Month: December 2023

  • Dünyanın ən bahalı müdafiəçi və yarımmüdafiəçilərinin reytinqi – SİYAHI

    “Transfermarkt” internet portalı dünyanın ən bahalı müdafiəçiləri və yarımmüdafiəçilərinin reytinqini dərc edib.

    İlk sıralarda “Mançester Siti”, “Real Madrid”, “Barselona” kimi klubların ulduzları yer alıb.

    Dünyanın ən bahalı 10 müdafiəçisi:

    1. Yoşko Qvardiol (“Mançester Siti”, 80 milyon avro);

    2. Ruben Dias (“Mançester Siti”, 80 milyon avro);

    3. Vilyam Saliba (“Arsenal”, 75 milyon avro);

    4. Alfonso Davis (“Bavariya”, 70 milyon avro);

    5. Ronald Arauxo (“Barselona”, ​​70 milyon avro);

    6. Eder Militao (“Real Madrid”, 70 milyon avro);

    7. Trent Aleksander-Arnold (“Liverpul”, 70 milyon avro);

    8. Matteys de Liqt (“Bavariya”, 65 milyon avro);

    9. Kristian Romero (“Tottenhem”, 65 milyon avro);

    10. Əşrəf Hakimi (PSJ, 65 milyon avro).

    Ən bahalı 10 yarımmüdafiəçi:

    1. Cud Bellinqem (“Real Madrid”, 180 milyon avro);

    2. Camal Musiala (“Bavariya”, 110 milyon avro);

    3. Deklan Rays (“Arsenal”, 110 milyon avro);

    4. Rodriqo Hernandes (“Mançester Siti”, 110 milyon avro);

    5. Florian Virtz (Bayer, 100 milyon avro);

    6. Federiko Valverde (“Real Madrid”, 100 milyon avro);

    7. Qavi (“Barselona”, ​​90 milyon avro);

    8. Pedri (“Barselona”, ​​90 milyon avro);

    9. Eduardo Kamavinqa (“Real Madrid”, 90 milyon avro);

    10. Moyses Kaysedo (“Çelsi”, 90 milyon avro).

  • Утвержден бюджет Нахчыванской АР на 2024 год

    Доходы бюджета Нахчыванской Автономной Республики (НАР) на 2024 год прогнозируются на уровне 173 105 000 манатов, а расходы – 516 365 000 манатов.

    Как сообщает oxu.az, об этом говорится в подписанном сегодня заместителем председателя Верховного Меджлиса НАР Анаром Ибрагимовым законе “О бюджете Нахчыванской Автономной Республики на 2024 год” и указе о его применении.

    Согласно указу, дотации, выделяемые на поступление для регулирования доходов и расходов, составляют 343 260 000 манатов.

  • Naxçıvanın 2024-cü il büdcəsi təsdiq edilib

    Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin gəlirləri 173 milyon 105 min manat, xərcləri isə 516 milyon 365 min manat səviyyəsində proqnozlaşdırılır.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov tərəfindən “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun və həmin qanunun tətbiqi ilə bağlı imzaladığı fərmanda qeyd olunub.

    Fərmana görə, gəlir və xərcləri tənzimləmək üçün gələn üçün ayrılan dоtasiya 343 milyon 260 min manat təşkil edir.

  • В Каспийском море произошло землетрясение

    В Каспийском море произошло землетрясение магнитудой 3,1.

    Об этом сообщили в Республиканском центре Сейсмологической службы Национальной академии наук Азербайджана (НАНА).

    Согласно данным, подземные толчки были зафиксированы в 19:28 в 20 км к востоку от станции “Нардаран”.

    Очаг стихии залегал на глубине 16 км.

  • Xəzər dənizində zəlzələ olub

    Xəzər dənizində zəlzələ baş verib.

    Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Nardaran stansiyasından 20 km şimalda Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Zəlzələnin maqnitudası 3.1, dərinliyi 16 km olub.

