Month: December 2023

  • Qüdsdə dava: İsrail polisi erməni radikalları həbs edib – VİDEO

    Qüdsün “İnək bağı” adlanan “Erməni məhəlləsi”ndə yəhudilərlə ermənilər arasında dava düşüb.

    Bu barədə “Caliber” “Telegram” kanalı məlumat verib.

    Hadisə ilə bağlı yayılan videogörüntülərdə dava edənlərin bir-birlərinə daş, dəyənək və s. vasitələrlə hücum etdiyi kadrlar əks olunub.

    Nəticədə İsrail polisi erməni radikalları həbs edib.

  • Prezident seçkisinin monitorinqini aparacaq QHT koalisiyası yaradılıb

    Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisinin monitorinqini keçirəcək QHT koalisiyası yaradılıb.

    Bu barədə APA-ya “Mənim səsim” Seçki-Monitorinq Koalisiyasından məlumat verilib.

    Bildirilib ki, D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri Novella Cəfərova, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İB-nin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkisinin monitorinqini həyata keçirmək məqsədi ilə “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyasını təsis ediblər.

    “Koalisiyanın işində tanınmış ekspert və politoloqlardan ibarət qrup, peşəkar müşahidəçilər komandamız fəaliyyət göstərəcək. Koalisiya seçkinin bütün mərhələlərinin monitorinqini apararaq aralıq, seçki günü və yekun hesabatlar hazırlayıb ictimaiyyətə təqdim edəcək” – Koalisiyanın bəyanatında bildirilib.

  • “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırıldı – FOTO

    Fövqəladə Hallar Nazirliyi (FHN) və Elm və Təhsil Nazirliyinin (ETN) birgə təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

    FHN-dən verilən məlumata görə, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev, Fövqəladə Hallar, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin məsul şəxsləri, müsabiqənin qalibləri seçilmiş uşaqlar, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.

    Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

    Əvvəlcə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

    Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra “Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin seçilmiş işlərindən təşkil edilmiş sərgiyə baxış olub.

    Dövlət Himni səsləndirildikdən sonra FHN-nin ictimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış və ulu öndər Heydər Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub.

    Sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

    Tədbir məktəblilərin təqdimatında milli vətənpərvərlik ruhunda bədii hissə ilə davam etdirilib.

    Qeyd edilib ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdikləri yaradıcılıq müsabiqəsinə oktyabrın 24-də start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib.

    Təşkilat Komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 539 rəsm, 83 plakat, 493 əl işi, 101 yanğın və qəza-xilasetmə texnikasının modeli və 128 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. 46 nəfər birinci, 53 nəfər ikinci, 99 nəfər üçüncü yerə, 93 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

  • В некоторых частях Сумгайыта будет ограничено газоснабжение

    В некоторых частях Сумгайыта с 10:00 29 декабря в связи с ремонтными работами на газопроводе будет приостановлена подача газа.

    Об этом сообщили в Производственном объединении “Азеригаз”.

    Отмечается, что газоснабжение будет возобновлено после завершения ремонтных работ.

    В структуре уточнили, что будет временно ограничена подача газа в некоторых частях Сумгайыта (в поселках Новруз, Тезе и Кехне Джорат, жилом массиве “Яшилдере”, территориях напротив шоссе Сумгайыт – Новханы, дачных массивах в Сарае, Новханы и Джорате, кварталах № 47, 48, 49, 50, 51, 52, а также в 11, 12, 13, 16, 17, 18, 20 и 21 микрорайонах).

  • Vətəndaşların NƏZƏRİNƏ: Sumqayıtın bir hissəsində qaz olmayacaq

    “Sumqayıt” QTM-dən ayrılan “Şəhər-4” orta təzyiqli qaz xəttində görüləcək təmir işləri ilə əlaqədar 29.12.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

    Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin (Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Yaşıldərə yaşayış massivi, Sumqayıt-Novxanı şosesi ilə üzbəüz ərazilər, Saray, Novxanı və Corat bağları, 47, 48, 49, 50, 51, 52-ci məhəllələr, 11, 12, 13, 16, 17, 18, 20 və 21-ci mikrorayonlar) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Space TV сделано предупреждение

    28 декабря 2023 года состоялось заседание Аудиовизуального совета Азербайджанской Республики в онлайн-формате. На мероприятии был обсужден факт нарушения закона, выявленный в эфире канала Space TV в ходе мониторинга, проведенного 26 декабря 2023 года.

    Как сообщили в структуре, видеоматериалы из программы Ekstra müsahibə, вышедшей в эфир 11 декабря 2023 года на телеканале APA TV, были показаны в 22:09 25 декабря 2023 года в эфире Space TV без ссылки на автора в программе Gül kimi Şou.

    Указывается, что тем самым было нарушено требование статьи 13.2 (При отсутствии подписки или договора медиасубъект может использовать, сославшись на первоисточник, не больше одной третьей части информации другого СМИ) закона “О медиа”.

