сектор Газа наши силы расширяют масштабы сухопутной операции в эти часы для того, чтобы обеспечить выполнение целей этой войны”, – сказал он на вечернем брифинге.

    Источник: ТАСС

  • Qəzzada güclü partlayış səsləri eşidildi – FOTO/VİDEO

    İsrail ordusu Qəzza zolağının şimalına bir sıra güclü zərbələr endirib.

    Bu barədə “Əl-Ərəbiyyə” müxbiri məlumat verib.

    Qeyd edlilib ki, Qəzza 7 oktyabrda müharibənin başlanmasından bu yana ən güclü bombardmana məruz qalıb.

    Həmas sözçüsü bildirib ki, İsrail Qəzzada bölgəfə rabitə əlaqəsini və əksər yerlərdə interneti kəsib.


    Mənbə: RBC

  • Bakıda minik avtomobili yanıb

    Bakıda minik avtomobili yanıb

    APA xəbər verir ki, yanğın “SEAT” markalı minik avtomobilində qeydə alınıb. Yanğın nəticəsində digər minik avtomobilinə də ziyan dəyib.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Bakının Nəsimi rayonunda minik avtomobilində yanğın olub.

  • Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların əməliyyat zonasının adını dəyişib

    Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülletenində Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” kimi qeyd edib.

    Əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.

    27 oktyabr tarixli bülletendə, həmçinin qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.

    Məlumata görə, 2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında 8 müşahidə, 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

    Mənbə: TASS

  • Mərdəkanda piyadanı avtomobil vurub

    Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Rzayeva Sənubər Nadir qızını vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Müayinə zamanı ona sağ bazu sümüyünün açıq yerdəyişən sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Vilayət Eyvazov rəislərin qarşısına tələb qoydu

    Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bütün ərazi polis orqanlarının rəislərindən insan hüquqlarının müdafiəsi sahəsində vəziyyətin, xüsusən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasını tələb edib.

    Bu barədə nazir 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda keçirilən Kollegiya iclasında bildirib.

    Vilayət Eyvazov onlara saxlanılan şəxslərə qarşı kobudluğun, hər hansı formada pis rəftarın yolverilməzliyini, qanundankənar davranışın ciddi məsuliyyət doğuracağını, normativ-hüquqi aktların tələblərinə dönmədən riayət olunmasının vacibliyini xatırladıb, bu istiqamətlərdə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb.

  • Xocalı məktəbində mənimsəmə – Cinayət işi açıldı

    Xocalı rayonu Ə.Cavadov adına Cəmilli kənd tam orta məktəbinin direktoru Məlahət İsmayılovanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2019-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır

  • 10 addımda kibergigiyena

    Bəzi kibergigiyena qaydaları var ki, fərdi məlumatların qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də bu qaydalara əməl etmək tövsiyə olunur.

    Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

    1) İctimai “Wİ-Fİ” şəbəkələrindən istifadə edərkən diqqət edin;

    2) Fərdi məlumatlarınızı bölüşərkən diqqətli olun;

    3) Keçidlərə klikləmədən öncə nəzər yetirin;

    4) Fişinq e-poçtlarına qarşı diqqətli olun;

    5) Uzun müddət istifadə etmədiyiniz proqramları cihazınızdan silin;

    6) Məlumatlarınızın ehtiyat nüsxələrini çıxarın;

    7) Əməliyyat sisteminizi mütəmadi olaraq yeniləyin;

    8) Antivirus proqramlarından istifadə edin;

    9) Unikal və mürəkkəb şikr seçin;

    10) İkimərhələli təsdiqləmə funksiyasını aktiv edin.

  • Konstitusiya Məhkəməsi məcburi əmək müqaviləsi ilə bağlı qərar qəbul edib

    Konstitusiya Məhkəməsi məcburi əmək müqaviləsi ilə bağlı qərar qəbul edib.

    Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

    Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir.

    Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir.
    //report