  • Faktiki hava açıqlanıb

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti müşahidə olunub.

    Şimal-qərb küləyinin maksimal sürəti arabir Şəkidə 32 m/s, Mingəçevirdə 27 m/s, Naftalanda 24 m/s, İsmayıllıda 22 m/s, Neftçala, Zaqatala, Qax, Tovuzda 20 m/s, Şirvan, Yevlaxda 19 m/s, Oğuz, Gəncədə 18 m/s, Tərtər, Gədəbəy, Şəmkirdə 16 m/s, Kəlvəzdə 15 m/s-dək güclənib, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək zəifləyib.

    Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.5 metrə çatıb.

    Yağıntı: Bakıda və Abşeron yarımadasında, Şabran, Lənkəran, Astarada yağış, Şəki, Qobustan, Altıağac, Şamaxı, Xaltan, Şahdağ, Qrız, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.

    Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 14 dərəcəyədək isti, Aran rayonlarında 14-18 dərəcə isti, dağlıq rayonlarda 2-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.

  • Сахиль Бабаев: За последние пять лет минимальная зарплата в Азербайджане выросла в 2,7 раза

    В рамках масштабных социальных реформ, реализованных за последние пять лет, минимальная заработная плата в Азербайджане выросла в 2,7 раза.

    Как сообщает Report, об этом заявил министр труда и социальной защиты населения Сахиль Бабаев на церемонии вручения предпринимателям премии Dayaq.

    Глава ведомства отметил, что за указанный период средняя заработная плата увеличилась на 80%, медианная зарплата – в 2,2 раза, а фонд заработной платы – в 2,7 раза.

  • Sahil Babayev: “Son 5 ildə Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb”

    Son 5 il ərzində həyata keçirilən çoxmiqyaslı və çoxşaxəli sosial islahat proqramları çərçivəsində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb.

    Median.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.

    Nazir bildirib ki, qeyd edilən dövrdə orta əməkhaqqı 80 %-dək, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu isə 2,7 dəfə artıb.

    “Azərbaycan dövlətinin siyasətində məşğulluq ana xəttdir. Məşğulluq təmin edilmədən ölkə iqtisadiyyatı inkişaf edə, əhalinin rifahı təmin oluna bilməz. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən islahatlara, müxtəlif tədbirlərə, qəbul edilən proqramlara nəzər saldıqda bütün tədbirlərin əhalinin rifahına, onun həyat şəraitinin daha da yaxşılaşdırılmasına, o cümlədən məşğulluğun genişləndirilməsinə yönəlib”, – deyə S. Babayev qeyd edib.//report.az

  • “Fransanın Azərbaycan diplomatlarını “arzuolunmaz şəxs” elan etməsi zəifliyinin göstəricisidir” – RƏY

    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Cavanşir Feyziyev Fransanın Azərbaycan diplomatlarını “arzuolunmaz şəxs” elan etməsini onun zəifliyinin göstəricisi hesab edir.

    O, “Report”a açıqlamasında bildirib ki, Emmanuel Makronun prezidentliyi dövründə Fransa siyasəti bütün istiqamətlərdə iflasa uğrayıb: “Fransa qoşunlarının dörd Qərbi Afrika ölkəsindən qovulması, müstəmləkə ərazilərində Fransa hakimiyyətinə qarşı etirazların güclənməsi, ölkə daxilində aparılan islahatların uğursuzluğu və daxildə səngimək bilməyən etirazlar Fransa hökümətini iflic vəziyyətə gətirib. İş o yerə çatıb ki, prezident Makron sosial təminat sahəsində “islahat” adı altında həyata keçirdiyi qanun dəyişikliklərini parlamentdə müzakirə edilmədən imzalamağa məcbur olub”.


