Month: December 2023

  • В Азербайджане произошло землетрясение

    В Нефтчалинском районе произошло землетрясение магнитудой 3,8.

    Об этом сообщили в Бюро исследований землетрясений Республиканского центра сейсмологической службы Национальной академии наук Азербайджана (НАНА).

  • Azərbaycanda zəlzələ olub

    Neftçalada zəlzələ olub.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Neftçala ərazisində qeydə alınan zəlzələnin maqnitudası 3,8 olub.

  • “Aparıcılar bu qədər arvadını atan, əxlaqını satan adamı hardan tapırlar?!”

    “Televiziyaların mövqeyi bəllidir, gecə-gündüz pul qazanmaqla məşğuldurlar, gecə saat 2-də də reklam verirlər, reklam üstə bir-birlərini qırırlar. Azərbaycan xalqı aldadılır. Başa düşdük, bəzilərinin böyüyü, abrı-həyası yoxdur, bəs gecə-gündüz onları təbliğ edən telekanallara nə deməli?!”

    Qlobal.net xəbər verir ki, bu sözləri Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib..

    Yerli telekanalları sərt şəkildə tənqid edən kinorejissor vəziyyətlə bağlı həyəcan təbili çalınmalı olduğunu deyib: “Eyni adamlar gün ərzində müxtəlif kanallarda olur, oradan bura, burdan ora qaçırlar. Boş, mənasız, sözləri biabırçılıq olan mahnılar… Heç birinin ritmi, istedadı yoxdur, hamısı xaric oxuyurlar. Artıq meyxanaçılar müğənnilik etməyə başlayıblar. Onlara telekanallarda 3 saatlıq vaxt ayrılır”.
    Ə.Mahmudbəyov yerli telekanallarda baş alıb gedən özbaşınalığa etirazını bildirib: “Bir dəfə telekanalların birində dedim ki, bu adamları haradan tapıb çıxarırsınız? Özünüzün xüsusi axtarış qrupunuz var? Harada arvadını, uşağını atan, əxlaqını satan varsa, tapıb gətirirlər. Sanki telekanalın işçiləri Azərbaycanı qarış-qarış gəzir ki, harada mənəviyyatsız, əxlaqsız, tərbiyəsiz, başıpozuq ailələri axtarıb tapırlar və efirə çıxarırlar. Dəhşətdir!

    Televiziya dünyanın ən dəhşətli təbliğat silahıdır. Hamının evində, mətbəxində, maşınındadır”.
    O, aidiyyəti qurumların telekanallara ciddi nəzarət etməli olduğunu vurğulayıb: “Bu işlə əlaqədar strukturlara dəfələrlə müraciət etmişəm. Qardaşlar, artıq geriyə yol yoxdur, biabırçılıqdır. Efirə çıxan qadınların çoxunun yəqin ki, ailə tərbiyəsi, təhsili yoxdur, özləri bilər. Bu onların problemidir. Amma sən onları efirə çıxarırsansa, bu artıq böyük problemdir. Həmin verilişləri dayandırın! Rüsvayçılığı bitirin, artıq hər şey əldən gedir. Televiziya rəhbərlərinin məqsədi nədir? Qardaş, bizdən nə istəyirsiniz?! Gül kimi sənətkarlarımız, mədəniyyətimiz var, niyə onları təbliğ etmirsiniz?! Abrımızı, ismətimizi qoruyun, nə olar ki? Bunu qoruyun ki, sabah axirət dünyasına, babalarımızın, qeyrətli kişilərimizin yanına üzü ağ gedək. Bu adamların ucbatından gedib orada qınaq yiyəsi olmayaq. Hər şey ciddi nəzarətə götürülməlidir, həmin biabırçı verilişlər dayandırılmalıdır. O aparıcılar xalqa hesabat verməlidir ki. məqsədləri nədir və “debil”, xəstə insanları haradan axtarıb tapırlar”.

  • Rumıniyada turizm kompleksində yanğın baş verib, ölənlər var

    Rumıniyanın Tohani kəndində, turizm kompleksində baş verən yanğın nəticəsində biri uşaq olmaqla beş nəfər ölüb.

    Məlumata görə, “Dac Farm” kompleksində Milad bayramını qeyd etmək üçün kurort ərazisinə 26 nəfər gəlib. Birinci mərtəbədə yerləşdirilən 18 turist yanğın zamanı oradan qaça bilib. İki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xilasedicilər çardaqda olan daha üç qonağın axtarışlarını davam etdirirlər.

