Month: December 2023

  • “AA” seriyalı nömrəni axtarışda olan avtomobillə taxıb idarə edirmiş

    Bakıda sürücünün başqa bir avtomobilə məxsus “AA” dövlət nömrə nişanını öz maşınına taxaraq idarə etməsi məlum olub.

    Qaynarinfo-nun məlumatına görə, buna görə 1979-cu ildə Ağdam şəhərində doğulmuş Elnur (şərti ad) adlı şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilib.

    İşə məhkəmədə baxılıb. Məlum olub ki, Elnurun idarə etdiyi avtomobil axtarışda olub və Dövlət Yol Polisindən (DYP) yayınmaq üçün başqa bir avtomobilə məxsus “AA” dövlət nömrə nişanını taxaraq idarə edib.

    Həmçinin onun həmin avtomobili idarə etmək üçün səlahiyyətinin (etibarnamə və ya yol vərəqi) olmadığı məlum olub.

    Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələsi ilə təqsirli bilinib və ona inzibati tənbeh olaraq 8 gün müddətində inzibati həbs təyin edilib.

    Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru, polis kapitanı Toğrul Nəsirli Qaynarinfo-ya bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən həmin sürücü aşkar edilərək saxlanılıb və barəsində protokollar tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmə isə, sürücü barəsində müvafiq qərar verib.

    Qeyd edək ki, həmin avtomobil 2016-ci ildən axtarışda olub.

  • YAP 50 min imzanı MSK-ya təqdim etdi

    Yeni Azərbaycan Partiyası 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

    Bu barədə Yeni Azərbaycan Partiyasının rəsmi sosial şəbəkə hesablarında məlumat verilib.

    Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə bu gün, dekabrın 26-da Mərkəzi Seçki Komissiyasına təqdim edib.

  • Президент Ильхам Алиев ознакомился с Екатерининским дворцом в Санкт-Петербурге – ФОТО

    26 декабря Президент Азербайджанской Республики Ильхам Алиев и лидеры других стран, участвующие в неформальной встрече глав государств СНГ, ознакомились с Екатерининским дворцом в Санкт-Петербурге.

    Об этом сообщает АЗЕРТАДЖ.


  • Prezident İlham Əliyev Sankt-Peterburqda “Yekaterina sarayı” ilə tanış olub – YENİLƏNİB (FOTO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Yekaterina sarayı” (“Екатерининский дворец”) ilə tanış olublar.

    AZƏRTAC xəbər verir ki, XVIII əsr memarlığının şah əsəri sayılan “Yekaterina sarayı”nın inşası 1744-cü ildən 1756-cı illəri əhatə edib. 1918-ci ildə “Yekaterina saray-park ansamblı” muzeyə çevrilib.

    İkinci Dünya müharibəsi illərində faşist istilası zamanı bu tarixi abidə dağıdılaraq talan edilib, muzey kolleksiyasının əhəmiyyətli hissəsi itirilib, dağıntılar və talan nəticəsində abidəyə ciddi ziyan dəyib. “Yekaterina sarayı”nın bərpası 1957-ci ildən bəri davam edir.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Yekaterina sarayı” (“Екатерининский дворец”) ilə tanış olublar.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Muxtar Babayev işdən çıxardı, 30 min verib vəzifəsinə qayıtmaq istədi… (TƏFƏRRÜAT)

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş vəzifəli şəxsinə qarşı dələduzluq edən şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, dələduzluğa məruz qalan 1994-cü ildən 2018-ci il ilədək olan müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif vəzifələrdə çalışan Fikrət adlı şəxs olub.

    Fikrət 2018-ci ildə sonuncu dəfə həmin nazirlikdə sektor müdiri vəzifəsində çalışıb. 2018-ci ilin dekabr ayında işlədiyi idarə ləğv edildiyindən özü və əməkdaşları işdən çıxarılıb. Bundan sonra onlar aidiyyəti üzrə yenidən işlədikləri nazirliyə işə bərpa olunmaq üçün bir neçə dəfə müraciət ediblər. O, bir neçə keçmiş iş yoldaşı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerləşdiyi ərazidə – Hüseyn Cavid parkındakı “Yaşıl” adlı kafedə əyləşən zaman yoldaşlarından biri kafedə gördüyü Nəsiman adlı şəxsin nazirə (Muxtar Babayev-red.) yaxın adam olduğunu bildirib.

    Fikrət Nəsimanla görüşərək, nazirlikdə işə bərpa olunmasına kömək etməyi xahiş edib. Nəsiman isə Fikrəti nazir Muxtar Babayevlə yaxın münasibəti olmasına inandıraraq, ondan vəzifəsinə bərpa olunması üçün 30 min manat pul alıb. Həmin pulun müqabilində ona 2 ay ərzində nazirlikdə vəzifə veriləcəyini bildirib. Hətta buna Nəsiman nazirliyin binasının qarşısında Fikrətlə bir neçə dəfə görüşərək, yaxın vaxtlarda əmrinin veriləcəyini deyib.

    Üzərindən xeyli müddət keçdikdən sonra Fikrət Nəsiman tərəfindən aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib. Aparılan araşdırma zamanı Nəsimanın Əliheybət İmanov adlı şəxslə birləşərək, Fikrətə qarşı dələduzluq etdiyi müəyyənləşib.