    C.Feyziyev deyib ki, Fransanın beynəlxalq siyasət istiqamətində bütün cəhdləri uğursuzluqla nəticələnib: “Şərqi Aralıq dənizində Türkiyə- Yunanıstan ixtilafına uğursuz müdaxilə cəhdi, Liviyada Türkiyə ilə rəqabəti birdəfəlik uduzması, Rusiya-Ukrayna müharibəsinə birmənalı olmayan dəyişkən münasibəti Fransanı dəfələrlə beynəlxalq miqyasda biabır edib. Son üç ildə ölkəmizə qarşı Ermənistanın haqsız mövqeyini BMT Təhlükəsizlik Şurasında dəstəkləmək cəhdləri də digər üzv dövlətlər tərəfindən dəfələrlə rədd edilib. Bütün bunlar Fransa siyasətinin bütün istiqamətlərdə yarıtmaz olduğunu göstərir”.

    Milli Məclisin üzvü, həmçinin vurğulayıb ki, Makron hökümətinin Azərbaycanın iki diplomatının ölkədən çıxarılması haqqında qərarı isə bir daha Fransanın hadisələrin ardınca süründüyünü sübuta yetirir: “O, bu addımı casusluqda ittiham olunan iki fransalı diplomatın ölkəmizdən qovulmasına “cavab addımı” kimi atıb. Fransalı diplomatların qeyri-qanuni fəaliyyəti beynəlxalq səviyyədə isübut olunmuş faktdır. Lakin Fransa hökümətinin diplomatlarımızı nədəsə günahlandırmağa heç bir əsası və dəlili yoxdur. Ona görə də Fransa höküməti tərəfindən iki diplomatımızın “arzuolunmaz şəxs” elan edilməsi onun zəifliyinin və fakt qarşısında acizliyinin göstəricisidir”.

  • Radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri təsdiq edilib

     Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri və mexanizmi təsdiq edilib.

    Median.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, Kompensasiya Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Radiotezliklər İdarəsinin hesabına maliyyələşdiriləcək. Ayrılmış radiotezliklərin (radiotezlik zolaqlarının) qüvvədə olan tezlik zolaqlarının ayrılması cədvəlinə və radiotezliklər spektrinin perspektiv istifadə planına uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən müvafiq qərar qəbul edilir.

    Dövlət Komissiyasının qəbul etdiyi qərar 10 iş günü müddətində keçid ilə əlaqədar radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilir.

    Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiyanın məbləği Nazirlik tərəfindən müəyyən edilir. Nazirlik kompensasiya məbləğini müəyyən etmək üçün aşağıdakı tədbirləri həyata keçirir:

    – radiotezlik istifadəçisi tərəfindən istifadə edilən radiotezliklərdə (radiotezlik zolaqlarında) istifadə olunan dövlət qeydiyyatında olan radioelektron vasitələrinin mövcudluğu və onların sayı haqqında məlumat toplayır və təhlil edir;

    – radioelektron vasitələrin bazar qiymətləri və amortizasiyası haqqında məlumat toplayır və təhlil edir;

    – radiotezlik istifadəçisinə ödəniləcək kompensasiya ilə əlaqədar müzakirələr aparır;

    – razılaşma əldə edilmədikdə və ya kompensasiya məbləğinin müəyyən edilməsində əlavə mütəxəssis rəyinə ehtiyac yarandıqda, radiotezlik istifadəçisinin hesabına müstəqil qiymətləndirici cəlb edir;

    – radiotezlik istifadəçisi tərəfindən istifadə edilən radiotezliklərdə (radiotezlik zolaqlarında) işləyən radioelektron vasitələri, onların sayı, bazar qiymətləri, amortizasiyası haqqında toplanılmış məlumatları təhlil edir və vurulmuş zərər üzrə ödəniləcək kompensasiyanın məbləğini müəyyən edir.

    Dövlət Komissiyasının qərarı qeydiyyata alındığı tarixdən 30 iş günü müddətində qiymətləndirmə təşkil olunur.//oxu.az