    После обсуждений Аудиовизуальный совет предупредил ООО “Независимая телерадиокомпания “Space”, что в случае повторения подобной ситуации будут применены административные санкции. Следует отметить также, что, согласно статье 60 Конституции Азербайджана, ООО APAMARK в данном случае имеет право защищать свои права в суде.

    Аудиовизуальный совет призвал всех вещателей уважать авторские права друг друга и при трансляции программ (или частей программ) других вещателей обязательно делать ссылку на них.

  • “Space TV”yə xəbərdarlıq edilib

    Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib. İclasda Audiovizual Şuraya 26 dekabr 2023-cü il tarixdə aparılmış monitorinq zamanı “Space TV” kanalının efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.

    Şuradan verilən xəbərə görə, 11 dekabr 2023-cü il tarixində APA TV-nin efirində yayımlanmış “Ekstra müsahibə” proqramından video-görüntülər 25 dekabr 2023-cü il tarixdə saat 22.09-da “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya redaksiyasının efirində “Gül kimi Şou” proqramında müəllifə istinad edilməyərək yayımlanıb.

    Bununla da, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbi (abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər) pozulub.

    Aparılan müzakirələrdən sonra Audiovizual Şura “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən “APAMARK” MMC-nin bu halla əlaqədar məhkəmə qaydasında öz hüquqlarının müdafiə etmək səlahiyyəti də var.

    Azərbaycan Respublikası Audiovizual Şurası bütün yayımçılardan bir-birinin müəllif hüquqlarına hörmət etməyə, digər yayımçıların proqramlarını (və ya onların hissələrini) yayımlayarkən mütləq şəkildə onlara istinad verilməsini təmin etməyə çağırıb.

  • В аэропорту Астаны объявили тревогу из-за шутки пассажира об оружии

    Служба авиационной безопасности международного аэропорта столицы Казахстана Астаны объявила тревогу на территории воздушной гавани из-за мужчины, который в шутку сказал, что у него имеется оружие. Об этом сообщили в пресс-службе аэропорта.

    “44-летний мужчина, который собирался вылететь из Астаны в Алматы рейсом KS954, на стойке регистрации заявил, что у него в ручной клади оружие и наркотики. Сотрудники аэропорта немедленно оцепили место, где находился подозреваемый пассажир, о чем были срочно оповещены Служба госохраны, Комитет национальной безопасности и Антитеррористический центр”, – отмечается в сообщении.

    Сотрудники Службы авиационной безопасности проверили ручную кладь пассажира и передали его сотрудникам линейного отдела полиции. “В своих объяснениях полицейским пассажир рассказал, что сообщил о наличии оружия и наркотиков в ручной клади в шутку. По инструкции Службы национальной безопасности Республики Казахстан в международном аэропорту Астаны тревога снята”, – проинформировали в пресс-службе.

    Там также подчеркнули, что мужчине грозит штраф в размере более 17 млн тенге (37 000 долларов) или лишение свободы на срок до 5 лет по статье 273 УК (Заведомо ложное сообщение об акте терроризма).

    Источник: ТАСС

  • Astana hava limanında həyəcan elan olundu

    Qazaxıstan paytaxtının (Astana) beynəlxalq hava limanının aviasiya təhlükəsizliyi xidməti zarafatla əlində silah olduğunu deyən şəxsə görə aeroportda həyəcan elan edib.

    Bu barədə hava limanının mətbuat xidmətindən məlumat verilib.

    “KS954 reysi ilə Astanadan Almatıya uçmağa hazırlaşan 44 yaşlı kişi qeydiyyat masasında əl yükündə silah və narkotik olduğunu bildirib. Aeroport əməkdaşları dərhal şübhəlinin olduğu ərazini mühasirəyə alıblar. Sərnişin barədə Dövlət Mühafizə Xidmətinə, Milli Təhlükəsizlik Komitəsinə və Antiterror Mərkəzinə məlumat verilib”, – deyə mətbuat xidmətindən bildirilib.

    Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları sərnişinin əl yükünü yoxlayaraq polisə təhvil veriblər. Kişi polisə verdiyi izahatda qeyd edib ki, əl yükündə silah və narkotik vasitələrin olması barədə məlumatı zarafat etmək üçün verib.

    Hazırda həmin şəxsi Qazaxıstan Cinayət Məcəlləsinin 273-cü maddəsi (“Terror aktı haqqında bilə-bilə yalan məlumat vermə”) ilə 17 milyon tengedən (37 min dollar) çox cərimə və ya 5 ilə qədər həbs cəzası gözləyir.

    Mənbə: TASS

  • Türkiyənin Malatya bölgəsində zəlzələ olub

    Türkiyənin Malatya bölgəsinin Yeşilyurt şəhərində 4,6 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

    Zəlzələ ocağı 17,3 kilometr dərinlikdə yerləşib.

    İnsan itkisi və dağıntılar barədə əlavə məlumat verilməyib.

    Mənbə: Deprem.afad.gov.tr