    Məhkəmənin hökmü ilə 1965-ci ildə Bakı şəhərində anadan olmuş Nəsiman Zamanov (soyad şərti) Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 3 ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

  • Gələn ilin Günəş və Ay tutulmaları təqvimi açıqlanıb

    Şamaxı Rəsədxanası 2024-cü ilin Ay və Günəş tutulmaları təqvimini açıqlayıb.

    Rəsədxanadan bildirilib ki, tutulmalar zamanı Ay, Yer və Günəş fəzada demək olar ki, bir düz xətt boyunca yerləşirlər. Lakin Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə cəmi 5,09 dərəclik bucaq əmələ gətirir. Bu fərqə görə biz hər ay deyil, Ay və Günəşin müəyyən konfiqurasiyasında tutulmaları müşahidə edə bilirik. Günəş tutulmasının baş verməsində Günəş və Ay diskinin görünən bucaq ölçüsünün eyni olması da mühüm rol oynayır.

    2024-cü ildə iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma baş verəcək.

    25 martda ilin ilk Ay tutulması baş verəcək. Bu tutulma yarımkölgəli Ay tutulmasıdır. Bu tutulma zamanı Ay tam kölgəyə keçmədiyinə görə tutulma o qədər də hiss olunmur. Yarımkölgəli Ay Tutulması Avstraliyanın şərq hissəsi, Cənubi və Şimalı Amerikada, Sakit Okean, Atlantik Okean, Arktika və Antarktida da, Avropanın qərb hissəsində müşahidə olunacaq. Bakı vaxtı ilə saat 08:53-də başlayacaq və saat 13:32-də bitəcək, tutulmanın maksimumumu saat 11:12-də olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda yerləşdiyinə görə tutulma Azərbaycandan müşahidə olunmayacaq.

    18 sentyabrda isə qismən Ay tutulması olacaq. Qismən Ay tutulması zamanı Ayın bir hissəsi tam kölgəyə keçir. Tutulma Avropa, Asiyanın böyük hissəsi, Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik, Hind okeanı, Arktika, Antarktidada müşahidə etmək mümkün olacaq. Saat 04:41-də başlayıb 08:47-də bitəcək tutulmanın maksimumu 06:44-ə uyğun gəlir. Azərbaycandan tutulmanın başlanğıcını (saat 04:41-dən saat 06:19-dək) izləmək mümkün olsa da, tutulmanın maksimumuna kimi Ay artıq batmış olacaq.

    İlin ilk Günəş tutulması 8 apreldə baş verəcək. Bu tam Günəş tutulmasıdır. Günəş tutulması ümumilikdə Sakit və Atlantik Okeanı, Qərbi Avropa, Şimalı və Cənubi Amerika, Arktikanı əhatə edəcək. Tam tutulma isə ABŞ cənub-qərb hissəsi, Kanadanın qərbi və Meksikadan keçəcək. Tutulma Bakı vaxtı ilə saat 19:42-də başlayacaq və saat 00:52-də bitəcək. Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.

    Sonuncu tutulma hadisəsi 2 oktyabrda baş verəcək. Bu tutulma halqalı Günəş tutulması olacaq. Halqalı tutulma Ay apogeydə və yaxın nöqtələrdə (Yerdən maksimum uzaqlıqda) olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır. Ümumilikdə tutulma əsasən Cənubi Amerikanı, Şimali Amerikanın cənubu, Sakit və Atlantik okeanı, Antarktidanı əhatə edəcək. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkün olacaq, Bakı vaxtı ilə saat 19:42 başlayıb saat 01:47-də bitəcək tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.

  • Tiktoker Aysun həbs edildi

    TikTok-da “axundova__302_” adı ilə tanınan Aysun Mirişli həbs edilib.

    “Qafqazinfo”nun məlumatına görə, tiktoker narkotik dövriyyəsində ittiham olunur.

    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə A.Mirişli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

    O, hamilə olduğunu əsas gətirərək həbsinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib. Hakim isə bunu sübut edəcək sənədin olmadığını əsas gətirərək seçilmiş qətimkan tədbirini dəyişdirməyib.

  • Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb

    Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti işə başlayıb.

    Prezident İlham Əliyev tədbirdə iştirak edir.

  • Hava xəbərdarlığı – 27-si axşamdan…

    Bakıda və Abşeron yarımadasında dekabrın 27-si axşamdan 28-i gündüzədək qısamüddətə qərb, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 28-i axşamdan 29-u səhərədək yarımadanın bəzi yerlərində fasilələrlə yağıntılı olacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında dekabrın 27-si axşamdan 28-i axşamadək bəzi yerlərdə qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 28-də ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.
    Dekabrın 28-i səhərdən 29-u səhərədək isə qısamüddətə əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki,Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

  • Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə 2024-cü ilin yanvar ayı üçün biletlər 28 dekabr saat 11:00-da satışa çıxarılacaq.

    Bu barədə nazirlik xəbər yayıb.

    Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

    Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

    Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 664 reys həyata keçirilib, 27 229 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.