    Qeyd olunur ki, kompleksin fəaliyyət göstərmək üçün yanğınsöndürmə idarəsindən icazəsi olmayıb. Prokurorluq yanğınla bağlı cinayət işi açıb.

    Mənbə: TASS

  • Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi naharında iştirak edib

    Dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının birgə naharı olub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

  • Putin MDB liderlərini “Gələcəyin Oyunları”nın açılışına dəvət edib

    Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini 2024-cü ildə Kazanda keçiriləcək innovativ “Gələcəyin Oyunları”nın açılışına dəvət edib.

    Bu barədə o, MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşünü açarkən bildirib.

    “Gələn ilin fevral ayında biz Kazanda innovativ “Gələcəyin Oyunları”na ev sahibliyi edəcəyik. Bu, Rusiyanın təklif etdiyi daha dinamik idman növlərini və kiberidmanı birləşdirən idman tədbirlərinin yeni formatıdır”, – o söyləyib.

    “Mən hamınızı fəxri qonaq kimi 2024-cü il fevralın 21-də Kazanda keçiriləcək “Gələcəyin Oyunları”nın təntənəli açılış mərasiminə dəvət etmək istərdim”, – Rusiya prezidenti bildirib.

    V.Putin həmçinin xatırladıb ki, digər böyük beynəlxalq tədbir 2024-cü il martın 1-dən 7-dək Soçidə keçiriləcək Ümumdünya Gənclər və Tələbələr Festivalı olacaq.

    “Bu tədbirdə dünyanın 180-dən çox ölkəsindən, o cümlədən bizim Birlik ölkələrindən gənclərin iştirak edəcəyini gözləyirik”, – o fikrini yekunlaşdırıb.

    Mənbə: TASS

  • Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş tədbir keçirib

    Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş tədbir keçirib.

    “Report”un məlumatına görə, “Buta Palas”da təşkil olunan mərasimə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.

    Gənclər və idman naziri Fərid Qayıbov 2023-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini bildirib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Qonaqları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən nazir 2024-cü ilin ölkə idmanı üçün daha da uğurlu olacağını vurğulayıb.

    Sonra müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması start götürüb.

  • Şəmkirdə mübahisə düşüb, üç nəfər xəsarət alıb

    Şəmkir rayonunda həmkəndlilər arasında mübahisə düşüb, üç nəfər xəsarət alıb.

    “Report”un məlumatına görə, Morul kəndində M.Mayılovla həmkəndliləri – Y.Sadıqov və N.Zeynalova arasında yaranmış mübahisə zəminində tərəflər bir-birinə xəsarət yetirib.

    Hər üçü xəstəxanaya yerləşdirilib.

    Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Kanye Uest yəhudilərdən ivrit dilində üzr istədi

    Reper Kanye Uest “Instagram” sosial şəbəkəsindəki səhifəsində gözlənilmədən yəhudilərdən üzr istəyib.

    Reper yəhudilərdən antisemit ifadələrinə görə ivrit dilində üzr istəmək qərarına gəlib.

    “Yəhudi icmasından sözlərim və ya hərəkətlərim nəticəsində yaranan hər hansı bir qəsdən narahatçılığa görə səmimi qəlbdən üzr istəyirəm. Məqsədim ağrı və ya hörmətsizliyə səbəb olmaq deyildi, səbəb ola biləcəyim hər hansı bir ağrıya görə çox təəssüflənirəm,” deyə Uest yazıb və təcrübədən öyrənmək niyyətində olduğunu əlavə edib.

    Bundan əlavə, reper bildirib ki, yəhudilərin bağışlanması onun üçün vacibdir: “Sizin bağışlamağınız mənim üçün vacibdir və mən kəffarə verməyə və birliyi təşviq etməyə hazıram”.

    Son bir neçə ildə Kanye Uest müntəzəm olaraq antisemit bəyanatlar verib. O, yəhudilərin biznesdə gəlirli mövqelər əldə etdiyini irəli sürüb və Adolf Hitlerin hərəkətlərini bəyənib.
    //qaynarinfo

  • İlkin Süleymanovun növbəti apellyasiya məhkəməsi keçirilib

    Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

    “Report”un məlumatına görə, məhkəmədə İlkin Süleymanovun vəkilləri çıxış edərək İlkin Süleymanova oxunan hökmün qərəzli olduğunu, bir daha həmin hökmün dəyişdirilməsini istəyiblər.

    Növbəti məhkəmə prosesi yanvarın 16-na təyin olunub.

    Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın altısında yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

    Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. İlkin Süleymanov məhkəmənin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.